Microsoft Word Birja-Dissert docx



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə23/29
tarix20.09.2018
ölçüsü0,71 Mb.
#69449
1   ...   19   20   21   22   23   24   25   26   ...   29

70 

 

23.



 

Birja  əqdinin  məzmunu  birja  əqdi  bağlayan  tərəflər  haqqında  məlumat 

xarakteri  daşıyır.  Birja  əqdi  əsasında  alınıb-satılan  əmtəənin  adından,  əqd  əsasında 

onun  hər  bir  ədədininqiymətindən  və  miqdarından  başqa  digər  məlumatların 

yayılmasına yalnız AzərbaycanRespublikasının qanunları və müvafiq dövlət nəzarət 

təşkilatlarının yazılı sorğusuna əsasən icazə verilir. 



24.

 

Birja  qaydalarına  əsasən  birja  ticarətlərində  bağlanmış  əqdlər  üzrə  və 

onların icrası zamanı yaranmış mübahisələr birja arbitrajı tərəfindən baxılır.  

25.

 

Bir  əmtəə  üzrə  ticarət  aparılmasının  müddəti  10  dəqiqədən  artıq 

olmamalıdır. 

26.

 

Birja ticarəti iştirakçıları üçün aşağıdakı təminatlar müəyyən edilir: 





 Əqd o şərtlə bağlanır ki, müştəri öz şərtini əvvəlcədən bildirir və elan olunmuş 

şə

rt  digər  tərəfdən  tam  şəkildə  qəbul  edilirsə,  müəyyən  miqdarda  əmtəənin  birjada 



realizə edilməsinə razılıq verməlidir; 



 Birja manatı və iştirakçıların birja ticarətində fəallığı birjada almağa (satmağa) 

ə

lavə təminat verir. 





 Birjaya  verilmiş  sifarişə  aid  ticarət  zamanı  heç  bir  əlavə  şərt  irəli  sürülə 

bilməz; 




 Yarana biləcək narazılıqlar birjanın Arbitraj Komissiyasında baxılır; 

27.

 

RƏB  daimi  ticarət  iştirakçılarının  RƏB-in  firma  nişanı  və  kodu,  adı, 

soyadı olan vəsiqə ilə təmin edir. 

28.

 

Gün  ərzində  birja  əqdlərinin  qiyməti  ilkin  qiymətin  20%-dən  çox 

dəyişilərsə, həmin birja əmtəəsi üzrə ticarəti dayandırmamalıdır. 

RƏB-də  həyata  keçirilən  ticarət  əməliyyatlarından  müəyyən  məbləğ  birja 

rüsumu  tutlur.  Birja  rüsumu  RƏB-də  müvafiq  qeydiyyatdan  keçmiş  əqdin  ümumi 

məbləğinin faizi şəklində tutlur. Birja rüsumu alıcının maraqlarını təmsil edən ticarət 

iştirakçılarından  və  ya  bilavasitə  alıcıdan  bağlanmış  müqavilənin  ümumi 

məbləğindən  asılı  olaraq  tutlur.  Birja  rüsumunun  maksimal  həddi  bağlanmış  birja 

ə

qdinin ümumi məbləğinin 2,5 %-dən artıq ola bilməz. Birja əmtəəsinin dəyəri xarici 




71 

 

valyuta  ilə  ödənilməsi  nəzərdə  tutulmuş  əqdlər  üzrə  birja  rüsumu  Azərbaycan 



Respublikasının Milli Bankı tərəfindən təyin edilmiş kurs ilə manatla ödənilir. Əqddə 

ə

lavə  qeyd  olmadıqda  əsas  kimi  Azərbaycan  Respublikasının  Milli  Bankının  əqd 



bağlanan  günə  müəyyən  edilmiş  kurs  icra  üçün  qəbul  edilir.  Birja  rüsumu  əqd 

şə

rtlərinin yerinə yetirilməsinin nəticələrindən asılı olmayaraq əqdin birjadan keçdiyi 



gündən  10  bank  günü  ərzində  ödənilməlidir.  Birja  rüsumu  bağlanan  müqavilələrdə 

aşağıdakı faizlə tutulur: 

Birja rüsumu bağlanan müqavilələrdə aşağıdakı faizlə tutulur. 

                                                                                  Cədvəl 1. 

Müqavilənin həcmi 

Tutulan faiz 

100 manata qədər 

2,5 % 


101-dən 1000 manata 

2% 


1001-dən 2000 manata 

1,5% 


2000-dən 10000 manata 

1% 


10000-dən 200000 manata 

0,5% 


200000 manatdan çox 

0,1% 


 

RƏB-də əmtəə ticarət iştirakçıları arasında razılaşma yolu ilə müəyyənləşdirilən 

sərbəst qiymətlə satılır. Birjanın aşağıdakıları müəyyən etməsi qadağandır: 

-

 birja ticarətində birja əmtəəsinə qiymət səviyyəsi və hədlər qoymaq; 



-

 birja  əqdlərinin  bağlanmasında  vasitəçiliyə  görə  vasitəçilərin  aldıqları  haqqın 

məbləğini təyin etmək; 

-

 birja ticarətinin gedişində birja əmtəəsinin qiymətləndirilməsinə qarışmaq; 



Birja  yalnız  birjada  qeydə  alınmış  əqdlər  və  onların  şərtləri,  ticarətdə  mövcud 

olan  tələb  və  təklif  əsasında  cavab  olaraq  və  onları  istiqamətləndirmək  məqsədi  ilə 

məzənnələr müəyyən edir. Məzənnələrin müəyyənləşdirilməsi və verilməsi qaydaları 



72 

 

Birja  Komitəsi  tərəfindən  qeydə  alınır,  təsdiq  edilir  və  həvalə  olunmuş  bölmə 



tərəfindən  hazırlanır.  RƏB-də  qeyd  qəbul  olunmuş  əmtəənin  əsas  satış  şərtləri 

aşağıdakılardır: 

-

 ölçü vahidi (ədəd) 



-

 minimal partiya (bir ədəd) 

-

 valyuta (manat) 



-

 əmtəənin təhvil müddəti (əqd bağlandıqdan 3 gün müddətində) 

-

 təchiz şərti (ödəmə yolu ilə) 



-

 əmtəənin yeri (Bakı şəhəri) 

-

 təqdimatın qüvvədə olduğu vaxt (ilin axırına qədər) 



  Azərbaycan  Respublikasında  birjaların  fəaliyyəti  ilkin  dövrlərdə  zəif  inkişaf 

etmişdi.  Bu  bir  sıra  amillərlə  əlaqədar  idi.  Ümumiyyətlə  xarici  ölkələrə  əmtəə 

ixracının  zəif  olması,  sərbəst  birja  strukturlarının  inkişafına  dövlətin  diqqətinin 

azalmasına  və  digər  səbəblərə  görə  kommersiya  strukturlarının  birja  fəaliyyətində 

iştiraka  maraqları  və  bu  səbəbdən  də  birja  təsisçilərinin  və  üzvlərinin  sayı  kəskin 

azalmışdır. Bu məqsədlə əldə olunmuş nailiyyətləri qorumaq, eləcə də maddi bazanı 

iri birjalarla əlaqələri yerlərdə təbliğat işinin aparılmasını, birja ticarəti iştirakçılarına 

ə

lavə xidmət göstərməyi qoruyub saxlamaq və xərcləri azaltmaq olmuşdur. 



 

        3.2. Azərbaycanda əmtəə birjalarınınformalaşmasının hüquqi əsasları 

     Əvvəlki  paraqraflarda  qeyd  etdiyimiz  kimi,  birjaların  formalaşması  sistemi 

özündə iki yarımsistemi - birjaların daxili və xarici tənzimlənməsi anlayışlarını ehtiva 

edir.  Birjaların  daxili  tənzimlənməsi  onların  özünütənzimləmə  qurumları  tərəfindən 

idarə edilməsini əhatə edir və biz bu barədə məlumat verdik. Birjaların fəaliyyətinin 

dövlət  və  digər  əlaqədar  subyektlər  tərəfindən  xarici  tənzimlənməsi  isə,  əsasən 

qanunlar və qanunverici aktlar əsasında həyata keçirilir. Dünya ölkələrinin bu sahədə 

böyük təcrübəsi vardır və bu proses dövlətlərin daxili və xarici iqtisadi siyasətinə və 

strategiyasına  uyğun  olaraq,  müxtəliflik  göstərir.  Mövzunun  aktuallığını  nəzərə 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə