51
2.3. Birja sövdələşmələri üzrə hesablaşma qaydaları
Müasir birjalarda praktik olaraq bütün sövdələşmələr real malla aparılır, buna
görə də sövdələşmələr üzrə hesablaşmalar alıcının və satıcının arasında həyata
keçirilir.
Birjada bağlanılmış sövdələşmələr üzrə hesablaşmaların həyata keçirilməsi
qaydaları Azərbaycan Respublikasınn Qanunvericiliyinə, Qiymətli Kağızlar üzrə
Komitənin hüquq-normativ aktlarına və birjanın digər normativ sənədlərinə uyğun
olaraq qəbul olunmuşdur. Bu qaydalar kilirinq təşkilatı kimi çıxış edən BFB (Bakı
Fond Birjası) və birja üzvləri arasındakı, birja üzvləri tərəfindən qiymətli kağızlar ilə
sövdələşmələrin bağlanılmsı nəticəsində yaranan pul vəsaitləri və qiymətli kağızlar
üzrə birja üzvlərinin iştirakçılarının qeydə alınması və yerinə yetirilmə qaydaları ilə ,
birja üzvlərinin netto-iştirakçılarının və netto-tərəflərinin müəyyənləşdirilməsi
(çoxtərəfli nettinq) ilə, birja üzvlərinin netto-iştirakçılar və netto-tərəflər üzrə
hesablaşmalrın aparılması ilə bağlı münasibətləri tənzimləyir. Klirinq fəaliyyəti bu
qaydalara əsasən çoxtərəfli klirinq vasitəsilə Bakı Fond Birjasında qiymətli kağızlarla
bağlanılan sövdələşmələr üzrə həyata keçirilir.
Klirinq fəaliyyətinin həyata keçirilmə prinsipləri. Birja bu qaydalara uyğun
olaraq:
• qiymətli kağızlarala sövdələşmələrin bağlanması nəticəsində yaranan birja
üzvlərinin öhdəliklərinin və tələblərinin qeydiyyatını aparır;
• HM-də ticarət hesablarına qoyulmuş pul vəsaitləri üzrə və depozitaridə ticarət
bölmələrinə qoyulmuş qiymətli kağızlar üzrə müvafiq mövqelərə görə uçot aparır;
• birja üzvlərinin öhdəliklərinin yerinə yetirilməsi qaydalarını müəyyən edir;
• birja üzvlərinin netto-öhdəliklərini və netto-tələblərini hesablayır (çoxtərəfli
nettinq);
52
• birja üzvlərinin netto-öhdəlikləri və netto-tələbləri üzrə hesablaşmaların
keçirilməsini təşkil edir.
Birja üzvləri reqlamentdə üəyyən edilmiş müddətlərdə və qaydada qiymətli
kağızlarla sövdələşmələrin bağlanılması nəticəsində yaranan öz öhdəliklərini yerinə
yetirir. Qiymətli kağızlarla sövdələşmələrin bağlanılması nəticəsində yaranan
öhdəliklərin vaxtında və bütünlüklə yerinə yetirilməsi üçün birja üzvü, reqlamentdə
müəyyən edilmiş müddətlərdə və qaydada pul vəsaitlərini HM-ə qoyur və qiymətli
kağızları depozitaridə deponentləşdirir.
Hesablaşmaları aparan təşkilatlar və klirinq iştirakçıları. Klirinq iştirakçıları,
BFB ilə, qiymətli kağızlar ilə bağlanılan sövdələşmələr üzrə klirinq xidməti haqqında
müqaviləni imzalayan və özlərinin netto-öhdəliklər və netto-tələblər üzrə
hesablaşmaları yerinə yetirən birja üzvləridir. Pul vəsaitlərinə görə netto-öhdəliklər və
netto-tələblər üzrə hesablaşmalar HM tərəfindən brja üzvləri və BFB ilə müqavilələrin
ə
sasında yerinə yetirilir və hesablaşmaların yerinə yetirilməsi üçün HM, qaydalara
uyğun olaraq birja üzvü üçün ticarət hesabını açır. Pul vəsaitlərini birja üzvünün HM-
dəki ticarət hesabına köçürülmə qaydaları, habelə həmin hesabdan pul vəsaitlərinin
çıxarılma qaydaları HM və birja üzvü arasındakı müqaviləyə əsasən müəyyən edilir.
Qiymətli kağızlarla sövdələşmələr üzrə hesablaşmalar depozitar tərəfindən BFB ilə
birja üzvləri arasında bağlanılan müqaviləyə və müəyyən edilmiş qaydalara əsasən
həyata keçirilir. Hesablaşmaları yerinnə yetirmək üçün depozitari:
• birja üzvünün və ya onun müştərisinin depo hesabına ticarət bölməsini;
• birja üzvü tərəfindən qiymətli kağızların yerləşdirilməsi üzrə agent vəzifələrini
yerinə yetirdiyi zaman emissiya depo hesabında ticarət bölməsini açır.
Depozitarda emissiya depo hesabındakı ticarət bölməsinə qiymətli kağızların
daxil edilməsi və bu bölmədən çıxardılması emissiya depo hesabı üzrə müqavilə ilə
tənzimlənir.
53
Qiymətli kağızlar üzrə hesablaşmaların yerinə yetirilməsi üçün birja üzvü
tərəfindən birjaya bu qaydaların 1 №-li əlavəsində müəyyən edilmiş formada
vəkalətnamə təqdim olunur:
Hesabat sənədlərinin formalaşdırılması. Klirinq sistemində birja üzvlərinin netto-
öhdəliklərinin və netto-tələblərinin müəyyənləşdirilməsi nəticəsində aşağıdakı
sənədlər formalaşır:
• Hər bir birja üzvünün hesabat sənədləri:
-
Birja üzvünün sövdələşmələrin yerinə yetirilməsi protokolundan çıxarış ( 3 №-
li əlavə
-
Birja üzvünün netto-öhdəlikləri və netto-tələbləri üzrə hesabat (4 №-li əlavə)
• HM-zi üçün hesablaşma sənədi – birja üzvlərinin pul vəsaitləri üzrə netto-
öhdəliklərinin (netto-tələblərinin) ümumi cədvəli;
• Depozitar üçün hesablaşma sənədi – ümumi depo tapşırığı.
Birja üzvü üçün Klirinq sistemində formalaşdırılmış hesablaşma sənədlərin hər
biri iki original nüsxədə hazırlanır. Nüsxələin hər ikisi birjanın səlahiyyətli əməkdaşı
tərəfindən imzalanır və birjanın müvafiq ştampı ilə təsdiqlənir. Nüsxələnir biri,
sövdələşmənin yerinə yetirilməsi tarixindən növbəti gün saat 9.00-dan 10.30-dək
birja üzvünün vəkil edilmiş şəxsinə verilir, ikincisi BFB-da saxlanılır. Birja üzvü,
onun adından hesabatları almaq üçün vəkil edilmiş şəxslərin siyahısını BFB-na
təqdim edir (5 №-li Əlavə). Hesablaşmaların yerinə yetirilməsi üçün BFB-sı sənədləri
HM-nə və depozitara ötürür.
Hesablaşmaların tamamlanması. Reqlamentlə təyin edilmiş hesablaşma
ə
məliyyatlarının keçirildiyi vaxt birjanın idarə heyətinin qərarı ilə, müvafiq müddət
ə
rzində dəyişdirilə bilər. Reqlamentdə müəyyən edilmiş hesablaşma əməliyyatlarının
keçirildiyi vaxt dəyişməsi haqqında bütün qərarlar birja üzvlərinin nəzərinə klirinq
sistemi vasitəsilə bildiriş göndərməkə çatdırılır.
HM-zi, Azərbaycan Respublikasının Milli Bankının əsasnamələrinə uyğun
olaraq, birja üzvlərinin netto-öhdəliklərinin və netto-tləblərinin ümumi cədvəli
Dostları ilə paylaş: |