Microsoft Word Biotexnologiyan?n ?saslar? f?nnind?n muhazir? m?tnl?ri doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/42
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41335
1   ...   20   21   22   23   24   25   26   27   ...   42

2.bioton sintez etməyən, lakin onun törəmələrini biotinə transfarmasiya etməklə öz 
tələblərini  ödəyənələr,  məsələn:  Corynebacterium  diphteria  pimelin  turşusunu, 
maya  göbələkləri  və  Propiono-bacterium  pentosaceum  isə  destiobiotini  biotinə 
çevirirlər; 
3.sadə  birləşmələrdən  sərbəst  biotin  sintez  edənlər.  Onlara  Psedomonas, 
Azotobacter cinsli bakteriyalar, Phycomyces, Rhodotorula cinsli göbələklər və bəzi 
yosunlar aiddir. Ph. blaxesleanus göbələyi 7-11 mkq/q, Spirulina platensis yosunu 
isə  1,2  mkq/q  biotin  sintez  edir.  Bəzi  Pseudomonas  cinsli  bakteriyalar  30  mq/l 
destiobitin əmələ gətirirlər ki, bu da biotin almaq üçün ən səmərəli ilkin maddədir. 
Biotinin  mikroorqanizmlər  vasitəsilə  alınması  prosesinin  praktikada  həyata 
keçirilməsi  ilk  növbədə  biotin  çıxımının  az  olması  ilə  əlaqədardır.  Bu  sahədə 
sənaye üçün ifrat sintezə malik mutant ştammların alınması tələb olunur. 
 
Vitamin C. Vitamin  C  və  ya  askorbin  turşusu  ilk  dəfə  1932-ci  ildə  Sent 
Dyerdyi tərəfindən limon şirəsindən alınmışdır. 
 
tburnuda 10 mq/q, qırmızı şirin istioda isə 2,5 mq/q bioloji aktiv askorbin 
turşusu vardır. Bitki və ya heyvanların əksəriyyəti vitamin C sintez edirlər.  nsan 
və bəzi heyvan orqanizmində isə bu vitamin sintez olunmur. 
 
Lipomyces  starkeryi,  Aspergillus  niger,  Streptococcus  thermophilus
 
mikroorqanizmləri  214  mkq/q  askorbin  turşusu  əmələ  gətirirlər.  Acetobacter 
xylinum,  Gluconobacter  oxydans  bakteriyaları  qlükozanı  transformasiya  yolu  ilə 
askorbin turşusuna çevirirlər:  
qlükozanı  –  sorbit  →  L-sorboza  →  keto  –  L  –  qulon  turşusu  →  L—askorbin 
turşusu. 
 
Askorbin  turşusu  yeyinti  sənayesi,  təbabətdə  və  antioksidant  kimi  geniş 
istifadə edilir. 
 
Öyrənilmiş mikroorqanizmlər çox az miqdarda vitamin sintez etdikləri üçün 
onun mikrobioloji istehsalı hələlik tətbiq olunmamışdır. 


 
Yağda həllolan vitaminlərin alınması. 
 Yağda həllolan vitaminlər və ya 
terpenlərə  A,  D,  E,  və  K  vitaminləri  aiddir.  A  və  D  vitaminlərindən  başqa  qalan 
vitaminlər  mikroorqanizmlər  tərəfindən  sintez  olunurlar.  Bu  iki  vitamin  insan  və 
ali heyvan orqanizmindən sintez olunub xüsusi funksiya daşıyır, onlar hormonlara 
daha  yaxındırlar.  Müstəsna  olaraq  Golobacterium  cinsli  bakteriyalar  A  (retinal) 
vitamini sintez edə bilirlər. 
 
Karotinlər. Karotinlər A, sterinlər, D qrupu vitaminləri biosintez yollarının 
başlanğıc mərhələlərinin oxşarlığına görə terpenlər adı altında birləşdirilmişdir. 
 
Karotinlər  təbiətdə  geniş  yayılmış  piqmentlər  qrupuna  məxsusdurlar. 
Hazırda 200 təbii karotinoid məlumdur. Yarpaqlara müxtəlif rəng verən məhz bu 
piqmentlətdir. Kök bitkisində olan əsas piqment karotindir (“carota” latın sözündən 
götürülüb  kök  deməkdir).  Bitkilər  və  heyvanlar  aləmində  geniş  yayılmaqlarına 
baxmayaraq onların biosintezi bitki və mikroorqanizmlər tərəfindən aparılır. 
 
Karotinlər kimyəvi tərkibcə sulukarbonlar və onların oksidli törəmələrindən 
ibarət mürəkkəb üzvi birləşmələrdir. 
 
Kimyəvi tərkibinə görə karotinlər 2 qrupa bölünürlər: 
1.tərkibində ancaq C və H olanlar (karbohidrogenli karotinoidlər); 
2.tərkibində  C,  H  və  O  olanlar  (ksantofillər).  Yüksəkmolekullu  karotinoidlərin 
tərkibində 40 C atomu olur. 
Karotinlərin  hüceyrədaxili  sintezi  üçün  tərkibində  5-20  C  atomu  olan 
birləşmələr  istifadə  edilir  və  C  atomu  miqdarının  40-a  qədər  artması  aşağıdakı 
şə
kildə gedir: 
 
C
5
 + C
5
 → C
10
 + C
5
 → C
15
+ C
5

 C
20
 + C
20
 → C
40 
 


 
Karotinlər,  ilk növbədə β-karotin, orqanizmdə A vitaminin sintezində ilkin 
maddə kimi istifadə edilir. Ona görə də β-karotinə A vitaminin provitamini deyilir. 
Β
-karotin  uclarında  tsikloheksan  həlqəsi  (və  ya  ionun  nüvəsi)  olan  uzun 
karbohidrogen zəncirindən təşkil olunub və sintezi 4 mərhələdə gedir: 
1.C40 karbohidrogenlərinin sintezi; 
2.Doymamış asiklik karbohidrogenlərin alınması ilə gedən dehidratlaşma prosesi; 
3.Aromatik və asiklik karotinlərin sintezi; 
4.Karotinlərin oksidləşib β-karotinə çevrilməsi. 
Mikroorqanizmlər arasında bütün fototrof və bəzi bakteriyalar, maya və kif 
göbələkləri karotinlər sintez edirlər. 
 
Göbələk  hüceyrəsində  karotinlərin  funksiyası  hüceyrəni  fotodinamik 
təsirdən  müdafiə  etməkdir.  Ona  görə  də  göbələk,  məsələn,  Neurospora  crassa, 
qaranlıqda işığa nisbətən çox cüzi miqdarda karotin sintez edir. 
 
Halobacterium  halobium  bakteriyasının  karotinoidləri  fotoresseptor 
funksiyasını  daşıyırlar.  Bakteriya  membranında  yerləşən  bakteriorodopsin 
fototaksis prosesinə səbəb olur. 
 
Ksantofillərin  əksəriyyəti  tənəffüs  prosesində  elektronların  daşınmasında 
iştirak edirlər. 
 
Karotinlər  mukor  cinsli  göbələklərdə  dimorfizm  (“+”  və  “-”  ştammlar) 
törədirlər. 
 
Sənayedə β-karotin almaq üçün 1954-cü ildə kimyəvi sintez prosesi həyata 
keçirilmişdir. Bununla bərabər onu kök və balqabaqdan da alırlar. 
 
Mikrobiologiyada  sənayesində  isə  β-karotin  Phycomyces  blakesleanus  və 
Blaceslea  trispora  kimi  heteroatillik  mukor  göbələklərindən  alırlar.  Göbələklər 
buğda,  düyü,  çovdar  dənələrində,  çiyiddə  becərilir,  mühitə  cüzi  miqdarda  yağ 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə