Microsoft Word Biotexnologiyan?n ?saslar? f?nnind?n muhazir? m?tnl?ri doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/42
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41335
1   ...   17   18   19   20   21   22   23   24   ...   42

 
Bakteriyalar  da  spirtləri  asanlıqla  mənimsəyirlər.  Hal-hazırda  ingiltərədə 
yem  məqsədilə  metil  spirtində  becərilən  bakteriyalar  kütləsində  fermentasiya 
prosesilə 5600 litr həcmli fermentyorlarda zülali biokütlə istehsal olunur. 
 
Metan və hidrogen qazlarindan alinan zülali biokütlə
Metan 
və 
hidrogen  qazları  səmərəli  substratlar  kimi  yalnız  bakteriyalar  tərəfindən 
mənimsənilir.  Pseudomonas  cinsli  bakteriyaların  köməyi  ilə  qazşəkilli 
karbohidrogenlər,  o  cümlədən  metandan  zülali  biokütlənin  alınması  çoxdan 
məlumdur. 
 
Kimyəvi çevrilmə 
 
Bakteriya monokulturası 
 
Qarışıq bakterial kulturalar 
Bu üsulla alınan zülal normal parfinlərə nisbətən daha ucuz başa gəlir. Həm 
də  parafinlərdən  zülal  alınarkən  benzipiren  kimi  konserogen  qarışıqlar  və  çoxlu 
nukleotidlər əmələ gəldiyi halda, metandan alınan zülalda bu qarışıqlar olmur. Belə 
zülali  biokütləni  əlavə  təmizləmək  tələb  olunmur  və  onun  tərkibində  bütün  əvəz 
olunmayan amin turşuları vardır. 
 
Molekulyar  hidrogeni  oksidləşdirməklə  alınan  enerji  hesabına  biosintez 
prosesləri  aparan  mikroorqanizmlər  hidrogen  bakteriyalardır  (Hydrogenamonas 
eutropha,  H.  Pantotropha,  H.  Facilis  və  s.).  Onlar  hidrogenin  oksidləşməsindən 
alınan enerji hesabına karbon qazını mənimsəyib üzvi maddələr sintez edirlər: 
H
2
+ O
2
 + CO
2
 = H
2
 O + (CH 
2
O)n 
 
Hidrogen  bakteriyalar  vasitəsilə  alınan  zülali  kütlə  metan  qazından  alınan 
biokütlə kimi ucuz başa gəlir və maya göbələyindən alınan ZVK-nı tam əvəz edir. 
Bu prosesin mənfi cəhəti odur ki, hidrogen qazının alınması prosesində dəm qazı 
ə
mələ gəlir və bu dəm qazı bakteriyaların əksəriyyəti üçün kəskin zəhərdir. Yaxşı 
olar ki bu məqsədlə istifadə istifadə olunan hidrogen suyun elektrolizi ilə alınsın. 


 
Bitki  substratlarindan  mikrob  zülali  ilə  zəngin  yem  məhsullarinin 
alinmasi. Təbii sərvətlər ehtiyatının azalması və yanacaq böhranının yaranması ilə 
ə
laqədar  bitki  tullantılarından  geniş  istifadə  edilir.  Yer  üzərində  hər  il  2•109  ton 
bitki qalığı  toplanır. Bunlar  pambıq bitkisinin  gövdəsi, bitkilərin budama  çöpləri, 
cecələr  və  digər  bitki  qalıqları  toplanır.  Bitki  tullantılarının  40-50%-ni  sellüloza, 
20-30%-ni  hemisellüloza,  2,5%-ə  qədərini  zülallar  təşkil  edir.  Bu  bitki  qalıqları 
yem kimi istifadəyə yararsızdır. 
 
Mikroorqanizmlərin  köməyilə  bu  təbii  polimerləri  parçalamaqla  bitki 
qalıqlarını  zülal,  yağ,  vitamin  və  digər  faydalı  maddələrlə  zəngin  yemə  çevirmək 
olar. Bu məqsədlə bitki qalıqlarını aşağıdakı üsullarla fermentasiyaya uğradırlar: 
1. 
Dərin fermentasiya; 
2. 
Fermentativ silolaşdırma; 
3. 
Bərk fazalı fermentasiya. 
Göbələk  mitselisinin  tərkibində  mineral  və  azotlu  maddələr,  vitaminlər, 
fermentlər, zülal və s. olması ondan heyvanlar üçün keyfiyyətli yem kimi istifadə 
etməyə  imkan  verir.  Filtratın  tərkibi  şəkərlər,  üzvi  turşular,  vitamin  və  mineral 
elementlərdən  ibarətdir  ki,  onlarda  mikroorqanizmlər  üçün  qiymətli  qida  mühiti 
olmaqla ümumiyyətlə tullantısız texnoloji proseslərin təşkilində tədbiq olunur. 


MÜHAZ RƏ    9:  “V TAM NLƏR  VƏ  V TAM NL   PREPARATLARIN 
ALINMA B OTEXNOLOG YASI” 
PLAN:  
1.Suda və  yağda həll olan   vitaminlərin alınması və tətbiqi.  
2. B6  vitamininin produsentləri, onun alınması və tətbiqi.  
3. Riboflavinin produsentləri, onun alınması  və  tətbiqi.  
4. Flavanoidlərin alınması.  
5. Ергостеринляриналынмасы.   
6.  Mikroorqanizmlər  tərəfindən    karotinoidlərin  sintezi  və  onların  sənayedə  
alınması. 
 
Ə
dəbiyyat 
1.Qənbərov X.Q., Abişov R.A.,.Ibrahimov A.Ş. “Biotexnologiyanın əsasları”, 
Bakı-1994,-284s. 
2.БекерМ.Е., 
ЛиепиньшГ
.К., 
РайпулисЕ
.П. 
Биотехнология

– 
М
.: 
Агропромиздат
, 1990 
3.Варфоломеев  С.Д.,  Калюжный  С.В.  Биотехнология:  Кинетические  основы 
микробиологических
 процессов. – М.: Высшая школа, 1990. – 296 с. 
4.Голубев В.Н., Жиганов И.Н. Пищевая биотехнология. М.: ДеЛи принт, 2001 
г
.  
5. Елинов Н.П. Основы биотехнологии. – С.-Пб.: Наука, 1995.  
 
 
Təbiətdə  vitaminləri  əsasən  bitki  və  mikroorqanizmlər  sintez  etmək 
qabiliyyətinə  malikdirlər.  Bu  xassə  mikroorqanizmlər  arasında  daha  geniş 
yayılmışdır.  nsan  və  heyvanlar  isə  adətən  vitaminləri  hazır  qidalardan  alırlar. 
Heyvanlar  bəzi  vitaminlərlə  mədə-bağırsaq  sistemlərində  fəaliyyət  göstərən 
mikroblar vasitəsilə təmin olunurlar. 


 
Həyat üçün vacib olan maddələri ilk dəfə 1881-ci ildə rus alimi Lunin kəşf 
etmiş,  sonralar  isə  Polşa  alimi  Funk  bu  maddələrə  vitamin  (“həyat  amini”)  adını 
vermişdir. Elmi cəhətdən bu ad özünü doğrultmasa da (vitaminlərin çoxunda amin 
qrupu yoxdur) indiyə qədər öz əhəmiyyətini itirməmişdir. 
 
Vitaminlər orqanizmdə aşağıdakı funksiyaları daşıyırlar: 
1.katalitik və ya koferment funksiya; 
2.antimutagen funksiya; 
3.qeyri-koferment funksiya. 
Vitaminlər  bir  çox  fermentlərin  kofermentləri  olub,  müxtəlif  reaksiyaların 
gedişində  iştirak  edirlər  ki,  bu  da  onların  katalitik  funksiyasını  müəyyən  edir. 
Qeyri-koferment  funksiya  isə  vitaminlərin  bir  çox  zülallar  və  nuklein  turşuları 
sintezinin tənzim olunması, müxtəlif maddələrin hüceyrəyə daxil olmasında böyük 
rol oynamalıdır.  Bəzi  vitaminlər  (vitamin C,  α-tokoferol, β-karotin)  canlılar  üçün 
antimutagen funksiya daşıyırlar. 
 
Mikroorqanizmlər  tərəfindən  vitaminlər  iki:  passiv  və  aktiv  yolla  əmələ 
gəlir.  Passiv  yol  mikrobların  torpaq  və  su  hövzələri,  insan  və  heyvanların  mədə-
bağırsaq  sistemlərində  vitaminlər  sintez  etməlidirlər.  Bununla  yanaşı  çoxlu 
miqdarda vitaminlər mikrob hüceyrəsinin avtolizi nəticəsində ətraf mühitə yayılır. 
Aktiv  yol  isə  vitaminlərin  laboratoriya  və  zavodlarda  müəyyən  məqsədlə 
alınmasıdır.  Bu  halda  xüsusi  şərait  yaratmaq  və  mutant  formalar  almaqla 
mikrobları çoxlu miqdarda vitamin sintez etməyə “məcbur” edirlər. Məhz ona görə 
də belə vitamin sintezinə aktiv sintez deyilir. 
 
Mikroorqanizmlər  təbii  halda  vitaminləri  amin  turşuları,  antibiotik  və  s. 
metabolitlərə nisbətən 1000 dəfə az sintez edirlər. Demək olar ki, mikrob hüceyrəsi 
tərəfindən vitaminlərin sintezi minor (əlavə və ya qeyri-əsas) sintez kateqoriyasına 
daxil  olaraq  onun  həyat  fəaliyyətinin  mütləq  məhsulu  sayılmır.  Laboratoriya 
şə
raitində  mikrob  hüceyrəsindən  çoxlu  miqdarda  vitamin  alınması,  ilk  növbədə, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə