Microsoft Word Biotexnologiyan?n ?saslar? f?nnind?n muhazir? m?tnl?ri doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/42
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41335
1   ...   22   23   24   25   26   27   28   29   ...   42

MÜHAZ RƏ  10: “ANT B OT KLƏR N ALINMA B OTEXNOLOG YASI” 
PLAN: 
1.Антибиотиклярин alınması və tятбигi сащялярi.  
2. Mikrobioloji sintez.  
3.Təbii antibiotiklərin kimyəvi və  mikrobioloji modifikasiyası.  
4. Əsl bakteriyalarin sintez etdiyi antibiotiklər. 
5. Budaqlanan bakteriyalar (aktinomisetlət) tərəfindən sintezolunan antibiotiklər. 
 
Ə
dəbiyyat 
 1.Qənbərov X.Q., Abişov R.A.,.Ibrahimov A.Ş. “Biotexnologiyanın əsasları”, 
Bakı-1994,-284s. 
2.Березин  И.В.  Исследования  в  области  ферментативного  катализа  и 
инженерной
 энзимологии: Избранные труды. – М.: Наука, 1990. – 384 с 
3.Голубев В.Н., Жиганов И.Н. Пищевая биотехнология. М.: ДеЛи принт, 2001 
г
.  
4.Елинов Н.П. Основы биотехнологии. – С.-Пб.: Наука, 1995.  
5.Егоров Н.С. Основы учения об антибиотиках. М.: Высшая школа, 1986 г.  
6.Дебабов В.Г., Лившиц В.А. Современные методы создания промышленных 
штаммов
. – М.: Высшая школа, 1988. – Т. 2. 
 
 
Canlı  orqanizmlərin  inkişafına  mənfi  təsir  göstərən  maddələrə  antibiotiklər 
deyilir.  nsanlar  belə  maddələrdən  xəstəliktörədən  mikroorqanizmlərə  qarşı 
mübarizədə  istifadə  etmişlər.  lk  antibiotik  maddələr  kimyəvi  sintez  yolu  ilə 
alınmış  sulfamidli  birləşmələr  olmuş  və  onlardan  yoluxucu  xəstəlik  törədən 
streptokoklara qarşı mübarizədə istifadə edilimişdir. 
 
Sulfamid  preparatlarının  kəşfi  və  təbabətdə  istifadə  olunması  yoluxucu 
xəstəliklərin,  o  cümlədən,  sepsis,  meningit,  pnevmoniya,  qızıl  yel  və  s.-nin 


müalicəsində  böyük  dönüş  yaratdı.  Lakin,  qeyd  etmək  lazımdır  ki,  antibiotik 
maddələrin  geniş  istehsalı  və  tətbiqi  yalnız  onların  biosintez  yolu  ilə 
(mikroorqanizmlərdən)  alınmasının  mümkünlüyü  sübut  edildikdən  sonra  həyata 
keçirilmişdir. 
 
Mikroorqanizmlərin antibiotik xassələri, yəni onlardan müxtəlif xəstəliklərin 
müalicəsində istifadə olunması çox qədim dövrdən məlumdur. Maya qəbiləsindən 
olan  hindlilər  qarğıdalı  üzərində  becərilən  yaşıl  kifdən  yaraların  müalicəsində 
istifadə  etmişlər.  Filosof,  təbib  və  təbiətşünas  Əbu-Əli  bn-Sina  irinli  yaraların 
müalicəsində  kifdən  istifadə  etməyi  məsləhət  görmüşdür.  O,  təbabət  elminə  həsr 
etdiyi 5 cildli əsərində qeyd edir ki, yoluxucu xəstəliklər gözlə görünməyən kiçik 
orqanizmlər  tərəfindən  törədilir,  onlar  su  və  hava  vasitəsilə  xəstələrdən  sağlam 
adamlara keçir. Bu fikri  bn-Sina hələ mikroskop və mikroorqanizmlərin kəşfindən 
600 il əvvəl söyləmişdir. 
 
XI əsrdə Xaqaninin əmisi, görkəmli alim və həkim Kafiəddin Azərbaycanda 
(Şamaxıda)  Məlhəm  tibb  Akademiyası  yaratmış  və  kif  göbələklərindən  bir  çox 
irinli yaraların müalicəsində istifadə etmişdir. 
 
Rus alimləri Manassein və Polotebnov 1871-1872-ci illərdə göstərmişlər ki, 
Penicillium cinsli göbələklər müxtəlif dəri xəstəliklərinin qarşısını alır. Rus həkimi 
Lebedinski  1877-ci  ildə  kifin  mədə-bağırsaq  bakteriyalarının  inkişafını 
dayandırdığını qeyd etmişdir. Kif göbələklərinin belə müalicəvi xassəsi antibiotik 
(həyat ələyhinə) maddələr əmələ gətirmələri ilə əlaqədardır. 
 
1896-cı  ildə  Qazio  Penicillium  glaucum-un  kultural  mayesindən  kristal 
birləşmə  olan  nitrofenol turşusu  almış  və onun  sibir  yarası törədən bakteriyaların 
inkişafını dayandırdığını göstərmişdir. 
 
1898-ci  ildə  Emmeriks  və  Lou  Pseudomonas  pyocianeum  bakteriyasının 
inkişafı dayandıran antibiotik maddə haqqında məlumat vermiş və onu piosianaza 
adlandırmışlar. Piosianazadan yerli antiseptik kimi istifadə olunmuşdur. 


 
1910-1913-cü  illərdə  Blek  və  Alsberq  Penicillium  cinsli  göbələklərdən 
antimikrob xassəyə malik penisillin turşusunu ayırmışlar. 
 
Bioloji  mənşəli  ilk  antibiotik  maddə-penisillin  1923-cü  ildə  ingilis  alimi 
Fleminq tərəfindən kəşf edilmişdir. O, əvvəlcə yaşıl kifin stafilokoklara mənfi təsir 
etdiyini  göstərmiş,  sonra  isə  onu  təmiz  kulturaya  çıxarmışdır.  Onun  ayırdığı 
göbələk Penicillium notatum növü idi. Antibakterial xassəyə malik olan göbələyin 
kultural mayesi Fleminq tərəfindən penisillin adlandırılmışdır. 
 
1938-ci  ildə  Çeyn  penisillinin  tədqiqini  davam  etdirmişdir.  1940-cı  ildə 
Çeyn  və  Flori  kif  göbələyindən  təmiz  penisillin  almış  və  onun  bakteriyalara 
öldürücü təsir etdiyini göstərmişlər. Antibiotiklər haqqında təlimin tarixi də elə bu 
ildən  götürülmüş  və  indiyə  qədər  aparılan  tədqiqatlar  nəticəsində  müəyyən 
edilmişdir  ki,  antibiotik  maddələrini  bakteriya,  aktinomiset,  göbələk,  hətta  şibyə, 
bitki və heyvanlar da sintez edirlər. 
 
Antibiotik  sintezedən  canlılar  üçün  onların  bioloji  rolu,  hər  şeydən  əvvəl, 
müdafiə  funksiyası  daşımasındadır.  Bu  funksiya  uzun  sürən  təkamül  prosesində 
başqa  mikroblara  qarşı  mübarizə  vasitəsi  kimi  yaranmışdır.  Onlar  spesifik  təsir 
xassəsinə  malikdirlər,  yəni  bir  antibiotik  müəyyən  qrup  canlılara  təsir  göstərir. 
Təsir etmək xassəsinə görə antibiotikləri 2 qrupa bölmək olar: 
1.bakteriya və viruslara təsir edənlər (penisillin, netropsin, kardisin, antivirubin) 
2.ancaq viruslara təsir edənlər (yelenin, yerlikin, axromoviromitsin). 
ndiyə  qədər  məlum  olan  antibiotiklərin  65%-i  antibakterial  və  antivirus,  22%-i 
xərçəng xəstəliyi, 10,6%-i göbələk əleyhinə mübarizə xassəsi daşıyırlar. 
 
Antibotiklər  sintezedən  mikroorqanizmlər.  Antibiotiklər  bakteriya, 
aktinomiset,  göbələk,  ibtidai  və  ali  bitkilər,  eləcə  də  heyvanlar  tərəfindən  sintez 
olunurlar. Bioloji mənşəyindən asılı olaraq antibiotik maddələr 7 qrupa ayrılır: 
1.Eubacteriales  sırasına  aid  olan  əsil  bakteriyalar  tərəfindən  sintezolunan 
antibiotiklər. Onlar öz növbəsində 3 yerə bölünür: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə