Microsoft Word Biotexnologiyan?n ?saslar? f?nnind?n muhazir? m?tnl?ri doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/42
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41335
1   ...   14   15   16   17   18   19   20   21   ...   42

 
Mikroorqanizmlərin ifrat sintez qabiliyyəti mikrobiologiya sənayesində amin 
turşusu alınmasının əsasını qoydu. 1979-cu ilin məlumatına görə Yer üzərində ildə 
400  min  ton  amin  turşusu  istehsal  olunur  ki,  onun  da  60%-i  mikrobioloji  üsulla 
alınır (Cədvəl 2). 
 
Amin  turşularının  sənayedə  alınması  üçün  ifrat  sintezə  malik  təbii 
produsentləri aşkar etmək, bu sintez üçün tələb olunan optimal şəraiti öyrənmək və 
seleksiya yolu ilə superprodusentlər yaratmaq lazımdır. 
 
Amin  turşularının  alınmasında  şəkərlər  və  ya  şəkərli  maddələrdən  substrat 
kimi  istifadə  edilir.  Şəkərlərin  mikroorqanizmlər  vasitəsilə  amin  turşularına 
çevrilməsi  ümumi  sxem  üzrə  gedir.  Əvvəlcə  şəkərlər  piroüzüm  turşusuna  qədər 
parçalanır.  Piroüzüm  turşusu  Krebs  tsiklinə  daxil  olub  müxtəlif  üzvi  turşular  və 
amin  turşularının  yaranmasına  səbəb  olur.  Buradan  aydın  olur  ki,  hazır  üzvi 
turşuları  müvafiq  fermentlər  və  ya  hüceyrələr  vasitəsilə  amin  turşularına 
transformasiya etmək olar. 
 
Beləliklə,  amin  turşularını  sənayedə  iki  üsulla:  mikrobioloji  sintez  və 
transfarmasiya yolu ilə alırlar. 
 
Lizinin  alınması.  Lizin  amin  turşusu  E.  coli,  Micrococcus  glutamicus, 
Aerobacter aerogenes, Corynobacterium glutamicum, Brevibacterium flavum və B. 
lactoformentum bakteriyaları tərəfindən ifrat sintez olunur. 
 
Fəal  sintezə  malik    B.    flavum  bakteriyası  vasitəsilə  lizinin  biosintezi 
aşağıdakı kimi gedir: 
 
C
6
 H
12
O
6
       CH
3
 - CO - COOH 
 Krebs   
qlukoza                                piroüzüm turşusu 
tsikli
HOOC- CH
2
 - CO - COOH                        quzuqulağı-sirkə turşusu                               
 
HOOC- CHNH
2
 – CH
2
 - COOH  


asparagin turşusu 
 NH
2
-CH
2
- (CH
2
)
3
-CHNH
2
-COOH 
                  lizin 
 
 
Lizinin  sənaye  miqyasında  mikrobioloji  istehsalı  1971-ci  ildə  Latviya 
alimləri  tərəfindən  həyata  keçirilmişdir.  Bunun  üçün  Brevabacterium  və 
Corynobacterium  cinsli  bakteriyaları  melassada  (şəkər  çuğunduru  tullantısı) 
becərməklə  fermentasiya  aparılır.  Hazırda  sənayedə  auksatrof  mutant  ştammlar  – 
Brevibacterium  sp.22  və  Corynobacterium  glutamicum-dan  istifadə  edilir.  Bu 
ş
tammlar  melassalı  mühitdə  40  q/l,  sirkə  turşulu  mühitdə  70  q/l  lizin  sintez  edib 
toplayırlar.  Fermentasiyadan  sonra  məhluldan  lizini  ayırmaq  üçün  onu  xüsusi 
quruducu qurğuda buxarlandırırlar, bu zaman lizin kristal şəklində çökür. 
 
Brevibacterium  sp.22  kulturası  fermentasiya  zamanı  lizindən  başqa 
riboflavin,  nikotin  və  fol  turşuları  kimi  vitaminləri  də  sintez  edir.  Bu  qarışıqdan 
yem  məqsədilə  istifadə  edilməsi  kristal  lizinə  nisbətən  böyük  səmərə  verir.  Ona 
görə də yem məqsədilə təmiz lizin yox, lizin konsentratından istifadə edilir. 
 
Konsentrat  duru  və  quru  halda  alınır.  Duru  konsentratda  7-10%,  quru 
konsentratda isə 15-20% lizin olur. Tərkibində lizin, vitaminlər və zülali məhsullar 
olan belə konsentratlardan vitaminli amin turşuları premiksinin hazırlanması üçün 
istifadə edilir. 
 
Lizin  mikroorqanizmlər  tərəfindən  təkcə  biosintez  yolu  ilə  deyil,  bir  çox 
üzvi  maddələrin  transformasiyası  ilə  də  alınır.  Bir  və  ya  iki  mərhələdən  ibarət 
transfarmasiya prosesini çox vaxt mikrob fermentləri vasitəsilə həyata keçirirlər. 
 
Fermentativ yolla aminokaprolaktamın lizinə transformasiya olunması 1978-
ci ildə 6 min ton təmiz lizin alınır. Bu transformasiya prosesində lizinin çıxımı çox 
yüksək olub 200 q/l-ə bərabərdir. 


 
Qlütamin turşusunun alınması. Mikrobioloji sənayesində qlütamin turşusu 
almaq  üçün  Mikrococcus  glutamicus,  Bacillus  megeterium,  Brevibacterium  sp., 
Corynobacterium  glutamicum  bakteriyalardan  istifadə  edilir.  Qlütamin  alınması 
prosesi  ilk  dəfə  1957-ci  ildə  Yaponiyada  həyata  keçirilmişdir.  Bu  məqsədlə 
şə
kərlər  və  ya  nişastalı  bitkilərin  hidrolizatlarından  qida  mənbəyi  kimi  istifadə 
edilir. 
 
Bakteriyalar  vasitəsilə  qlütamin  turşusunun  alınmasında  da  boy 
maddələrinin  rolu  çox  böyükdür,  məsələn:  qida  mühitinə  bioton  əlavə  olunduqda 
qlütamin turşusunun miqdarı 20-30 dəfə artır. Bu üsulla 37,5 q/l çıxım ilə qlütamin 
almaq  mümkündür  ki,  bu  da  istifadə  olunan  şəkərin  47%-ni  təşkil  edir.  Eyni 
zamanda  mühitdə  biotinin  nisbətən  yüksək  qatılığı  mikrob  hüceyrəsi  divarının 
keçiriciliyini aşağı salmaqla hüceyrədə sintez olunmuş qlütamin turşusunun mühitə 
ifraz (sekresiya) edilməsinə mane olur. Bakteriya hüceyrəsi divarının keçiriciliyini 
artırmaq  üçün  antioksidantlar  və  antibiotiklərdən  istifadə  edilir.  Pensillin  daha 
böyük səmərə verən amil kimi bu məqsədlə sənayedə geniş tətbiq edilir. Belə ki, 
penisillinin  tətbiqi  sənayesində  Micrococcus  glutamicus  541  r  mühitdə  45  q/l, 
Corynobacterium glutamicum 3144 isə 50 q/l qlütamin turşusu sintez edir. 
 
Qlütamin  turşusu  alınmasının  digər  yolu  üzvi  turşuların  fermentativ 
aminləşdirilməsidir. Məsələn: α–ketoqlütar turşusunun fementativ aminləşdirilməsi 
nəticəsində  Actinomyces  citrefluorescens  2292-160%,  A.  levoris  2789-350%,  A. 
globisporus 81-210% qlütamin turşusu əmələ gətirir: 
 
O = C – CH
2
 – CH
2
 – COOH + NH
3
 → HOOC – CH
2
 – CH
2
 – CHNH
2
 – COOH 
α
 – ketoqlütar turşusu                                                  Qlütamin turşusu 
 
 
Triptofan, tirozin, fenilalanin və s. amin turşularının alınması. Candida 
utilis  maya  göbələyi  tərəfindən  5  q/l  triptofan  sintez  olunur.  Bəzi  mutant 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə