Microsoft Word Biotexnologiyan?n ?saslar? f?nnind?n muhazir? m?tnl?ri doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/42
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41335
1   ...   23   24   25   26   27   28   29   30   ...   42

a)Pseudomonas  cinsli  bakteriyaların  əmələ  gətirdikləri  antibiotiklər:  piosianin-P. 
aeroginosa, viskozin-P. viscosa; 
b)Micrococcus,  Streptococcus,  Diplococcus,  Chromobacterium,  Escherichia, 
Proteus  cinsli  bakteriyaların  sintez  etdikləri  antibiotiklər:  nizin  –  Str.  lactis, 
diplomitsin  –  Diplococcus  sp.,  prodiqiozin  –  Chr.  prodigiosum,  koliformin  –  E. 
coli, protaptinlər – Pr. vulgaris; 
c)Bacillus  cinsli  bakteriyalar  tərəfindən  sintezolunan  antibiotiklər:  qramitsinlər  – 
Bac. brevis, subtilin – Bac. subtilis, polimiksinlər – Bac. polymyxa. 
2.Budaqlanan  bakteriyaların  (Streptomyces  cinsli  və  ya  Actynomycetes  sırası) 
sintez  etdikləri  antibiotiklər:  streptomitsin  –  Str.  griseus  (Streptomycini), 
tetratsiklinlər  –  Str.  aurefaciens,  Str.  rimosus,  novobiosin  –  Str.  spheroides, 
antinomitsinlər – Str. antibioticus. 
3.Natamam (Fungi imperfecti) göbələklərin sintez etdiyi antibiotiklər: penisillin – 
Penicillium  chrysogenum,  qrizeofulovin  –  P.  grisefuloum,  trixotetsin  – 
Trichotecium roseum. 
4.Bazidili  (Basidiomycetes)  və  kisəli  (Ascomycetes)  göbələklərin  sintez  etdikləri 
antibiotiklər:  termofillin  –  Lenzites  thermofila  (bazidili  göbələk),  lenzitin  –  L. 
sepiaria, xetalin – Chaetomium cochloides (kisəli göbələk). 
5. btidai bitkilər (şibyələr və yosunlar) tərəfindən sintez edilən antibiotiklər: bian-
ş
ibyə, xlorellin – Chlorella vulgaris. 
6.Ali bitkilərin sintez etdikləri antibiotiklər: allitsin – Allium sativum (sarımsaq), 
rafanin  –  Raphanus  sativum  (turp),  pizatin  –  Pisum  sativum  (noxud),  fazelin  – 
Phaseolus vulgaris (lobya). 
7.Heyvan mənşəli antibiotiklər: lizosim, ekmiolin, krusin, interferon. 
Antibiotiklərin  biotexnoloji  üsulla  sintezində  əsasən  mikroorqanizmlərin 
istifadəsinə istinad edilir. 


 
Ə
sl bakteriyaların sintez etdiyi antibiotiklər.   Bakteriyaların 
ə
mələ 
gətirdikləri  antibiotiklər  kimyəvi  cəhətdən  polipeptid  və  ya  zülal  təbiətlidir. 
Hazırda bakteriyaların tərkibində 140-dan artıq antibiotik maddə aşkar edilmişdir. 
Praktiki cəhətdən aşağıdakı antibiotiklər mühüm əhəmiyyət kəsb edirlər. 
 
Tirotritsin.  lk  dəfə  1930-cu  ildə  Dyubo  tərəfindən  Bacillus  brevis  spor 
ə
mələgətirən  aerob  bakteriyalardan  alınmışdır.  Antibiotiki  almaq  üçün  bakteriya 
ə
tli-peptonlu duru qida mühitində 4-5 sutka ərzində 37ºS-də becərilir. Tirotritsinin 
ə
sas  hissəsi  hüceyrə  daxilində  toplandığı  üçün  onu  bakteriya  hüceyrəsindən 
ekstraksiya  üsulu  ilə  ayırırlar.    Kultural  maye  xlorid  turşusu  vasitəsilə  pH  4,5-ə 
qədər  turşulaşdırılır.  Bu  zaman  bakteriya  hüceyrələri  və  mayedə  olan  antibiotik 
maddə  çökür.  Filtrasiya  yolu  ilə  çöküntü  mayedən  ayrılır  və  turş  spirtlə  1  sutka 
ə
rzində  ekstraksiya  olunur,  nəticədə  antibiotik  hüceyrədən  spirt  məhluluna  keçir. 
Məhlulu bakteriya kütləsindən ayırıb vakuum altında buxarlandırmaqla qatılaşdırır 
və ona NaCl məhlulu əlavə edirlər ki, bu da antibiotikin çökməsinə səbəb olur. 
 
Tirotritsin qrammüsbət və qrammənfi bakteriyalara bakteriosid təsir göstərir. 
 
Qramisidin.  Polipeptid  təbiətli  antibiotik  olub  Bacillus  brevis  tərəfindən 
sintez olunur; 4 forması – qramisidin A, qramisidin B, qramisidin C və qramisidin 
D məlumdur. Qrammüsbət və qrammənfi bakteriyalara təsir göstərir. 
 
Polimiksinlər.  Polipeptid  təbiətli  polimiksinlər  Bacillus  polymyxa,  Bac. 
circulans  tərəfindən  sintez  olunur.  Polimiksinlərin  alınması  üçün  bakteriya  dərin 
qida mühitində becərilir və karbon mənbəyi kimi qlükoza, saxaroza və nişastadan 
istifadə  olunur.  Polimiksinləri  adətən  izopropil  vasitəsilə  ekstraksiya  etməklə 
kultura mühitindən ayırılar. Seçici olaraq ancaq qrammənfi bakteriyalara təsir edir. 
 
Batsitrasin.  Batsitrasin  polipeptid  antibiotiki  Bac.  licheniformis  tərəfindən 
sintez edilir. Onu bakteriyaları həm səthi, həm də dərin qida mühitində becərməklə 
alırlar. Qida mənbəyi kimi qlükozadan istifadə olunur. 
 
Lixeniforminlər.  Polipeptid  təbiətli  bu  antibiotikləri  də  Bac.  licheniformis 
sintez  edir.  Əgər  qida  mühitinə  karbon  mənbəyi  kimi  qlükoza  əvəzinə  süd 


turşusunun  ammonium  duzunu  əlavə  etsək,  onda  bakteriya  batsitrasin  əvəzinə 
lixeniforminlər sintez edir. 
 
Nizin.  Antibiotik  Streptococcus  lactis  süd  turşusu  streptokokları  tərəfindən 
sintez  olunur.  Bu  məqsədlə  bakteriyaları  qlükozalı  turş  (pH=4,3)  qida  mühitində 
becərirlər.  Belə  mühitdə  kultura  mühitində  90%  nizin  ifraz  olunur  ki,  bu  da 
antibiotikin  asanlıqla  ayrılmasına  imkan  verir.  Qrammüsbət  və  bəzi  asidofil 
bakteriyaların inkişafını tormozlayır. 
 
Bakteriosinlər və ya protesinlər. Zülal təbiətli bu antibiotiklər Escherichia 
coli  bakteriyası  tərəfindən  sintez  olunur.  Bu  antibiotiklər  proteazaların  təsirindən 
tez  fəallaşırlar.  Bağırsaq  çöpləri,  stafilokoklara,  streptokoklara  bakteriosid  təsir 
göstərir. 
 
Budaqlanan 
bakteriyalar 
(aktinomisetlət) 
tərəfindən 
sintezolunan 
antibiotiklər. 
lk  antibiotik  maddə  olan  mitsetini  sovet  alimi  Krasilnikov 
ə
məkdaşları  ilə  birlikdə  1939-cu  ildə  aktinomisetlərdən  almışdır.  Hazırda 
aktinomisetlərdən  2000-ə  qədər  antibiotik  maddə  alınıb  və  onların  20-dən  çoxu 
zavodlarda geniş istehsal edilir. 
 
Aminoqlükozid təbiətli antibiotiklər.  Molekulunda  qlükozid  rabitəsi  olan 
bioloji aktiv maddələr aminoqlükozidli antibiotiklər deyilir. Bunlara steptomitsin, 
neomitsin,  kanamitsin,  genatomitsinlər,  hiqromitsin  və  s.  aiddir.  Bu  qrup 
antibiotiklər çox böyük praktiki əhəmiyyətə malikdirlər. 
 
Streptomitsin.  Streptomitsin  ilk  dəfə  1943-cü  ildə  Ratner  universitetin 
mikrobiologiya  laboratoriyasında  Şate,  Buş  və  Vaksman  tərəfindən  Streptomyces 
griseus  kulturasından  alınmışdır.  Streptomitsin  onu  əmələgətirən  Streptomyces 
cinsli mikroorqanizmin adı ilə əlaqədar olaraq adlandırılmışdır. 
 
Sovet  alimi  Krasilnikov  Streptomyces  griseus  adının  düzgün  olmadığını 
qeyd etmiş və streptomitsin sintezedən mikroorqanizmə Actinomyces griseus, daha 
sonra isə Actinomyces streptomycini adını vermişdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə