Microsoft Word Birja-Dissert docx



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə17/29
tarix20.09.2018
ölçüsü0,71 Mb.
#69449
1   ...   13   14   15   16   17   18   19   20   ...   29

51 

 

2.3. Birja sövdələşmələri üzrə hesablaşma qaydaları  

 

Müasir  birjalarda  praktik  olaraq  bütün  sövdələşmələr  real  malla  aparılır,  buna 



görə  də  sövdələşmələr  üzrə  hesablaşmalar  alıcının  və  satıcının  arasında  həyata 

keçirilir. 

  Birjada  bağlanılmış  sövdələşmələr  üzrə  hesablaşmaların  həyata  keçirilməsi 

qaydaları  Azərbaycan  Respublikasınn  Qanunvericiliyinə,  Qiymətli  Kağızlar  üzrə 

Komitənin  hüquq-normativ  aktlarına  və  birjanın  digər  normativ  sənədlərinə  uyğun 

olaraq  qəbul  olunmuşdur.  Bu  qaydalar  kilirinq  təşkilatı kimi  çıxış    edən  BFB  (Bakı 

Fond Birjası) və birja üzvləri arasındakı, birja üzvləri tərəfindən qiymətli kağızlar ilə 

sövdələşmələrin  bağlanılmsı  nəticəsində  yaranan  pul  vəsaitləri  və  qiymətli  kağızlar 

üzrə birja üzvlərinin iştirakçılarının qeydə alınması və yerinə yetirilmə qaydaları ilə , 

birja  üzvlərinin  netto-iştirakçılarının  və  netto-tərəflərinin  müəyyənləşdirilməsi 

(çoxtərəfli  nettinq)  ilə,  birja  üzvlərinin  netto-iştirakçılar  və  netto-tərəflər  üzrə 

hesablaşmalrın  aparılması  ilə  bağlı  münasibətləri  tənzimləyir.  Klirinq  fəaliyyəti  bu 

qaydalara əsasən çoxtərəfli klirinq vasitəsilə Bakı Fond Birjasında qiymətli kağızlarla 

bağlanılan sövdələşmələr üzrə həyata keçirilir. 

  Klirinq  fəaliyyətinin  həyata  keçirilmə  prinsipləri.  Birja  bu  qaydalara  uyğun 

olaraq: 


• qiymətli kağızlarala sövdələşmələrin bağlanması nəticəsində yaranan birja 

üzvlərinin öhdəliklərinin və tələblərinin qeydiyyatını aparır; 

• HM-də  ticarət hesablarına  qoyulmuş  pul vəsaitləri  üzrə  və depozitaridə  ticarət 

bölmələrinə qoyulmuş qiymətli kağızlar üzrə müvafiq mövqelərə görə uçot aparır; 

• birja üzvlərinin öhdəliklərinin yerinə yetirilməsi qaydalarını müəyyən edir; 

• birja  üzvlərinin  netto-öhdəliklərini  və  netto-tələblərini  hesablayır  (çoxtərəfli 

nettinq); 



52 

 

• birja  üzvlərinin  netto-öhdəlikləri  və  netto-tələbləri  üzrə  hesablaşmaların 



keçirilməsini təşkil edir. 

Birja  üzvləri  reqlamentdə  üəyyən  edilmiş  müddətlərdə  və  qaydada  qiymətli 

kağızlarla  sövdələşmələrin  bağlanılması  nəticəsində  yaranan  öz  öhdəliklərini  yerinə 

yetirir.  Qiymətli  kağızlarla  sövdələşmələrin  bağlanılması  nəticəsində  yaranan 

öhdəliklərin  vaxtında  və  bütünlüklə  yerinə  yetirilməsi  üçün  birja  üzvü,  reqlamentdə 

müəyyən  edilmiş  müddətlərdə  və  qaydada  pul  vəsaitlərini  HM-ə  qoyur  və  qiymətli 

kağızları depozitaridə deponentləşdirir. 

  Hesablaşmaları  aparan  təşkilatlar    və  klirinq  iştirakçıları.  Klirinq  iştirakçıları, 

BFB ilə, qiymətli kağızlar ilə bağlanılan sövdələşmələr üzrə klirinq xidməti haqqında 

müqaviləni  imzalayan  və  özlərinin  netto-öhdəliklər  və  netto-tələblər  üzrə 

hesablaşmaları yerinə yetirən birja üzvləridir. Pul vəsaitlərinə görə netto-öhdəliklər və 

netto-tələblər üzrə hesablaşmalar HM tərəfindən brja üzvləri və BFB ilə müqavilələrin 

ə

sasında  yerinə  yetirilir  və  hesablaşmaların  yerinə  yetirilməsi  üçün  HM,  qaydalara 



uyğun olaraq birja üzvü üçün ticarət hesabını açır. Pul vəsaitlərini birja üzvünün HM-

dəki  ticarət  hesabına  köçürülmə  qaydaları,  habelə  həmin  hesabdan  pul  vəsaitlərinin 

çıxarılma qaydaları HM və birja üzvü arasındakı müqaviləyə əsasən müəyyən edilir. 

Qiymətli  kağızlarla  sövdələşmələr  üzrə  hesablaşmalar  depozitar  tərəfindən  BFB  ilə 

birja  üzvləri  arasında  bağlanılan  müqaviləyə  və  müəyyən  edilmiş  qaydalara  əsasən 

həyata keçirilir. Hesablaşmaları yerinnə yetirmək üçün depozitari: 

• birja üzvünün və ya onun müştərisinin depo hesabına ticarət bölməsini; 

• birja üzvü tərəfindən qiymətli kağızların yerləşdirilməsi üzrə  agent vəzifələrini 

yerinə yetirdiyi zaman emissiya depo hesabında ticarət bölməsini açır. 

Depozitarda  emissiya  depo  hesabındakı  ticarət  bölməsinə  qiymətli  kağızların 

daxil edilməsi  və bu bölmədən çıxardılması emissiya depo hesabı üzrə müqavilə ilə 

tənzimlənir. 




53 

 

Qiymətli  kağızlar  üzrə  hesablaşmaların  yerinə  yetirilməsi  üçün  birja  üzvü 



tərəfindən  birjaya  bu  qaydaların  1  №-li  əlavəsində  müəyyən  edilmiş  formada 

vəkalətnamə təqdim olunur:   

Hesabat sənədlərinin formalaşdırılması. Klirinq sistemində birja üzvlərinin netto-

öhdəliklərinin  və  netto-tələblərinin  müəyyənləşdirilməsi  nəticəsində  aşağıdakı 

sənədlər formalaşır: 

• Hər bir birja üzvünün hesabat sənədləri: 

-

 Birja üzvünün sövdələşmələrin yerinə yetirilməsi protokolundan çıxarış ( 3 №-



li əlavə 

-

 Birja üzvünün netto-öhdəlikləri və netto-tələbləri üzrə hesabat (4 №-li əlavə) 



• HM-zi  üçün  hesablaşma  sənədi  –  birja  üzvlərinin  pul  vəsaitləri  üzrə  netto-

öhdəliklərinin (netto-tələblərinin) ümumi cədvəli; 

• Depozitar üçün hesablaşma sənədi – ümumi depo tapşırığı. 

  Birja üzvü üçün Klirinq sistemində formalaşdırılmış hesablaşma sənədlərin hər 

biri iki original nüsxədə hazırlanır. Nüsxələin hər ikisi birjanın səlahiyyətli əməkdaşı 

tərəfindən  imzalanır  və  birjanın  müvafiq  ştampı  ilə  təsdiqlənir.  Nüsxələnir  biri, 

sövdələşmənin  yerinə  yetirilməsi  tarixindən  növbəti  gün  saat    9.00-dan  10.30-dək 

birja  üzvünün  vəkil  edilmiş  şəxsinə  verilir,  ikincisi  BFB-da  saxlanılır.  Birja  üzvü, 

onun  adından  hesabatları  almaq  üçün  vəkil  edilmiş  şəxslərin  siyahısını  BFB-na 

təqdim edir (5 №-li Əlavə). Hesablaşmaların yerinə yetirilməsi üçün BFB-sı sənədləri 

HM-nə və depozitara ötürür. 

Hesablaşmaların  tamamlanması.  Reqlamentlə  təyin  edilmiş  hesablaşma 

ə

məliyyatlarının  keçirildiyi  vaxt  birjanın  idarə  heyətinin  qərarı  ilə,  müvafiq  müddət 



ə

rzində dəyişdirilə bilər. Reqlamentdə müəyyən edilmiş hesablaşma əməliyyatlarının 

keçirildiyi  vaxt  dəyişməsi  haqqında  bütün  qərarlar  birja  üzvlərinin  nəzərinə  klirinq 

sistemi vasitəsilə bildiriş göndərməkə çatdırılır. 

HM-zi,  Azərbaycan  Respublikasının  Milli  Bankının  əsasnamələrinə  uyğun 

olaraq,  birja  üzvlərinin  netto-öhdəliklərinin  və  netto-tləblərinin  ümumi  cədvəli 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə