« stiqrazlar» (4 maddə), dördüncü fəsil «Dövlətin xəzinədarlıq
öhdəlikləri» (3 maddə), beşinci fəsil «Əmanət sertifikatı» (4
maddə), altıncı fəsil «Qiymətli kağızların qeydiyyatı,
buraxılması və dövriyyəsi» (7 maddə), yeddinci fəsil «Qiymətli
kağızlar üzrə professional fəaliyyət» (7 maddə) problemlərini
əhatə edir.
Həmin qanunun ikinci bölməsi «Fond birjaları»
adlandırılır (bir fəsil 7 maddə). Üçüncü bölmə «Səhmdarların
mənafelərinin müdafiəsi» bir fəsil və maddədən ibarətdir.
Yuxarıda adı çəkilmiş qanundan sonra əmtəə və
qiymətli kağızlar bazarlarını ölkəmizdə tənzimləmək məqsədilə
«Əmtəə bircsı haqqında» (25 may 1994 № 804), «Qiymətli
kağızlar haqqında» (9 sentyabr 1998 № 765) və digər Qanunlar
qəbul edilmişdir. Onu qeyd edək ki, bu qanunlar bir-birini
tamamlamaqla yanaşı, bir qədər də ziddiyyətli vəziyyətlər
yaradır. Belə ki, aydın olmur ki, bu qanunların mənası, əhatə
dairəsi, tənzimlədiyi məsələlər harada və nədən başlayır və
nədə qurtarır. Həmin qeyri-müəyyənliyin nəticəsidir ki,
ölkəmizdə qiymətli kağızlar bazarı və fond birjaları yox
dərəcəsində, əmtəə birjalarının isə onundan səkkizi öz
fəaliyyətlərini dayandırmağa məcbur olmuşdur.
Artıq on ilə yaxındır ki, respublikamızın əhalisinə
özəlləşdirmə çekləri kimi qiymətli kağızlar paylanmışdır.
Həmin dövrdən bu qədər vaxt keçməsinə baxmayaraq həmin
özəlləşdirmə çeklərinin paylanmasında məqsəd nədən ibarət
olduğu və bu qiymətli kağızlar əhaliyə nə verdiyini dövlət
məmurları açıqlamaqdan boyun qaçırırlar. Onu da qeyd edək
ki, Azərbaycan Respublikasının mövcud qanunları da bu
məsələyə aydınlıq gətirmir.
Bildiyimiz kimi, bazar iqtisadiyyatının işləmə
mexanizmi elə qurulmuşdur ki, bazarda məhsul kütləsi
azaldıqca onun qiymətləri yüksəlməlidir. Nədənsə bu prinsip
Azərbaycanın qiymətli kağızlar bazarında işləmir. Misal üçün,
minlərlə özəlləşdirmə çekləri özəlləşdirmə proqramının həyata
keçirilməsi nəticəsində dövriyyədən çıxmışdır, lakin onların
qiymətləri aşağı düşməkdə davam edir (2008-ci ilin əvvəlində
bir özəlləşdirmə çeki təxminən 25-30 yeni manata satılırdı).
Bu cür anlaşılmaz vəziyyət səhmlərin, istiqrazların və
s. bazarında da mövcuddur. Əgər qanunlarımızı nəzərdən
keçirsək, onda aydın olar ki, onların özündə bir tərəfdən bazar
münasibətləri azadlığı, digər tərəfdən isə məhdudiyyətləri
qoyulur. Belə ki, «Əmtəə birjası haqqında» Qanunun elə ilk
səhifəsində əmtəə birjasının mənası açıqlanarq, onun
fəaliyyətinə sədd qoyulmur, ancaq digər sətirdə əmtəə kimi
onun obyektindən əmlak və intellektual mülkiyyətin məhsulları
çıxarılır. Həmin uyğunsuzluq bazar iqtisadiyyatına keçərək
mülkiyyəti özəlləşdirən ölkədə olmamalıdır. Qanunların bu cür
yazılması nəticəsində binalar, qurğular, zavodlar, fabriklər və s.
əmlak komitəsi, icra hakimiyyətləri və s. öz iclas salonlarında
hərrac kimi yox, özləri bildiyi və özlərininki kimi satırlar, daha
təcrübəli və ciddi intizama tabe olan birjalar isə bu işdən
qanunla uzaqlaşdırırlar. Bu cür problemlərin kökünü həmçinin
«Qiymətli kağızlar haqqında» qanunda axtarmaq lazımdır. Belə
ki, həmin qanunun II fəsilinin 3-cü maddəsi («Qiymətli
kağızlar bazarının dövlət tənzimlənməsi») bu ifadə ilə
tamamlanır: «Qiymətli kağızlar bazarında münasibətlərinin
dövlət tənzimlənməsi müvafiq icra hakimiyyəti orqanı
tərəfindən həyata keçirilir». Beləliklə, qiymətli kağızlar
haqqında qanun bazarın dövlət tənzimlənməsini sağlam
iqtisadiyyatda mövcud olmayan istiqamət və orqana
yönəldərək, məsələyə dolaşıqlıq gətirməklə yanaşı müəyyən
məmur və dairələrin sosial sifarişlərini yerinə yetirir, müəyyən
dövlət orqanlarında korrupsiya və rüşvətxorluq üçün şərait
yaradır. Bu kimi qeyri-müəyyənlik və anlaşılmamazlıq həmin
qanunun digər bölmələrinə də aiddir.
Fəsil 6. Valyuta birjalarının təşkili.
6.1. Valyuta birjası – bazar infrastrukturasının
vacib ünsürüdür
Valyuta birjaları bazar subyektlərinə imkan verir ki,
mövcud tələb və təklifin vəziyyətindən asılı olaraq alış-
verişlərini daha iri miqyasda həyata keçirsinlər. Həmin valyuta
birjalarında xarici ölkələrin rul vahidlərinin təyin edilmiş
mübadilə- satış qiymətlərinə rəsmi valyuta məzənnəsi (kursu)
deyilir.
Tarixi mənbələrə görə valyuta birjaları xarici
ölkələrin pullarının dəyişdirilməsi mərkəzləri kimi tədricən
formalaşaraq müasir sivil sistemə çevrilmişdir. lk valyuta
birjalarının prototipləri tacirlərin təsadüfən görüşdüyü yerlərdə,
karvan ticarəti ilə məşğul olanlar tərəfindən karvansaraylarda
və əmtəə bazarlarında mövcud olmuşdur. Sonralar isə
valyutaların dəyişdirilməsi sistemi bazarların tərkib hissəsi
olmuşdur.
Müəyyən ölkələrin tarixi iqtisadi inkişaf yollarının
xüsusiyyətlərindən, əhalinin sayından, bazar iqtisadiyyatı
yönümlü olan ölkələrdə isə tələb və təkliflərdən asılı olaraq
müxtəlif sayda valyuta birjaları formalaşmışdır. Belə ki,
taliyanın Roma, Milan, Genuya və Venesiya şəhərlərində dörd
valyuta birjası, Almaniyada- beş, Azərbaycan Respublikasında
isə cəmi bir banklararası valyuta birjası mövcuddur.
Əksər hallarda valyutaların məzənnələri birjaların
maklerləri
tərəfindən,
müəyyən
müəssisələrin,
dövlət
orqanlarının nümayəndələrinin iştirakı ilə təyin edilir və
onların
məzənnələri
əsasında
bankların
müştərilərilə
hesablaşmaları aparılır. Hesablaşma qiyməti kimi bütün
birjalarda mövcud məzənnələrin ortaq məxrəci götürülür.
Almaniyada valyuta birjaları Mayn üzərində
Frankfurtda, Berlində, Hamburqda, Düseldorf və Münxendə
yerləşir. Onların ümumi tənzimləyicisi rolunda Frankfurt
Dostları ilə paylaş: |