Microsoft Word Biotexnologiyan?n ?saslar? f?nnind?n muhazir? m?tnl?ri doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/42
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41335
1   ...   18   19   20   21   22   23   24   25   ...   42

vitamin sintezi tənziminin mikrob hüceyrəsi üçün faydalığının pozulması hesabına 
başa gəlir. 
 
Vitaminlər 2 böyük qrupa bölünürlər: 1) suda və 2) yağda həll olanlar. 
 
Suda  həll  olan  vitaminlərin  alınması.  Suda  həllolan  vitaminlərə  B  qrupu 
vitaminləri: B
1
 (tiamin), B
2
 (riboflavin), B
3
 (pantoten turşusu), B
5
 (piasin və PP), 
B
6
 (piridoksin), B
9
 (fol turşusu), B
12
 (kobalamin), B
7
 (biotin), vitamin C (askorbin 
turşusu)  və  vitamin  P  (rutin)  aiddir.  B  qrupu  vitaminləri  müxtəlif  fermentativ 
reaksiyalarda koferment funksiyası daşıyırlar, yəni apofermentlə birləşib tam fəal 
ferment əmələ gətirirlər. 
 
Vitamin  B12.    Vitamin  B
12
  və  ya  kobalamin  mərkəzində  kobalt  (Co)  olan 
mürəkkəb quruluşlu üzvi maddədir. 
 
Şə
kil 1. Vitamin B
12
 ( sianokobalamin) strukturu. 
 
Onun  insan  orqanizmində  çatışmaması  nəticəsində  hüceyrədə  DNT-nin 
biosintez mexanizmi pozulur və “pernitsioz anemiya” xəstəliyi yaranır. Xəstəliyin 
müalicəsi  üçün  dərman  olan  B
12
  vitamini  1947-ci  ildə  qaraciyərdən  alınmışdır. 


Xəstəliyin müalicəsi məqsədilə hər gün tələb olunan 1-2 mkq vitamin almaq üçün 
120-240 q qaraciyərdən istifadə olunmalıdır. 
 
Kobalamin  1962-ci  ildə  K.  Berinqaur,  L.  Smit,  A.  Conson  tərəfindən 
kimyəvi  yolla  sintez  oluşmuşdur.  Lakin  kimyəvi  sintez  prosesi  37  mərhələdən 
ibarət  olub,  mürəkkəbliyinə  görə  praktikada  tətbiq  sahəsi  tapa  bilməmişdir.  B
12
 
vitaminə  heyvan  toxumlarında  (ən  çox  qaraciyərdə)  və  mikroorqanizmlərdə 
təsadüf  olunur.  Bitkilərdən  ancaq  kök  yumrusu  bakteriyaları  ilə  simbioz  həyat 
sürən  paxlalılarda  kobalamin  sintez  olunur  ki,  bu  da  bakteriyaların  hesabına 
mümkündür. 
 
Ə
vvəllər kobalaminin ancaq bakteriyalar tərəfindən sintez olunduğu güman 
edilirdi.  Lakin  sonralar  müəyyən  edildi  ki,  B
12
  vitamini  bir  çox  maya  və  kif 
göbələkləri tərəfindən də sintez olunur. 
 
Sənaye  miqyasında  kobalamin  almaq  üçün  Aerobacter  aerogenes, 
Agrobacterium  radiobacter,  Rhizobium  meliloti,  Bacillus  megaterium,  B. 
circulans,  B.  coagulans,  Butyribacterium  rettgeri,  Flavobacterium  dvorans, 
Micromonospora  purpureae,  M.  fusca,  Pseudomonas  denitrificans
  kulturaları 
təklif  olunmuşdur.  Bunların  əksəriyyəti  12-20  mq/l  kobalamin  sintez  edirlər. 
Streptomyces  olivaceus  və  Propionobacterium  freudenreichi  növlərinin  bəzi 
ş
tammları  58  mq/l  vitamin  əmələ  gətirirlər.  Biosintez  prosesində  bu 
mikroorqanizmlər şəkərlərdən qida mənbəyi kimi istifadə edirlər. Lakin sənayedə 
qida üçün yayarlı xammallardan istifadə edilməsi məqsədəuyğun olmadığından bu 
kulturalar  praktikada  tətbiq  olunmur.  Sənayedə  metil  spirti  (metanol),  propandiol 
və  qliserin  kimi  maddələri  mənimsəyib  kobalamin  sintezedən  mikroorqanizmlər 
işlədilir,  məsələn:  Pseudomonas  sp.  AM  –  1  metanolda  bitərək  156  mkq/l, 
Microcyclus evurneus isə 102 mkq/l vitamin sintez edirlər. 
 
Hazırda  sənayedə  kobalamin  mikrobioloji  sintez  yolu  ilə  bakteriyalardan 
alınır.  Təbabətdə  istifadə  edilən  təmiz  (kristalik)  B
12
  preparatı  propion  turşusu 
qıcqırma  törədən  Propinobacterium  freudenreichii  bakteriyasından  alınır.  Bu 


qrammüsbət  bakteriyalar  hərəkətsiz,  sporsuz  qısa  çöplər  olub  anaerob  şəraitdə 
laktoza, süd turşusu, süd cövhəri, qliserin, melassa, ksiloza, dekstran, nişasta kimi 
substratları mənimsəyərək kobalamin sintez edirlər. 
 
Kobalaminin alınma texnologiyası aşağıdakı mərhələlərdən ibarətdir: 
1.bakteriyanın qida mühitində becərilməsi; 
2.vitaminin qida mühiti və ya hüceyrədən ayrılması; 
3.vitaminin təmizlənməsi; 
4.onun kristallaşması. 
Bakteriyalar  mühit  turşuluğu  pH=6,8-7,4,  temperaturu  28-30ºS  olan 
mikroaerofil şəraitdə becərilir və fermentasiya 96-120 saat davam edir. Kobalamin 
hüceyrədaxili  vitamin  olduğu  üçün  pH=4,5-5,0  olan  su  vasitəsilə  hüceyrələrdən 
ekstraksiya  etməklə  ayırırlar.  Ekstraksiya  zamanı  vitaminin  stabilliyini  təmin 
etmək  üçün  suya  0,25%  NaNO
2
  əlavə  edilir.  Məhluldakı  lazımsız  zülallar 
çökdürülür,  vitamin  isə  üzvi  həlledicilərə  keçir.  Həlledici  buxarlandırıldıqda 
çöküntü şəklində vitamin alınır, sonra onu asetonda həll edib kristallaşdırırlar. Bu 
üsulla  alınan  kobalamin  ölkəmizdə  tibbi  tələbatı  tam  ödəyir.  Ondan  pernitsioz 
anemiya, mədə yarası, qastrit, sarılıq və bir çox psixoloji xəstəliklərin müalicəsində 
istifadə edirlər. 
 
Heyvandarlıqda  yemə  qatmaq  üçün  təmiz  vutamin  deyil,  vitaminli 
preparatdan  istifadə  edilir.  Sənayedə  belə  preparatı  metan  əmələgətirən 
Metanobacterium  cinsli  anaerob  bakteriyalar  qarışığından  alırlar.  Proses 
metanotenklərdə aparılır və B
12
 vitaminindən başqa çoxlu miqdarda B
2
, PP, B
5
, B
7

fol və pantoten turşusu  vitaminləri, amin turşuları və zülal sintez edilir. Heyvanlar 
üçün  belə  konsentratın  istifadəsi  çox  böyük  səmərə  verir.  Konsentratın  texniki 
(sənayedə) adı “KMB-12”-dir. 
 
Vitamin  B 
2
.  Vitamin  B
2
  və  ya  riboflavin  insan  və  heyvanlar  üçün  böyük 
ə
həmiyyətə  malikdir.  nsanın  bu  vitaminə  olan  gündəlik  tələbatı  2,0-2,5  q-dır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə