Microsoft Word Biotexnologiyan?n ?saslar? f?nnind?n muhazir? m?tnl?ri doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə2/42
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41335
1   2   3   4   5   6   7   8   9   ...   42

1.Çox  kiçik  ölçüdə  olub  hava  axını  və  başqa  vasitələrlə  asanlıqla  yayılır.  Yer 
kürəsinin elə bir sahəsi yoxdur ki, orada mikrorqanizmlərə rast gəlinməsin; 
2.Yüksək sürətlə çoxalma qabiliyyətinə mailk olmalı, mikroorqanizmlər hər 30-60, 
bəzi  bakteriyalar  isə  8-10 dəqiqədən bir  bölünürlər.  Mikroorqanizmlərin  çoxalma 
sürəti  bitki  və  heyvanların  çoxalma  sürətindən  dəfələrlə  böyükdür.  Məsələn: 
Mikrobioloji  yem  kütləsi  istehsal  edən  ən  kiçik  zavod  sutkada  30  ton  maya 
göbələyi  istehsal  edir  ki,  onu  tərkibində  15  ton  yüksək  keyfiyyətli  zülal  vardır. 
ribuynuzlu qaramaldan sutka ərzində 15 ton zülal almaq üçün 50000 baş heyvan 
lazımdır; 
3.Canlı orqanizmlərin yaşaya bilmədikləri yüksək temperaturda yaşayıb çoxalırlar. 
Bütün  canlılar  bir  qayda  olaraq  40-50ºS-dən  aşağı  temperaturda  yaşayırlar. 
Termofil  mikroorqanizmlər  isə  60-110ºS-də  inkişaf  edirlər.  Okeanın  dibində 
sulfidli termal sularda 250ºS-də bakteriyalara təsadüf edilir; 
4.Yuxarı qatılıqlı turşu və qələvi mühit yüksək təzyiq və başqa ekstremal şəraitdə 
inkişaf edərək çoxalırlar. Asedofil mikroorqanizmlər PH=1 olan mühütdə asanlıqla 
fəaliyyət göstərirlər. Qırmızı qalobakteriyalar xörək duzunun doymuş məhlulunda 
çoxalırlar; 
5.Müxtəlif  üsullarla  qidalanırlar.  Heterotrof  mikroorqanizmlər  heyvanlar  kimi 
hazır  üzvi  maddələr  mənimsəyir.  Bəzi  növlər  parazit  həyat  tərzi  keçrirlər.  Əksər 
mikroorqanizmlər  tərkibində  azot  və  karbon  qidası,  mineral  elementlər  olan  sadə 
sintetik mühitlərdə bitirlər; 
6.Müxtəlif  qidalı  mühitlərdə  bitərkən  çoxlu  miqdarda  metaballitlər  sintez  edib 
toplayırlar.  Bunun  nəticəsində  praktiki  olaraq  mikroorqanizmlərdən  fermentlər 
polisaxaridlər, antibiotiklər, amin turşuları, toksinlər və üzvi turşular alınır; 
7.Müxtəlif üzvi birləşmələri tam parçalamaqdan bir şəkildən başqa şəkilə çevirir və 
ya transformasiya edirlər. Mikroorqanizmlərin bu xassəsi onlardan katolizator kimi 
geniş istifadə etməyə imkan verir; 


8.Müxtəlif amillərin təsirindən metabalizm proseslərini dəyişə bilirlər. Bu xassəyə 
ə
sasən hüceyrədə gedən biokimyəvi prosesləri istənilən istiqamətə yönəltmək olar. 
9.Mutagenlərin  təsirindən  irsi  əlamətlərini  dəyişib  faydalı  xassə  qazana  bilirlər. 
Hazırda  mikrobiologiya  sənayesində  mutant  ştamlar  –  superprodusentlərdən 
müvəffəqiyyətlə istifadə edirlər. 
10.Genomlarında  xromosomdan  kənar  irsiyyət  elementləri  –  plazmidalar  vardır. 
Onlar  mikroorqanizmlərdə  irsi  xassələrin  bir  hüceyrəsini  təmin  edir  və  eyni 
zamanda əlavə genetik məlumat daşıyırlar. 
Bioloji  aktiv  maddələr  sintez  edən  produsentlərin  təkminləşdirilməsi. 
Produsentlərin  əsil  mənbəyi  müxtəlif  ekoloji  şəraitdə  mövcud  olan  təbii 
mikroorqanizmlərdir.  Bu  halda  spantan  mutasiyaya  məruz  qalan  hüceyrələrdən  
istifadə edilir. Biotexnologiyada yalnız seçilmiş təbii ştamlar deyil eləcədə yüksək 
fəallığa malik mutant ştamlar alınıb geniş tədbiq onlunur. 
 
Təbii  ştamlar  adətən  mikrob  biokütləsi,  zülali  preparatlar  və  gübrələrin 
alınması  məqsədilə  işlədilir.  Hüceyrənin  sintez  etdiyi  metobolitlərin  alınmasında 
isə genetik sistemi dəyişilmiş ştamlardan istifadə edilir. Süni mutasiya almaq üçün 
aşağıdakı şərtlərə riayyət olunmalıdır: 
1.Mutagenin seçilməsi; 
2.Onun təsir dozasının müəyyən edilməsi; 
3. stənilən mutantın seçilmə üsulunun təyini. 
Məhsuldar produsentlərin alınmasının ən müasir yolu genetik rekanbinasiya 
üsuludur. 
 
Biotexnologiyanin  ənənəvi  sahələri.  Biotexnologiyanın  ən  mühüm 
sahələrindən biri müxtəlif xassəli mikrob biokütləsinin alınmasıdır. 
 
Zülalla  zəngin  mikrob  kütləsinin  alınması  bir  çox  ölkələrdə  nəhəng 
biotexnoloji  istehsal  sahəsinin  əsasını  təşkil  edir.  Bu  məqsədlə  əsasən  maya 
göbələkləri  tətbiq  olunur  və  alınan  məhsul  kənd  təsərrüfatı  heyvanları  üçün  yem 


məqsədilə istifadə edilir. Maya göbələklərindən alınan biokütlə yüksək keyfiyyətə 
malik olduğu üçün ondan qida kimi də istifadə olunması nəzərdə tutulur. 
 
Mikrobiologiya  sənayesi  zavodlarında  gəmiricilər  və  həşaratlara  qarşı 
mikrob  biokütlələrindən  ibarət  entomopatogen  və  kənd  təsərrüfatı  üçün 
torpaqmünbitləşdirici preparatlar istehsal edilir. 
 
Bakterial  hüceyrələr  və  viruslardan  ibarət  müxtəlif  vaksinlər,  başqa  tibbi 
preparatların alınması və tətbiqi böyük sürətlə inkişaf etdirilir. Biotexnologiyanın 
ə
n  geniş  sahəsini  mikroorqanizmlərdən  metabolizm  məhsullarının  alınması  təşkil 
edir.  Heyvandarlıq  və  təbabətdə  istifadə  edilən  antibiotiklər,  vitaminlər  və 
lipidlərin  istehsalı  biotexnologiyası  xeyli  vaxtdır  ki,  sənayedə  öz  təzahürünü 
tapmışdır.  Mikrob  polisaxaridləri  təbabətdə  qan  plazmasının  əvəzedicisi  kimi, 
yeyinti  sənayesi  və  yataqlardan  neftçıxarmanın  inkişafında  geniş  tətbiq  edilir. 
Mikroskopik  göbələklərdən  təbabətdə  hormonal  mübadilə  ilə  bağlı  olan 
xəstəliklərin müalicəsində və bitkiçilikdə istifadə olunan alkoloid və qibberellinlər 
alınır.  Sənayenin  müxtəlif  sahələrində  geniş  tətbiq  olunan  limon,  süd,  sirkə  və  s. 
üzvi turşuların biotexonoloji istehsalı kimyəvi üsulları çoxdan sənayedən sıxışdırıb 
çıxarmışdır. 
 
Qədim  dövrlərdən  bəri  istifadə  olunan  biotexnoloji  proseslər  hazırda  öz 
ə
həmiyyətini  itirməmişlər.  Yeyinti  sənayesində  spirt,  şərab,  pivə  və  başqa  spirtli 
içkilərin, süd məhsullarının alınması kimi biotexnoloji proseslər geniş tətbiq edilir. 
Müxtəlif  mikrobioloji  mayalar  çörəkbişirmə,  kvas  istehsalı,  meyvə  və  tərəvəzin 
turşuya qoyulması, yemlərin siloslaşdırılmasında tətbiq olunur. 
 
Fermentlər  daha  mühüm  praktiki  əhəmiyyət  kəsb  edən  metabolitlərdir. 
Hazırda  sellülaza,  proteaza,  amilaza,  katalaza  və  digər  fermentlərdən  yeyinti, 
dəriaşılama  və  toxuculuq  sənayesində  geniş  istifadə  edilir.  Bir  sıra  fermentlər isə 
təbabətdə dərman və analitik vasitə kimi işlədilir. 
 
Fermentlərin  təmizlənməsini  və  xalq  təsərrüfatının  müxtəlif  sahələrində 
tətbiqini  öyrənən    biotexnologiya  sahəsinə  mühəndislik  enzimologiyası  deyilir.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə