Microsoft Word Biotexnologiyan?n ?saslar? f?nnind?n muhazir? m?tnl?ri doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/42
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41335
1   ...   15   16   17   18   19   20   21   22   ...   42

bakteriyalar, məsələn: Bacillus subtilis sutka ərzində saxaroza olan qida mühitində 
10 q/l triptofan əmələ gətirir. 
 
Tirozin  transformasiya  üsulu  ilə  Citobacter  freundii  bakteriyasından  alınan 
tirozin-fenilaza fermenti vasitəsilə alınır: 
 
                  fenol + piroüzüm turşusu + NH
3
 → tirozin 
 
 
Fenilalanin  Corynobacterium  glutamicum  bakteriyası  vasitəsilə  10-15% 
şə
kər  olan  mühitdə  3-4  sutka  ərzində  14-16  q/l  çıxım  ilə  sintez  olunur. 
Brevibacterium lactorfermentum, B. flavum vasitəsilə 3 sutka ərzində 23 q/l çıxım 
ilə  3,4-dioksifenilalanin  (DOFA)  sintez  olunur.  DOFA  fermentlər  vasitəsilə 
transformasiya yolu ilə pirokatexin və piroüzüm turşusundan da alınır: 
 
pirokatexin + piroüzüm turşusu + NH
3
 → → 3,4 –dioksifenilalanin 
 
 
Asparagin  turşusu  Pseudomonas  cinsli  və  E.  coli  bakteriyaları  tərəfindən 
çoxlu  miqdarda  sintez  olunur.  O,  əvəzolunmayan  amin  turşuları  sırasına  daxil 
olmasa da külli miqdarda istehsal edilib yeyinti sənayesində şəkər əvəzedicisi kimi 
istifadə edilir. 
 
Sənayedə asparagin turşusu transformasiya yolu ilə fumar turşusundan geniş 
istehsal olunur. Bunun üçün E. coli bakteriyasından alınan aspartaza fermentindən 
istifadə edilir: 
                                                              aspartaza 
HOOC – CH = CH – COOH + NH
3
———→ HOOC – CHNH
2
 – CH
2
– COOH 
        Fumar turşusu                                                                       asparagin 


 
Yuxarıda göstərilən amin turşularından əlavə Frunze antibiotiklər zavodunda 
leysin,  izoleysin,  triptofan  istehsalı  prosesləri  həyata  keçirilmişdir.  B.  flavum 
qlükozalı  mühitdə  14,5  q/l,  sirkə  turşulu  mühitdə  isə  33q/l  izoleysin  sintez  edib 
toplaya bilir. 
              Histidin və trionin amin turşuları Corynobacterium glutamicum, Bacillus 
subtilis,  Salmonella  typhimurim  bakteriyaları  tərəfindən  sintez  olunub  qida 
mühitində  toplanılır.  Lakin  bu  turşuların  çıxımı  az  olduğu  üçün  onların 
mikrobioloji üsulla alınması hələlik sənayedə tətbiq olunmur. 
 
Nukleotidlərin  biosintezi.  Amin  turşuları  kimi  nukleotidlər  də  hüceyrədə 
sərbəst və birləşmiş vəziyyətdə olurlar.  Birləşmiş  halda onlar  irsiyyət  elementləri 
olan DNT və RNT polimer zəncirinin tərkibini təşkil edirlər. Nukleotidlər purin və 
pirimidin əsaslı olub adenin, sitozin və urasil RNT-nin; adenin quanin, sitozin və 
timin isə DNT-nin tərkibinə daxildirlər. 
 
Hüceyrədə  olan  sərbəst  nukleotidlər  yığımı  nukleotidlər  “pul”u  adlanır. 
Bunların  əksəri  monofosfatlar  (AMF,  QMF,  SMF  və  s.)  şəklində  olurlar. 
Göbələklərdən  Penicillum  chrysogenium-un  1  q  quru  biokütləsinin  0,65  mq-nı 
nukleotidlər  təşkil  edir.  Candida  gulliermondii  hüceyrəsində  əsasən  purin 
nukleotidləri  və  onların  törəmələrinə  rast  gəlinir.  Maya  göbələklərinin 
ə
ksəriyyətində başqa mikroorqanizmlərə nisbətən ATF çoxlu miqdarda olur. 
 
Temofil  mikroorqanizmlərdə  nukleotidlərin  ümumi  miqdarı  mezofillərə 
nisbətən 3 dəfə çoxdur. Termofillərdə quanin və onun törəmələri, mezofillərdə isə 
adenin və onun törəmələri çoxluq təşkil edir. 
 
Mikrob  hüceyrəsində  DNT  və  RNT-nin  biosintezində  iştirak  edən  çoxlu 
miqdarda 
parçalanma 
məhsulları-nukleotidlər 
və 
ə
saslar 
vardır. 
Mikroorqanizmlərdən Penicillium chrysogenium, Aspergillus pallidus və Candida 
utulis  göbələkləri  üzərində  aparılan  təcrübələr  göstərmişdir  ki,  hüceyrədə 
nukleotidlərin miqdarı (sintezi) onların becərilmə şəraiti, karbon və azot mənbəyi, 
mineral  elementlər  və  s.  amillərdən  asılı  olaraq  dəyişir.  Bəzi  amin  turşuları  və 


vitaminlər,  məsələn,  histidin  və  fol  turşusu  purin  törəmələri  biosintezinin 
tənzimində böyük rol oynayırlar. Fol turşusunu A. Pallidus göbələyi bitən mühitə 
ə
lavə etdikdə quanidin və onun törəmələrinin biosintezi 40% artır. 
 
Nukleotidlər  ATF,  koenzim  A,  müxtəlif  kofermentlərin,  məsələn,  FAD-ın 
tərkibinə  daxildirlər.  Nukleotidlərin  alınmasının  praktiki  əhəmiyyəti  ilk  növbədə 
bu  mühüm  maddələrin  sintezində  onlardan  istifadə  olunmasıdır.  Digər  tərəfdən, 
nukleotidlər və onların bir çox törəmələri terapiya müalicə məqsədilə tətbiq edilir. 
 
Sənayedə  Corynobacterium  glutamicum  bakteriyasından  5-inozin  və  5-
quanil  turşuları  alınır  ki,  bunlar  ərzaq  məhsullarına  xoş  dad  vermək  üçün  əlavə 
edlir. 


MÜHAZ RƏ  8:  ZÜLAL   YEM  MƏHSULLARININ  B OTEXNOLOJ  
STEHSALI 
PLAN 
1.Mikrob zülalı alınmasında istifadə olunan substratlar (xammallar 
2.Neft parafinləri, spirtlər və qaz maddələrindən mikrobioloji zülal alınması. 
3.Normal parafinlərdən alinan zülali biokütlə. 
 
4.Metil və etil spirtindən alinan zülali biokütlə 
5.Metan və hidrogen qazlarindan alinan zülali biokütlə. 
6.Bitki substratlarindan mikrob zülali ilə zəngin yem məhsullarinin alinmasi. 
 
Ə
DƏB YYAT 
 1.Qənbərov X.Q., Abişov R.A.,.Ibrahimov A.Ş. “Biotexnologiyanın əsasları”, 
Bakı-1994,-284s. 
2.БекерМ.Е., 
ЛиепиньшГ
.К., 
РайпулисЕ
.П. 
Биотехнология

– 
М
.: 
Агропромиздат
, 1990 
3.Голубев В.Н., Жиганов И.Н. Пищевая биотехнология. М.: ДеЛи принт, 2001 
г
.  
4. Елинов Н.П. Основы биотехнологии. – С.-Пб.: Наука, 1995.  
5.Голубев В.Н., Жиганов И.Н. Пищевая биотехнология. М.: ДеЛи принт, 2001 
г
.  
6.  Елинов Н.П. Основы биотехнологии. – С.-Пб.: Наука, 1995.  
7.  Экологическая  биотехнология.  Пер.  с  англ.  Под  ред.  К.Ф.  Форстера,  Дж. 
Вейза
. Л.: Химия, 1990 г., пер. изд.: Великобритания, 1987 г., 384 с.  
 
 
Qida  problemi  bəşəriyyət  qarşısında  duran  ən  vacib  problemlərdən  biridir. 
Qidada  zülal  çatışmamazlığı  orqanizmin  əmək  qabiliyyətini  aşağı  salır  və 
xəstəliklərə qarşı həssalığını artırır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə