Microsoft Word Biotexnologiyan?n ?saslar? f?nnind?n muhazir? m?tnl?ri doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/42
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41335
1   ...   19   20   21   22   23   24   25   26   ...   42

Riboflavinin  insan  orqanizmində  çatışmaması  dodaqlarda  çatların  əmələ  gəlməsi, 
gözlərin  zədələnməsi,  tüklərin  tökülməsinə  və  dermatitə  (dəri  iltihabına), 
heyvanlarda isə boyatma və inkişafın tormozlanmasına səbəb olur. 
 
Kimyəvi tərkibinə görə B
2
 vitamini aromatik, pirazin və pirimidin həlqələri 
olan mürəkkəb üzvi birləşmələrdir. 
 
Şə
lik 2. B
2
 vitamininin quruluşu. 
 
B
12
  vitamini  kimi  o  da  kofermentlik  xassəsi  daşımaqla  müxtəlif 
hüceyrədaxili biokimyəvi proseslərdə mühüm rol oynayır. 
 
Riboflavin  ilk  dəfə  1933-cü  ildə  süd  cövhərindən  alınmışdır.  Təbiətdə  onu 
ali  bitkilər,  maya  və  kif  göbələkləri,  bakteriyalar  sintez  edirlər. 
Mikroorqanizmlərin  əksəriyyəti  onun  koferment  formaları  olan  flavinləri-
flavinamiddinukleotid  (FAD)  və  flavinmonofosfatnukleotidi  (FMN)  sintez  edə 
bilirlər. 
 
Mikrobakterlər  və  asetobakterlərin  1q  biokütləsində  10-100  mkq, 
Propionibacterium  shermanii-nin    1q  biokütləsində  220  mkq  B2  vitamini  sintez 
olunur.  Fəal  kif  göbələklərində  (Aspergillus  niger,  A.  oryzae)  bu  miqdar  10-92 
mkq-dir.  Mayaya  bənzər  Eremothecium  ashbyii  (2,5  mq/l),  Aschbyii  gossypii  (6 
mq/l)  göbələkləri  yüksək  miqdarda  riboflavin  sintez  etmək  qabiliyyətinə 
malikdirlər. 


 
Riboflavin  biosintezi  üçün  ilkin  maddə  quaninli  birləşmələrdir.  Hüceyrədə 
ə
vvəlcə  quanintrifosfat  (QTF)  sintez  olunur,  sonra  isə  QTF  5-6  biokimyəvi 
çevrilməyə məruz qalaraq riboflavinə çevrilir. 
 
Biosintez  prosesinin  tənzimi  (requlyasiyası)  induksiya  və  repressiya 
mexanizminə tabedir və repressor kimi Fe+ ionu tənzimdə böyük rol oynayır.  frat 
sintezə malik ştammlarda biosintez konstitutiv gedir. 
 
Riboflavin  və  onun  koferment  törəmələri  (FAD,  FMN)  həm  kimyəvi,  həm 
də  mikrobioloji  sintez  yolu  ilə  alınır.  Sənaye  əhəmiyyətli  riboflavin 
produsentlərinə  Eremothecium  ashbyii,  Aschbyii  gossypii  göbələklərini  misal 
göstərmək olar. 
 
Göbələkləri  dərin  fermentasiya  üsulu  ilə  26-28ºC  temperaturda  aerob 
şə
raitdə  şəkər,  parafin  və  yağlar  olan  mühitlərdə  becərirlər.  E.  ashbyii  daha  çox 
vitamin sintez etməsinə baxmayaraq biosintetik xassəsini tez itirir, A. gossypii isə 
ona nisbətən yüksək stabillik göstərir. Vitamin biosintezi göbələyin çoxalmasından 
asılı  olmadığı  üçün  çoxalmayan  hüceyrələrdən  karbon  və  enerji  mənbələrinə 
ehtiyacları olmur. 
 
Riboflavin hüceyrədaxili metabolit olduğu üçün onu hüceyrələrdən su buxarı 
vasitəsilə  ekstraksiya  edir  və  suyu  yenidən  buxarlandırmaqla  kristal  şəklində 
riboflavin alırlar. Alınan təmiz riboflavin təbabət, çörəkbişirmə, qida məhsullarını 
sarı-çəhrayı rəngə boyamaqda istifadə edilir. 
 
Sənayedə  FAD  və  FMN  alınması  üçün  E.  ashbyii,  Sarcina  lutea, 
Brevibacterium ammoniagenes mikroorqanizmlərindən istifadə edilir. 
 
Rusiyada yem məqsədilə istifadə olunan riboflavin E. ashbyii göbələyindən 
alınır.  Göbələyi  dərin  fermentasiya  şəraitində qarğıdalı  və  soya  unu, texniki bitki 
yağlarında  becərirlər.  Alınan  kultural  mühiti  30-40%  quru  maddə  qalana  qədər 
buxarlandırır,  sonra  xüsusi  qurğularda  qurudub  vitamin  konsentratı  alırlar. 
Konsentratın tərkibində B2-dən başqa zülal, yağ, amin turşuları və s. metabolitlər 
olduğundan onun yemə əlavə edilməsi böyük fayda verir. Yem rasionun 1 tonuna 


5-8  q  B
2
  əlavə  etdikdə  heyvanlar  normal  inkişaf  edir,  quşların  yumurtalanması 
artır. 
 
Riboflavin konsentratın alınması prosesi hələlik baha başa gəlir. Buna görə 
də  yeni  mutant  ştammların  alınması  ucuz  optimal  qida  mühitinin  seçilməsi, 
produsentin bitmə şəraitinin optimallaşdırılması sahəsində aparılan elmi axtarışlar 
böyük əhəmiyyət kəsb edir. 
 
Vitamin B
1
. Vitamin  B
1
  və  ya  tiamin  ilk  dəfə  K.  Funk  tərəfindən  1911-ci 
ildə alınmış və onun müalicəvi əhəmiyyəti göstərilmişdir. 
 
1936-cı  ildə  kimyəvi  üsulla  sintez  olunmuş  və  daha  sonra  onun  yüksək 
aktivliyə malik forması olan tiamin-difosfat alınmışdır. Bioloji sistemlərdə tiamin 
koferment  fordama  müşahidə  edilir.  Bu  da  onun  geniş  koferment  funksiyasını 
göstərir. 
 
Mikroorqanizmlərdən  E.  coli,  Proteus  vulgaris,  Aerobacter  aerogenes, 
Bacillus  mesentericus,  Alcaligenes  faecalis  və  s.
  növlər  çoxlu  miqdarda  tiamin 
sintez  edirlər.  Buna  baxmayaraq  tiamin  hazırda  kimyəvi  sintez  yolu  ilə  alınır. 
Kimyəvi  texnologiya  ilə  rəqabət  apara  bilən  biotexnoloji  proses  hələlik 
tapılmamışdır,  daha  doğrusu  tiaminin  mikroorqanizmlər  vasitəsilə  alınması  çox 
baha başa gəlir. B1 vitaminindən təbabətdə və heyvandarlıqda geniş istifadə edilir. 
Hətta bəzi mikroorqanizmlər (Lactobacterium fermenti, Clostridium botulinum və 
s.) tiaminə böyük ehtiyac duyurlar. 
 
Vitamin B
7
.  Vitamin  B
7
  və  ya  biotin  (ona  vitamin  H  da  deyilir)  ilk  dəfə 
yumurta  sarısından  alınmışdır.  Quru  yumurta  sarısının  250  q-da  1,1  mq  biotin 
vardır. 
 
Mikroorqanizmlər  ucuz  biotin  mənbəyi  kimi  daha  böyük  əhəmiyyət  kəsb 
edirlər. Biotinə münasibətinə görə mikroorqanizmlər üç qrupa bölünürlər: 
1.hazır biotinə ehtiyac duyanlar (Lactobacterium casei, L. plantarum,  Neurospora 
crassa); 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə