Microsoft Word Birja-Dissert docx



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə28/29
tarix20.09.2018
ölçüsü0,71 Mb.
#69449
1   ...   21   22   23   24   25   26   27   28   29

85 

 

ay ərzindəki dövriyyədən asılı olaraq, hər bir səhm üzrə təyin etdiyi həcmdə alqı-satqı 



ə

məliyyatlarını keçirməli olan investisiya təsisatlarıdır.  

       Nəzəri cəhətdən sistem sutkaboyu işləyir, əqdlər isə qeyri-rəsmi saatlarda da 

edilir.  SEAQ-ın  yaddaşına  daxil  edilmiş    bütün  səhmlər  eyni  formatda  kompüter 

ekranlarına  çıxarılır. Müəyyən fərqlər  yalnız  yüksəklikvidli və  aşağılikvidli  qiymətli 

kağızlar  arasında  olur.  Ən  yaxşı  qiymətlər  onları  təklif  edən  marketmeykerlər 

göstərilməklə sarı rəngli sətirlə (yellou strip) göstərilir. Burada iş gününün əvvəlindən 

satılmış səhmlərin sayı, son əqdlərin məzənnələri, son əqdin bağlandığı vaxt, əvvəlki 

günün  bağlanış  məzənnəsi  barəsində  məlumat  verilir.  SEAQ-da  ümumiyyətlə  3000 

qiymətli  kağız  mövcuddur.  SEAQ-a  daxil  olmayan  qiymətli  kağızlar  üçün  isə 

alternativ  sistem  –  The  Stock  Exchange  Alternative  Trading  Service  –  SEATS 

fəaliyyət göstərir.  

      Dünya  əmtəə  birjalarında  da  fond  birjalarına  oxşar  tendensiyalar  müşahidə 

edilməkdədir.  Burada  da,  birjaların  elektronlaşdırılması  sahəsində  böyük  işlər 

görülmüş,  əksər  iri  birjalar  bu  sistemə  keçid  etmişdir.  Bu  sahədə  xüsusən  dünyanın 

qabaqcıl  birjalarından  hesab  olunan  London  metal  birjasının  və  Beynəlxalq 

Hesablama  Palatasının  1999-cu  ildə  formalaşdırdıqları  SWORD  elektron  sisteminin 

istifadəyə  verilməsi  qeyd  oluna  bilər.  Məhz  bu  elektron  sistem  anbar  varrantlarının 

dövriyyəsi  prosesinə  tamamilə  nəzarət  edərək  əməliyyatların  etibarlılığını  artırır. 

Bütün  buraxılmış  varrantlar  Çikaqonun  Birinci  milli  bankının  depozitarisində 

saxlanılır, alqı-satqının iştirakçıları arasında isə varrantların elek-tron versiyaları dövr 

edir.    SWORD  elektron  sistemi  bazarın  bütün  iştirakçılarına:  anbar  şirkətləri  və 

onların  agentliklərinə,  London  metallar  birjasının  hesablama  palatasına  xidmət 

göstərir. 

      Ölkəmizdə  bu  sahədə  vəziyyət  fərqlidir.  Respublika  Xammal  və  Əmtəə 

Birjasında ticarətin eletronlaşdırılması sahəsində ciddi problemlər mövcuddur. Hələlik 

ə

nənəvi  ticarət  üsullarından  istifadə  edən  əmtəə  birjası  növbəti  illərdə  ticarətin 



elektronlaşdırılmasına müraciət edə bilər.  


86 

 

      Fond  bazarı  sahəsində  vəziyyət  fərqlidir.  Bakı  Fond  Birjası  bu  ilin  fevral 



ayının 1-dən etibarən elektron sistemə keçidlə əlaqədar ciddi addımlar atılmışdır. Bu 

tədbirlər Azərbaycan Respublikası  prezidentinin 16  may  2011-ci il tarixli sərəncamı 

ilə  təsdiq  olunmuş  “2011-2020-ci  illərdə  Azərbaycan  Respublikasında  qiymətli 

kağızlar bazarının inkişafı” dövlət proqramı çərçivəsində həyata keçirilmişdir. Həmin 

proqramın  1.1.-ci  maddəsində    fond  birjasının  hüquqi  və  təşkilati  cəhətdən  qabaqcıl 

beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, yeni ticarət sisteminin tətbiqi ilə baza 

və  törəmə  maliyyə  alətlərinin  ticarəti  imkanlarının  genişləndirilməsi  məsələsi 

qoyulmuş və bununla  əlaqədar olaraq,   2012-ci ilin  fevral  ayından  etibarən qiymətli 

kağızların  ticarət,  saxlanc  və  depozitar  sistemi  elektron  ödəniş  sistemləri  ilə 

inteqrasiya  edilmiş  və  avtomatlaşdırılmış  ticarət  mexanizmlərinin  tətbiqinə 

başlanmışdır. Korporativ qiymətli kağızlarla repo ticarəti platforması işə salınmış və 

bununla  da,  fond  birjasında  yeni  qrup  maliyyə  alətlərinin  ticarəti  üçün  imkanlar 

yaradılmışdır.  Bundan  başqa,  qiymətli  kağızların  və  onlar  üzərində  hüquqların 

qeydiyyatı  və  uçotu  mexanizmlərinin  sadələşdirilməsi  məqsədi  ilə,  korporativ 

qiymətli  kağızlarının  qeydiyyatı,  o  cümlədən  qiymətli  kağızlarla  girov 

ə

məliyyatlarının qeydiyyatı prosesləri avtomatlaşdırılmış və 25 iyun 2012-ci il tarixdə 



müvafiq  inzibati  reqlamentlər  QKDK  tərəfindən  təsdiq  edilmişdir.  Qanunvericiliyin 

təkmilləşdirilməsi  tədbirləri  ilə  yanaşı,  qiymətli  kağızların  qeydiyyat  və  uçot 

sisteminin avtomatlaşdırılması vasitəsilə bu xidmətlərin elektron qaydada göstərilməsi 

davam etdirilmişdir. Bu səhədə işlər davam etdirilir.  

      Dünya  birjalarında  təzahür  edən  daha  bir  inkişaf  istiqaməti  birjaların 

ş

irkətləşməsidir.  Öncəki  paraqrafda  biz  birjaların  şirkətləşməsinin  mahiyyəti, 



səbəbləri,  bu  proses  zamanı  qarşıya  çıxan  əsas  problemlər  və  obların  mümkün  həll 

yolları haqqında məlumat vermişdik.  ndi isə, həmin prosesin dünya bazarında tətbiq 

edildiyi nümunələrə nəzər yetirək.  

     Yuxarıda  qeyd  etdiyimiz  kimi,  birjaların  qeyri-kommersiya  xarakterli 

kooperativlərdən    kommersiya  xarakterli  təşkilatlara  çevrilməsi,  qapalı  səhmdar 



87 

 

cəmiyyət  formasından  açıq  tipli  səhmdar  cəmiyyət  formalarına  keçid  birjaların 



ş

irkətləşməsinin əsas elementləri kimi çıxış edir.  

      Avropa bazarlarında xüsusi çəkiyə malik olan Frankfurt fond birjası 2005-ci 

il 25 iyun tarixində öz səhmlərinin satışını elan etmiş və beləliklə, açıq tipli səhmdar 

cəmiyyətə  çevrilmişdir.  Səhmlərinin  ilkin  dəyəri  hər  biri  33,5  avrodan  (40  dollar), 

ümumi  bazar  dəyəri  3  milyard  avro  olmuşdur.  Bu  birjanın  140-ı  xarici  vətəndaşlar 

olmaqla, 300-ə yaxın üzvü vardır. 2011-ci ilin fevralında Frankfurt birjası ilə NYSE 

Euronext  arasındakı  anlaşmaya  görə,  iki  birjanın  birləşməsinə  dair  qərar  qəbul 

edilmişdir.  Səhmlərin  bölgüsü  isə  60%-in  40%-ə  Frankfurt  birjasının  xeyrinə 

reallaşdırılmışdır.    Hər  bir  Frankfurt  birjası  səhmi  yeni  şirkətin  bir  səhmi  ilə,  bir 

NYSE Euronext səhmi isə 0,47 yeni şirkətin səhmi ilə dəyişdirilə bilir. Yaranan yeni 

qurumun  15 üzv,  1 direktor və 1  direktor köməkçisi  olmaq  üzrə,  17  nəfərdən  ibarət 

idarə  heyəti  olacaqdır.  15  üzvün  9-u  Deutsche  Börse,  6-ı  isə  NYSE  Euronext 

seçəcəkdir.  

      London fond birjası da şirkətləşən birjalardandır. Birjanın rəhbərliyi ilk dəfə 

1999-cu  ildə  belə  istəklərinin  olduğunu  elan  etmiş  və  birjanın  səhmlərinin 

kotirovkasını  həyata  keçirməyi  2000-ci  ildə  ngiltərə  Maliyyə  Xidmətləri  orqanına 

(Financial  Services  Authority-FSA)  həvalə  etmişdir.  Həmin  il  Ümumi  Yığıncaqda 

alınan qərara əsasən, birja mənfəət məqsədli kommersiya təşkilatına çevrilmişdir. 297 

üzvün  hər  birinə  100 000  səhm  paylanmışdır.  Ortaqlıq  strukturu  dəyişdirilməsə  də, 

hər  ortağa  maksimum  4,9%  səhmə  sahib  olma  imkanı  verilmişdir.  2001-ci  ildə  isə 

London fond birjası səhmlərinin satışını açıq elan etmiş və 20 iyul tarixindən etibarən, 

hər  bir  səhminin  qiyməti  3,65  funtdan  (5,2  dollar),  ümumi  bazar  dəyəri  isə  1,08 

milyard funt olaraq satışa çıxarılmışdır. Bununla da, London fond birjası rəqiblərinin 

də  investisiya  qoya  biləcəyi  bir  şirkətə  çevrilmişdir.  Tezliklə,  bu,  NASDAQ-ın 

diqqətini cəlb etmiş və 2006-cı ildə ardıcıl səhm satınalmalarından sonra 28,75%-lik 

göstəriciləri ilə, NASDAQ London fond birjasının ən böyük səhmdarına çevrilmişdir. 

Lakin, daha sonra səhmlər paketinin yarısından çoxunu ələ keçirmək üçün NASDAQ-




Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə