Microsoft Word Biotexnologiyan?n ?saslar? f?nnind?n muhazir? m?tnl?ri doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/42
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41335
1   ...   16   17   18   19   20   21   22   23   ...   42

 
Zülalın keyfiyyətli olması onu təşkil edən əvəzolunmayan amin turşularının 
tərkibi  və  miqdarından  xeyli  asılıdır.  Lizin,  metionin,  izoleysin,  valin,  treonin, 
fenilalanin,  triptofan,  leysin  və  histidin  amin  turşuları  insan  və  heyvan 
orqanizmində  sintez  olunmadıqlarına  görə  orqanizmə  mütləq  qida  ilə  daxil 
edilirlər. 
 
Qida və yemlərin əsas zülal mənbəyini taxıl bitkiləri təşkil edir. Lakin taxıl 
bitkilərində  zülalın  miqdarı  az  olmaqla  bərabər,  onların  tərkibində  bir  çox  amin 
turşuları, ilk növbədə fenilalanin, treonin, triptofan və valin yoxdur. 
 
Tərkibində  keyfiyyətli  zülal  olan  qidalar  ət,  balıq,  süd  və  yumurta  kimi 
heyvan  mənşəli  məhsullardır.  Heyvandarlığın  intensiv  inkişafı  ilk  növbədə 
keyfiyyətli  yemlə  təmin  olunmasından  asılıdır.  Heyvani  yemlərin  əksəriyyətində 
zülalın miqdarı az olmaqla bərabər həm də aşağı keyfiyyətlidir. 
 
Müəyyən  edilmişdir  ki,  heyvanların  yem  rasionuna  mikroorqanizmlərdən 
alınan biokütlə əlavə etdikdə onların zülala olan təlabatı ödənilir. 
 
Mikrob zülalının istehsalı iqlim və hava şəraitindən asılı olamyan, geniş əkin 
sahələri  tələb  etməyən,  yüksək  sürətlə  və  fasiləsiz  gedən  prosesdir. 
Mikroorqanizmlərin  qidalanma  tipləri,  növ  tərkiblərinin  müxtəlifliyi  səmərəli 
xammal  və  produsent  seçməyə  imkan  verir.  Mikrob  zülalları  amin  turşularının 
tərkibinə görə bir-birindən xeyli fərqlənir. Tərkibində yüksək miqdarda lizin olan 
zülala maya göbələklərində rast gəlinir. Biokimyəvi xassələrinə görə göbələk zülalı 
heyvani zülala daha oxşardır. 
 
Mikrobiologiya  sənayesində  yem  zülalının  alınmasında  əsasən  Candida 
cinsli maya göbələklərindən istifadə olunur. 
 
Onların  qida  keyfiyyəti  kimyəvi  tərkiblərinə  görə  təyin  olunur.  Maya 
göbələyi hüceyrəsinin tərkibində 50-60% zülallar, 25-26% nukleotidlər, 2-3%  
yağlar,  9-12%  karbohidratlar  (şəkərlər), vitaminlər  (tiamin,  riboflavin,  piridoksin, 
nikotin  turşusu,  D və  C vitaminləri) və  mineral  elementlər  (K,  Mg, Ca,  S,  P,  Fe, 


Zn,  B  və  s.)  vardır.  Maya  göbələyi  hüceyrəsinin  əsas  xüsusiyyəti  qiymətli  qida 
maddələri  ilə  zəngin  olmasıdır.  Belə  maya  göbələyi  kütləsi  insan  və  heyvan 
orqanizmi tərəfindən asan mənimsənilir və tam zərərsizdir. 0,5 kq maya göbələyi 
kütləsi 1 kq təzə əti, 33 ədəd toyuq yumurtası və ya 4,1 litr inək südünü əvəz edir. 
Buna görə də onu heyvan və quşların yem rasionuna əlavə edirlər. 
 
Yem  rasionuna  eyni  zamanda  lizin,  vitamin  və  antibiotiklər  əlavə  etdikdə 
məhsuldarlıq  2  dəfədən  çox  artır.  Deməli,  yem  kimi  zülal-vitamin  qarışığından 
istifadə edilməsi daha böyük iqtisadi səmərə verir. 
 
Yemin tərkibində amin turşuları və vitaminlərin miqdarı müəyyən normada 
olmalıdır. 100 qr xam zülalda amin turşularının miqdarı göstərilən normal çəkidə 
olmalıdır: lizin – 5-6 qr, metionin + sistein – 3-4 qr, triptofan – 1,2-2,0 qr, leysin – 
4-7, izoleysin – 3-4 qr, fenilalanin + tirozin – 4-6 qr, treonin – 3 qr, valin – 3,5 qr, 
histidin – 1,5-2,0 qr. Zülalda metionin, triptofan və fenilalaninin miqdarı normadan 
artıq olduqda heyvanlara zərərli təsir göstərir. 
 
1  qr  quru  yemdə  vitaminlərdən  B1  –  1,2-2,0  mq,  B2  –  2,4  qr,  B3  –  10-15 
mq, B6 – 2,0-4,0 mq, B12 – 30-60 mq, nikotin turşusu – 15-30  mq, K – 0,5-1,0 
mq-dan çox olmamalıdır. 
 
Yem zülalı alınmasında birhüceyrəli Chlorella yosunundan istifadə edilir. 
 
Xlorealla hüceyrəsinin 40-60%-ni zülal, 15%-ni vitaminlər və başqa fizioloji 
aktiv maddələr təşkil edir. 
 
Maya  göbələyi  biokütləsindən  ayrılmış  zülaldan  qida  kimi  istifadə  etmək 
daha məqsədəuyğundur. Bunun üçün hüceyrələri parçalayır və zülalı su vasitəsilə 
ekstraksiya  edirlər  (ayırırlar).  Məhlulda  50%-ə  qədər  zülal  və  xeyli  miqdarda 
nuklein  turşuları  və  lipidlər  olur.  Nuklein  turşularını  parçalamaq  üçün  məhlula 
nukleaza fermenti əlavə edilir. 
 
Neft  parafinləri,  spirtlər  və  qaz  maddələrindən  mikrobioloji  zülal 
alınması. Yemi əvəzedən zülali biokütlələrin alınmasında istifadə edilən substrata 


müvafiq  olaraq  onlara  texniki  adlar  verilmişdir.  Parafinlərdən  alınan  yem  zülalı 
paprin,  etil  spirtindən  alınan  eprin,  metil  spirtindən  alınan  meprin,  təbii  metan 
qazından alınan qaprin və s. adlanır. 
 
Birhüceyrəli mikroorqanizmlərdən (həm göbələk, həm bakteriya) zülali yem 
məhsulu alınma texnologiyasının ümumi sxemi belədir. 
1.Qida mühitinin hazırlanması; 
2.Qida mühitinin sterilizə olunması; 
3.Su vasitəsilə fermentyorun soyudulması; 
4.Fermentyora vurulan hava; 
5.Havanı sterilizə edən filtr; 
6.Fermentyor; 
7.Biokütlənin seperatorda ayrılması; 
8.Biokütlənin sentrifuqa ilə çökdürülməsi; 
9.Biokütlənin qurudulması; 
10. Hazır yem məhsulu. 
 
Normal parafinlərdən alinan zülali biokütlə.   Rus alimi Tauson ilk dəfə 
olaraq göstərmişdir ki,  Candida  cinsli maya göbələkləri neftdən alınan parafinləri 
asan  mənimsəyirlər.  Sənaye  miqyasında  ilk  dəfə  olaraq  maya  göbələyinin 
kütləsinin  alınması  erusalimski  və  Skryabin    tərəfindən  praktiki  olaraq  həyata 
keçirilmişdir.  Bu  üsulla  alınan  biokütlədə  zülaldan  başqa  çoxlu  miqdarda 
vitaminlərdə olduğu üçün zülal vitamin kansentratı adlanır.  Hazırda hər il  1mln 
tondan  çox  zülal  vitamin  konsentratı istehsal  edilir.  Neftin tədricən tükənməsi ilə 
ə
laqədar parafin ehtiyatının azalması paprin istehsalının genişləndirilməsinə imkan 
vermir ki, nəticədə yeni xammalın axtarılması tələb olunur. 
 
Metil və etil spirtindən alinan zülali biokütlə.  Metil  və  etil  spirtləri 
ZVK-nın  alınması  üçün  əlverişli  xammaldır.  Maya  göbələkləri  bu  spirtləri 
asanlıqla mənimsəyib çoxlu miqdarda biokütlə əmələ gətirirlər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə