Microsoft Word Biotexnologiyan?n ?saslar? f?nnind?n muhazir? m?tnl?ri doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/42
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41335
1   ...   34   35   36   37   38   39   40   41   42

nsan  hüceyrələrində  interferonları  sintez  edən  RNT  çox  az  olub,  müxtəlif 
zülallar sintez edən RNT-nin ümüumi miqdarını 0,1%-ni təşkil edir. Ona görə də 
insan interferonu geninin klonlaşdırılması xeyli çətin başa gəlir. 
Bu çətinliyə baxmayaraq genitik mühəndislik yolu ilə interferon (leykositlər, 
ffibroblast və immunogen) genləri  E. coli  hüceyrəsində klonlaşdırılmışdır. Həmin 
üsulla alınan  E. coli   bakteriya kulturası qida mühitinin 1 litrində 5 mq interferon 
sintez  edib  toplayır  ki,  bu  miqdar  1  l  insan  qanında  olan  interferonlardan  5  min 
dəfə  çoxdur.  Amerika,  isveçrə,  Almaniya,  ingiltərə  və  eləcədə  Rusiyada  E.  Coli  
bakteriyasından sənayedə interferonların istehsalı  texnologiyası həyata keçirilir. 
Son  illər  Amerika  alimləri  Saccharomyces  serevisae    maya    göbələyi 
hüceyrəsinə  müvafiq  rekombinat  molekulu  keçirmək  və  təsir  etmə  üsullarını 
öyrənməklə interferon sintezedən maya göbələyi almışlar. 
nterferonların ətraflı tədqiqi göstərri ki, onların ümumi xassələri ilə yanaşı, 
hər birinin özünəməxsus xüsusiyyətləri də vardır. Onların aşkar edilməsi səyəsində 
müvafiq  genləri  məqsədyönlü  dəyişməklə  interferonların  xassələrini  dəyişmək 
mümkün olmuş, nəticədə yeni xassəli interferonlar alınmışdır. 
nterferonların 
biotexnologiyası 
hələlik 
öz 
inkişafının 
başlanğıc 
nöqtəsindədir.  Bəşəriyyəti  narahat  edən  bir  çox  xəstəliklərin  müalicəsondə 
interferonlara böyük ümid bəslənilir.   
 
Genetik mühəndislik və vaksinlərin alınması.  Bu  günə  qədər  istifadə 
olunan  vaksinlər  müsbət  və  mənfi  xassələrə  malikdirlər  ki,  onlar  vaksinlərin 
istehsalı  və  təsiretmə  xüsusiyyətləri  ilə  bağlıdır.  Bəzi  canlı  və  öldürülmüş 
mikroorqanizmlər,  məsələn,  hepatit  B  viruslar,  papoviruslar,  herpesviruslar 
potensial  onkogen  xassəyə  malik  olduqları  üçün  onlardan  vaksin  almaq  mümkün 
deyildir.  Çox  vaxt  adi  üsulla  kifayət  qədər  antigenlər  alınmasının  qeyri-
mümkünlüyü  vaksinlərin  alınmasında  çətinlik  törədir  (məsələn,  hepatit  A  və  B 
arenovirusların, malyariya və mieloidoz viruslarının antigenləri). 


 
Genetik  mühəndislik  metodları  ilə  alınan  vaksinlər  aşağıdakı  üstünlüklərə 
malikdir: 
1. 
preparatlarda  ballast  (lazımsız)  komponentlərin  olmaması  və  ya  cüzi 
miqdarda olması; 
2. 
preparatların  tam  zərərsizliyi  (antigenlər  virulent  olmayan  rekombinat 
hüceyrələrdən  alındığı  üçün  preparatda  hüceyrələrdən  alındığı  üçün  preparatda 
hüceyrələrin olması təhlükə törətmir); 
3. 
preparatın ucuz başa gəlməsi. 
Genetik  mühəndisliyin  geniş  imkanlara  malik  olması  ondan  yoluxucu 
xəstəliklərə, ilk növəbədə yoluxucu viruslara qarşı vaksinlərin alınmasında istifadə 
etmək  inkanını  yaratdı.  Virus  genemu  prokariot  hüceyrə  genomuna  nisbətən  çox 
sadə  və  kiçik  ölçüyə  malik  olduğundan  virus  DNT-sində  yerləşən  geni 
klonlaşdırmaq nisbətən asan başa  gəlir.  Lakin  bu üsulla  asanlıqla hepatit,  qrip və 
polimielit  virusları  genini  daşıyan  rekombinat  bakterial  plazmidlər  (DNT 
molekulu) alınmasına baxmayaraq, onların bakteriya hüceyrəsində ekspressiyasını 
yaratmaq  mümkün  olmurdu.  Bu,  hər  şeydən  əvvəl,  həmin  virusların  uzun  sürən 
təkamül  prosesində  insan  və  ali  heyvanların  orqanizmində  parazitliyə 
uyğunlaşması  ilə  əlaqədardır.  Çoxalma  məqsədilə  onlar  parazitik  etdikləri 
hüceyrənin biosintetik sistemindən istifadə edirlər. Bu biosintetik sistem prokariot 
orqanizmlərin  biosintetik  sistemindən kəskin  fərqlənir.  Deməli,  yoluxucu viruslar 
üçün  resipient  hüceyrə  rolunu  eukariot  mikroorqanizmlər  oynamalı  idi.  Lakin 
maya  göbələkləri  və  digər  ibtidai  eukariot  orqanizmlərdən  istifadə  etdikdə  belə 
istənilən nəticə alınmadı. 
 
Ali  eukariot  hüceyrələrdə  (toyuq  embrionu,  heyvan  və  insan  hüceyrəsi 
kulturaları)  təcrübələr  vasitəsilə  rekombinat  virus  DNT-sini  çoxaltmaqla  virusa 
qarşı antigenlərdən ibarət faydalı vaksinlərin alınması sübut olundu. 
 
Antigen  xassəyə  malik  immonugen  zülalların  gen  mühəndisliyi  üsulu  ilə 
alınması da böyük əhəmiyyət kəsb edir.  mmonugen zülallara bütün virus zülalları 


və bir çox mikrob vaksinləri aiddir.  mmonugen zülalların əsas xüsusiyyəti onların 
orqanizmdə antitellər əmələ gətirməsidir. 
 
Bakteriya  və  göbələk  hüceyrəsində  virus  zülalı  polipeptidli  monomerlər 
şə
klində  sintez  olunmasına  baxmayaraq,  onlar  birləşib  üçüncü  və  ya  dördüncü 
(fəza)  quruluşu  yaratmaq  imkanına  malik  deyillər.  Buna  görə  də  prokariot  və 
ibtidai eukariotlarda sintezolunan zülallar immonugen xassə daşımırlar. 
 
Lakin  mikrobioloji  sintez  yolu  ilə  viruslara  qarşı  vaksinlərin  alınması 
eukariot  sistemlərdəki  sintezə  nisbətən  çox  böyük  səmərə  ilə  başa  gəlir.  Gen 
mühəndisliyi  üsulu  ilə  belə  xassəyə  malik  mikroorqanizmlərin  alınması  üçün 
müəyyən fundamental elmi problemlər həll olunmalıdır. Bununla bərabər viruslar 
tərəfindən  xəstəliklərə  qarşı  gen  mühəndisliyi  vaksinləri  alınması  nəticəsində 
müəyyən müvəffəqiyyətlər əldə edilmişdir. 
 
Hepatit  A virusları.  Hepatit  A və  ya  yoluxucu hepatit  çox  geniş  yayılmış 
virus  xəstəliklərindəndir.  Bu  xəstəliklə  mübarizədə  qanında  hepatit  A  virusuna 
qarşı antitellər olan insan zərdabından istifadə edilir. Son illər hepatit A viruslarını 
heyvan  və  insan  hüceyrələrində  yetişdirməklə  vaksinlər  alınmışdır,  nəticədə 
viruslar  və  onların  fərdi  struktur  zülallarının  preparativ  alınması  mümkün 
olmuşdur. Fərdi struktur zülalların təsirindən sintezedilən antitellər bütöv viruslara 
qarşı həssas olmurlar. 
 
Gen  mühəndisliyi  üsulları  ilə  bakteriya  hüceyrələrindən  hibrid  antitellər 
alınmışdır. Lakin onlar da hepatit A viruslarına qarşı mübarizədə istifadə olunmağa 
yararsızdırlar. Bu sahədə elmi axtarışlar davam etdirilir. 
 
Poliomielit  virusları.  Poliomietil  virusları  insanların  əsəb  sisteminə  təsir 
edib paralic əmələ gətirirlər. Canlı və cansız vaksinlərin alınması və birgə tətbiqi 
demək  olar  ki,  xəstəliyin  qarşısının  alınmasına  səbəb  olur.  Poliomilet  əleyhinə 
vaksinlər  alınmasının  ən  əlverişli  yolu  gen  mühəndisliyi  üsuludur.  Bunun  üçün 
aşağıdakı məsələlərin həlli tələb olunur: 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə