32
-
Standartlara uyğun, əvəzedici və eynicinsli əmtəələrin partiyalarla
satışının təşkili;
-
Birjada keçirilən əməliyyatların istehsalçı və istehlakçı arasında meyl
etməsi;
-
Satıcıların, eləcə də alıcıların qarşılıqlı təsiri nəticəsində ticarət
ə
məliyyatlarının qanunauyğun şəkildə həyata keçirilməsi;
XX əsrdə iqtisadiyyatın inkişafı ilə əlaqədar olaraq birjalar üzərindən
malyeridilişinin miqyasının böyüməsi real əmtəə ticarətini mümkünsüz edir və
ə
mtəələr tamamilə birjadan kənar dövriyyəyə cəlb olunur. Bununla belə əmtəə
birjalarında həyata keçirilən əməliyyatların sayı kifayət qədərdir.
Avropanın bir sıra birjaları əmtəə bazarı konyukturasını tədqiq edir və onlara
məsləhətlər verir. Digər birjaların əksəriyyəti fyuçers əməliyyatlarını həyata keçirilər.
Fyuçers müqavilələrinin nəticəsində əsas əmtəələr üzrə alqı-satqı sazışləri bağlanılır.
Müasir dövrdə əmtəə birjalarının rolunun artması ilə onları maliyyə əməliyyatlarının
həyata keçirildiyi mərkəzlərə çevirdi. Əmtəə birjalarının fəaliyyətində baş vermiş
dəyişikliklərə aşağıdakı aspektlərdən yanaşılır:
• Bazar və əmtəələrin razılaşma predmeti olması;
• Əmtəə birjalarının sayı və orada aparılan əməliyyatların həcmi;
• Sazişlərin növü;
• Birja ticarətinin təşkili və birja əməliyyatlarının uçotu;
Birjaların təşkilati strukturunu onun üzvləri və idarəetmə orqanları formalaşdırır.
Birja üzvləri kimi hüquqi və fiziki şəxslər çıxış edir. Birjada üzvlük birjanın zalında
ticarət etməyə hüquqi imkan verir. Birja üzvləri birja iclasında səs vermək və müxtəlif
birja əməliyyatlarında iştirak etmək hüququna malikdir. Həmçinin Birja Komitəsinin
fəaliyyətində də iştirak edə bilər. Bundan başqa, birja üzvləri birja haqqında hərtərəfli
informasiya əldə edə, kitabxana və informasiya mərkəzindən faydalana, eyni zamanda
birjanın təlim və təkmilləşdirmə proqramına qoşula bilərlər. Birjaya üzvlərin qəbulu
ixtisaslaşmış təsisçilərin, əksər müəssisələrin, iddiaçı təşkilatların səsverməsi
33
nəticəsində həyata keçirilir. Birjaya üzvlər seçildikdən sonra onlar birja heyətində
iştiraklarına görə üzvlük haqqı ödəyirlər. Birjaya üzvlərin qəbulu birja təsisçilərinin
və üzvlərinin ümumi yığıncağında yekun rəydən sonra yerinə yetirilir. Birja üzvləri
illik üzvlük haqqı ödəyirlər və birja ticarətinin iştirakşıları kimi bütün ümumi
yığıncaqlara buraxılırlar. Birja qanunvericiliyinə əsasən birja üzvləri öz işlərini
asanlaşdırmaq üçün öz adlarından birjanın zalında ticarət əməliyyatlarını həyata
keçirmək üçün kommisyon haqqla xidmət göstərən işçilər götürürlər.
Birja üzvlərinin 2 kateqoriyası fərqləndirilir:
1)
Tam üzvlük – birjanın bütün bölmələrində (seksiyalarında), birjanın
ümumi iclasında, həmçinin birja seksiyaları üzvlərinin ümumi
yığıncağında birjanın təsis sənədlərində müəyyən edilmiş səs sayı
qədər iştirak etmək hüququ verir.
2)
Natamam üzvlük – birjanın müvafiq bölmələrində, birjanın ümumi
iclasında, həmçinin birja seksiyaları üzvlərinin ümumi yığıncağında
birjanın təsis sənədlərində müəyyən edilmiş səs sayı qədər iştirak
etmək hüququ verir.
Birjadaxili sənədlər birja fəaliyyətini nizama salır, birja nizamnaməsini və birja
ticarəti qanunlarını özündə əks etdirir. Bütün əsas qərarlar, birjanın daxili stukturunun
təyini, birja üzvləri və digər ticarət iştirakçıları arasında qarşılıqlı əlaqələr, bir sözlə
birjanın bütün təşkilati-hüquqi forması Birja Nizanaməsində öz əksini tapır.
Bəzi əmtəə birjaları istehlakçı insitutları kimi fəaliyyət göstərirlər. Onlar daimi
və birdəfəlik olurlar. Daimi istehlakçılar birjaya giriş üçün illik, birdəfəlik
istehlakçılar isə yalnız iştirakdan-iştiraka haqq ödəyirlər.
Ə
mtəə birjasının idarəetmə sxemi aşağıdakı kimidir:bax (sxem 1)
34
Ə
mtəə
birjasının idarə
etmə
sxemi
Sxem 1. Əmtəə birjasının idarəetmə sxemi
Ə
mtəə birjasının idarəetmə orqanı bir-birinə müvafiq şəkildə uyğun gələn 3 əsas
səviyyədən ibarətdir.
Ə
n yüksək səviyyə kimi birja üzvləri və iştirakçıların Ümumi clasını göstərmək
olar. Bu orqan həm də qanunverici orqan kimi özünü göstərir. Növbəti səviyyə Birja
Komitəsidir. Bu Komitə birjanın icraedici funksiyalarını yerinə yetirir, fəaliyyətinə
hüquqi cəhətdən nəzarət edir və onun fəaliyyətinin əsas istiqamətlərini, birja
ticarətinin qaydalarını işləyib hazırlayır.
Birjanın üçüncü idarəetmə funksiyasını Nəzarət - Təftiş Komissiyası yerinə
yetirir. Bu komissiya əmtəə birjasının Nizamnamısini tənzimləyən əsas səlahiyyətli
orqandır. Birja üzvlərinin vəziyyətini, birja siyasətini komitələr müəyyən edir.
Komitənin üzvləri fəaliyyətləri üçün haqq almırlar. Onlar Direktorlar Şurasına öz
məsləhətlərini və köməklərini edirlər. Həmçinin birja fəaliyyətinə dair özlərinin
vəzifələrini icra edirlər. Komitələrin sayı daimi deyil və 8 – 40 arasında dəyişir.
Ancaq bütün birjalarda olduğu kimi 5 əsas komitə göstərilir:
ş
tirakçıların-birja üzvlərinin ümumi iclası
Nə
zarə
t
Komitə
si
Müş
ahidə
çi
Komitə
si
Arbitraj
Komitə
si
Qiymə
tqoyma
Komitə
si
Yeni üzvlə
rin qə
bulu
komissiyası
Birja Komitə
si (Birja Ş
urası)
Nə
zarə
t-Tə
ftiş
komissiyası