Microsoft Word Biotexnologiyan?n ?saslar? f?nnind?n muhazir? m?tnl?ri doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/42
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41335
1   ...   21   22   23   24   25   26   27   28   ...   42

turşuları  və  ya  bitki  yağı  əlavə  edilir.  Yağın  əlavə  edilməsi  karotinlərin  sintezini 
sürətləndirir. B. trispora 1l mühitdə 3,2 q karotin əmələ gətirir. 1 kq kökdən isə 60 
mq β-karotin alınır. Göbələklərdən alınan karotinin qiyməti 6-12 dəfə ucuz olur. 
 
Digər 
tərəfdən,  mikroorqanizmlərdən 
alınan  β-karotin 
kök  və 
balqabaqdakından daha böyük bioloji aktivliyə malikdir. 
 
Avstraliyada β-karotin almaq üçün Dunaliella yosunundan istifadə edirlər. 
 
Yosunlardan 
Spongiococcus 
excentricum, 
Chlorella 
perenoidosa, 
Coccomuxa  elongata,  bakteriyalarından  Actinomyces  chrestomycetes  və 
mikrobakterlər,  maya  göbələklərindən  Rhodotorula,  kif  göbələklərindən 
Neurospora  crassa  və  Penicillium  sclerotiorum  çoxlu  miqdarda  ksantofil  əmələ 
gətirir və onların sənayedə ksantofillərin alınmasında geniş istifadə edilir. Heyvan 
və quşların yeminə əlavə etmək üçün Blakeclea trispora göbələyindən alınan yem 
konsentratından  istifadə  edilir.  Konsentratın  tərkibində  karotindən  başqa  lipid, 
amin turşuları və s. maddələr olur. 
 
Karotinlər  havada  asanlıqla  oksidləşən  maddələrdir.  Ona  görə  də 
biotexnoloji  prosesdə  β-karotini  sabitləşdirmək  üçün  etoksixin,  diludin  kimi 
antioksidantlardan (antioksidləşdirici) istifadə edilir. 
 
Karotinlərdən  yeyinti  sənayesində  (yağ,  marqarin,  dondurma  və  şirniyyatı 
rəngləmədə)  rəngləyici  kimi,  təbabətdə  müxtəlif  dəri  xəstəliklərinin  müalicəsində 
geniş  istifadə  olunur.  Tərkibində  β-karotin  olan  yem  konsentratı  quşlar  və 
heyvanların yeminə əlavə edildikdə onların A vitamininə olan tələbatı tam ödənilir. 
Ksantofillər  quşların  tüklərinin  rəngini  yaxşılaşdırmaq  məqsədilə  yem  rasionuna 
ə
lavə edilir. 
 
Erqosterinlərin alınması.  
Erqosterin  D
2
  vitaminin  alınması  üçün 
istifadə  olunan  maddədir.  Onu  ultrabənövşəyi  şüallarla  (260-285  nm) 
ş
üalandırdıqda  D
2
  vitamininə  çevrilir.  Doyamamış  sterinləri  ultrabənövşəyi 
ş
üalarla şüalandırdıqda  əmələgələn  maddələr  D  vitaminin  adı  altında  birləşdirilir. 


Balıq  yağında  olan  vitamin  D
7
-dihidroxolesterini  şüalandırdıqda  əmələgələn 
vitaminindən heç bir cəhətdən fərqlənmir. 
 
nsan  və  heyvan  orqanizmində  çoxlu  miqdarda  D
7
-dihidroxolesterin  sintez 
olunur  ki,  bu  da  D  vitamininə  olan  tələbatı  ödəyir.  Ona  görə  də  vitamin  D 
hormonlara  aid  edilir  və  D
2
  erqokalsiferol,  D
3
  isə  xolekalsiferol  adlanır.  Hər  iki 
vitamin  orqanizmdə  Ca  və  P  mənimsənilməsinin  və  sümük  toxumlarında 
toplanmalarını tənzim edir. Vitaminlərin çatışmaması sümükdə Ca-un azalması və 
deformasiyasına (raxitə) səbə olur. 
 
Kimyəvi  cəhətdən  vitamin  D  və  onun  ilkin  maddələri  təkatomlu  çoxsikilli 
spirtli birləşmələrdir. 
 
Sterinlərə  bütün  canlı  sistemlərdə  -  bakteriya,  maya  və  kif  göbələkləri, 
yosunlar,  ali  bitkilər  və  heyvanlarda  rast  gəlinir.  Eqrosterin  maya  göbələklərində 
olan  əsas  sterindir  və  hüceyrədəki  ümumi  sterinlərin  60-90%-ni  təşkil  edir.  Bəzi 
hallarda  quru  maya  göbələyi  kütləsinin  10%-ni  erqosterin  təşkil  edir.  Hüceyrədə 
erqosterin  sərbəst  və  yağ  turşuları  ilə  fərqli  birləşmələr  şəklində  olur.  Çoxlu 
miqdarda  erqosterin  əmələ  gətirmək  xassəsi  Saccharomyces  carlsbergensis,  S. 
cerevisiae, S. chevaliery, maya göbələkləri və onlara bənzər Eremothecium ashbyii 
və Aschbya gossypii göbələklərinə xasdır. 
   
Eqrosterin  kif  göbələklərində  geniş  yayılmış  sterin  olub,  Penicillium, 
Aspergillus,  Fusfarium,  Neurospora,  Carotocystis,  Rhizoctonia,  Blahsella  cinsli 
göbələklər tərəfindən sintez olunur. 
 
Bakteriyalardan  E.  coli  xolesterin,  kamnesterin,  sitosterin,  stiqmasterin 
maddələrini,  Azotobacter  chrococcum  laposterin  və  erqosterini  sintez  edirlər. 
Mycobacterium  rubrum  bakteriyaları  xolesterinə  bənzər  sterinlər  əmələ  gətirirlər. 
Prokariotların 1  q  quru biokütləsində 0,001-0,1  mq,  eukariotlarda isə 0,3  q  sterin 
olur.  Bəzi  bakteriyalar  (Holobacterium  cutirubrum,  Methyloccoccus  capsulatus) 
müstəsna olaraq 0,5 və 0,55% sterin əmələ gətirirlər. 


 
Maya  göbələkləri  vasitəsilə  erqosterinin  biosintezi  ətraflı  öyrənilmişdir. 
Biosintezin əsas şərti hüceyrələri oksigenlə tam təmin etməkdir. Anaerob şəraitdə 
isə  hüceyrələr  erqosterinin  sintezi  üçün  lazım  olan  ilkin  maddə-skvalein  sintez 
edirlər. 
 
Hüceyrədə  çoxlu  miqdarda  zülal  sintez  olunduqda  sterinlərin  sintezi 
zəifləyir.  Ona  görə  də  sterinlərin  sintezini  artırmaq  üçün  qida  mühitinə  zülal 
biosintezini stimuləedən azotlu maddələr cüzi miqdarda verilir. Sterinlər hüceyrədə 
mitoxondrinin  formalaşması,  membran  keçiriciliyinin  nizamlanması,  hüceyrənin 
osmotik təsirlərə qarşı müqavimətini təmin edir. 
 
Sənayedə  erqosterin  Saccharomyces  cerevisiae  və  S.  carlbergensis 
mikroorqanizmlərindən  alınır.  Maya  göbələkləri  çoxlu  karbon  və  azot  mənbəyi, 
güclü  aerasiya  olan  duru  qida  mühitində  dərin  fermentasiya  üsulu  ilə  becərilir. 
Substrat  kimi  şəkər  çuğunduru  şirəsi,  etil  spirti  və  normal  parafinlərdən  istifadə 
edilir.  Alınan  maya  göbələyi  kütləsinin  quru  çəkisində  1,5%  erqosterin  olur. 
Erqosterini hüceyrələrdən ayırmaq üçün əvvəlcə onu antioksidantlar əlavə etməklə 
stabilləşdirir,  sonra  hüceyrə  qlafını  qələvi  (KON)  məhlulunda  qızdırmaqla 
parçalayırlar.  Bu  prosesdə  lipidlər  məhlula  keçir,  sterinlər  isə  üzvi  həlledicilərlə 
ekstraksiya edilir. Sterin olan məhlul buxarlandırılmaqla qatılaşdırılır və etil spirti 
ilə  çökdürülür.  Alınan  erqosterini  vitamin  D2-yə  çevirmək  üçün  ultrabənövşəyi 
ş
üalarla  şüalandırırlar.  Bu  çevrilməyə  bütöv  maya  göbələyi  hüceyrələrini 
ş
üalandırmaqla da nail olmaq olar. 
 
Erqosterin alınmasında Penicillium notatum göbələyindən də istifadə edilir. 
Bu göbələk sənayedə penisillin almaq üçün becərilir. Penisillin sintez olunduqdan 
sonra 
məhlula 
keçir, 
biokütlədə 
isə 
çox 
erqosterin 
toplanır.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə