Microsoft Word Biotexnologiyan?n ?saslar? f?nnind?n muhazir? m?tnl?ri doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə40/42
tarix03.05.2018
ölçüsü5,01 Kb.
#41335
1   ...   34   35   36   37   38   39   40   41   42

1.poliomielit 
xəstələyini 
törədən 
virusun 
biomolekulyar 
və 
genetik 
xüsusiyyətlərinin öyrənilməsi; 
2.poliomielit  virusu  zülalının  sintezini  törədən  güclü  promotora  malik  vektorun 
quraşdırılması və bakteriya hüceyrəsinə keçirilməsi; 
3.hüceyrədə rekombinat molekulun stabilliyi və təsirinin təmin olunması; 
4.virus zülalının hüceyrədən xaricə ifraz olunması. 
Hazırda  poliomilet  virusu  (YPI)  zülalını  sintezedən  gendən  ibarət  hibrid 
plazmid  alınmış  β-laktamaza  geni  vasitəsilə  nişanlanmış  E.  coli  bakteriyası 
hüceyrəsində  klonlaşdırılmışdır.  Lakin  bakteriya  hüceyrəsinin  sintez  etdiyi  YPI 
zülalı  virusun  antizərdabına  qarşı  reaksiya  göstərməmişdir.  Bu,  ilk  növbədə 
sintezolunan III struktur quruluşunun YPI zülalının III struktur qurluşundan fərqli 
olması ilə əlaqədardır. 
 
Dabaq  xəstəliyini  törədən  viruslar.  Dabaq  heyvan  xəstəliyi  olub  kənd 
təsərrüfatına  böyük  ziyan  vurur.  Xəstəliyə  qarşı  formalinlə  öldürülmüş  dabaq 
virusları  əsasında  alınan  vaksinlərdən  istifadə  olunur.  Lakin  bu  üsulla  alınan 
vaksinlər bəzən zəif də olsa virulentlik göstərir və xəstəliyin daha da güclənməsinə 
səbəb olur. 
 
Məlumdur  ki,  dabaq  virusları  heyvanlarda  virusları  neytrallaşdıran 
antitellərin  sintezinə  səbəb  olur.  Lakin  heyvanlardan  çoxlu  miqdarda  belə 
antitellərdən ibarət vaksinin alınması böyük çətinliklər törədir. 
 
Bir  çox  ölkələrdə  artıq  gen  mühəndisliyi  üsulu  ilə  dabaq  virusu  zülalını 
sintezedən  E.  coli  bakteriyası  alınmışdır.  Bakteriyadan  alınan  zülal 
aktivsizləşdirilmiş  dabaq  viruslarına  nisbətən  virulent  xassəyə  malik  deyil  və 
heyvanlar üçün tam təhlükəsizdir. Bu üsulla asanlıqla çoxlu vaksin alınması onun 
tezliklə dabaq xəstəliyinə qarşı mübarizədə tətbiqinə səbəb olmuşdur. 
 
Hepatit xəstəliyini  törədən  viruslar.  Yoluxucu xəstəliktörədən  hepatit bir 
neçə  qrupa  bölünür.  (Hepatit  A,  hepatit  B  və  s.).  Bunların  içərisində  ən  geniş 


yayılanı  və  təhlükəli  olanı  hepatit  B  virusudur.  Onun  törətdiyi  xəstəlik  kəskin 
respirativ  xəstəliklərdən  sonra  ikinci  yeri  tutur.  Xəstəlik  əleyhinə  vaksin  almaq 
üçün  antitellər  kimi  xəstə  qan  plazmasından  istifadə  olunur  ki,  nəticədə  onun 
tətbiqi məhdudlaşır: birincisi, plazmadan antitelləri ayırıb səylə təmizləmək lazım 
gəlir (çox vaxt vaksində zülalın qarışığı olur ki, bu da peyvənd zamanı allergiya və 
antiimmunogen  reaksiyalara  səbəb  olur);  ikincisi,  vaksin  almaq  üçün  çoxlu  qan 
plazması tələb olunur. 
 
Gen mühəndisliyi üsulu ilə hepatit B virus xəstəliyi əleyhinə vaksin alınması 
tam  həll  olunmamışdır.  Çoxlu  hibrid  vektor  molekulları  alınmış  və  E.  coli 
bakteriyası hüceyrəsində klonlaşdırılmışdır. Bütün hallarda E. coli bakteriyası çox 
zəif  bitmək  və  az  miqdarda  virus  sintez  etmək  xassələrinə  malik  olmuşdur.  Bu, 
antigenin bakteriya hüceyrəsi üçün zəhərli olması ilə izah edilir. 
 
Bitki viruslarının immunodiaqnostikası.  Təbiətdə 
mədəni 
bitkiləri 
xəstələndirən  yüzlərlə  virus  yayılmışdır.  Onlar  kənd  təsərrüfatına  böyük  ziyan 
vururlar. 
 
Viruslarla  ən  çox  yoluxan  vegetativ  yolla  çoxalan  kənd  təsərrüfatı 
bitkiləridir.  Virusla  yoluxmuş  bitkilərin  məhsuldarlığı  getdikcə  aşağı  düşür  və 
nəticədə bitki cırlaşır. 
 
Virusla  çox  geniş  yoluxan  kartof  yumrularıdır.  Kartof  yumrularının  demək 
olar  ki,  hamısı  virusla  yoluxmuş  olur.  Kartof  bitkisini  xəstələndirən  20-dən  çox 
virus  növü  məlumdur.  Virussuz  kartof  yumrusundan  əmələgələn  bitkinin 
məhsuldarlığı  virusla  yoluxmuş  yumrudan  alınan  bitkiyə  nisbətən  40-80%  çox 
olur. 
 
Bitkinin  virus  xəstəliklərinə  qarşı  əsas  mübarizə  üsullarından  biri  sağlam 
bitkilərin  alınmasıdır.  Sağlam  bitkilər  almaq  üçün  yoluxmayan  toxumalar  və  uc 
tumurcuqların becərilməsi kimi üsullardan istifadə edilir. Bu üsullar hesabına çox 
böyük  səmərə  ilə  sağlam  bitkilər  alınır,  lakin  onlar  asanlıqla  xəstə  bitkilərdən 
yenidən  virusla  yoluxa  bilirlər.  Buna  görə  də  mübarizə  tədbiri  kimi  xəstəlik 


yayılmış sahədə bütün bitkiləri yandırmaq tələb olunur. Bu profilaktika tədbirində 
ə
sas şərt vaxtında bitkilərin virusla yoluxduğunu təyin edib diaqnoz qoymaqdır. 
 
Bir  çox  ölkələrdə  bu  məqsədlə  virusların  immunodiaqnostikası  və  ya 
antizərdablardan  istifadə  edilir.  Rusiyada  bir  çox  bitki  viruslarına  qarşı 
antizərdablar  hazırlanmışdır,  lakin  onlar  çox  az  fəallığa  malikdir.  Digər  tərəfdən, 
antizərdablar almaq üçün antigen amil kimi virusların təmiz şəkildə alınması tələb 
olunur. Bu isə çox çətin və mürəkkəb proseslər sayəsində başa gəlir. 
 
Gen  mühəndisliyi  antizərdabın  alınmasında  antigen  kimi  istifadə  olunan 
virusların yaranmasında yeni perspektivlər açdı. Bitkiləri yoluxduran virus geninin 
bakteriya  hüceyrələrində  klonlaşdırılması  sübut  edildi.  Kartofda  xəstəliktörədən 
virusların  geni  klonlaşdırıldı  və  E.  coli  bakteriyası  hüceyrəsində  ekspressiya 
olundu.  Bununla  da  mikrobioloji  üsulla  fermentyorlarda  bakteriyaları  becərməklə 
çox  qısa  müddətdə  xeyli  miqdarda  antigen  alınması  problemi  həll  olundu. 
Antigenlər alındıqdan sonra ikinci problem antitellərin (antizərdabın) alınmasıdır. 
Antitellər iki yolla alınır: 
1.Heyvanların immunizasiyası üsulu (immunitet yaratmaq) ilə. Bu çoxlu miqdarda 
antizərdabların alınmasına əsaslanır və çox baha başa gəlir. 
2.Hibrid  siçan  hüceyrələrinin  (hibridomun)  istifadə  olunması  ilə  spesifik 
monoklonal antitellər alınması. Bu üsulla hibridom sağlam siçana peyvənd edilir. 
Müəyyən  müddətdən  sonra  tərkibində  antitellər  olan  siçan  qanı  götürülür.  Buna 
assit məhsul deyilir. 
             Üçüncü  problem  virusların  kütləvi  diaqnostikası  üçün  yüksək  həssaslığa 
malik metodların hazırlanması və tətbiqidir. Virusla yoluxmanı kök yumrularında 
təyin  etmək  daha  məqsədəuyğundur.  Kartof  yumrularında virusların  miqdarı  cüzi 
olduğu üçün onu təyin etmək çox çətin olur. Buna baxamayaraq alimlər tərəfindən 
hazırlanan  incə  üsullar  buna  imkan  verir.  Üsullardan  birinin  əsasında  antitel  və 
antigen  olan  mühitdə  bakteriya  hüceyrələrinin  bir-birinə  bişirilməsi  reaksiyası 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə