Microsoft Word Biotexnologiyan?n ?saslar? f?nnind?n muhazir? m?tnl?ri doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/42
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41335
1   ...   30   31   32   33   34   35   36   37   ...   42

 
Süni aerasiyalı gölməçələr kiçik həcmli olub mexaniki və pnevmatik (hava 
vurmaqla)  üsulla  qarışdırılır.  Burada  təmizlənmə  prosesi  1-3  gün  çəkir.  Belə 
gölməçələrdən  adətən  bioloji  təmizlənməni  keçən  suyu  tamamilə  təmizləmək  və 
onun sanitar-gigiyenik göstəricilərini yaxşılaşdırmaq üçün istifadə edilir. 
 
Anaerob bioloji təmizlənmə prosesləri.  Qatılaşmış 
çirkab 
sularını 
təmizləmək  üçün  çox  vaxt  anaerob  prosesdən  istifadə  edilir.  Bunun  üçün  çirkab 
suyunu Methanobacterium omelianskii, M. sohnegenti, Methanosarcina methanica 
bakteriyaların təsiri ilə xüsusi qurğularda – metanotenklərdə qıcqırmaya uğradırlar. 
Metanotenklər dərinliyi 3-5 m olan qapalı çənlərdir (Şəkil 3). 
 
Şə
kil 3. Metanotengin sxematik quruluşu. 
Bu çənlərdə qarışdırıcı, qızdırıcı və çökmüş məhsulları kənar edən qurğular 
vardır.  Qıcqırmanın  ilk  fazasında  mürəkkəb  üzvi  birləşmələr  oksidləşib  üzvi 
turşulara  çevrilirlər  ki,  bu  da  mühit  turşuluğunu  pH=5-6  –ya  salır.  Metan 
ə
mələgətirən bakteriyaların təsiri ilə alınmış turşular CH
4
 və CO
2
-yə çevrilirlər. Bu 
üsulla çirkab sudakı üzvi maddələrin 40%-i parçalanır. 
 
Suyun  azotlu  birləşmələrindən  təmizlənməsində  anaerob  denitrifikasiya 
prosesindən  (nitratlı  birləşmələrin  N2-yə  çevrilməsi)  istifadə  edilir.  Bu  prosesdə 
Pseudomonas,  Bacillus,  Micrococcus  cinsli  heterotrof  bakteriyalardan  istifadə 
edilir.  Proses  zamanı  karbon  və  enerji  mənbəyi  kimi  spirtlər,  şəkərlər  və  üzvi 


turşulardan istifadə olunur. Hazırda bu məqsədlə praktikada ucuz metil spirti tətbiq 
olunur və proses 2 mərhələdə kedir: 
 NO
3
 + 1/3CH
3
OH   NO

+1/3CO
2
 + 2/3 H
2
O. 
 
 
NO
2
 + 1/2  CH
3
OH  1/2   N

+1/2CO
2
 + 1/2 H
2
O+ OH 
                                                   
 
Bu  prosesdə  1  mq  nitrat  azotunu  ayırmaq  üçün  1,9  mq  metil  spirti  istifadə 
edilir.  Prosesin  həlledici  zəruri  şərti  mühitdə  oksigenin  olmamasıdır.  Əks  halda 
metil spirti aerob oksidləşməyə məruz qalır və nitratın reduksiyası getmir. 
 
Çirkab  suların  təmizlənməsində  immobilizə  olunmuş  mikrob 
hüceyrələri və fermentlərdən istifadə olunması.  
Müəyyən 
materiallar 
üzərində bərkidilmiş mikrob hüceyrələrindən istifadə olunması çoxdan məlumdur. 
Hələ 1832-ci ildə ağac qırıntıları üzərində hopdurulmuş  Bacterium schutzenbachii, 
B. aceti
 bakteriyalarından sirkə alınmasında istifadə edilmişdir. 
 
Çirkab  sularının  təmizlənməsi  üçün  fəal  hüceyrələr  poliakrilamid  geli, 
kollogen, sullüloza lifləri və s. adsorbentlərin səthinə hopdurulur və onlardan filtr 
kimi istifadə olunur. Su belə filtrdən süzüləndə fiksə olunmuş mikrob hüceyrələri 
tərəfindən tədricən təmizlənir. Bu məqsədlə təmiz fermentlərdən də geniş istifadə 
edilir. Aktiv mikroorqanizmlərdən fenol və ya səthi-aktiv maddələri oksidləşdirən 
fermentlər ayrılır, təmizlənir və həllolmayan adsorbentlərin üzərində bərkidilir. Su 
bu adsorbentlərdən süzüldükdə təmizlənmə prosesi gedir. 
 
Ukrayna  alimi  P. .Qvozdyak  fermentlər  və  elecə  də  hüceyrələrin 
immobilizasiyasının yeni üsulunu – elektrik sahəsində tutulmasını öyrənmişdir. O, 
iki (“+” və “-” ) elektrodlu kameraya elektrik cərəyanı vermiş, mikrob hüceyrələri 
və  fermentlərin  elektrodlara  cəlb  olunduğunu  göstərmişdir.  Bu  ferment  və 
hüceyrələrin  elektrik  sahəsində  tutulmaları  ilə  gedən  immobilizasiyasıdır. 


Kamerada  elektrodlara  yapışmış  hüceyrə  və  fermentlər  uzun  müddət  öz 
fəallıqlarını  saxlayırlar.  Kameradan  çirkab  suyunu  buraxdıqda  fermentlər  və  ya 
hüceyrələr üzvi maddələri oksidləşdirərək suyu təmizləyirlər. 
 
Fermentlər  və  hüceyrələrin  elektrik  sahəsində  tutulması  üsulu  ilə  suyu 
müxtəlif xəstəliktörədən bakteriyalardan da təmizləmək mümkündür. Bunun üçün 
kameraya  təmiz  elektrodlar  qoyub  oradan  suyu  axıdırlar.  Suda  olan 
mikroorqanizmlər elektrodlara cəzb olunub ondan ayrılırlar. 
 
Sintetik və səthi aktiv maddələrin deqradasiyası. 
Müasir 
biosferdə 
təbii  üzvi  maddələrlə  yanaşı  canlı  varlıqlara  yad  olan  müxtəlif  maddələr  də  az 
deyildir.  Onlara  ksenobiotiklər  (“bioloji  varlıqlara  yad  olan”)  deyilir.  Təbii  üzvi 
maddələr  kimi  ksenobiotiklər  də  mikrobioloji  çevrilmələr  hesabına  qeyri-üzvi 
maddələr əmələ gətirməklə minerallaşırlar. 
 
Sintetik maddələr mikroorqanizmlərin təsirinə qarşı dayanıqlı və dayanıqsız 
olmaqla  iki  yerə  bölünürlər.  Dayanıqlı,  yəni  bioloji  çevrilməyə  çox  çətin  məruz 
qalan sintetik maddələr sırasında pestisidlər (DDT, heksaxloran, polixlorbifenol və 
b.),  sintetik  polimerlər,  səthi-aktiv  maddələr,  azotlu  üzvi  birləşmələr  daxildir. 
Ə
vvəllər bu birləşmələrin çoxu biolojiparçalanmayan hesab edilirdi. Lakin hazırda 
bütün  sintetik  maddələrin  mikroorqanizmlər  vasitəsilə  parçalanmasının 
mümkünlüyü  aşkar  edilmişdir.  Bu  maddələrin  parçalanmasında  daha  çox  iştirak 
edən  mikroorqanizmlərə  Pseudomonas,  Mycobacterium,  Achromobacter, 
Flavobacterium, Aeromonas c
insli bakteriyalar arasında rast gəlinir. 
 
Səthi-aktiv  maddələr  yuyucu  maddələr  və  ya  detergentlərin  tərkibinə  daxil 
olan sintetik maddələrdir. Onların az miqdarı belə (0,2-0,4 mq/l) suya xoşagəlməz 
dad  və  iy  verir,  su  hövzələrində  çoxlu  köpük  əmələ  gətirməklə  suda  oksigen 
rejimini pozur ki, bu da oradakı canlılara mənfi təsir göstərir. 
 
Hazırda  suyu  səthi-aktiv  maddələrdən  təmizləmək  üçün  fəal  lildən  geniş 
istifadə  edilir.  Bu  maddələri  Pseudomonas  aeruginosa,  Serratia  marciscens,  E. 
coli, Aerobacter aerogenes və b.
 təmiz mikrob kulturaları parçalayırlar. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə