Bilimsel Eksen-Sicientific Axis-Научный Меридиан/Yıl-Year-Год 2017/Sayı-Number-Число 20
37
бабаларымыздың ислам мəдениеті мен өркениетіне қосқан үлесін тану –
парыз. Осы орайда, бүкіл түркі жұртының мұсылман дінін қабылдауында
үлкен рөл ойнаған Ясауи жолын, оның діни-ағартушылық көзқарастарын
концептуалды түрде дамыту қажет. Сонда ғана биік дамуға бет алған əлемдік
өркениетке өз үлесімізді қоса алмақпыз.
Ясауи ілімі тек тарихи рөл атқарып қана қойған жоқ. Бұл ілімде қазіргі
қоғамға қажетті идеологиялық ұстанымдардың барлығының негізі қаланған.
Қазіргі зайырлы, өркениетті Қазақстан қоғамына зəру парасатты идеология
мен қастерлі қағидалар Ясауи ілімінде көрініс тапқан. Рухани тəжірибесі аса
бай қазақ халқы өзінің ұлттық бастауларындағы осындай табиғи, тұнық
ілімдерді жаңғырту арқылы жаһандану жағдайында да өзінің бірегей
болмысын сақтап қала алады. Тарихтың тар жол, тайғақ кешулерінде ұлтты
ұйыстыра білген Ясауи ілімі қазіргі қазақ қоғамына да рухани бағдар болмақ.
Тамырын туған топырағымыздан алатын, ұлттық болмысымыз бен ділімізге
етене жақын Ясауи ілімін бүгінгі Қазақстан мемлекетінің идеологиялық
тұғырнамасы ретінде орнықтыруға барлық негіздер бар.
Жалпы айтқанда, сопылық жолды ұстанушы Ясауи бабамыздың жетпекші
нысанасы, мақсаты – Алламен байланған терең байлау, бұл байлауды тура
жалғай алған адам Алла тағаланың досы, уəлиі бола алады, сонда ғана ол
адам көркем ахлақтан нəр алған болады. Хазіретті Пайғамбарымыздың
ахлағы жəне жасаған рухани тіршілігі сахабалардың, сопылық жолды
ұстанғандардың тіршілігінде өз өрнектерін тапты, бірақ бұл тек бір қауымға
ғана тəн емес, барлық үмбетке тəн, ұрпақтан-ұрпаққа жалғасқан болуы керек.
ПАЙДАЛАНҒАН ƏДЕБИЕТТЕР
1. Қожа Ахмет Иассауи. Диуани хикмет. – Алматы: Арыс, 2001.
2. Көпрүлү М.Ф. Ясауи танымы мен тағылымы (Ауд. К.Коч). –
Шымкент, 1999.
3. Кенжетай Д. Қожа Ахмет Йасауи дүниетанымы. – Түркістан:
Қ.А.Ясауи атындағы Халықаралық Қазақ-түрік университеті, 2004.
4. Ясауи тағылымы. Ғылыми мақалалар мен жаңа деректер жинағы. –
Түркістан: Мұра, 1996.
Bilimsel Eksen-Sicientific Axis-Научный Меридиан/Yıl-Year-Год 2017/Sayı-Number-Число 20
38
“ÜMİD” KÖPRÜSÜNDE KAVUŞAN KÜLTÜR
“ÜMİD” KÖRPÜSÜNDƏ QOVUŞAN MƏDƏNİYYƏT
THE CULTURE CONNECTED ON THE BRIDGE OF “UMID”
ВЗАИМОСВЯЗЬ КУЛЬТУР КАК МОСТ НАДЕЖДЫ
Doç. Dr. Alakbar GASIMOV
*
Öz
Makalede; 1992 yılının Mayıs ayının 28. günü Aras Nehri üzerinde inşa edilen,
Azerbaycan’la Türkiye’yi birleştiren “Ümid” köprüsünden söz edilmektedir.
Burada; her daim bu köprünün, her iki ülkenin; tiyatro ve müzik toplulukları,
ressamları ve diğer sanatkârları aracılığıyla kültürlerin kavuştuğu unutulmaz günler
hatırlanmaktadır.
Anahtar Kelimeler: Köprü, tiyatro, seyir, ressam, sergi.
Hülaxe
Məqalədə 1992-ci il mayın 28-də Araz çayı üzərindən salınan və Azərbaycanla
Türkiyəni birləşdirən “Ümid” körpüsündən bəhs olunur. Burada həmçinin bu
körpünün–hər iki ölkənin teatr və musiqi kollektivləri, rəssamları və digər
sənətkarları vasitəsilə mədəniyyətlərinin qovuşduğu unudulmaz günlər xatırlanır.
Açar Sözlәr: körpü, teatr, tamaşa, rəssam, sərgi.
Abstract
I the article it is dealt with the bridge of “Umid” which built over the Araz in
1992 that connects Azerbaijan and Turkey. At the same time this bridge is
remembered the unforgetable days by the collectives of the artists and artisans of
bots countrys.
Keywords: bridge, theatre, performanse, artist, exhibition.
*
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu teatr və musiqi şöbəsinin
böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent. Nahçıvan/AZERBAYCAN
(E-mail: elekberqasimov@mail.ru)
Bilimsel Eksen-Sicientific Axis-Научный Меридиан/Yıl-Year-Год 2017/Sayı-Number-Число 20
39
28 may 1992-ci il... Bu tarix müstəqil Azərbaycanla Türkiyə arasında XX əsrin
sonlarında bərpa olunan dostluq və qardaşlıq əlaqələrinin yeni salnaməsinin ilk
səhifələrinə qızıl hərflərlə həkk olunub desəm, yəqin ki, yanılmaram. Həmin gün
Araz çayı üzərindən salınan və otaylı, bu taylı insanların – naxçıvanlıların “Ümid”,
türkiyəlilərin isə “Həsrət” adlandırdıqları Sədərək-Dilucu körpüsünün təntənəli
açılış günü idi.
Türkiyənin o zamankı Baş naziri Süleyman Dəmirəl başda olmaqla qardaş
ölkədən gəlmiş nazirlər, dövlət məmurları, millət vəkilləri və jurnalistlərdən ibarət
155 nəfərlik nümayəndə heyətini Naxçıvan Hava Limanında salamlayan Muxtar
Respublika Ali Məclisinin Sədri Heydər Əliyev belə demişdir: “Əminәm ki,
hörmәtli Baş nazir, Sizin sәfәriniz siyasi, iqtisadiq vә mәdәni әmәkdaşlığımızın
daha da inkişaf etdirilmәsinә güclü tәkan verәcәkdir” (6). Böyük
uzaqgörənliklə deyilmiş bu sözlər elə həmin ilin ortalarından reallığa çevrildi.
“Qarşılama mərasimi başa çatdıqdan sonra dünyanın nüfuzlu və müdrik
siyasətçiləri sayılan Heydər Əliyev və Süleyman Dəmirəl, eləcə də Bakıdan və
Türkiyədən gəlmiş qonaqlar Sədərəyə yola düşdülər. Yol boyu qonaqları
qarşılamağa çıxmış minlərlə adam dahi siyasətçiləri hərarətlə salamlayır, öz sevgi
və məhəbbətlərini, hörmət və ehtiramlarını bildirirdilər. Əhalinin çox toplaşdığı
yerlərdə - yol kənarlarında maşın karvanı tez-tez dayanır, Heydər Əliyev və
Süleyman Dəmirəl adamlarla görüşüb söhbət edirdilər.
Bir azdan qarşıda möhkəm beton dayaqlar üzərində tikilən əzəmətli, yaraşıqlı
körpü görünür. Bu, Heydər Əliyevin uzaqgörənliyi sayəsində inşa olunan, bir
millət, iki dövləti bir-birinə birləşdirən "Ümid körpüsü"dür. Elə körpüyə bu adı da
Heydər Əliyev vermişdi.
Arazın o tayında isə özgə bir büsat qurulmuşdu. Minlərlə adam bir-birlərilə
görüşür, qucaqlaşırdılar. Sovet hakimiyyətinin 70 ili ərzində ayrılığa məruz qalmış
yaxın adamlar bir-birinə qovuşur, bu vüsaldan, bu sevincdən doğan göz yaşlarını
gizlədə bilmirdilər. Türkiyə ərazisində, körpüdən bir az aralıda peyk
teleötürücülərinin antenləri qurulmuş, körpünün açılış mərasimini dünyaya
nümayiş etdirmək üçün hazırlıq işləri görülmüşdü” (1).
Nəhayət, təntənəli açılış mərasimi başlanır. Heydər Əliyev, Süleyman Dəmirəl,
onlarla bərabər Ankaradan, Bakıdan gəlmiş dövlətvə hökumət nümayəndələri
burada hazırlanmış xüsusi tribunay qalxırlar. Ətrafı bürüyən gurultulu və sürəkli
alqışlar altında təntənəli mərasim açıq elan edilir..
“Mərasimdə çıxış edən Heydər Əliyev qürurla dedi: "Bu gün bu qocaman
Araz çayı üzәrindә, qәdim türk dünyasında, Azәrbaycan torpağında böyük
bir tarixi hadisә baş verir. Türkiyә ilә Azәrbaycan arasında "Ümid" körpüsü,
"Hәsrәt" körpüsü açılır. Biz azәrbaycanlılar, türklәr әsrlәr boyu Araz çayının
o sahilindә, bu sahilindә dost, qardaş kimi yaşamışıq. Ancaq 70 il bir-birimizlә
görüşmәk üçün, әlaqә saxlamaq üçün hәsrәt çәkmişik. 70 il biz bu görüşü
hәsrәtlә gözlәmişik. İndi isә bizim bu arzularımız, dilәklәrimiz hәyata
Dostları ilə paylaş: |