Microsoft Word Biotexnologiyan?n ?saslar? f?nnind?n muhazir? m?tnl?ri doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/42
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41335
1   ...   27   28   29   30   31   32   33   34   ...   42

 
Metalloproteazalar  stabilliklərini  tez  itirə  bildikləri  üçün  turşu  və  qələvi 
(serin)  proteazalara  nisbətən  az  əhəmiyyət  kəsb  edirlər.  Bu  fermentlərin  aktivlik 
mərkəzində  adətən  sink  (Zn)  ionu  yerləşir,  yüksək  fəallığa  əsasən  normal 
turşuluqda  (pH=7)  malikdirlər.  Bəzi  metalloproteazalar  qələvi  mühitdə  (pH=8) 
yüksək  aktivlik  göstərirlər.  Neytral  metalloproteazalar  termolizin  Bacillus 
termoproteoliticus  bakteriyasından  alınır.  Termolizin  80ºS  temperaturda  1  saat 
ə
rzində fəallığı 50% saxlamaqla böyük termostabillik göstərir. Metalloproteazaları 
Aspergillus,  Streptomyces  cinsli  mikroorqanzimlər  də  çoxlu  miqdarda  sintez  edə 
bilirlər. 
 
Tiolproteazalar  praktiki  əhəmiyyətə  malik  olmadıqları  üçün  onların 
biosintezi az öyrənilmişdir. 
 
nvertaza.  nvertaza  (saxaroza,  β-fruktozidaza)  saxarozanı  qlükoza  və 
fruktozaya çevirir: 
 
Saxaroza + H 
2
O→ D-qlükoza + D-fruktoza 
 
nvertaza  fermentini  bir  çox  mikroorqanizmlər  sintez  edirlər,  sənayedə  isə 
onu Saccharomyces cerevisiae, S. carlsbergensis maya göbələklərindən alırlar. 
 
Laktaza.  Laktaza  (β-qalaktozidaza)  süd  şəkəri  olan  laktozanı  qalaktoza  və 
qlükozaya  parçalayır.  Mikroorqanizmlərin  əksəriyyəti  bu  fermenti  sintez  etmək 
qabiliyyətinə  malikdir.  Onu  əsasən  Saccharomyces  fragilis,  Zygosaccharomyces 
lactis, Candida pseudotropicales göbələklərindən alırlar. 
 
Qlükoziozomeraza.  Qlükoizomeraza  qlükozanı  daha  çox  şirinliyə  malik 
olan  fruktozaya  çevirir.  Sənayedə  onu  Bacillus  coagulans,  Actinoplanes 
missouriensis  və  Stretomyces  cinsli  bakteriyalardan  alırlar.  Ferment  yüksək 
termostabilliyə malik olub 4 həftəyə qədər 60ºC-də öz fəallığını saxlaya bilir. 
 
Dekstranaza.  Dekstranaza  dişlərin  kariesinə  səbəb  olan  dekstrin  şəkərini 
parçalayır və əsasən Penicillium cinsli göbələklərdən alınır. 


 
Penisillinasilaza.  Penisillinatsilaza  fermenti  G  və  V  penisillinləri  G-
aminopenisillin turşusuna çevirir. G-penisillini transformasiya edən ferment E. coli 
bakteriyası,  V-penisillini  transformasiya  edən  ferment  isə  Pseudomonas 
acidovorans, Bovista plumbea mikroorqanizmlərindən alınır. 
 
Pektinaza.  Pektinli  maddələri  parçalayan  pektinazalar  əsasən  fitopatogen 
mikroorqanizmlər  tərəfindən  sintez  olunur.  Bu  fermentləri  sənayedə  Aspergillus, 
Rhizopus,  Sclerotinia  cinsli  göbələklərdən  alırlar.  Sənayedə  3  tip  pektinaza 
preparatı  istehsal  edilir:  pektofoetidin  –  QZX  Aspergillus  foetidus  göbələyindən 
səthi  fermentasiya,  pektofoetidin-10PX  A.  foetidus  göbələyindən  dərin 
fermentasiya yolu ilə və pektavamorin-PX  A. awamori göbələyindən alınır. 
 
Lipaza. Lipazalar yağları (lipidləri) qliserin və yağ turşularına qədər hidroliz 
edir,  bakteriya,  maya  və  kif  göbələkləri  tərəfindən  sintez  olunurlar.  Sənayedə 
onları  Streptococcus,  Lactobacillus,  Aspergillus,  Candida,  Mucor,  Rhizopus, 
Penicillium cinsli bakteriyalardan alırlar. 
 
Fosfolipaza  mürəkkəb  molekullu  fosfolipidləri  parçalayır.  Fosfolipidlərin 
tərkibindəki müxtəlif efir əlaqələrinə təsir etməsindən asılı olaraq fosfolipazaları 4 
qrupa bölürlər: A(2), B(1), C(3) və D(4). A(2) 2-ci, B(1) 1-ci, C(3) 3-cü, D(4) isə 
4-cü efir əlaqələrini parçalayır. Fosfolipaza-A(2) ilan zəhərinin tərkibinə daxildir. 
Lakin  bəzi  mikroorqanizmlər,  məsələn,  Bacillus  cereus,  B.  subtilis,  E.  coli  də bu 
fermenti sintez  edə bilirlər.  Fosfolipaza-B(1)  əsasən  mikroorqanizmlərə xas  olub, 
E.  coli  bakteriyasından  alınır.  Hüceyrəxarici  fosfolipaza  –  C(3)  fermenti 
Clostridium  perfingences,  Acinetobacter  calcoaceticus,  Staphylococcus  aureus 
bakteriyaları  və  Aspergillus  niger,  Penicillium  chryzogenium,  Mucor  racemosus 
göbələkləri  tərəfindən  aktiv  sintez  olunur.  Fosfolipaza-D(4)  Corynobacterium 
pseudotuberculosus, Saccharomyces cerevisiae, Fusarium polycephalum tərəfindən 
sintez edilir. 
 
Litik  xassəyə  malik  lizofosfolipazalar  bioloji  membranı  həlledən 
lizofosfoqliseridləri  parçalamaqla  hüceyrəni  lizisdən  mühafizə  edirlər.  Bu 


fermentlər Aspergillus niger, Penicillium notatum, Serratia plimuticum göbələkləri 
tərəfindən fəal sintez olunur. 
 
Ksilanaza.  Ksilanazalar  ksilanı  (hemisellülozanı)  parçalayan  fermentlər 
qrupu  olub  Aspergillus,  Fusfarium,  Humi  cola,  Sclerotium,  Trametes  cinsli 
göbələklər tərəfindən aktiv sintez olunur. Adətən ksilinaza sellülaza fermentləri ilə 
birgə sintez olunur və alınan ferment preparatların tərkibində həm ksilinaza, həm 
də sellülazalar olur . 
 
Sellülaza.  Sellülaza multiferment (çoxlu ferment) kompleksi olub şəkil 1-də 
göstərilən  fermentlərin  ümumi  adıdır.  Sellülazaları  bakteriya  və  göbələklərin 
ə
ksəriyyəti  (maya  göbələklərindən  başqa)  sintez  edirlər.  Rusiyada  sənaye 
miqyasında alınan sellülolitik ferment preparatları və onların tərkibindəki ferment 
komponentlərinin  fəallığı  cədvəl  1-də  verilmişdir.  Bu  preparatlar  dərin 
fermentasiya ülulu ilə alınan texniki ferment preparatları olub tərkiblərinə qarışıq 
halda ksilinaza və pektinaza fermentləri də daxildir. 
 
Sellüliqnorin-19  Px  Trichoderma  lignorum-19  göbələyindən  səthi 
fermentasiya  üsulu  ilə  alınan  texniki  sellülolitik  ferment  preparatıdır.  Preparatı 
almaq üçün göbələk 60% nəmləşdirilmiş kəpəkdə becərilir, fermentasiyadan sonra 
alınan biokütlədən ferment preparatı kimi istifadə edilir. Bu üsulla alınan ferment 
kütləsinə  əlavə  vəsait  sərf  olunmur  və  texnoloji  cəhətdən  tullantısız  başa  gəlir. 
Lakin onun əsas tətbiq sahəsi yemçilikdir. 
 
Ağacçürüdən  bazidili  göbələklər  kif  göbələkləri  və  bakteriyalardan  fərqli 
olaraq sellülaza fermentləri ilə bərabər liqnini parçalayan (lakkaza və perioksidaza) 
fermentləri də sintez edirlər. 
 
Azərbaycanda prof. X.Q.Qənbərovun rəhbərliyi altında ağacçürüdən bazidili 
(qov)  Bjerkandera  adusta  göbələyindən  “Sellüadustin-SM1”  texniki  ferment 
preparatı  alınmış  və  yemçilikdə  sınaqdan  keçirilmişdir.  Bu  preparatın 
“Sellüliqnorin-19  Px”  preparatlarından  digər  üstün  cəhəti  tərkibində  sporların 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə