Microsoft Word Biotexnologiyan?n ?saslar? f?nnind?n muhazir? m?tnl?ri doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/42
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41335
1   ...   11   12   13   14   15   16   17   18   ...   42

Hüceyrədaxili  və  hüceyrəxarici  metabolitlərin  alınmasında  vakuum  altında 
buxarlandırma,  dondurma,  çökdürmə,  kristallaşdırma,  qurutma  kimi  proseslərdən 
istifadə edilir. 
Mikrobioloji  istehsalın  tullantızsız  texnologiyası.  Mikrobiolji    istehsal 
prosesinin ən xarakterik cəhətlərindən biri onun  tullantısız olmasıdır. Lakin təmiz  
metabolitlərdən  ibarət  preparatın  istehsalı  zamanı  tərkibində  üzvi  və  qeyri-üzvi 
maddələr  olan  çirkab    sular  əmələ  gəlir.  Belə  istehsal  proseslərini  həyata 
keçirərkən  ilk  növbədə  istehsaldan  alınan  çirkab  suların  təmizlənməsi  problemi 
həll  olunmalıdır.  Digər  tərəfdən,  istehsal  prosesində  yaranan  əlavə  metabolitlərin 
tətbiqi  yollarını  aşkar  etmək  lazımdır.  Məsələn,  Aspergillus   cinsli göbələklərdən 
limon  və  itakon  tutşuları  alındıqda  çoxlu  miqdarda  göbələk  kütləsi  və  filtrat 
(turşular  ayrıldıqdan  sonra)  tullanılırdı.  Bir  ton  limon  turşusu  sintezində  150-200 
kq quru göbələk və 7000 l filtrat tullantısı alınır. 
Göbələk  mitselisinin  tərkibində  mineral  və  azotlu  maddələr  ,  vitaminlər, 
fermentlər, zülal və s. olması ondan heyvanlar üçün keyfiyyətli yem kimi istifadə 
etməyə  imkan  verir.  Filtratın  tərkibi  şəkərlər,  üzvi  turşular,  vitamin  və  mineral 
elementlərdən ibarətdir. Mikroorqanizmlər üçün qiymətli qida mühiti kimi istifadə 
olunur. 
  
Belə tullantısız texnoloji proseslər mikrobioloji sintezin başqa  məhsullarının 
alınmasında da tətbiq olunur.  


MÜHAZ RƏ  6:  “ZÜLAL  TƏƏTL   Q DA  MƏHSULLARININ 
B OTEXNOLOJI  STEHSALI” 
PLAN: 
 1.  Bitki  sübstratlarından  mikrob    микроб    zülalı  ilə  zəngin  yem  məhsullarının 
alınması  
2. Zülalların qida sənayesində tətbiqi.  
3. Bitki qalıqlarının mikroorqanizmlər vasitəsilə dərin fermentasiyası  
4. Bitki sübstratlarının bərk fazalı fermentasiyası  
5. Bitki qalıqlarının fermentativ  siloslaşdırılması.  
6.  Qida məqsədilə mikrob kütləsinin alınması. 
 
Ə
dəbiyyat 
1. Qənbərov X.Q., Abişov R.A.,.Ibrahimov A.Ş. “Biotexnologiyanın əsasları”, 
Bakı-1994,-284s. 
2.Асонов Н.Р. Микробиология. М.: Колос, 1996 г.  
3.Кантере  В.М.  Теоретические  основы  технологии  микробиологических 
производств
. – М.: Агропромиздат, 1990. – 271 с. 
4.Микробные  ферменты  и  биотехнология/  Под  ред.  В.М.  Фогарти.  –  М.: 
Агропромиздат
, 1986. – 318 с. 
5.Неверова О.А. Пищевая биотехнология продуктов из сырья растительного 
происхождения
. Новосибирск: Сиб унив. Изд-во, 2007.-415 с. 
6.Пищевая биотехнология: Книга 1/ Рогов И.А, Антипова Л.В., Шуваева Г.П. 
(гриф МО РФ) – глава 5 М.: Колос, 2004. 
7.Растительный белок. Под. ред. Браудо Е.Е. М.: Наука, 2000 г.  
8.Экологическая  биотехнология.  Пер.  с  англ.  Под  ред.  К.Ф.  Форстера,  Дж. 
Вейза
. Л.: Химия, 1990 г., пер. изд.: Великобритания, 1987 г., 384 с.  
 


 
Tərkibində nişasta olan bitki substratlarından zülali yem almaq üçün nişasta 
mənimsəyən maya və ya kif göbələklərindən istifadə edilir. Kartof, maniok, banan, 
qarğıdalı kimi nişastalı substratları doğrayıb duru qida mühiti olan fermentyorlara 
tökür  və  bu  mühitdə  Candida,  Fusfarium,  Chrysosporium,  Aspergillus, 
Myrothecium  və  s.  cinsli  göbələklərin  nümayəndələri  becərilir.  Bu  üsulla  alınan 
yem  məhsulunda  20%-ə  qədər  zülal  olur.  Mikroskopik  göbələkləri  nişastalı 
substratda  becərməklə  ngiltərədə  zavod  miqyasında  ildə  50  ton  yem  məhsulu 
alınır. 
 
Tərkibində  sellüloza  olan  bitki  substratlarını  (oduncaq,  saman,  güləş  və 
başqa  kənd  təsərrüfatı  bitkilərinin  qalıqları)  istifadə  olunması  üçün  sellülozanı 
parçalayan  mikroorqanizmlər  tətbiq  edilir.  Lakin  bu  substratlarda  çox  çətin 
parçalanan  aromatik  təbiətli  liqninin  olması  və  sellülozanı  fiziki  qurluşunun 
mürəkkəbliyi  onların  mikroorqanizmlər  tərəfindən  mənimsənilməsini  xeyli 
çətinləşdirir.  Çətinliyin  aradan  qaldırılması  üçün  substratları  qabaqcadan  işləmək 
lazımdır.  Bunu  mexaniki  (əzib  toz  halına  salmaqla),  fiziki  (şüalandırmaqla)  və 
kimyəvi (qələvi və turşuların təsiri ilə) amillərin təsiri altında edirlər, nəticədə bitki 
toxunmasının  strukturu  pozulur  və  sellüloza  mənimsənilməsinə  mane  olan  liqnin 
parçalanır. 
 
Kanada alimləri qələvi ilə işlənmiş bitki tullantıları olan duru qida mühitində 
Chaetomium  cellulolyticum  göbələyini  yetişdirməklə  tərkibi  12-14%  zülal,  35% 
sadə  şəkər  və  10%  lipidlər  (yağ)  ibarət  yem  məhsulu  almışlar.  Zülalın  tərkibini 
6,8% lizin, 2,6% metionin+sistin və 6,1% treonin kimi əvəzolunmaz amin turşuları 
təşkil  edir  ki,  bu  da  məhsulun  yem  məqsədilə  istifadə  üçün  yararlı  olduğunu 
göstərir. 
 
ABŞ  alimləri  termokimyəvi  yolla  işlənilmiş  şəkər  qamışı  cecəsində 
Cellulomonas uda bakteriyası yetişdirməklə tərkibində 15-20% mikrob zülalı olan 
məhsul almışlar. 


 
Bitki  məhsullarının  əvvəlcədən  işlənilməsinin  digər  üsulu  sellülozanın 
mineral  turşularla  (H
2
SO
4
)  sadə  şəkərlərə  qədər  hidroliz  olunmasıdır. 
Heksozalar+pentozalar  qarışığından  ibarət  belə  hidrolizata  Candida  utilis  maya 
göbələyini  yetişdirməklə  Rusiyada  30-cu  illərdən  indiyədək  zülali  yem  məhsulu 
alınır.  Bu  istehsal  prosesinin  müsbət  cəhəti  ondan  ibarətdir  ki,  tükənməyən  bitki 
substratlarına  istinad  edilir.  Lakin  bitki  tullantılarının  yığılıb  hidroliz  zavodlarına 
daşınması,  hidroliz  prosesi  və  onun  neytrallaşdırılması  çox  baha  başa  gəlir.  Ona 
görə də bu zavodlar kiçik miqyaslı olub çox az istehsal gücünə malikdirlər. 
 
Bitki substratlarının bərk fazalı fermentasiyası. 
Bərkfazalı 
fermentasiyada  atoksigen  kif  və  ağacçürüdən  bazidili  göbələklərindən  istifadə 
edilir.  Bitki  substratları  xırda  doğranılır,  50-60%-ə  qədər  nəmləşdirilir  və  fəal 
göbələk  kulturası  ilə  yoluxdurulur.  Göbələk  polisaxaridləri  (sellüloza  və 
hemisellüloza),  liqnini  parçalyıb  çoxalır  və  öz  biokütləsi  ilə  bitki  materialını 
zənginləşdirir.  Alınan  məhsul  heyvani  yem  rasionuna  əlavə  olunmaqla  istifadə 
edirlər. 
 
Bərk fazalı fermentasiya mikrobiologiyada heç də yeni üsul deyildir. Ondan 
Uzaq Şərq və Hind-Çində milli yeməklərin hazırlanmasında qədim dövrlərdən bəri 
istifadə  edilir.  Məsələn,  yaponlar  Aspergillus  oryzae  göbələyini  nəmləşdirilmiş 
düyüdə  becərməklə  daha  qədimdən  “kodzi”  adlı  məhsul  alırlar.  XX  əsrin  50-ci 
illərindən bəri bu üsulla  ABŞ-da və bir  çox  Avropa ölkələrində  müxtəlif  ferment 
preparatları alınır. 
 
Son 10-15 il ərzində bərk fazalı fermentasiyadan geniş istifadə edilir. Bu hər 
ş
eydən əvvəl aşağıdakı şərtlərlə əlaqədardır: 
1. 
bitki  substratları  suda  həll  olmadıqları  üçün  duru  qida  mühitində 
fermentasiya prosesini xeyli çətinləşdirir; 
2. 
duru qida mühitində gedən fermentasiya bərk fazalı fermentasiyaya nisbətən 
çox əmək  və enerji tələb edir; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə