Microsoft Word Birja-Dissert docx



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə20/29
tarix20.09.2018
ölçüsü0,71 Mb.
#69449
1   ...   16   17   18   19   20   21   22   23   ...   29

61 

 

-



 çekin tərtib olunduğu tarixin və yerin göstərilməsi; 

-

 ödəniş yerinin göstərilməsi; 



-

 çek verənin imzası. 

Çeklərə hesablaşma çeki, bank çeki, pul çeki və yol çeki aiddir.Hesablaşma çeki 

hesablardan nağdsız qaydada hesablaşmaların aparılmasını nəzərdə tutan çekdir. Bank 



çeki

  bir  bankın  başqa  banka  banklararası  hesablaşmaların  aparılması  üçün  təqdim 

etdiyi  çekdir.Pul  çeki  müştərinin  bankda  olan  hesabından  nağd  pul  vəsaitini  almaq 

üçün  yazılı  sərəncamdan  ibarət  olan  çekdir.Yol  çeki  bir  məntəqədə  verilmiş  çekdə 

imza  nümünəsi  göstərilən  çek  sahibinə,  çekdə  yazılmış  məbləği  ödəməyi  üzərinə 

götürən təşkilatın öhdəliyi olub, digər məntəqədə nağdlaşdırılan çekdir. Yol çeklərinin 

ödənilməsi sahibinin imzası əsasında çekin emitenti, onun filialı və yaxud emitentin 

göstərdiyi digər təşkilat tərəfindən həyata keçirilir. 

Azərbaycan  Respublikasında  çeklərin  buraxılışı  və  tədavülü  qaydaları  qiymətli 

kağızlar  bazarını  tənzimləyən  müvafiq  icra  hakimiyyəti  orqanının  normativ  hüquqi 

aktları ilə müəyyən edilir. 

Çek yazıla bilər: 

• müəyyən şəxsin adına; 

• təqdim edənə (adsız). 

Çek  qeyd-şərtilə  müəyyən  şəxsə  verilərsə,  adsız  çek  sayılır.  Çek,  çek  verənin 

özünə verilə bilər.Sahibinin adı göstərilməyən çek adsız çek sayılır. 

Müəyyən şəxsə verilmiş və ödənişə təqdim olunmuş çek indossament vasitəsilə 

başqa şəxsə verilə bilər. Çek indossament vasitəsilə həmçinin çek verənə və çek üzrə 

mükəlləfiyyətli  hər  hansı  şəxsə  verilə  bilər.  Öz  növbəsində  bu  şəxslər  də  çeki 

indossament  edə  bilərlər.  Ödəyici  bankın  indossamenti  etibarsızdır.  Adsız 

indossament blanklı indossament sayılır. Bankın bir neçə şöbəsinin (filialının) olduğu 

və indossamentin çekin verildiyi şöbənin deyil, başqa şöbənin xeyrinə edildiyi hallar 

istisna olmaqla, bank üçün indossamentin yalnız ödəniş qəbzi qüvvəsi vardır. 



62 

 

Hesablaşma  çeki

.  Çek  verən,  habelə  hər  hansı  çek  sahibi  çekin  üz  tərəfində 

"hesablaşma"  qeydi  və  ya  eyni  mənalı  başqa  qeyd  yazmaqla,  çekin  nağd  pulla 

ödənilməsini  qadağan  edə  bilər.  Bu  halda  ödəyici  çekin  ödənişini  yalnız  hesabdan 

hesaba keçirmə yolu ilə (hesablaşma, köçürmə, nağdsız hesablaşmalar) icra edə bilər. 

Hesabda  yazı  ödəniş  sayılır.  "Hesablaşma"  qeydinin  pozulması  etibarsız  sayılır. 

Yuxarıdakı  göstərişləri  yerinə  yetirməyən  ödəyici  vurulan  zərərin  əvəzini  çekin 

məbləğindən  artıq  olmayan  miqdarda  ödəməyə  borcludur.  Əgər  ödəyici  ödəmə 

qabiliyyəti olmayan elan edilmişsə və ya o, ödənişlərin icrasını dayandırmışsa və ya 

tutmanın  onun  əmlakına  yönəldilməsi  nəticəsiz  qalmışsa,  hesablaşma  çekinin  sahibi 

ödəyicidən  çeki  nağd  pulla  ödəməyi  tələb  edə  bilər,  çek  ödənilmədikdə  isə  özünün 

reqres  hüququnu  həyata  keçirə  bilər.  Banklar  haqqında  qanuna  əsasən  görülən 

tədbirlər  nəticəsində  çek  sahibi  özünün  ödəyicidəki  hesablarına  dair  sərəncam  verə 

bilmədikdə də bu qayda tətbiq olunur. Hesablaşma çeki sahibinin, bundan əlavə, iddia 

vermək hüququ vardır, amma o, sübut etməlidir ki, ödəyici hesabda sadə və heç nə ilə 

şə

rtləşdirilməyən  qeyd  yazmaqdan  imtina  edir  və  ya  ödəniş  yeri  üzrə  müvafiq 



hesablaşma  orqanı  öhdəliklərin  ödənilməsi  məqsədi  ilə  nağdsız  hesablaşmalar 

aparılması üçün çeki yararsız elan etmişdir. 

Çeklərlə  hesablaşmalar  hesablamaların  başqa  formalarından  müəyyən 

üstünlüklərə malikdir, çünki ,  faktiki olaraq onlar  ani ödəniş vasitəsidirlər. 



Veksellərlə  hesablaşmalar.

  Müəssisələr  öz  aralarında  çatdırılan  məhsul  üçün 

hesablaşmalar vaxtı vekseldən istifadə edə bilər. Veksel ( alm. Wechsel – mübadilə ) – 

müəyyən  formada  yazılı  şəkildə  tərtib  edilmiş  (  uzunmüddətli  öhdəlik  şəklində  ) 

qiymətli  kağızdır.  Vekseli  verən  şəxs  onların  vasitəsilə  müəyyən  şəxsə  müəyyən 

məbləğ ödəmək barəsində başqa şəxsə (ödəyiciyə) göstəriş verir (köçürmə vekseli) və 

ya hər hansı müəyyən şəxsə və ya bu şəxsin sərəncamına müəyyən məbləğ ödəməyi 

öhdəsinə götürür (sadə veksel). 

Assosiasiyalar  və  səhmdar-kommersiya  bankları  veksellər  buraxa  və  qəbul  edə 

bilərlər.  Veksel  elə  xüsusi  yazılı  formada  müddətli  öhdəçilikdir  ki,  onu  buraxan 




63 

 

qurum  veksel  sahibinə  onun  tələbi  ilə  məlum  müddətdən  sonra  orada  göstərilən 



məbləği ödəməlidir. 

Veksel  iki  formada  buraxılır:  sadə  və  köçürmə.  Sadə  veksel  –  borcalananın 

borcverənə,  veksel  sahibinə  qaytarılmalı  borcun  qeyd  edilmiş  müddətə  vermək 

öhdəliyini  təsdiq  edir.  Köçürmə  veksel  –  tratta  adlanır,  veksel  sahibi  (trassant) 

tərəfindən  veksel  verənə  (trassata)  yazılı  tanışlıq,  əmr  şəklində  üçüncü  şəxsə 

(remitentə) borc almış məbləği faizlərlə ödəmək üçün yazılır. Beləliklə, remitent yeni 

veksel sahibi olur.  

Köçürmə vekseli aşağıdakı rekvizitlərin olduğu sənəddir:  

-

 sənədin mətninə daxil edilmiş "veksel" adı; 



-

 veksel verənin müəyyən məbləği ödəmək barəsində göstərişi; 

-

 kim ödəməlidirsə, onun (ödəyicinin) adı; 



-

 ödəniş kimə və ya kimin sərəncamı ilə icra edilməlidirsə, onun adı; 

-

 vekselin tərtib edildiyi tarix; 



-

 veksel verənin imzası; 

-

 vekselin tərtib edildiyi yer; 



-

 vekselin ödənilməsi vaxtı (veksel üzrə ödəniş müddəti); 

-

 ödənişin icra edilməli olduğu yer 



Veksel  onun  yuxarıda  göstərilən  rekvizitlərindən  hər  hansı  birinin  yoxluğu 

halında  etibarsızdır.  Bu  Qiymətli  Kağızlar  haqqında  Azərbaycan  Respulikasının 

qanununda nəzərdə tutulmuşdur. 

Köçürmə  vekseli  üzrə  ödəniş  yeri. 

Köçürmə  vekseli  üçüncü  şəxsdə,  ödəyicinin 

yaşayış yerində və ya olduğu yerdə və ya hər hansı başqa yerdə ödənilməli ola bilər. 

Veksel  üzrə  faizlər. 

Təqdim  edildikdə  və  ya  təqdim  edildikdən  sonra  müəyyən 

vaxt  ərzində  ödənilməli  olan  köçürmə  vekselində  veksel  verən  şərt  qoya  bilər  ki, 

veksel  məbləğinin  üstünə  faizlər  hesablanacaqdır.  Faiz  dərəcəsi  vekseldə 

göstərilməlidir;  belə  göstəriş  olmadıqda  şərt  yazılmamış  sayılır.  Faizlərin 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə