Microsoft Word Biotexnologiyan?n ?saslar? f?nnind?n muhazir? m?tnl?ri doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə14/42
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41335
1   ...   10   11   12   13   14   15   16   17   ...   42

kulturalarada biosintez proseslərini idarə etmək və onları nəzarət altında saxlamaq 
mümkündür. Fasiləsiz fermentasiya uzun müddət saxlamaqla imkan verir. 
 
Fasiləsiz    fermentasiyada  kultura  xüsusi    fermentyorlarda  –xemostat  və 
turbictatda  becərəilir.  Xemostat  rejimində  qida    mühiti  müəyyən  surətdə  bir 
tərəfdən daxil olur, digər tərəfdən isə xaric edilir . 
 
Populyasiyanın  qatılığı  (hüceyrələrin  miqdarı)    məhdudlaşdırıcı  amillər 
qatılığından  asılı  olaraq  yarımavtomatik  tənzim  olunur.  Substrat  qatılığı  yüksək 
olduqda    populyasiya  qatılığı  da  böyük  olur.  Substrat  qatılığı  və  ya  metabolitin 
yüksək  miqdarda  toplanması  çoxalmanı    məhdudlaşdırır.  Mühitin  axma  sürətini 
artırdıqda məhdudlaşma azalır və tam aradan qalxır, bu zaman hüceyrələr yuyulub  
gedir, xemostatda populyasiyanın qatılığı azalır. 
 
Populyasiyanı maksimum böyümə sürətində ( eksponesial fazada) saxlamaq 
üçün  turbistatdan   istifadə edilir. Bu  aparatda  mühitin axatlığı xemostatdan  fərqli 
olaraq  avtomatik  tənzim  olunur.  Fermentyora  kulturanın  qatılığını  göstərən 
fotoelektrik kalorimetr birləşdirməklə tənzimləməyə nail olunur. 
ş
ıq  şüası kultura becərilən mühitdən keçib fotoelementə düşür və bu zaman 
populyasiyanın  qatılığı  müəyyən  edilir.  Qatılıq    yuxarı  olduqda  fotoelementdən 
gələn siqnalla qida mühitinin axma sürəti azalır, aşağı olduqda isə çoxalır. 
 
Anaerob  fermentasiya.  Mikrooqanizmlər  vasitəsilə  aparılan  oksidləşmə- 
reduksiya  prosesləri  elektron  (və  ya  hidrogen  atomu)  akseptorunun  mənşəyindən 
asılı olaraq üç qrupa bölünür: 
1.Tənəffüs (aerob oksidləşmə)-akseptor rolunu molekulyar oksigen aynayır; 
2.Anaerob  oksidləşmə  -akseptor  rolunu  qeyri-  üzvi  maddələrin  (nitrat  və  sulfatlı 
birləşmələrin) tərkibindəki oksigen oynayır; 
3.Qıcqırma-  akseptor  rolunu üzvi maddələr oynayır. 


 
Təbiətdə  yayılmış  anaerob  proseslər  xalq  təsərrüfatında  geniş  tətbiq  edilir. 
Süd  məhsullarının    alınması,  meyvə  və  tərəvəzin  turşuya  qoyulması,  silosun 
hazırlanması, bir çox  üzvi turşular, aseton, spirt alınması, metan qıcqırması və s. 
bu proseslərə misal göstərmək olar. 
 
Anaerob    proseslərin  biokimyəvi  mexanizmi  geniş  öyrənilmişdir.  Bütün 
mikroorqanizmlər  üçün  universal  üsul  qlükozanın    qlikoliz  yolu  ilə  piroüzüm 
turşusuna qədər  katabolizmə uğramasıdır. 
 
Qıcqırma  zamanı  1  molekul  qlukozadan    2  molekul  ATF,  anaerob 
oksidləşmə zamanı isə 38 molekul ATF yaranır. Anaerob  proses nəticəsində cüzi 
miqdarda  mikrob  biokütləsi,  böyük  miqdarda  isə  metabolitlər  əmələ  gəlir. 
Substratın  təqribən  97%-i  metabolitlərə  (  məhsula),  3%  isə  hüceyrə  üçün  lazım 
olan enerjiyə çevrilir. Deməli, anaerob proses aeroba  nisbətən orqanizmə çox az 
səmərə verir. Lakin anaerob proses zamanı çoxlu miqdarda müxtəlif metabolitlərin 
ə
mələ gəlməsi xalq  təssərrüfatı üçün faydalı maddələrin alınmasına imkan verir. 
 
Anaerob şəraitin yaranmasında aşağıdakı üsullardan istifadə edilir: 
1.Mühitdə həll olmuş oksigeni qaynatmaqla  qovmaq və tez soyutmaq; 
2.Vakuum yaratmaq; 
3. nert qazları (CO2, H2,N2)  mühitə mexaniki üfürmək (mühitdəki oksigenei inert 
qazlarla əvəz etmək); 
4.Mühitə  reduksiya  edici  maddələr  (QlütationŞ  triqlükol  turşusu,  sistein,  şəkər, 
natriumhidrosulfit) əlavə etmək ( bu maddələrin oksidləşməsi sayəsində mühitdəki 
oksigen sərf olunur və anaerobşərait yaranır); 
5.Mühitə çoxlu miqdarda inokulyat (hüceyrələr) vermək (əgər produsent fakultativ 
anaerobdursa.  Onun  əksər  hüceyrələri  asanlıqla    oksigeni  mənimsəyib  anaerob 
şə
rait yardaraq anaerob fermentasiyaya keçirlər); 
6.Muhitin özlüyünü artırmaq (özlü mühitdə oksigen çətin həll olur); 


7.Mühitə  anaerob  və  aerob  orqanizmlər  daxil  etmək  (aerob  orqanizmlər  oksigeni 
mənimsəyərək anaerob şərait yaradırlar). 
Anaerob  fermentasiya  kolba  və  fermentyorlarda  (fasiləli  və  fasiləsiz) 
aparılır,  aerob  prosesdən  fərqli  olaraq  az  enerji  sərf  edilir  (az  miqdarda  istilik 
ayrılması  ilə  əlaqədəar  olaraq  mühiti  soyutmaq  və  ona  hava    (oksigen)  üfürmək 
tələb olunmur. 
Mikrobiloji  sintez  məhsullarının  preparat  şəklində  alınması
fermentasiya  gedən  kulturalı  məhlul  müxtəlif  tərkibli  (hüceyrələr,  substrat, 
metabolit  və  s.)  sistem  olub,  adətən  15-20%  quru  çəkiyə  malikdir.  Quru  çəkinin 
1,5%  -dən  çox  olmayan  az  bir  hissəsinin  metabolitlər  təşkil  edir.  Buna  görə  də 
məhsulun  mürəkkəb  sistemdən  ayrılması  və  təmizlənməsi  bir  sıra  çətinliklərə 
bağlıdır.  
Kiçik molekullu  biosintez məhsullarının müxtəlif üzvi həlledicilər vasitəsilə 
hüceyrəni  parçalamadan  ayırmaq  mümkündür.  Yüksəkmolekullu  hüceyrədaxili 
metabolitləri (zülallar, nuklein turşuları, polisaxaridlər, lipidlər və s.) almaq üçün 
hüceyrə  divarını parçalamaq lazımdır. 
Mikrobiolji sintez məhsulları üç preparat şəklində alınır: 
1.Kultura  mühitindəki  biokütlə  və  metabolitlərdən  ibarət  konsrntratlar  şəklində  ( 
amin  turşuları,  fermentlər,  vitaminlər,  antibiotilklər  və  zülallardan  ibarət  yem 
konsentratları); 
2.Sususzlaşdırılmış mikrob hüceyrələrindən ibarət biokütlə və parçalanmış mikrob 
hüceyrələrindən  alınan  zülali    konsentrat  (çörəkbişirmə  və  yem  məqsədilə  alınan 
maya göbələyi kütləsi, torpaqmünbitləşdirici və entomopatogen preperetlar); 
3.Təmizlənmiş hüceyrədaxili və xarici metabolitlər ( təbabətdə, kimya, yeyinti və 
yüngül sənayedə tətbiq olunan maddələr).  
Konsentratların  alınması    texnoloji  cəhətdən  çox  sadə  olub,  böyük  iqtisafi 
səmərə hesabına başa gəlir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə