Microsoft Word Biotexnologiyan?n ?saslar? f?nnind?n muhazir? m?tnl?ri doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/42
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41335
1   ...   29   30   31   32   33   34   35   36   ...   42

turşularını,  aldehid,  spirt  və  alkanları,  naften  və  aromatik  karbohidrogenləri 
oksidləşdirirlər.  Fəal  lilin  tərkibində  Bacterium  və  Bacillus  cinsli  bakteriyalar  da 
çoxdur. 
Bundan 
başqa 
ammonifikasiya, 
denitrifikasiya, 
nitrifikasiya, 
sulfatreduksiyaedici  və  kükürd  bakteriyalarına  da  rast  gəlinir.  Aktiv  lildə 
bakteriyalar hesabına çoxalıb inkişaf edən ibtidai orqanizmlər də fəaliyyət göstərir. 
 
Mikroorqanizmlərin fermentativ fəaliyyəti nəticəsində çirkab suyundakı üzvi 
maddələr parçalanmaya məruz qalır, məsələn: Pseudomonas aeruginosa bakteriyası 
doymuş karbohidrogenləri aşağıdakı sxem üzrə parçalayır: 
Doymuş  karbohidrogenlər  →  doymamamış  karbohidrogenlər  →  spirtlər  + 
aldehidlər → yağ turşuları → CO
2
 + H 
2

 
Zoogloea ramigera və başqa bakteriyalar o-, m- və p-krezolları, benzolu, m- 
və p-toluolu çox asanlıqla parçalayırlar. 
 
Mikroorqanizmlər  hətta  çox  çətin  parçalanan  zəhərli  maddələri  – 
ksenobiotikləri (peptisid və herbisidləri) belə parçalaya bilirlər. 
 
Göbələklər fəal lildə az rast gəlinən mikroorqanizmlərdir. Məlum olan aktiv 
lillərin  30%-də  göbələklər  müəyyən  edilib.  Bunlar  Fusarium,  Geotrichum, 
Ascoidea, Sporotrichum, Penicillium, Aspergillus, Trichoderma
 cinsli göbələklərin 
nümayəndələridir. 
 
Çirkab  suyun  tərkibindəki  bu  və  ya  digər  maddənin  parçalanması 
temperatur,  pH,  O
2
  kimi  amillərdən,  toksiki  maddələrin  qatılığından  çox  asılıdır. 
Temperaturu 6ºC-dən 20ºC-yə qaldırdıqda oksidləşmə prosesinin sürəti 2-2,5 dəfə, 
37ºC-yə qaldırdıqda isə 4 dəfədən çox artır. 
 
Faydalı  bioloji  təmizlənmə  prosesi  mühit  turşuluğu  pH=5,5-8,5  olduqda 
gedir,  optimal  şərait  isə  pH=6,5-7,5  sayılır.  Turşuluq  pH<5  və  pH>9  olduqda 
proses xeyli zəifləyir. 
 
Çirkab  suyunun  təmizlənməsi  üçün  həll  olmuş  oksigenin  miqdarı 
mikroorqanizmlər 
üçün 
tələb 
olunan 
miqdardan 
az 
olmamalıdır. 


Mikroorqanizmləri oksigenlə təmin etmək üçün çirkab suyunu və aktiv lili xüsusi 
aerotenklərə  töküb  tez-tez  qarışdırırlar.  Bu  zaman  suyun  bütün  sahələrində  həm 
mikroorqanizmlər, həm də oksigen təqribən eyni miqdarda paylanmış olur. 
 
Çirklənmə  törədən  müxtəlif  toksiki  kimyəvi  maddələr  təmizləyici 
mikroorqanizmlərin  fəaliyyətinə  mənfi  təsir  göstərərək  prosesi  zəiflədir  və  çox 
vaxt dayandırır. Belə toksiki maddələrə ağır metal duzlarını misal göstərmək olar. 
Toksik  təsirinə  görə  metalları  aşağıdakı  sıraya  düzmək  olar:  Sb(sürmə), 
Ag(gümüş),  Cu(mis),  Hg(civə),  Co(kobalt),  Ni(nikel),  Pb(qurğuşun),  Cr(xrom), 
Cd(kadmium), Zn(sink), Fe(dəmir). 
 
Lakin  elə  mikroorqanizmlər  də  vardır  ki,  bu  metalların  təsirindən  nəinki 
ölmür,  hətta  onların  duzlarını  mənimsəyirlər,  məsələn,  dəmir  bakteriyaları  dəmir 
duzlarını asanlıqla mənimsəyirlər. Civə və mis duzlarını mənimsəyən bakteriyalar 
da elmə çoxdan məlumdur. 
 
Təmizləyici mikroorqanizmlərin fəaliyyətində biogen elementlərin – azot və 
fosforun  böyük  əhəmiyyəti  vardır.  Onların  çatışmamazlığı  təmizlənmə  prosesini 
çox ləngidir. 
 
Bioloji  təmizlənmə  prosesi  üçün  2-3  günlük  fəal  lildən  istifadə  etmək 
lazımdır. Köhnə lildən istifadə etdikdə təmizlənmə olduqca zəif və çoxlu miqdarda 
selik əmələ gəlməsi ilə gedir. 
 
Bioloji 
təmizlənmə 
prosesində 
mikroorqanizmlərin 
metabolizm 
məhsullarının  toplanması  müşahidə  edilir  ki,  bu  da  lilin  fəallığını  xeyli  zəiflədir. 
Belə  hallarda  lili  bərpa  etmək  mümkündür.  Bu  məqsədlə  aşağıdakı  proseslər 
aparılır: 
1. 
lildəki kolloid və çətin mənimsənilən qarışıqların oksidləşməsi; 
2. 
fəal 
lilin 
qatılığını 
artırmaqla 
metabolizm 
məhsullarının 
parçalanmasının sürətləndirilməsi; 
3. 
lildəki mikroorqanizmlərin növ tərkibinin dəyişdirilməsi; 


4. 
mikroorqanizmlərin fizioloji aktivliyin artırılması. 
 
Aerob  bioloji  təmizlənmə  prosesləri.  Çirkab  suların  aerob  bioloji 
təmizlənməsi aerotenklər, biofiltrlər və gölməçələrdə həyata keçirilir. 
 
Çirkab  sularını  təmizləmək  üçün  istifadə  edilən  süni  dəmir-beton  hövzələr 
aerotenklər adlanır. 
 
Aerotenkə  çirkab  suyu  və  fəal  lil  verilir,  burada  təmizlənmə  (2  həftədən  2 
aya  qədər)  gedəndən  sonra  su  xüsusi  çökdürücü  hovuzlarda  çökdürülür.  Dibdəki 
köhnə lil atılır, təmiz su götürülür və burdaca yenidən istifadə etmək üçün aktiv lil 
alınır. Aerotenkin aşağıdakı növləri məlumdur: 
1. 
ideal sıxışdırıb çıxarma aerotenkləri; 
2. 
tam  dəyişmə aerotenkləri; 
3. 
aralıq tipli aerotenklər. 
 
Sxem 1. Çirkab suların aerotenglə təmizlənməsi sxemi.            
Ə
n  çox  istifadə  olunan  ideal  sıxışdırıb  çıxarma  aerotenkləridir.  Burada 
proses  qeyri-steril,  mikroorqanizmlər  arasında  metabioz,  simbioz  əlaqələrin 
yaranması kimi mürəkkəb şəraitdə gedir. Bu növ aerotenklərin işləmə xüsusiyyəti 
ondan  ibarətdir  ki,  təmizlənmə  prosesinin  əvvəlində  substrat  çoxluğu  və  oksigen 
çatışmamazlığı,  sonunda  isə  oksigen  çoxluğu,  substratın  isə  azlığı  və  ya  yoxluğu 


müşahidə  edilir.  Bu  zaman  mikroorqanizmlər  tam  inkişaf  fazasını  keçirib 
biokütlənin miqdarını 2-5% artırırlar. 
 
Tam dəyişmə aerotenklərində verilən çirkab suyu ani olaraq fəal lilin bütün 
sahələrinə  yayılır  və  bakteriyalar  substratın  maksimal  mənimsənilməsini  təmin 
edən inkişaf fazasında saxlanılır. 
 
Aralıq  tipli  aerotenklər  birinci  və  ikinci  tipli  aerotenklərin  birgə  tətbiqinə 
ə
saslanır.  Bu  aerotenklərdə  proses  çox  intensiv  olduğu  üçün  suyun  tam 
təmizlənməsi gedir. 
 
Bioloji filtrlərlə təmizlənmə zamanı üzərində mikroorqanzimlər inkişaf edən 
filtr materialları (iri dənəli hissəciklər) olan qurğulardan istifadə edilir. Çirkab suyu 
filtrlərdən  süzülüb  keçərkən  filtrdə  olan  mikroorqanizmlər  suyu  çirkləndirən 
maddələri mənimsəyirlər. Bu üsuldan az həcmli çox çirklənmiş suları təmizləmək 
üçün istifadə edilir. 
 
Şə
kil 2. Biofiltrin sxematik quruluşu. 
 
Çirkab  suların  təmizlənməsi  üçün  həm  də  aerob  və  anaerob  gölməçələrdən 
istifadə edilir. Aerob gölməçələr təbii və süni aerasiyalı olmaqla iki yerə bölünür. 
Təbii aerasiyalı gölməçələrdə təmizlənmə çox zəif – 7 gündən 2 aya qədər davam 
edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə