Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə31/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   27   28   29   30   31   32   33   34   ...   69

 
 
 
gücünü  hiss  etdirmək  üçün  kifayət  qədər  təsirli  vasitələr  işə 
salına  bilinər  (sanksiyalar  və  cərimələr  sistemindən  istifadə 
edilməsi,  hətta  müəyyən  məhsullar  üzrə  birja  ticarətinin 
qadağan  edilməsi  və  birjanın  özünün  bağlanılması).  Belə  ki, 
XIX  əsrin  sonları  –  XX  əsrin  əvvəllərində  Avstriya  və 
Almaniyada  birjalarınnda  taxıl  və  bitki  yağı  dənlilərinin 
fyuçers  ticarəti  qismən  bağlanmışdır.  Bu  kimi  tədbirlər  indiki 
dövrdə də bir çox birjalara şamil oluna bilər.  
Əksər ölkələrdə birjaların yaradılması və fəaliyyətinin 
genişləndirilməsi  prosesi  ciddi  tənzimlənir.  Bu  işdə  ABŞ, 
Fransa,  taliya,  Yaponiya,  Cənubi  Koreya  və  başqa  ənənəvi 
olaraq  demokratikləşdirmə  prosesləri  və  iqtisadiyyatın  dövlət 
tənzimlənməsi  möhkəm  olan    və  mötəbər  maliyyə  sistemi 
formalaşmış ölkələrdə daha zəngin təcrübə toplanılmışdır.  
ABŞ-da fyuçers ticarətini birjaların özləri və Fyuçers 
əmtəəsi  ticarəti  komissiyası  tənzimləyir.  Orada  bu  sistem 
sosializmə 
xas 
olan 
mərkəzləşdirilmiş 
və 
qeyri-
mərkəzləşdirilmiş  idarəetmə  və  koordinasiya  sistemini 
xatırladır.  Fyuçers  əmtəəsi  ticarəti  üzrə  komissiya  birja 
proseslərinə bir qədər kənardan müşahidə edərək, dövlət bazar 
iqtisadiyyatı  qanunları  şərtlərinin  yerlərdə  gözlənilməsi  və 
icrasına  öz  yüksək  nəzarətedici  missiyasını  yerinə  yetirir. 
Bununla  belə,  fyuçers  ticarətinin  birbaşa  subyektləri  kifayət 
qədər  müstəqillik  və  sərbəst  fəaliyyətə  malik  olaraq,  əmtəə 
bazarında  birja  ticarəti  sisteminin  normalaşdırılması  üzrə 
operativ  və  uzunmüddətli  tədbirlərin  öyrənilməsi  və  tərtib 
edilməsinə məsuliyyət daşıyırlar. 
1974-cü  ildə  ABŞ-da  qəbul  edilmiş  «Əmtəəlik 
fyuçers  ticarəti  üzrə  komissiyalar  haqqında»  Qanuna  əsasən 
yuxarıda adı çəkilən əmtəəlik və fyuçers ticarəti üzrə komitəni 
yaratmağa  qərar  vermişdir.  Həmin  qanunun  qəbul  olunması 
üçün  ABŞ-da  təxminən  yüzillik  bir  dövr  gərək  olub.  Bunun 
üçün  1916-cı  ildə  pambıq  üzrə  fyuçerslərin  birja  ticarəti 
haqqında  qanuna  yeni  əlavələr  edilərək  təkmilləşdirilib. 


 
 
 
Nəhayət,  1922-ci  ildə  taxıl  və  1936-cı  ildə  əmtəə  birjası 
haqqında  qanunlar  yeni  maddələrlə  zənginləşdirilərək,  əmtəə 
birjaları  üzrə  komissiya  yaratmağa  imkan  vermişdir.  Nəhayət, 
1947-ci  ildə  bu  qanunun  başlığı  «Əmtəə  birjaları  üzrə 
inzibatçılıq» adı ilə dəyişdirilmişdir. 
Müasir  dövrdə  əmtəə  və  fyuçers  ticarəti  üzrə 
komissiya  ABŞ-ın konqressi tərəfindən təyin olunur və yalnız 
onun  qarşısında  müəyyən  bazar  subyektləri  hesabat  verir. 
Diqqətə  layiqdir  ki,  həmin  komissiya  üzvləri  ABŞ  prezidenti 
tərəfindən  seçilir.  Onlardan  cəmi  beş  nəfəri  növbəti  beş  il 
müddətində  işləmək  üçün  Konqresə  təsdiq  edilmək  məqsədilə 
təqdim  olunurlar.  Təsdiqdən  keçdikdən  sonra  həmin 
komissiyaya dövlət idarəsi kimi çox böyük səlahiyyətlər verilir. 
Belə  ki,  yalnız  bu  komissiya  yeni  təsis  olunan  fyuçers 
birjalarını  və  bütün  bağlanmış  fyuçers  əqdlərini  qeydiyyata 
alsaq  hüquqlarına  malikdir.  Bununla  yanaşı,  təkcə  həmin 
komissiya  fyuçers  birjalarının  nizamnamələri  və  onların  digər 
sənədlərini  ABŞ  qanunları  və  qaydalarına  uyğun  gəlib-
gəlməməsini təyin etmək üçün yoxlamışdır. 
Onun  (komissiyanın)  tələblərinə  uyğun  olaraq, 
fyuçers  birjaları  bağladıqları  fyuçers  əqdlərinin  iqtisadi 
cəhətdən  məqsədəuyğunluqlarını  dəqiq  əsaslandırmalı,  birja 
ticarətinin keçirilməsinə dair əlverişli qaydaların tərtib edilməsi 
və  əvvəlcədən  komissiya  ilə  razılaşdırıldıqdan  sonra  yerinə 
yetirilməsini  təmin  etməlidirlər.  Lazım  bildikdə  əmtəəlik 
fyuçers  ticarəti  üzrə  komissiya  tərəflər  arasında  bağlanmış 
əqdləri  ləğv  etmək  hüququna,  onlarda  əlavələr  və  ya 
dəyişikliklər aparmaq səlahiyyətlərinə malikdir. 
ABŞ-da «Əmtəəlik Fyuçers Ticarəti Üzrə Komissiya» 
ilə  yanaşı,  fyuçers  ticarətinin  professional  üzvlərini  Milli 
Fyuçers  Assosiyasiyası  da  qeydiyyata  sala  bilər.  Onların 
qeydiyyat  şərti  ondan  ibarətdir  ki,  özləri  haqda  müvafiq 
formada  məlumat  verməli  və  səlahiyyətli  şəxslərin 
barmaqlarının  izlərini  qoymalıdırlar.  Bununla  yanaşı,  adı 


 
 
 
çəkilən  Komissiya  və  Milli  Fyuçers  Assosiasiyası  fyuçers 
komission  tacirlərini,  ticarət  zalında  çalışan  brokerləri,  ticarət 
pulu operatorlarını (commodity pool operator), sifarişləri qəbul 
edən  brokerləri  qeydiyyatdan  keçirir  və  faktiki  olaraq,  öz 
aralarında  onların  fəaliyyəti  ilə  əlaqədar  nəzarət  və  idarəetmə 
işləri  üzrə  rəhbərlik  işlərini  bölürlər.  Hər  iki  mötəbər  dövlət 
qurumlarında 
qeydiyyata 
alınan 
bazar 
infrastrukturu 
bölmələrinin arasında fyuçers komission tacirləri və ya fyuçers 
komission  müəssisələri  və  əksər  hallarda,  broker  evləri  kimi 
tanınan xüsusi ticarət sisteminin əhəmiyyətli rolu vardır. Bazar 
iqtisadiyyatına  xas  olan  bu  vacib  qurumlar  sifətində 
müştərilərdən  sifariş  qəbul  etmək  hüquqlarına  malik  olan, 
onların hesablarını aparan adi fiziki şəxslər, təşkilatlar, şirkətlər 
və  s.  çıxış  edə  bilər.  Fyuçers  komission  müəssisələri 
müştərilərə  fyuçers  sövdələşməyinin  risklə  əlaqədar  olması 
haqda  məlumat  verməli,  bu  haqda  onlar  müvafiq  sənədə  qol 
çəkdirməli, eləcədə bazarlar, qiymətlər, müştərilər və b. haqda 
yalan  məlumatların  yayılmasının  qarşısını  almaq  üçün 
müəyyən tədbirlər görməlidirlər. 
ş prosesində müəyyən xoşa gəlməz halların qarşısını 
almaq  məqsədilə  Əmtəəlik  Fyuçers  ticarəti  üzrə  Komissiya 
fyuçers  komission  tacitrlərindən  müştərilərdən  onların 
sifarişlərinin  yerinə  yetirilməsi,  hesablarının  aparılması  və  s. 
dair  yazılı  qaydada  təsdiq  olunmuş  xüsusi  icazənin  alınmasını 
tələb  edir.  Bütün  bunlar  sifarişçilərin  vəsaitlərini  effektli 
mühafizə  etməyə  və  baş  verəcək  kriminal  halların  qarşısını 
almağa imkan verir. 
ABŞ-da fəaliyyət göstərən Əmtəəlik Fyuçers Ticarəti 
Üzrə 
Komissiya 
fyuçers 
komission 
müəssisələrindən 
tərəfmüqavillərin  maliyyə-iqtisadi  vəziyyətlərinə  qayğıkeşliklə 
yanaşmağı  tələb  edir.  Misal  üçün,  Əmtəəlik  fyuçers  Ticarəti 
üzrə  Komissiyanın  Əsasnaməsinə  uyğun  olaraq  fyuçers 
komission müəssisələrinin minimal kapitalı (netto-kapital) 100 
min  ABŞ  dolları  və  yaxud  ola  bilsin,  müştərilərin  depozitləri 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə