Microsoft Word Biotexnologiyan?n ?saslar? f?nnind?n muhazir? m?tnl?ri doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/42
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41335
1   ...   13   14   15   16   17   18   19   20   ...   42

 
Qida kimi Fusfarium graminiarum göbələyindən alınan mikroprotein özünü 
doğrultmuş və hazırda sənaye miqyasında istehsal edilir. 
 
Hal-hazırda  Yer  üzərində  qida  məqsədilə  hər  15  min  tona  qədər  mikrob 
sintezi məhsulları istehsal edilir. 


MÜHAZ RƏ 7: “AM N TURŞULARININ  B OTEXNOLOJI  STEHSALI” 
PLAN: 
1.Zülali  hidrolizatlardan amin turşularının istehsalı.  
2.Amin turşularının kimyəvi sintezi.  
3.L- amin turşularının mikrobioloji sintezi: Bir mərhələli və iki mərhələli biosintez.  
4.Mikroorqanizmlər tərəfindən amin turşularının sintezi.  
5.Sərbəst amin turşularını sintez edən bakteriyalar. 
 
Ə
dəbiyyat 
 1.Qənbərov X.Q., Abişov R.A.,.Ibrahimov A.Ş. “Biotexnologiyanın əsasları”, 
Bakı-1994,-284s. 
2.БекерМ.Е., 
ЛиепиньшГ
.К., 
РайпулисЕ
.П. 
Биотехнология

– 
М
.: 
Агропромиздат
, 1990 
3.Грачева  И.М.,  Иванова  Л.А.,  Кантере  В.М.  Технология  микробных 
белковых
 препаратов, аминокислот и биоэнергия. – М.: Колос, 1992. – 383 с. 
4.Грачева И.М. Технология микробных белковых препаратов, аминокислот и 
биоэнергия
 / И.М. Грачева, Л.А. Иванова, В.М. Кантере. М: Колос, 1992. 
5.  Голубев  В.Н.,  Жиганов  И.Н.  Пищевая  биотехнология.  М.:  ДеЛи  принт, 
2001 г.  
6. Елинов Н.П. Основы биотехнологии. – С.-Пб.: Наука, 1995.  
7. Пищевая биотехнология: Книга 1/ Рогов И.А, Антипова Л.В., Шуваева Г.П. 
(гриф МО РФ) – глава 5 М.: Колос, 2004. 
8. Попов Е.М. Структурная организация белков. – М.: Наука, 1989. – 351 с.  
9.  Производство  белковых  веществ/  В.А.  Быков,  М.Н.  Манаков,  В.И. 
Панфилов
, А.А. Свитцов, Н.В. Тарасова. – М.: Высшая школа, 1987. 
10.Растительный белок. Под. ред. Браудо Е.Е. М.: Наука, 2000 г.  
11. Скоупс Р. Методы очистки белков - М.: Мир, 1985.  
 


Amin  turşuları  canlı  orqanizmlərin  həyat  faəliyyəti  üçün  ən  zəruri 
maddələrdir.  nsan və heyvan orqanizmindəki zülalın biosintezi üçün əvvəlcə amin 
turşuları  sintez  olunur.  Lakin  orqanizm  20  amin  turşusunu  sintez  etmək 
qabiliyyətinə malik deyil və çatışmayan amin turşuları hazır qida və yemlərdən (ət 
və  bitki  məhsullarından)  alınır.  nsan  və  heyvan  orqanizmində  sintez  olunmayan 
amin  turşularına  əvəzolunmaz  amin  turşuları  deyilir.  nsan  orqanizmi  üçün 
ə
vəzolunmayan  8  amin  turşusu  məlumdur:  leysin,  izoleysin,  lizin,  metionin, 
treonin, triptofan, valin, fenilalalin. Kənd təsərrüfatı heyvanları üçün əvəzolunmaz 
amin turşularına histidin və arqinin, quşlar üçün isə prolin əlavə olunur. 
 
Çox vaxt hazır qida və yemlərin tərkibində əvəzolunmayan amin turşularının 
hamısı olmur. Belə halda çatışmayan amin turşusu qidaya əlavə edilir. Buna görə 
də  əvəzolunmayan  sərbəst  amin  turşularının  istehsalı  böyük  iqtisadi  əhəmiyyətə 
malikdir. 
 
Mikroorqanizmlər  tərəfindən  amin  turşuların  sintez  yolu  ilə  alınması  ən 
səmərəli  üsuludur.  Kimyəvi  üsulla  sintez  olunan  amin  turşusu  D  və  L  rasemik 
formada  olduğu  halda,  mikroorqanizmlər  yalnız  orqanizmə  olan  L  forma  sintez 
edirlər. 
 
Mikrob  hüceyrəsində  amin  turşuları  iki:  birləşmiş  (zülalın  tərkibində)  və 
sərbəst  vəziyyətdə  olur.  Sərbəst  şəkildə  amin  turşuları  yığımına  amin  turşusu 
“pul”u  deyilir.  Amin  turşusu  “pul”unda  bütün  amin  turşuları  deyil,  mikrob 
növündən  asılı  olaraq  müxtəlif  amin  turşularının  bir  qismi  olur.  Bəzən  “pul”da 
ə
ksər amin turşularının olmasına baxmayaraq, onlar cüzi miqdarda sintez edilirlər. 
 
Bütün  mikroorqanizmlər  sərbəst  amin  turşuları  sintez  etməyə  qabildirlər. 
Lakin  mikroorqanizmlər  özləri  də  bəzi  amin  turşularına  ehtiyac  duyurlar.  Amin 
turşuları  sintezedən  mikroorqanizmlərə  aminoavtotroflar,  sintez  edə  bilməyənlərə 
isə aminoheterotroflar deyilir. 
 
 


Cədvəl 1.  
Bəzi mikrorqanizmlərdə amin turşusu “pulunun”  tərkibi (mikromol ilə

 
Amin turşusu 
Saccharomyces 
cerevisiae 
Baccillus  
subtilis 
Aerobacter 
aerogenes 
Qlütamin turşusu  135,4 
130 
3,4 
Asparagin turşusu  11,2 
4,3 

Treonin 
25,8 
1,7 

Prolin 



Lizin 
25,8 
0,5 

Leysin 
1,9 
0,2 

zoleysin 
5,7 
0,2 

Serin 
13,2 
0,5 

Qlisin 
12,0 
0,5 
0,7 
Alanin 
54,9 
1,0 
0,8 
Valin 
24,0 
0,5 
0,8 
Arqinin 
45,5 


Histidin 
11,2 


 
 
Sərbəst  amin  turşularını  fəal  sintez  edən  bakteriyalara  E.  coli,  Baccillus 
megaterium,  B.  subtilis,  B.  cereus,  Streptomyces  levoris,  göbələklərə  Aspergillus 
usami, Saccharomyces cerevisiae – ni göstərmək olar. 
 
Mikroorqanizmlərin əsas müsbət xüsusiyyətlərindən biri də amin turşusunu 
ifrat sintez etmələridir.  frat sintez hesabına mühitdə çoxlu miqdarda amin turşusu 
toplanır, məsələn: bakteriyalar 1 l qida mühitində 200 q asparagin, 100 q qlütamin 
və 16 q valin toplayırlar. 


 
Cədvəl 2.  
Mikrobioloji üsulla istehsal edilən amin turşuları və onların tətbiq sahələri  
Sıra 

-si 
Amin turşusu 
Ə
sas tətbiq sahəsi 
1. 
L - qlütamin 
Ə
dviyyat məqsədilə 
2. 
L - lizin 
Yemə əlavə 
3. 
L - izoleysin 
Dərman kimi (terapiya) 
4. 
L - qlütamin 
“---” 
5. 
L - triptofan 
“---” 
6. 
L - arqinin 
“---” 
7. 
L - histidin 
“---” 
8. 
L - prolin 
“---” 
9. 
L - treonin 
Yemə əlavə 
10.  L - fenilalanin 
Terapiya 
11.  L - valin 
“---” 
12.  L - serin 
Kosmetika 
13.  L - metionin 
Terapiya 
14.  L - leysin 
“---” 
15.  L - sitrulin 
“---” 
16.  L - arnitin 
“---” 
17.  L – asparagin turşusu 
Terapiya 
Ş
irniyyat sənayesi 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə