Microsoft Word Birja-Dissert docx



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə25/29
tarix20.09.2018
ölçüsü0,71 Mb.
#69449
1   ...   21   22   23   24   25   26   27   28   29

76 

 

     Qanunun  II  fəsli  “Əmtəə  birjasının  təsis  edilməsi,  idarə  olunması  və 



fəaliyyətinə  xitam  verilməsi”  adlanır  və  7  maddədən  ibarətdir  (Maddə  8-16).  Bu 

fəsildə əmtəə birjasının təsis edilməsinin başlıca şərtləri kimi aşağıdakılar göstərilir: 

     1) Birja hüquqi və (və ya) fiziki şəxslərin könüllü birliyi əsasında yaradılır və 

müəyyənləşdirilmiş  qaydada  dövlət  qeydiyyatından  keçməlidir.  Birjanın  təsisçiləri 

eyni zamanda onun üzvləri sayılır. 

     2)  Dövlət  hakimiyyəti  və  idarəetmə  orqanları,  habelə  dövlət  büdcəsindən 

maliyyələşdirilən  təşkilatlar,  eləcə  də  bu  Qanunun  11-ci  maddəsinin  2-ci  bəndində 

göstərilən hüquqi və fiziki şəxslər birjanın təsisçisi ola bilməzlər. 

    3)  Birja təsisçilər tərəfindən bağlanmış təsis müqaviləsinə əsasən yaradılır. 

    4)  Birjanın  hər  bir  təsisçisinin  payı  onun  nizamnamə  fondunun  20  faizindən 

çox olmamalıdır. 

       9-cu  maddə  birjaların  təsis  edilməsi  üçün  lisenziya  alınmasına  aid 

edilmişdir. Azərbaycan Respublikası ərazisində birja ticarətinin təşkili müvafiq dövlət 

orqanı  tərəfindən  müəyyənləşdirilmiş  qaydada  verilən  lisenziya  əsasında  həyata 

keçirilir.                 Birjaların ləğvi onun ali idarəetmə orqanının, habelə Azərbaycan 

Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulmuş  qaydada  və  hallarda 

məhkəmənin, yaxud arbitraj məhkəməsinin qərarı ilə həyata keçirilə bilər.  

      Qanunda həmçinin birja üzvlərinə da ayrıca maddə ayrılmışdır. Birja üzvləri 

dedikdə  “birjanın  nizamnamə  fondunun  yaradılmasında  iştirak  edən  və  (və  ya) 

birjanın  nizamnaməsi  ilə  müəyyənləşdirilmiş  qaydada  üzvlük  haqqı  və  ya  digər 

məqsədli ödənişlər verən hüquqi və fiziki şəxslər” nəzərdə tutulur.  

      Birja üzvləri aşağıdakı hüquqlara malikdir: 

1)

 

Bu  qanuna uyğun birja ticarətində iştirak etmək; 



2)

 

Birjanın fəaliyyəti ilə bağlı məsələlərin həllində iştirak etmək; 



3)

 

Birjanın rəhbər orqanlarını seçmək və seçilmək; 



4)

 

Birjanın bütün xidmətlərindən istifadə etmək; 



5)

 

Birjaların nizamnaməsində nəzərdə tutulan digər hüquqlar. 




77 

 

      Birja  üzvləri  tam  və  natamam  üzvlərə  bölünür.  Tam  üzvlər  birjanın  bütün 



bölmələrində,  natamam  üzvlər  isə  birjanın  müəyyən  bölmələrində  ticarət  etmək 

hüququna  malikdir.  Birja  üzvü  birja  ticarətində  iştirak  etmək  hüququnu  müəyyən 

müddətdə  yalnız  bir  hüquqi,  yaxud  fiziki  şəxsə  icarəyə  vermək  hüququna  malikdir. 

Bu barədə müqavilə birjada qeydiyyatdan keçməlidir. Birja ticarətində iştirak etmək 

hüququnun ikinci əldən icarəyə verilməsi qadağandır. Birja təsisçiləri birja üzvlərinin 

bütün  hüquqlarına  malikdirlər.  Onlar  birjanın  nizamnaməsində  nəzərdə  tutulan  və 

birja ticarətində bərabərlik prinsipini pozmayan xüsusi hüquq və vəzifələrə malik ola 

bilərlər.  Birja  üzvləri  birja  nizamnaməsinin  tələblərinə,  birja  ticarəti  qaydalarına, 

ümumi yığıncağın və birja komitəsinin (birja şurasının) qərarına əməl etməli, birjanın 

nəzarət  orqanlarına  müəyyənləşdirilmiş  qaydada  zəruri  məlumatları  verməli,  birja 

fəaliyyəti haqqında məxfi məlumatları və kommersiya sirrini yaymamalıdırlar.  

       Qanunun  12-ci  maddəsi  əmtəə  birjasının  nizamnaməsi  barədədir. 

Nizamnamə ümumi  yığıncaqda təsdiq edilir və o, aşağıdakı məlumatları özündə əks 

etdirməlidir: 

1)

 

Birjanın adı və yerləşdiyi yer; 



2)

 

Təsisçilərin tərkibi; 



     3)  Birjanın  idarəetmə  strukturu  və  nəzarət  orqanı,  onların  funksiyaları  və 

hüquqları, qərar qəbul etmə qaydası; 

      4)  Nizamnamə fondunun məbləği; 

      5)  Daimi fondların siyahısı və onların formalaşdırılması qaydası; 

      6) Birja ticarəti qaydalarının hazırlanması və qəbulu qaydası; 

      7) Birja üzvlərinin maksimum sayı; 

      8)  Birja  üzvlüyünə  qəbul,  birjada  üzvlüyün  dayandırılması  və  ona  xitam 

verilməsi qaydası; 

      9)  Birja  üzvlərinin  və  birja  ticarətinin  digər  iştirakçılarının  hüquq  və 

vəzifələri; 

     10)  Birja ticarəti iştirakçıları arasında yaranan mübahisələrin həlli qaydası. 



78 

 

       Əmtəə  birjasının  ali  və  idarəetmə  orqanı  onun  üzvlərinin  ümumi 



yığıncağıdır. Ümumi yığıncaqlar arasındakı müddətdə əmtəə birjasına rəhbərliyi birja 

komitəsi (birja şurası) həyata keçirir.Birjanın nəzarət (təftiş) komissiyası onun nəzarət 

orqanıdır.Birja  komitəsi  (birja  şurası)  və  nəzarət  (təftiş)  komissiyası  əmtəə  birjası 

üzvlərinin ümumi yığıncağı tərəfindən seçilir, onların səlahiyyəti və hüquqları əmtəə 

birjasının  nizamnaməsi  ilə  müəyyənləşdirilir.Əmtəə  birjasının  fəaliyyətinə  operativ 

rəhbərliyi  birja  komitəsinin  (birja  şurasının)  təyin  etdiyi  idarə  heyəti  həyata 

keçirir. darə heyəti birjanın fəaliyyət göstərməsini təmin edir və onun bütün struktur 

bölmələrinə  rəhbərlik  edir.Birjanın  struktur  bölmələri  birja  komitəsinin  (birja 

ş

urasının) təsdiq etdiyi əsasnaməyə uyğun fəaliyyət göstərir. 



Birjalar  ticarətin  qaydalarını  müəyyənləşdirməkdə  sərbəstdirlər.  Lakin  qanunda 

həmin qaydalar üçün aşağıdakı şərtlər qeyd olunmuşdur: 

1)

 

Birja əməliyyatlarının keçirildiyi yer və vaxt; 



      2)  Birja sövdələşməsinin aparılması qaydası; 

      3) Birja əqdlərinin növləri; 

      4)  Birja  ticarəti  iştirakçılarına  qarşıdakı  birja  sövdələşməsi  haqqında 

məlumat vermək qaydası; 

      5) Birja əqdlərinin qeydə alınması və uçotu qaydası; 

      6) Birja əmtəələrinə məzənnə qoyulması qaydası; 

      7)  Birja  ticarəti  iştirakçılarına  birja  sövdələşmələrində  birja  əqdləri,  o 

cümlədən birja əqdlərinin qiymətləri haqqında məlumat vermək qaydası; 

      8) Birja üzvlərinə və birja ticarətinin digər iştirakçılarına əmtəə bazarları və 

birja əmtəələrinin bazar konyunkturası haqqında məlumat vermək qaydası; 

      9)  Birja  əqdləri  bağlanmasında  birja  üzvlərinin  və  birja  ticarətinin  digər 

iştirakçılarının qarşılıqlı hesablaşmalar aparması qaydası; 

     10)  Birjada  qiymətlərin  səviyyəsinin  gün  ərzində  kəskin  surətdə  artmasına, 

yaxud  azalmasına,  süni  olaraq  qiymətlərin  artırılmasına,  yaxud  azaldılmasına, 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə