Microsoft Word Birja-Dissert docx



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə16/29
tarix20.09.2018
ölçüsü0,71 Mb.
#69449
1   ...   12   13   14   15   16   17   18   19   ...   29

47 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Sxem 3. Fyuçers müqaviləsinin bağlanması və həyata keçirilməsi

 

 

Fyuçers  müqaviləsində  alqı-satqı  əməliyyatları  texnologiyası  bir  sıra  ardıcıl 



mərhələlərə bölünür:  

1)

  Müştərinin  qərarı  –  müştəri  fyuçers  müqavilələrinin  likvidliyini 



qiymətləndirir,  xərcləri  müəyyənləşdirir,  alqı-satqı  əməliyyatlarının 

həyata keçirilməsində azad qərarlar qəbul edirlər. 

2)

  Müqavilənin  bağlanmasında  broker  xidməti  –  Vasitəçi  firmalar  və   



brokerlər  bilavasitə  ticarətdə  iştirak  hüququna  malikdirlər.  Müştərilər 

onların  adından  fyuçers  bazarında  vasitəçilik  fəaliyyəti  göstərmək  üçün 

firmalarla  müqavilə  bağlayırlar.  Tərəflər  arasında  bağlanan  müqavilə 

                 Müştəri 

           Vasitəçi firma 

Hesablaşma palatasının 

üzvləri 

             Birja 

Hesablaşma palatası 

Birja anbarı 




48 

 

broker  xidməti  adlanır.  Əsas  müqavilə  vasitəçi  firmalarla  bağlanılır. 



Onlar aşağıdakıları həyata keçirirlər: 

-

  müştəriyə hesablaşma palatasında şəxsi hesab açılır; 



-

  müştərinin  adından  və  onun  hesabına  fyuçers  müqavilələri 

bağlayır; 

-

  müştəriyə informasiya və konsultasiya xidməti göstərir; 



-

  fyuçers  bazarında  müştərinin  adından  bütün  sənədləri 

rəsmiləşdirir; 

3)

  Müqavilənin bağlanmasında hesablaşma palatasının üzvlərinin xidməti – 



vasitəçi  firmalar  hesablaşma  palatasının  üzvlərinin  köməyi  ilə  bir  sıra 

müvafiq fyuçers müqavilələri bağlayırlar. 

4)

  Müştərinin sifarişi – birja vasitəçisi müştəri üçün onun sifarişlərini yerinə 



yetirir.  Ancaq  müştəri  birja  ticarəti  prosesində  müəyyən  əməliyyatları 

həyata keçirmək üçün özünün sifariş ərizələrini vasitəçiyə təqdim etməyə 

borcludur.  Birja  təcrübəsində  belə  sifariş  ərizələrini  birja  tapşırığı  da 

adlandırırlar. Müştəri vasitəçi və brokerə aşağıdakı sifarişləri verə bilər: 

-

  əmtəələrin sifariş ərizələrindəki qiymətlərlə deyil, birja qiyməti ilə 



alınması və ya satılması; 

-

  birja  sessiyasında  əmtəələrin  ən  aşağı  qiymətlə  satışını  təşkil 



etmək; 

-

  müəyyən  edilmiş  qiymətlə  alqı-satqı.  Yəni  qiymətlərin  münasib 



səviyyədə  olduğu  zaman  brokerlərin  dərhal  əməliyyatları  yerinə 

yetirməsi; 

5)

  Sifarişlərin  yerinə  yetirilməsi  –  sifariş  birja  ticarəti  prosesində  reallaşır. 



Fyuçers  müqavilələri  birjanın  bir  və  ya  bir  neçə  sessiyasında  həyat 

keçirilir. 

6)

  Sövdələşmə  hesabı  –  Sövdələşmə  başa  çatdıqdan  sonra  müqavilə 



iştirakçıları  birjaya  müəyyən  məbləğ  ödəyirlər.  Bu  məbləğə  zəmanət 


49 

 

marjı da deyilir. Bu məbləğ sövdələşmənin cari dəyərinin 5-15%-ni təşkil 



edir. 

7)

  Hesablaşma palatsı ilə hesablaşma vasitələri – Vasitəçilər birjada həyata 



keçiriləcək  hər  hansı  bir  əməliyyat  üçün  müəyyən  məbləğ  zəmanət 

ödəyirlər.  Bundan  sonra  satılmış  əmtəələr  üzrə  hesablaşmalar  həyata 

keçirilir. Hesablaşma əməliyyatları gecikdirildiyi zaman müştəriyə və ya 

vasitəçiyə  xəbərdarlıq  edilir.  Əgər  xəbərdarlıqdan  sonra  bir  bank  günü 

ə

rzində  ödənməli  olan  məbləğ  hesaba  köçürülməzsə,  onda  Hesablaşma 



Palatası aşağıdakı tədbirləri yerinə yetirir: 

-

    vasitəçi firmalarla hesablaşma hesabını dondurur; 



-

  vasitəçi firmanı vasitəçilik fəaliyyətində əldə etdiyi gəlirin  0,5%-i 

miqdarında cərimə edir; 

Ə

gər firma belə hallara bir neçə dəfə yol verərsə, onda həmin firma ilə 



offset (əks) müqavilə bağlanılır və əlaqələr dayandırılır. 

8)        Fyuçers  müqaviləsinin  yekunu  –  fyuçers  müqaviləsi  üzrə  ticarət  birja 

sessiyasında  yekunlaşır  və  15  təqvim  günündə  onun  şərtləri  yerinə 

yetirilməlidir. Fyuçers ticarətinin iştirakçıları ən azı 10 təqvim  günündə 

ə

mtəələri  alıcılara  çatdırmalıdırlar.  Birja  praktikasında  2  cür  tədarük: 



ilkin  və  sonrakı  tədarük  mərhələləri  var.  lkin  tədarük  -  əmtəənin  birja 

anbarına təhvil verilməsi və ya anbardan çıxarılması prosesidir. Sonrakı 

tədavül  –  ilkin  tədavüldən  sonra  baş  verir.  Bu  cür  əməliyyatlarda  birja 

20-40 % gəlir əldə edir. 

Fyuçers  müqaviləsinin  əsas  xüsusiyyətlərindən  biri  onlarda  həyata  keçirilən 

ə

məliyyatların  sığortalanmasıdır.  Fyuçers  sazişləri  bağlanarkən  bazar  qiymətlərinin 



dəyişilməsi  nəticəsində  itkilər  baş  verəcəyi  hallarda  sığorta  olunması  üçün  istifadə 

olunur.  Sığorta  əməliyyatlarının  məğzi  bundan  ibarətdir  ki,  birjada  yaxud  ondan 

kənarda  gələcəkdə  real  malı  göndərməklə  eyni  zamanda  müddətli  birjada  əks 

ə

məliyyat  keçirilir,  yəni  həmin  müddətə  və  həmin  miqdarda  mala  fyuçers  kontraktı 




50 

 

satın  alınır.  Sonradan  göndərmək  şərtilə  real  mal  alan  firma  eyni  zamanda  birjada 



fyuçers kontraktını satır. Real malın sazişi üzrə malı təhvil verdikdən, yaxud müvafiq 

surətdə  onu  qəbul  etdikdən  sonra  fyuçers  kontraktlarının  satışı,  yaxud  da  pul  verib 

geri  alınmasını  həyata  keçirilir.  Sığorta  əməliyyatları  aşağıdakı  kimi  fərqləndirilir: 

satış, satınalma və risk üzrə sığorta əməliyyatları. 

Satış  üzrə  sığorta  –  bu  malın  göndərilməsi  anında  qiymətlərin  aşağı  düşməsi 

riskindən  sığorta  olunması  məqsədilə  eyni  miqdarda  malı  satın  alarkən  müddətli 

birjada  fyuçers  kontraktlarının  satışıdır.  Bu  əməliyyatda  məqsəd  artıq  kontraktda 

göstərilən  qiymətlə  satılmış,  lakin  alıcıya  verilməmiş  malın  qiymətinin  artması 

nəticəsində  baş  verə  biləcək  hər  hansı  mümkün  itkilərdən  əvvəlcədən  yaxa 

qurtarmaqdan ibarətdir.  

Risk  sığortası  əməliyyatı  bir  qayda  olaraq  uzun  müddət  üçün  nəzərdə  tutulur. 

Fərz  edək  ki,  neft  şirkəti  neft  kəməri  üçün  boru  satın  almaq  məqsədilə  malın  6  ay 

müddətində göndərilməsini nəzərdə tutan kontrakt imzalayıb. Kontrakt bağlanan vaxt 

borunun qiyməti 450 dollar müəyyən edilmişdir. Sifarişi yerinə yetirmək üçün boru-

prokat  zavoduna  3  ay  gərəklidir.  Boru-prokat  zavoduna  isə  borunu  uzun  müddət 

özündə saxlamaq əlverişli deyildir. Bu hal risklə də bağlıdır, çünki bazarda qiymətlər 

gözlənilmədən qalxa bilər. Bundan ehtiyat edən şirkət kontrakt bağlanan gün müddətli 

birjadan istifadə edərək 450 dollar həcmində kotirovka olunmuş fyuçers kontraktı alır. 

Fərz  edək  ki,  bazarda  borunun  qiyməti  470  dollara  qalxmışdır.  Lakin  şirkət  borunu 

470 dollara alaraq, eyni zamanda öncədən satın aldığı fyuçersləri, yəni qiyməti eyni 

qədər  (20  dollar)  artan  fyuçersləri  470  dollara  satır.  Deməli  fyuçers  əməliyyatları 

sayəsində şirkət özünü sığorta etməklə riski aradan qaldırır, itkiyə yol vermir. 

 

 

 

 

 



Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə