Microsoft Word Biotexnologiyan?n ?saslar? f?nnind?n muhazir? m?tnl?ri doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/42
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41335
1   ...   9   10   11   12   13   14   15   16   ...   42

  
Mikroorqanizmlərin  duru  qida  mühiti  səthində  becərilməsi  sənayeda  limon 
və  itakon  üzvi  turşularının  alınmasında  geniş  tətbiq  olunur.  Prosesdə  göbələk  
kulturası  stasionar  (qarışdırılmayan)  duru  qida  mühiti  səthində  becərilir.  Substrat 
məqsədilə şəkər çuğunduru və qamışından alınan melassa, ağac hidrolizatı, nişasta 
və  s.    istifadə  edilir.  Limon  turşusunun  sintezində  ən  səmərəli  substrat  kimi 
melassa işlədilir. 
Texniki  ferment  preparatı  istehsalında  mikroskopik  göbələklər  və  bir  çox  
ağacçürüdən  bazidili  göbələklərin  mitseliləri  xırdalanmış  və  nəmləndirilmiş  bitki 
tullantıları  səthində  becərilir.  Məsələn,  sellüloza  fermentini  almaq  üçün 
Trichoderma  lignorum,  Aspergillus  terreus  kif  göbələkləri,  Bjerkandera  adusta  
bazidili  göbələyi nəmləşdirilmiş buğda və ya düyü kəpəyində becərilir. Göbələklər 
substratın aşağı qatlarında oksigenin miqdarı az olduğundan ancaq üst qatında (2-5 
sm qalınlığında) bitərək inkişaf edirlər. 
Nəmləndirilmiş bərk substrat üzərində kulturanın becərilməsi prosesinə bərk 
fazalı fermentasiya deyilir. Bərk fazalı  fermentasiyanın üç tipi məlumdur: 
 
 
1.Nazik  təbəqədə  gedən  fermentasiya  və  ya  səthi  fermentasiya. 
 
Substrat    layının qalınlığı 3-7 sm-dən    çox  olmue  və  substrat qarışdırılmır, 
fermentasiya  dəmir  və  ya  ağacdan  hazırlanmış  tava  və  ya  saclarda  aparılır. 
Fermentasiyanın ümumi mənfi cəhəti geniş substrat səthinin tələb olunmasıdır. 
 
 
2. Qalın təbəqədə gedən fermentasiya. Bu halda göbələk kulturasının 
subsnratın  bütün  qatlarında  bitməsi  üçün  hava  xüsusi  qurğu  vasitəsilə  bbütün 
laylara  verilir  və  substrat  qarışdırılmır.  Substrat  layının  qalınlığı  0,6-1,5  n  olur. 
Qalın təbəqədə gedən və ya bərk fazalı dərin fermentasiya xüsusi fermentyorlarda 
həyata keçirilir. ( Şəkil 1.) 
 
Fermentasiya  gedən qarışığın laylarını oksigenlə təmin etmək üçün hər iki 
tərəfdən təzyiq iləhava üfürülür. 


 
 
3.Substratın  qarışdırılması  ilı  gedən  fermentasiya.Burada  fırlanan 
pərlər bə ya şneklərdən (navalçaşəkilli konveyer) ibarət fermentyorlardan istifadə 
edilir.  
 
 
Bərk fazalı fermentasiya prosesi maye fazasında deyil, bərk  substrat: 
su:  hava  sərhədində  gedir  və  asan  mənimsənilən  nişastalı  substratlardan  tutmuş 
parşalanan ağac  yonqarına qədər bütün  bitki qalıqları fermentasiyaya uğrayırlar. 
Bərk  substrat  səthində  becərilmənin  əsas  şərtlərindən  biri  substratın 
rütübətliyidir.  Rütubətlik  aşağı  olduqda  hüceyrələr  tərəfindən  qida  madddələrinin 
mənimsənilməsi  prosesi  və  çoxalma  zəifləyir,  yuxarı  olduqda  isə  mühitdə 
hissəciklər  sıxlaşır,  aerasiya  və  hüceyrələrin  biokimyəvi  fəallığı  azalır. 
Hüceyrələrin bu üsulla becərilməsi üçün 58-60% optimal tələb olunur. 
Yem kimi yarmayan müxtəlif  bitki qalıqlarının mikrob zülalı ilə zəngin olan 
yemə çevirdikdə bərk fəzalı fermentasiyadan istifadə edilir. 
Dərin  fermentasiya.  Mikroorqanizmlərin  qida  mühitinin  dərinliyidə 
becərilməsi  fasiləli  (dövri)  və  fasiləsiz  şəkildə  hayat  keçirilir.  Sənayedə    məhz 
fasiləli  və  fasiləsiz  gedən  dərin  fermentasiyalar  geniş  tətbiq  olunur.  Bu  proseslər 
aşağıdakı texnoloji xüsusiyyətlərə malikdir: 
1.Cterilliyə ciddi riayət olunması. 
2.Fermentasiyanın üç  fazalı sistemdə aparılması. 
 
 Mikroorqanizmlər  suda  həll  olmayan  substratlarda,  məsələn,  n=parafin, 
sellüloza, metan və s-də becərildikdə mühitdə bir nüçə faza yarnır: qaz ( substrat) – 
maye  (  qida  mühiti)  –  bərk  cisim  (  hüceyrələr)  və  ya  maye  (qida  mühiti)  –  bərk 
cisim ( hüceyrələr, substrat). 
3.Fermentasiya gedən məhlulda  həll olan oksigenin az miqdarda olması. 
4.Mikrobioloji    proseslərin  sürətinin  kimyəvi  reaksiyalar  sürətinə  nisbətən  aşağı 
olması. 


5.Alınan metabolitlərin çox vaxt qeyri-sabit (termolabil) olması. 
6.Kulturalı  məhsulların köpük əmələ gətirməsi. 
7.Fermentasiya prosesində mühitin fiziki-kimyəvi xassələrinin dəyişməsi. 
8.Fermentasiya gedən mühitin çox komponentli ( mürəkkəb) olması. 
9.Biosintez  və  çoxalma  proseslərinin  biokimyəvi    tənzimi  mexanizminin 
mürəkkəbliyi 
10.Maddələrin hüceyrə  daxilində qradiyentin əksinə nəql olunması. 
11.Mikrob  populasiyasının  mühitin  fiziki  və    mexaniki  amillərini  təsirinə  qarşı 
həssaslığı. 
 
 Fasiləli  fermentasiya  həm  kolbasalarda,  həm  də  fermentyorda  həyata 
keçirilir,  kolbasalar  lazımı  temperatur  şəraitində  yelləncəklərdə  yelləndirilir.  Bu 
zaman    qida  mühiti    çalxalanmaqla  qarışdırılır  və  onun  bütün  komponentləri,  o 
cümlədən  hüceyrələr  bütün  mühit  boyu  bərəbər  miqdarda  yayılmış  olurlar. 
Fermentyorlarda   isə  qida  mühiti   xüsusi    mexaniki  qarışdırıcı  vasitəsilə  fasiləsiz 
qarışdırılır. Hər iki halda qida mühiti komponentləri kolba və fermentyora tökülür, 
fermentasiyanın sonuna kimi onlara  toxunulmur. Mühitdə qida maddələri tədricin 
tükəndiyi  və  metabolizm  məhsulları  toplandığıdan  populyasiyanın  böyüməsi  və 
diziloji  fəaliyyəti  tədricən  dayanır  və  fermentasiya  başa  çatır.  Belə  fermentasiya 
sisteminə    qapalı  sistem  deyilir.  Qeyd  etmək  lazımdır  ki,  səthi  fermentasiya  da 
qapalı sistemə daxildir. 
 
 Fasiləsiz fermentasiyanın mahiyyəti ondan ibarətdir ki, yeni qada mühiti bir 
tərəfdən  fermentyora  daxil  edilir,  digər  tərəfdən  isə  tərkibində  metabolizm 
məhsulları olan kulturalı mühit götürülür.  Buna bəzən axar kultura da deyilir. 
Axar  kulturalı  fermentasiya  sistemi  açıq  sistem  adlanır.  Qida  mühitini 
fermentyorda mexaniki qarışdırmaqla  hüceyrələrin və substratın bütün mühit üzrə 
bərabər  paylanması  (homogenliyi)  təmin  edilir.  Digər  tərəfədən,  fasiləsiz 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə