Microsoft Word Birja-Dissert docx



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə22/29
tarix20.09.2018
ölçüsü0,71 Mb.
#69449
1   ...   18   19   20   21   22   23   24   25   ...   29

67 

 

məsələlərdə  əsas  normativ  sənəd  hesab  edilir.  Bu  qaydalara  riayət  olunması  birja 



ticarətinin iştirakçıları və birjanın işçiləri üçün məcburi sayılır. 

3.

 

Qaydalar aşağıdakı prinsiplər əsasında qurulur: 





 

Real  tələb  və  təklifləri  nəzərə  almaqla  sərbəst  qiymət  qoyulması 

ə

sasında qiymətin müəyyənləşdirilməsi; 





  Verilmiş məlumatların obyektivliyi və dəqiqliyi; 



  Qaydalara bütün iştirakçılar tərəfindən mütləq riayət olunması; 





  Ticarətin, birja ticarəti iştirakçılarının hüquq bərabərliyi qorunmaqla, aşkarlıq 

prinsipi əsasında keçirilməsi; 



4.

 

Birja  əqdlərinin  bağlanmasına  və  yerinə  yetirilməsinə  yalnız  bu 

qaydalara  riayət olunduğu təqdirdə icazə verilə bilər. 

5.

 

Ticarət  iştirakçıları  mövcud  qaydaların  tam  mətni  və  onlara  edilən 

dəyişikliklərlə tanış edilir. Bu qaydalar real və ya gələcəkdə istehsalı nəzərdə tutlmuş 

ə

mtəənin,  təxirəsalınmaz  təchizatla  nəğd  əmtəənin,  razılaşdırılmış  müddətdə  təchiz 



olacaq əmtəənin, qanunvericiliklə alqı-satqısı məhdudlaşdırılmamış əmtəənin, birjada 

alqı-satqı  əqdinin  bağlanmasını,  həyata  keçirilməsi  zamanı  tərəflərin  qarşılıqlı 

ə

laqələrini  nizama  salır.  Birja  əqdi  gələcəkdə  olan  əmtəəyə,  göndərilən  anda 



hesablaşma  şərti  ilə  bağlanmışsa  tərəflərdən  hər  birinin  əqdin  bağlandığı  anda  və 

müəyyən  olunmuş  müddətə  qədər  həmin  əmtəəni  göndərmək  və  ya  qəbul  etmək 

haqqında  öz  hüququnu  sata  bilər.  Bu  saziş  qeydiyyat  bürosunda  qeydə  alınır  və 

keçirilmə sənədi ilə rəsmiləşdirilir. 



6.

 

Birjada əqdin mimimal dəyəri məhdudlaşdırılmır. 



7.

 

Birja, ticarət iştirakçıları arasında bağlanmış forvard, fyuçers və opsion 

ə

qdlərinin kreditləşdirilməsi ixtiyarına malikdir. Bu kreditlərin verilməsi məsələsinə 



bağlanmış  kontraktlara  və  ticarət  iştirakçısının  yazılı  xahişinə  əsasən  birjanın 

rəhbərliyi  tərəfindən  baxılır.  Respublika  Əmtəə  Birjasının  (RƏB)  rəhbərliyi 

tərəfindən  kreditləşmə  ilə  bağlı  qərarlar  Birja  Komitəsinin  iclasında  baxılıb  təsdiq 

edildikdən sonra  qüvvəyə  minir və iştirakçıların  aktivliyini  artırmaq,  birja  ticarətini 




68 

 

canlandırmaq  və  birjanın  hesabında  olan  maliyyə  vəsaitindən  sərfəli  istifadə  etmək 



məqsədini  güdməlidir.  Eyni  zamanda  birja  mənfəət  götürməyi  qarşısına  məqsəd 

qoymamalıdır. 



8.

 

Ə

qdlərin  sığortalanması  ticarət  iştirakçılarının  şəxsi  işidir.  Bu  məsələ 



haqqında iki tərəfin ümumi razılığı olduğu halda öz əksini əqddə tapa bilər. 

9.

 

Hər birja əmtəəsinin alqı-satqısı ayrıca birja əqdi ilə rəsmiləşdirilir. 



10.

 

Ə

qd o zaman birjəvi hesab olunur ki, 





 Birja  ticarətini  yazılı  sifariş  əsasında  satışa  müvafiq  qaydada  təqdim  edilmiş, 

dövriyyəyə buraxılmış və ticarət zamanı elan edilmiş əmtəə üzrə bağlanılsın; 





 Birja  ticarətinin  mövcud  qaydalarına  əsasən  RƏB-in  nizamnaməsinə  müvafiq 

olaraq ticarətdə iştirak edən ticarət iştirakçıları arasında bağlanılsın; 





 Birjada müvafiq qeydiyyatdan keçirilsin; 

11.

 

Birja tərəflər arasında bağlanmış əqdin şərtlərini pozması üçün cavabdeh 

deyildir.  Birja  əqdlərində  əks  tapmış  şərtlərin  yerinə  yetirilməsi  bütövlükdə  və 

tamamilə onu bağlayanların işidir. 



12.

 

Birja  ticarəti  yalnız  əyani  forma  üzrə  bağlanılır.  Əyani  ticarət  birjanın 

ticarət zalında və qəbul edilmiş reqlamentə görə keçirilir. 

13.

 

Birja üzvü özünün birja ticarətində iştirak hüququnu icarəyə verə bilər. 

Ticarətdə iştirak hüququ müəyyən müddətə və yalnız bir hüquqi (fiziki) şəxsə icarəyə 

verilə  bilər.  Bu  barədə  müqavilə  birjada  qeydiyyatdan  keçməlidir.  Birja  üzvü  öz 

hüququnu icarəyə verdiyi şəxsə görə birja qarşısında məsuliyyət daşıyır. 

14.

 

Birjada birja əqdi bağlamaq hüququna aşağıdakı sadalananların hüququ 

vardır: 



 Broker  və  diller  fəaliyyəti  üzrə  birja  təsisçilərinin,  üzvlərinin  broker 

firmalarının  birjada  müvafiq  qeydiyyatdan  keçmiş  nümayəndələri  və  sahibkar  kimi 

uçota alınmış öz fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin; 




69 

 



 Diller  fəaliyyəti  üzrə  diller  firmalarının  müvafiq  qeydiyyatdan  keçmiş 



nümayəndələri,  birja  ticarətində  birdəfə  iştirak  hüququ  ilə  müvafiq  rüsumu  ödəmiş 

hüquqi şəxslərin nümayəndələri və fiziki şəxslər; 





 RƏB ilə birja arasında əməkdaşlıq haqda müqaviləsi elan birjaların brokerləri. 

Bu  hüquq  yalnız  brokeri  göndərmiş  firmanın  zəmanət  məktubu  və  RƏB-ə  tələb 

olunan digər sənədlərin təqdim edildiyi təqdirdə verilə bilər. 

15.

 

Birja ticarətinə ilk dəfə gələnlərin yalnız öz adından və öz hesabına real 

ə

mtəə üzrə əqd bağlamaq hüququ vardır. 



16.

 

Birja  və  birjanın  qulluqçuları  ticarət  zamanı  bağlanan  əqdlərin  tərəfi 

kimi çıxış edə bilməzlər. Birjanın öz adından və onun hesabına əqdlərin bağlanması 

qadağandır. 



17.

 

Brokerlər,  broker  kontorlarının  müştərilərlə  bağlanmış  sazişə  uyğun 

olaraq və müştərilərin adından onlara verilmiş əqd bağlamaq hüququna əsasən onları 

birjada  təmsil  edirlər.  Brokerlər  mənafeləri  bir-birinə  əks  olan  iki  və  daha  çox 

müştəriyə xidmət edə bilməzlər. 

18.

 

Birja  birja  ticarətinin  bütün  iştirakçıları  üçün  bərabər  hüquq  və 

imkanlara  təminat  verir.  Birja  vasitəçiləri,  birja  ticarətində  fyuçers  və  opsion 

ə

qdlərinin  bağlanmasını  yalnız  müəyyənləşdirilmiş  qaydada  lisenziya  əldə  etdikdən 



sonra həyata keçirir. 

19.

 

Birja  vasitəçisi  birja  ticarəti  başlamazdan  əvvəl  öz  müştərisini 

qeydiyyatdan keçirməlidir. Bunun üçün RƏB-in qeydiyyat şöbəsinin müştərisi haqda 

məlumat təsdiq olunması zəruridir. 



20.

 

Birja, ona təqdim olunmuş məlumatı saxlamağa zəmanət verir və əlavə 

məlumatları tələb etməyə ixtiyarı yoxdur.  

21.

 

Birja  ticarətinin  iştirakçıları  birja  ticarəti  zamanı  bağladıqları  birja 

ə

qdlərinin  hər  bir  müştəri  üçün  uçotunu  aparmalı  və  bu  məlumatları  əqd  bağlanan 



gündən 5 il müddətində saxlamalıdır. 

22.

 

Birja əqdi yalnız birja ticarətinə buraxılmış əmtəələr üzrə bağlanır. 




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə