Microsoft Word Biotexnologiyan?n ?saslar? f?nnind?n muhazir? m?tnl?ri doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/42
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41335
1   ...   28   29   30   31   32   33   34   35   ...   42

olmamasıdır.  Nəticədə  istehsal  prosesində  sanitariya  və  gigiyena  qaydalarının 
pozulmasının qarşısı alınır və ətraf mühit çirklənmir. 
 
Liqninaza. Liqninaza aromatik təbiətli təbii polimer olan liqnini parçalayan 
fermentdir.  Liqnin  əsasən  ağacçürüdən  göbələklər  tərəfindən  intensiv  parçalanır. 
Lakin Aspergillus, Fusfarium mikroskopik göbələkləri və Bacillus, Pseudomonas, 
Sterptomyces  bakteriyaları  da  liqnini  parçalaya  bilir,  deməli,  liqnini  parçalaya 
bilən  fermentləri  əmələ  gətirirlər.  Bu  fermentlər  oksidazalara  aiddir.  Liqnini 
parçalayan  fermentlərin  təbiəti  indiyə  qədər  dəqiq  məlum  deyil.  Lakkaza  və 
perioksidaza  fermentlərinin  iştitakı  ilə  gedən  parçalanma  prosesində  liqninin 
parçalanması  sürətlənir.  Son  illərdə  Phanerochaete  chrysosporium  ağacçürüdən 
bazidili göbələyindən H2O2 əlaqəli təmiz oksidaza fermentləri alınmış və onların 
liqnini  parçalaması  sübut  etmişdir.  Liqnini  parçalayan  H2O2  əlaqəli  müxtəlif 
oksidazalar  spesifikliyinə  görə  bir-birindən  fərqlənirlər.  Beləliklə,  demək  olar  ki, 
liqninin  parçalanmasında  hələlik  dəqiq  məlum  olmayan  fermentlər  qrupu  – 
liqninazalar iştirak edir. Böyük əhəmiyyət kəsb edən fermentlər olan liqninazaların 
tədqiqi davam edir. 
 


MÜHAZIRƏ 
12:“Ç RKAB 
SULARININ 
B OTEXNOLOJ   
TƏM ZLƏNMƏS ” 
PLAN: 
1. Çirkab suların təmizlənməsində mikroorqanizmlərin rolu  
2. Аerob bioloji təmizlənmə prosesləri  
3. Аnaerob bioloji təmizlənmə prosesləri  
4. 
Çirkab 
suların 
təmizlənməsində 
immobilizəolunmuş 
mikrob 
hüceyrələrindən və fermentlərdən istifadə olunması.  
5. Sintetik və səthi aktiv maddələrin deqradasiyası 
 
Ə
dəbiyyat 
1.Qənbərov X.Q., Abişov R.A.,.Ibrahimov A.Ş. “Biotexnologiyanın əsasları”, 
Bakı-1994,-284s. 
2. 
Бекер
  М.Е.,  Лиепиньш  Г.К.,  Райпулис  Е.П.  Биотехнология.  –  М.: 
Агропромиздат
, 1990 
3. 
Варфоломеев
  С.Д.,  Калюжный  С.В.  Биотехнология:  Кинетические 
основы
 микробиологических процессов. – М.: Высшая школа, 1990. – 296 с. 
4. 
Голубев
 В.Н., Жиганов И.Н. Пищевая биотехнология. М.: ДеЛи принт, 
2001 г.  
5. 
 Елинов Н.П. Основы биотехнологии. – С.-Пб.: Наука, 1995.  
6. 
Экологическая
  биотехнология.  Пер.  с  англ.  Под  ред.  К.Ф.  Форстера, 
Дж
. Вейза. Л.: Химия, 1990 г., пер. изд.: Великобритания, 1987 г., 384 с.  
 
 
Çirkab  suyu  mikroorqanizmlər  üçün  tərkibində  qeyri-üzvi  və  üzvi 
birləşmələr  qarışığı  olan  çox  komponentli  substrakdır.  Suyun  tərkibindəki  bu 
kimyəvi birləşmələr onun çirklənməsinə səbəb olur. Çirklənmənin əsas mənbələri 
nəhəng  zavod,  fabrikvə  digər  sənaye  müəssisələridir.  Sənaye  müəssisələrində 
müxtəlif  məqsədlə  istifadə  olunan  külli  miqdarda  çirkli  su  təmizlənməyərək 


çaylara, göllərə, dənizlərə axırvə oradakı canlıların yaşayışına mənfi təsir göstərir, 
hətta  onların  məhvinə  səbəb  olur.  Belə  suyun  təmizlənməsi  ən  mühüm 
problemlərdən  biri  olub  mexaniki,  fiziki-kimyəvi  və  bioloji  üsullarla  həyata 
keçirilir. 
 
Bunlardan  başqa  suyun  termiki  üsulla  buxarlandırılması,  yeraltı  təbəqələrə 
vurulması kimi üsullar da mövcuddur. 
 
Mexaniki  üsullarla suyu kobud və xırda dispersli qarışıqlardan təmizləmək 
olur.  Buna  suyu  durultmaqla,  qazlar  vasitəsilə  və  elektriklə  flotasiya  etməklə 
(qatılaşdırmaq,  zənginləşdirməklə)  nail  olurlar.  Bu  zaman  qaba  qarışıqlar  çökür, 
xırda  dispersli  hissəciklər  isə  süzgəcdən  keçirmək,  kauqulyasiya  etmək  və 
çökdürməklə  təmizlənir.  Mexaniki  üsuldan  əsasən  kimyəvi  zavodların  çirkab 
sularını təmizlənməsində istifadə edilir. 
 
Duzlar  və  bir  çox  üzvi  birləşmələr  olan  suları  fiziki-kimyəvi  yolla 
təmizləyirlər. Bunun üçün suyu müxtəlif ion mübadiləli qətranlardan keçirirlər. 
 
Suyu  termik  üsulla  təmizləmək  üçün  onu  900-1000ºC-yə  qədər  qızdırırlar. 
Proses  zamanı  su  buxarlandıqdan  sonar  qalan  yanacaq  qalıqları    buxarlanır,  üzvi 
qalıqlar  yanıb  külə  dönür.  Mineral  qarışıqlar  isə  közərib  bərk  hissəciklər  əmələ 
gətirirlər ki,  onlar da  asanlıqla  ayrılırlar. Bu üsul xalq  təsərrüfatında geniş tədbiq 
edilir. 
 
Çirkabsularını  ultrabənövşəyi  şüalarlada  təmizləmək  mümkündür.  Suyun 
çirklənməsini təkcə müxtəlif kimyəvi birləşmələrdeyil, elecə də mikroorqanizmlər 
törədirlər.  Bakteriyalardan  çirklənməni  təmizləmək  üçün  dezinfeksiyaedici 
preparatlardan istifadə edilir. 
 
Çirkab sularin təmizlənməsində mikroorqanizmlərin rolu.   
Çirkab 
suların  bioloji  üsulla  təmizlənməsi  suyu  çirkləndirən  kimyəvi  birləşmələrin 
mikroorqanizmlər  vasitəsilə  parçalanmasına  əsaslanır.  Bu  üsul  vasitəsilə  ilkdəfə 
1914-cü  ildə  fəallillə  çirkab  suların  təmizlənmə  texnologiyası  praktikada  tətbiq 
olunmuşdur. 


 
Mikroorqanizmlər  vasitəsilə  təmizlənmə  həm  aerob,  həm  də  anaerob 
şə
raitində gedən proseslərdir. 
 
Çirkab  suların  bioloji  təmizlənməsində  istifadə  olunan  müasir  aparat  və 
qurğular  mikroorqanizm  yetişdirilən  fasiləli  axar  kulturalar  metoduna  əsaslanır. 
Bioloji  təmizlənmənin  intensivliyi  təmizlənməni  aparan  bakteriyaların  çoxalma 
sürəti və fəallıq şəraitindən xeyli asılıdır. 
 
Bioloji filtrlərdə təmiz bakteriya kulturası və ya populyasiyanın tam inkişaf 
tsikli 9 fazadan ibarətdir: 
1. 
başlanğıc, stasionarfaza; 
2. 
hüceyrə çoxalmasının sürətlənməsi; 
3. 
eksponensialfaza; 
4. 
çıxalmanın zəifləməsi; 
5. 
çoxalmanın stabilləşməsi (stasionar); 
6. 
hüceyrənin faydalı ölüm sürətinin çoxalması; 
7. 
hüceyrələrin eksponensial ölümü; 
8. 
ölümün zəiflənməsi; 
9. 
populyasiyanın stabilləşməsi. 
Çirkab  sularının  təmizlənməsini  məhz  stabilləşmiş  populyasiya  aparır. 
Təmizlənmə 
prosesini 
özündə 
mikroorqanizmlərbiosenozuformalaşır. 
Bunabiolojitəbəqə 
və 
yafəallildeyilir. 
Onuntərkibi 
çirkabsuyundakı 
qarışıqlarıntəbiəti,  təmizlənmə  prosesininaparılma  şəraitivə  əlavə  olunmuş 
(becərilmiş) mikrobkulturasındanasılıdır. 
 
Xaricigörünüşcə fəallilaçıq və tünd qəhvəyi rəngli xırda dənəciklərdən ibarət 
hüceyrələr  yığımından  təşkil  olunmuşdur.  Onun  quru  çəkisinin  70-90%-ni  üzvi, 
30-70%-ni  mineral  maddələr  təşkil  edir.  Aktiv  lilin  60-80%-i  müxtəlif  qrup 
bakteriyalardan  ibarətdir.  Lildə  ən  çox  Zoogloea,  Pseudomonas,  Mycobacterium, 
Methanomonas, Nitrosomonas, Hydrogenomonas, Sulfomonas cinsli bakteriyalara 
təsadüf  edilir.  Pseudomonas  və  Mycobacterium  cinsli  bakteriyalar  fenolu,  yağ 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə