Microsoft Word Biotexnologiyan?n ?saslar? f?nnind?n muhazir? m?tnl?ri doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/42
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41335
1   ...   34   35   36   37   38   39   40   41   42

seleksiyası çox geniş dairəyə  malik və hətta indiyə kimi genetikası öyrənilməyən 
mikroorqanizmlər üzərində aparılmışdır. 
 
Son  dövrədək  seleksiyanın  strategiyası  müxtəlif  faydalı  məhsullar 
ə
mələgətirən  təbii  ştammların  axtarılması  və  seleksiya  üsulları  ilə  onların 
xassələrinin  yaxşılaşdırılmasından  ibarət  idi.  Əgər  mikroorqanizmlərin  biokimya 
və  genetikası  kifayət  qədər  öyrənilməyibsə,  məhsuldar  ştammlar  alınmasının 
yeganə yolu seleksiya üsullarıdır. Seleksiya üsulları dedikdə aşağıdakılar nəzərdə 
tutulur: 
1.təbii ştammlar arasında məhsuldar spontan mutant formaların seçilməsi; 
2.məhsuldar mutant formaların alınması; 
3.avtoseleksiya; 
4.müxtəlif hibridləşmə yolu ilə məhsuldar formaların alınması. 
Bununla  bərabər  yüksək  fəallığı  malik  ştammlar  alınmasının  digər  yolu  da 
vardır. Mikrobiologiya sənayesi xammal, mikroorqanizmlərin becərilmə prosesləri 
və  məhsul  çıxımına  qarşı  özünün  spesifik  tələblərini  irəli  sürür.  Adətən  bir  sıra 
müsbət xasələrə (zərərsizlik, yüksək böyümə sürəti və s.-yə) malik ştamm istənilən 
metaboliti  sintez  edə  bilmir  və  əksinə,  çoxlu  miqdarda  istənilən  maddə  əmələ 
gətirən  orqanizmlər  zərərli  və  mənfi  xasələrə  malik  olur.  Belə  halda  istənilən 
faydalı  xassəni  bir  hüceyrədən  digərinə  genetik  mühəndislik  əməliyyatları 
vasitəsilə keçirmək olar. Bu, yuxarıda qeyd edilən rekombinat DNT molekullarının 
alınma üsuludur. 
 
Mikrob  hüceyrəsi  üzərində  genetik  mühəndislik  əməliyyatı  aparılması  ilk 
növbədə hüceyrənin genetik və biokimyəvi xassələrinin öyrənilməsini tələb edir. 
 
Genetik  mühəndislik  metodları  əsasında  zülal  və  peptidli  hormonların 
alınması.  Rekombinat  DNT  molekulunun  alınma  texnikasının  inkişafı  eukariot 
orqanizmlərin  genlərinin  prokariot  hüceyrələrdə  ekspressiyasına  gətirib  çıxartdı. 


Nəticədə  yeni  xassələrə  malik  orqanizmlər,  məsələn,  insan  və  heyvan  zülalı 
sintezedən bakteriya hüceyrələri yaradıldı. 
 
Hormallar  böyük  bioloji  əhəmiyyətə  malik  eukariot  zülallardır  (hipofizar, 
qalxanabənzər və mədəaltı vəzilərin hormonları). Son dövrədək təbabətdə istifadə 
edilən  hormonlar  heyvan  orqanlarından  və  kimyəvi  sintez  yolu  ilə  alınırdı.  Boy 
hormonu somatotropin isə ölmüş insan orqanlarından ayrılırdı. 
 
Somatotropin polipeptidli hormon olub 191 amin turşusundan ibarətdir. Bu 
maddə  böyük  növ  spesifikliyinə  malik  olduğundan  onun  heyvanlardan  ayrılmış 
analoqları insanlar üçün istifadəyə yararsızdır. Somatotropinin kimyəvi sintez yolu 
ilə alınmsaı çox baha başa gəlir. Ona görə də genetik mühəndislik üsulu ilə alınan 
ilk  hormon  somatotropin  olmuşdur.  Rus  alimi  A.A.Bayevin  rəhbərliyi  ilə 
somatotropin  genindən  ibarət  rekombinat  DNT  molekulu  alınmış  və  E.  coli 
bakteriyasına keçirilmişdir. 
 
Beləliklə,  yeni  qeyri-təbii  xasəli  produsentlər  yaradılmışdır.  Hazırda 
somatotropinin mikrobioloji sintez yolu ilə alınma texnologiyası həyata keçirilir. 
 
nsulinin  alınma  biotexnologiyası.  nsulin  mədəaltı  vəzin  hormonu  olub 
orqanizmdə  karbohidrat  mübadiləsi  və  qanda  şəkərin  səviyyəsini  tənzim  edir. 
Orqanizmdə  insulin  çatışmamazlığı  nəticəsində  şəkərli  diabet  xəstəliyi  yaranır. 
nsanın  ölümünə  səbəb  olan  xəstəliklər  içərisində  ürək-damar  və  xərçəng 
xəstəliyindən  sonra  diabet  üçüncü  yeri  tutur. 
nsulin  somatotropin  və 
interferonlardan  fərqli  olaraq  növspesifikliyinə  malik  olmadığına  görə  müalicə 
məqsədilə heyvan insulinindən də istifadə etmək olar. 
 
Genetik  mühəndislik  yolu  ilə  insulin  alınması  ilk  dəfə  1978-ci  ildə 
Amerikada  həyata  keçirilmişdir.  Əvvəlcə  qırmızı  proinsulin,  sonra  isə  insan 
insulini sintesedən  E. Coli  bakteriyası alınmışdır.  nsulin sintezini müəyyən edən 
gen kimyəvi yolla sintez olunmuş E. Coli  bakteriyasında klonlaşdırılmışdır.  nsan 
insulini sintezedən bakteriyanın alınması sxemi şəkildə verilmişdir.  
 


1980-cı ildə Amerika alimlərin insulin genini sintezedən RNT  əsasında əks 
transkripsiya  yolu  ilə  DNT    molekulualmış  və  onu  parçalamaqla  insan  insulini 
genini ayırmışlar. Sonra isə onu E. coli  hüceyrəsində klonlaşdırmışlar.  
 
Genetik  mühəndislik  üsulu  ilə  insulin  sintezedən  bakteriya    hüceyrəsi 
Rusiyada  da  alınmışdır.  Lakin  onun  ilk  sənaye  istehsalı  ngiltərədə  həyata 
keçirilmiş  və    dünya  bazarına  tətbiqi  ilə  alınmış,  təbiətdə  geniş  istifadə  olunan 
yeganə biotexnoloji məhsuldur. 
 
nterferonların  biotexnologiyası.    London  alimləri  saaks  və  Lindemani 
1957-ci ildə müəyyən etdilər ki, viruslar təsirinə məruz qalmış heyvan hüceyrələri 
onlara  birus  yolixmasına  qarşı  davamlılıq  verən  xüsusi  maddələr  ifraz  edirlər. 
Yoluxucu  virusların  çoxalmasının  qarşısını  alan  bu  maddələrə  interferonlar 
deyilir.(interferon ingiliscə “interfere” sözündən olub, “mane olmaq” deməkdir). 
 
Bu  elmi  kəşf  yoluxucu  virislara  qarşı  mübarizə  üçün  yeni  yollar  açdı.  
nterferonların  kimyəvi  quruluşu,  biosintez  yolları,    viruslara  təsir  mexanizmi, 
klinikada  istifadə  etmək  üçün  lazım  olan  bioloji  xüsssusiyyətləri  öyrənildi.  Onlar 
qısa  zəncirli  zülallar olub 146-166  amin  tutşularından  təşkil olunmuşlar.  Üç  qrup  
interferonlar məlumdur: 
1.Virusların leykositlərə təsirindən əmələ gələn α- interferonlar; 
2.Virusların fibroblastlara təsirindən əmələ gələn β- interferonlar; 
3.  mmunitet xassəsi daşıyan y-interferonlar. 
nterferonlar virus  xəstəlikləri, skleroz, osteosarkoma, miolem, udlaq, ciyər 
və  beyin  şişlərinə  qarşı  müsbət  müalicəvi  təsirə  malikdirlər.  Onlar  növ 
spesifikliyinə  malik  olub,  insanların  müalicəsində  ancaq  insan  hüceyrələrindən 
alınmış  olanları  kara  gəlir.  1  l  insan  qanından  1  mkq  interferon  alınır.  Deməli, 
interferon almaq üçün başqa səmərəli mənbə axtarmaq lazımdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə