Microsoft Word Biotexnologiyan?n ?saslar? f?nnind?n muhazir? m?tnl?ri doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/42
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41335
1   ...   12   13   14   15   16   17   18   19   ...   42

3. 
bəzi  metabolitlər  və  fermentlər  bərk  fazalı  fermentasiya  şəraitində  daha 
böyük miqdarda sintez olunur. 
Nişasta  tərkibli  bitki  qalıqlarında  Aspergillus  nigeri  və  maya  göbələklərini 
25  gün  ərzində  becərməklə  17-20%,  Fusfarium,  Acremonium,  Allescheria  cinsli 
göbələkləri  kəpəkdə  və  samanda  becərməklə  16-22%  zülalla  zəngin  yem 
məhsulları alınmışdır. 
 
Kif göbələkləri bitkinin əsas tərkib hissəsi olan liqnosellüloza kompleksinin 
tam  parçalaya  bilmirlər.  Bu  məqsədlə  ağacçürüdən  bazidili  (Panus,  Pleurotus, 
Coriolus,  Bjerkandera,  Fomes  və  s.  cinsli) 
göbələklərdən,  daha  doğrusu,  bazidili 
göbələklərin meyvə cisimciklərindən təmiz mitselili kultura alınır və mikroskopik 
göbələklərindən  fərqlə  olaraq  polisaxaridlərlə  yanaşı  liqnini  də  asanlıqla 
parçalayırlar. 
 
Ümumiyyətlə,  ağacçürüdən  bazidili  (qov)  göbələklərindən  mikrobioloji 
texnologiyada  istifadə  olunmasının  başqa  mikroorqanizmlərə  nisbətən  bir  çox 
üstün cəhətləri vardır. 
1.Ağacçürüdən bazidili göbələklər geniş çeşidli spesifik (sellüloza, ksilinaza, 
pektinaza,  amilaza,  oksidalar  və  s.)  fermentlər  sintez  etmək  qabiliyyətinə 
malikdirlər  ki,  bu  da  onlara  çoxkomponentli  və  mürəkkəb  quruluşlu  bitki 
toxumalarını parçalamağa imkan verir. 
2.Bazidili  göbələklər  fermentasiyanı  çox  turş  (pH=3-5)  mühitdə  apara 
bilirlər ki, nəticədə kənar mikrobiota ilə yoluxma ehtimalı xeyli azalır. 
3.Biokütlələrindəki  zülal  əvəzolunmayan  amin  turşularına  görə  mal  əti  və 
süd zülalına yaxındır. 
4.Bu  göbələklərin  bəziləri  (məsələn:  Pleurotus  ostreatus,  Panus  tigrinis, 
Laetiporus  sulphereous)  yeməli  olub  əhali  tərəfindən  lap  qədim  dövrlərdən  bəri 
qida məhsulu kimi istifadə edilir, beləliklə də onlardan alınan məhsulun zərərsizliyi 
bir daha təsdiq olunur. 


5.Ətirli maddələr sintez etdiklərinə görə onlardan alınan məhsul xoş iyə və 
dada malik olur. 
Bərk  fazalı  fermentasiya  üsulu  ilə  ağacçürüdən  bazidili  göbələkləri  bitki 
qalıqlarında  becərməklə  yem  məhsulu  alınması  özünə  geniş  tətbiq  sahəsi 
tapmaqdadır. 
 
Bitki qalıqlarının fermentativ siloslaşdırılması.  
Dərin və bərk fazalı 
fermentasiyalardan  fərqli  olaraq  bu  üsulla  canlı  hüceyrələrdən  deyil,  onlardan 
alınmış fermentlərdən istifadə edilir. 
 
Polisaxaridləri parçalamaq fəallığına malik olan mikroskopik (Trichoderma 
viride,  T.  Lignorum,  Aspergillus  terreus)  və  bazidili  göbələkləri  (Bjercandera 
adusta, Coriolus versicolor) əvvəlcə əlverişli qida mühitlərində (məsələn, arpa və 
buğda kəpəyində) becərməklə (təmizlənmiş) ferment kütləsi alınır. Bu preparat 5-
10% miqdarda xırdalanmış bitki qalıqları ilə qarışdırılır, xüsusi çənlərə və ya silos 
çalalarına  tökülüb  siloslaşdırılır.  Fermentasiya  prosesi  25-30  gün  davam  edir  və 
aşağıdakı mərhələlərdən ibarətdir: 
1.qarışıqda olan fermentlər sellüloza və hemisellülozanın müəyyən hissəsini 
qlükoza, ksiloza və b. sadə şəkərlərə qədər parçalayırlar; 
2.bitki  qalıqlarındakı  spontan  süd  turşusu  bakteriyaları  bu  şəkərləri 
mənimsəyib  inkişaf  edir  və  süd  turşusu  qıcqırması  törətməklə,  bir  tərəfədən 
çürüntü  törədən  bakteriyaların  inkişafını  dayandırır,  digər  tərəfdən  isə,  öz 
biokütlələrini  artırmaqla  məhsulu  zülal,  vitamin,  yağlar  və  b.  fizioloji  fəal 
maddələrlə zənginləşdirirlər. Eyni zamanda, bitki qalıqlarının strukturu yaxşılaşır, 
yumşalır və məhsul turşməzə dada və xoş iyə malik olur. 
Bu üsulla quzapaya (pambıq bitkisi gövdəsi), ağac yonqarı və küləşdən əlavə 
yem alınması praktikada sübut olunmuşdur. 
 
Üzümün  budama  çöplərindən  fermentlərin  köməyi  ilə  mikrob  zülalı  ilə 
zəngin  əlavə  yem  məhsulunun  alınma  biotexnologiyası  prof.  X.Q.Qənbərovun 


rəhbərliyi  altında  hazırlanmış  və  praktikada  sınaqdan  keçirilmişdir.  Bu  texnoloji 
proses çox sadə olub istənilən təsərrüfata tətbiq edilə bilər. 
 
Fermentativ  siloslaşma  üsulunun  mənfi  cəhəti  ondan  ibarətdir  ki,  bu 
prosesdə  fermentlər  təsirinin  məhdudluğu  üzündən  liqnin  və  sellüloza  cüzi 
parçalanır və onların məhsulun tərkibində qalması keyfiyyəti aşağı salır. 
 
Bitki  qalıqlarının  fermentativ  siloslaşdırma  və  bərk  fazalı  fermentasiyası 
tullantı  əmələ  gətirməyən  biotexnoloji  prosesə  əsaslandıqları  üçün  daha  mühüm 
ə
həmiyyət kəsb edirlər. 
 
Qida məqsədilə alınan mikrob kütləsi. 
Yer 
üzərində 
yaşayan 
mikroorqanizmlər  öz  qidasını  əsasən  atmosferdəki  karbon  qazından  bilavasitə  və 
ya dolayı yolla alırlar. Karbon qazı fotoqraf orqanizmlər – ali bitkilər və yosunlar 
tərfindən üzvi birləşmələrə çevrilir. 
 
Bir  çox  mikroskopik  yosunlar  xoş  dada  malik  olub  qədim  dövrlərdən  bəri 
qida kimi istifadə edilir. Afrikada Çad gölü sahillərində yaşayan tayfalar spirulina 
yosununu (sianobakteriya – Spirullina platensis) gölün sahilindən yığıb ət əvəzində 
istifadə  etmişlər.  Tərkibində  70%-ə  qədər  zülal,  4%  nuklein  turşuları,  çoxlu 
miqdarda  B12  vitamini  və  mikroelementlər  olan  spirulina  kütləsi  xoş  iyə  malik 
olub  yaxşı  həzm  edilir,  zəhərli  deyildir. Meksikada  spirulina istehsal  edən  böyük 
zavod  işləyir.  Spirulina  10  ha  sahəyə  malik  açıq  gölməçədə  yetişdirilir.  Belə 
sahədən 2 t quru spirulina kütləsi alınır. 
 
Uzaq  Şərqdə  (Yaponiyada)  bu  məqsədlə  xlorella  (Chlorella)  yosunu 
yetişdirilir  və  ildə  1500  t  biokütlə  alınır.  Yaponiyada  insani  qidaya  melassada 
becərilmiş Candida maya göbələkləri kütləsi də əlavə edilir. 
 
Almaniyada  Scenedesmus  mikroskopik  yosunu  sənaye  miqyasında  istehsal 
edilir və sutkada 20 qramdan artıq olmayaraq qidalara əlavə edilir. 
 
Filippində Saccharomyces fragilis və Candida utilis maya göbələkləri kütləsi 
buğda ununa qarışdırıb satılır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə