Microsoft Word Birja-Dissert docx



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə24/29
tarix20.09.2018
ölçüsü0,71 Mb.
#69449
1   ...   21   22   23   24   25   26   27   28   29

73 

 

alaraq, biz bu bölmədə yalnız ölkəmizdə birjaların fəaliyyətini tənzimləyən qanunlarla 



tanış olacağıq və onları tədqiq edəcəyik. 

       Müstəqillik  dönəmində  Azərbaycanda  postsovet  dövrünün  və  bazar 

iqtisadiyyatına  keçidlə  əlaqədar  olaraq,  birjalar  yenidən  yaranmış,  hal  hazırda 

respublikamızda  Bakı  Fond  Birjasi  (BSE),  2)  BBVB  -  Bakı  Banklararası  Valyuta 

Birjası,  3)  Respublika  Əmtəə  Birjası,  4)  Respublika  Xammal  və  Əmtəə  Birjası,  5) 

Ə

mək  Birjası  təsis  olunaraq  fəaliyyət  göstərməkdədir.  Göründüyü  kimi,  bu  gün 



Azərbaycan  Respublikasında  birjaların  müxtəlif  növləri  fəaliyyət  göstərir  və  onların 

tənzimlənməsi müvafiq qanunverici aktlarla tənzimlənir.  

       Ölkəmizdə  əmtəə  birjalarının  faəliyyətinin  tənzimlənməsi  baxımından  əsas 

sənəd  25  may  1994-cü  il  tarixli,  prezident  Heydər  Əliyev  tərəfindən  imzalanaraq 

təsdiq  olunmuş  “Əmtəə  birjası  haqqında  Azərbaycan  Respublikası  qanunu”  hesab 

olunur.  Qanun  3  fəsildən  və  22  maddədən  ibarətdir.  Bu  qanun  Azərbaycan 

Respublikası  ərazisində  əmtəə  birjalarının  yaradılması  və  fəaliyyəti,  birja  ticarəti, 

ə

mtəə birjalarında fəaliyyətin hüquqi təminatları üzrə münasibətləri tənzimləyir. 



     Qanunun  I  fəslində  onun  səlahiyyətinin  və  qüvvəsinin  çərçivələri 

müəyyənləşdirilmişdir  və  ümumi  müddəalar  açıqlanmışdır.  Bu  fəsildə  mövcud  olan 

Maddə  2-də  qanunda  istifadə  edilən  əsas  anlayışların  tərifi  verilmişdir.    Həmin 

anlayışlar aşağıdakılardır: 

      1)  “Əmtəə birjası” — müəyyən edilmiş birja qaydaları əsasında əvvəlcədən 

təyin  olunmuş  yerdə  və  vaxtda  aşkar  kütləvi  sövdələşmə  şəklində  həyata  keçirilən 

topdansatış  ticarət  bazarını  təşkil  etmək  məqsədi  güdən  hüquqi  və  (və  ya)  fiziki 

şə

xslərin könüllü birliyi əsasında yaradılan hüquqi şəxs statuslu təşkilatdır. 



     2)  “Birja  əmtəəsi”  —  birja  tərəfindən  müəyyənləşdirilmiş  qaydada  birja 

ticarətinə  buraxılmış  və  dövriyyədən  çıxarılmamış  əmtəə,  o  cümlədən  həmin  əmtəə 

üzrə  standart  kontraktdır  hər  hansı  daşınmaz  əmlak  və  ya  əqli  mülkiyyətin  obyekti 

birja əmtəəsi ola bilməz. 

     3) “Birja əqdi” — birja sövdələşmələri gedişində birja əmtəəsi üzrə birja ticarətinin 



74 

 

iştirakçıları arasında (öz adlarından və ya üçüncü şəxslərin tapşırığı ilə) bağlanan və 



müəyyənləşdirilmiş qaydada qeydiyyatdan keçmiş müqavilədir (sazişdir). 

     4) “Məzənnə” — əqd bağlananda satıcıları və alıcıları istiqamətləndirməkdən 

ötrü  müəyyən  müddət  və  ya  vaxt  üçün  tələb  və  təklifi  nəzərə  almaqla  əmtəələrin 

qiymətini aydınlaşdırmaq və qeydə almaqdır. 

     5)  “Broker”  —  birja  əqdlərinin  müəyyənləşdirilmiş  qaydada  müştərinin 

adından onun hesabına, müştərinin adından öz hesabına, yaxud öz adından müştərinin 

hesabına bağlanmasını həyata keçirən birja vasitəçisidir. 

     6)  “Diler”  —  birja  əqdlərinin  müəyyənləşdirilmiş  qaydada  öz  adından,  öz 

hesabına bağlanmasını həyata keçirən və sonradan onu birjada satmaqla məşğul olan 

birja vasitəçisidir. 

     Bu  təriflərin  açılanması  qanunun  sonrakı  maddələrində  müəyyənləşdirilən 

qaydaların  və  müddəaların  aydın  başa  düşülməsi  üçün  zəruridir.  Həmçinin,  əlavə 

etmək  olar  ki,  həmin  təriflərin  iqtisadi  ədəbiyyatlara  uyğun  olaraq 

müəyyənləşdirildiyindən metodiki əhəmiyyəti də vardır.  

      3-cü maddə özündə əmtəə birjasının hüquqi statusunun müəyyənləşdirilməsi 

məsələsini ehtiva edir. Burada qeyd olunur ki, əmtəə birjası “müstəqil hüquqi şəxsdir 

və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş təşkilat şəklində 

yaradılır”. Onun fəaliyyət spektri isə “birja ticarətinin təşkili və onun tənzimlənməsi 

ilə  bağlı  fəaliyyət”  şəklində  müəyyənləşdirilir.  Həmin  maddənin  3-cü  bəndi  isə 

xüsusən  əhəmiyyətlidir.  Bu  bəndə  əsasən,  əmtəə  birjaları    bilavasitə  birja  ticarətinin 

təşkili  ilə  bağlı  olmayan  kommersiya  fəaliyyəti  ilə  məşğul  olmur  və  mənfəət  (gəlir) 

götürməyi qarşısında məqsəd qoymur. Biz daha öncə də bu barədə məlumat verərkən 

qeyd  etmişdik  ki,  müasir  dövrdə  dünyanın  əksər  iri  birja  mərkəzlərində  şirkətləşmə 

meylləri və mənfəət əldə etmək məqsədi daşıyan kommersiya təşkilatlarına çevrilmə 

tendensiyası  müşahidə  edilir.  Lakin,  bir  sıra  ölkələrdə,  o  cümlədən  o  dövrdə  keçid 

iqtisadiyyatının  mövcud  olduğu  ölkəmizdə  də  birjaların  hələ  yeni-yeni  təşəkkül 

tapması  ilə  əlaqədar  olaraq,  onlar  qeyri-kommersiya  təşkilatları  şəklində  təşkil 



75 

 

olunurdular.  Lakin,  hazırki  dönəmdə  dövrün  şərtlərinə  uyğun  olaraq,  Bakı  Əmtəə 



Birjasının da tədricən profil dəyişikliyinə gedəcəyi istisna edilmir.    

        I  fəslin  4-cü  maddəsi  əmtəə  birjasında  ticarətin  aparılma  prinsipləri 

müəyyənləşdirilir. Həmin prinsiplər aşağıdakılardır: 

      1) Birja ticarəti iştirakçılarının hüquq bərabərliyinin təmin edilməsi; 

      2) Sərbəst (bazar) qiymətlərin tətbiqi; 

      3) Birja ticarətinin aşkarlığı.  

      Bu  fəslin  5-ci  maddəsində  isə,  əmtəə  birjalarının  hüquq  və  vəzifələri 

müəyyənləşdirilir  və  bu  baxımdan  xüsusi  əhəmiyyət  kəsb  edir.  Beləliklə,  əmtəə 

birjaları aşağıdakı hüquqlara malikdir: 

      1) Bu qanuna və Azərbaycan Respublikasının digər qanunvericiliyinə uyğun 

bütün  birja  iştirakçıları  üçün  məcburi  sayılan  birja  ticarəti  qaydasını 

müəyyənləşdirmək; 

      2)  Dövlət  standartlarını  nəzərə  almaqla  nümunəvi  kontraktlar  işləyib 

hazırlamaq; 

      3)  Gün  ərzində  birja  əqdlərinin  qiyməti  birja  komitəsi  (birja  şurası) 

tərəfindən  müəyyənləşdirilmiş  həddən  çox  dəyişilərsə,  birja  ticarətini  müvəqqəti 

dayandırmaq; 

     4) Birjada qeyri-birja əqdləri bağlanmasını həyata keçirən birja iştirakçılarına 

qarşı nizamnamədə nəzərdə tutulmuş sanksiyaları tətbiq etmək; 

     5)  Birja  əqdlərində  mübahisələri  həll  etmək  üçün  münsiflər  məhkəməsi 

səlahiyyətində arbitraj komissiyası yaratmaq; 

     6)  Digər  birjalarda,  o  cümlədən  xarici  ölkə  birjalarında  öz  nümayəndəsini 

saxlamaq; 

     7)  Birja  bülleteni,  soraq  kitabçaları  və  digər  məlumat  və  reklam 

informasiyaları dərc etmək. 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə