Microsoft Word BÄ°LÄ°msel eksen 20++



Yüklə 4,84 Mb.
Pdf görüntüsü
səhifə17/52
tarix26.10.2018
ölçüsü4,84 Mb.
#75726
1   ...   13   14   15   16   17   18   19   20   ...   52

Bilimsel Eksen-Sicientific Axis-Научный Меридиан/Yıl-Year-Год 2017/Sayı-Number-Число 20
 
 
42
taylı  mədəniyyət  və  incəsənət  xadimlərini,  xüsusən  də  teatr  sənətkarlarını 
qarşılayıb yola salmamışdı.  
Həmin  ilin  fevralında  Naxçıvan  Dövlət  Musiqili  Dram  Teatrında  türk 
dünyasında  aşıq  sənətinin  görkəmli  nümayəndələrindən  sayılan  Aşıq  Veysəlin 
anadan  olmasının  102-ci  ildönümü  dövlət  səviyyəsində,  böyük  təntənə  ilə  qeyd 
olundu. Aşıq Veysəlin oğlu da daxil olmaqla Sivas şəhərindən gəlmiş nümayəndə 
heyəti  də  gecədə  iştirak  edirdi.  Türkiyəli  vətəndaşlar  hələ  20  il  əvvəl  sovet 
dövründə  Naxçıvanda  Aşıq  Veysəlin  həyatını  əks  etdirən  həvəskar  kinofilmin 
çəkildiyini,  Azərbaycanda  dəfələrlə  onun  şeirlərinin  dərc  olunduğunu,  kitabının 
buraxıldığını,  haqqında  tez-tez  radio  və  televiziya  verilişlərinin  hazırlandığını 
eşidib  heyrətlərini  gizlədə  bilmirdilər.  Həmin  gecənin  aparıcısı  olmağım  indi 
mənim  üçün  xoş  bir  xatirəyə  çevrilmişdir.  Naxçıvanın  incəsənət  ustalarının 
çıxışları ilə başa çatan bu gecədən sonra Naxçıvandan bir qrup nümayəndə heyəti 
Sivasda keçirilən tədbirlərdə iştirak etdi (8). 
Türkiyə  Respublikasının  Naxçıvandakı  Baş  Konsulluğunun  təşəbbüsü  və 
köməkliyilə Naxçıvan Dövlət Kukla Teatrı 1996-cı ilin aprel ayında Van şəhərinə 
yola  düşdü.  Bu  səfərdə  məqsəd  Türkiyədə  hər  il  keçirilən  ənənəvi  “23  Nisan  – 
Çocuk  Bayramı”na  Van  şənlikləri  çərçivəsində  qatılmaq  idi.  Vanlı  uşaqlar  3  gün 
ərzində  naxçıvanlı  aktyorların  ifasında  “Göyçək  Fatma”  tamaşasını  və  rəngarəng 
səhnəcikləri  böyük  maraqla  və  alqışlarla  izlədilər.  Səfərin  sonuncu  günü 
müvəffəqiyyətli  çıxışlarına  görə  Naxçıvan  Dövlət  Kukla  Teatrı  Van  Milli  Təhsil 
Müdirliyinin Fəxri Fərmanı ilə təltif edildi. Elə həmin ilin mayında isə naxçıvanlı 
sənətkarlar yenə də 3 gün olmaqla İğdır məktəblilərinin qonağı oldu. 
Muxtar Respublika Ali Məclisi Sədrinin xüsusi dəvətilə İstanbul Dövlət Teatrı 
1996-cı ilin mayında Naxçıvana gəldi və Dövlət Musiqili Dram Teatrının binasında 
“İçəridəkilər”  tamaşası  ilə  çıxış  etdi.  Teatrın  səhnə  amiri  (baş  inzibatçısı)  Ediz 
Baysal və teatrın aparıcı aktyorlarından, Türkiyənin məhşur teatr və kino aktyoru 
Uğur Polad, yaradıcı qrupun digər üzvləri səfərin və tamaşanın yüksək səviyyədə 
təşkilindən,  mehribanlıqla  qarşılanmaqlarından,  tamaşaçıların  böyük  rəğbətindən 
ağızdolsu  danışdılar  və  vurğuladılar  ki,  “Ümid”  körpüsünün  hesabına  bu  mədəni 
əlaqələr daha da genişlənəcək bir-birimizə daha sıx qaynayıb-qarışacağıq, təki belə 
görüşlər tez-tez olsun. 
Doğrudan  da  belə  görüşlərin  sayı  get-gedə  artmağa  başladı.  1996-cı  ilin 
noyabrında  Ankara  Dövlət  Teatrı  “Haray”  tamaşası  ilə  naxçıvanlı  tamaşaçıları 
sevindirdi. 
1996-cı  ilin  oktyabr  ayında  Naxçıvanda  daha  bir  mədəni  əməkdaşlıq  tədbiri 
həyata  keçirildi.  Türkiyə  Respublikasının  Baş  Konsulluğunda  Naxçıvan  Dövlət 
Kukla Teatrı rəssamlarının sərgisi təşkil olundu. Konsulluğun üç zalında müxtəlif 
tamaşaların  personajları  olan  kuklalardan,  rekvizitlərdən,  butafor  əşyalardan, 
eskizlərdən,  maketlərdən  və  ayrı-ayrı  rəssamların  –  teatrın  baş  rəssamı  Əli 
Səfərovun  (indi  muxtar  respublikanın  əməkdar  rəssamı),  kuklahazırlayan  Rafael 
Qədimovun  və  butaforçu  Akif  Həsənovun  öz  əl  işlərindən  ibarət  (ağac  üzərində 
oyma,  mis  üzərində  döymə  və  s.)  əşyalar  və  yağlı  boya,  akvarellə  müxtəlif 


Bilimsel Eksen-Sicientific Axis-Научный Меридиан/Yıl-Year-Год 2017/Sayı-Number-Число 20
 
 
43
janrlarda  çəkilmiş  əsərləri  nümayiş  etdirilirdi.  Bu  sərgi  Naxçıvanda  fəaliyyət 
göstərən  Türkiyə  vətəndaşlarının,  həmçinin  naxçıvanlıların  böyük  marağına  və 
rəğbətinə səbəb oldu (9). 
1997-ci ilin yanvarında Naxçıvan Dövlət Musiqili Dram Teatrı “Məşədi İbad” 
tamaşası  ilə  Trabzon  və  Ankara  şəhərlərinə  dəvət  olundu.  Teatr  1998-ci  ilin 
oktyabr-noyabr  aylarında  isə  Qars,  sonra  isə  Ankara,  İstanbul  və  Bursada  “Arşın 
malalan”  tamaşası  ilə  qastrolda  oldu.  Dövlət  Musiqili  Dram  Teatrının  bu  səfəri 
Türkiyə Respublikasının 75 illiyinə həsr edilmişdi. 
1999-cu  ilin  fevral  ayında  Türkiyənin  Naxçıvandakı  Baş  Konsulluğunun 
təşəbbüsü ilə nəinki muxtar respublikada, 15 ildən artıq bir müddət ərzində bütün 
Azərbaycanda məşhur olan bir özfəaliyyət kollektivi – “Hüseynlilər” ailə ansamblı 
Afyon  şəhərində,  yeni,  nəhəng  “Orucoğlu”  İstirahət  və  Sağlamlıq  Kompleksində 
bir  həftəlik  konsert  proqramı  ilə  çıxış  etdi.  Ansambl  üzvlərinin  maraqlı  və 
rəngarəng çıxışları yerli vətəndaşlarla yanaşı xarici turistləri də məftun etdi (10).  
Həmin ilin iyununda isə Van Dövlət Teatrı naxçıvanlıların qonağı oldu. Dövlət 
Musiqili Dram Teatrında göstərilən “Köhnə fotoşəkillər” tamaşası böyük maraq və 
rəğbətlə qarşılandı. Bu görüşlər, qarşılıqlı əlaqələr daha intensiv xarakter aldı. 
2001-ci  il  noyabr  ayının  əvvəllində  İğdırda  “Naxçıvan  Muxtar  Respublikası 
günləri”  təşkil  olundu.  Rəsmi  səviyyədə  keçirilən  bu  günlər  gün  ardarda  muxtar 
respublika  incəsənət  ustalarının  rəngarəng  çıxışları  ilə  yaddaşlara  həkk  olundu. 
Noyabrın  5-də  Naxçıvan  Dövlət  Kukla  Teatrının  çıxışı  və  naxçıvanlı  rəssamların 
əsərlərindən ibarət sərginin açılışı ilə başlayan mədəniyyət günləri, noyabrın 6-da 
Naxçıvan Dövlət Musiqili Dram Teatrının tamaşası ilə davam etmiş, noyabrın 7-də 
isə  Naxçıvan  Dövlət  Filarmoniyasının  və  muxtar  respublikanın  digər  musiqi 
kollektivlərinin  iştirak  etdikləri  möhtəşəm  konsert  proqramı  ilə  yekunlaşmışdır. 
Bağlanış  mərasimində  Muxtar  Respublika  Ali  Məclisinin  Sədri  Vasif  Talıbov  və 
İğdır  valisi  Mustafa  Tamel  başda  olmaqla  hər  iki  tərəfdən  rəsmi  nümayəndələr, 
ziyalılar iştirak etmiş və nitq söyləmişilər (11).  
2003-cü  ilin iyun  ayında Qars  şəhərində  “Heydər  Əliyev  Parkı”nın  və  həmin 
parkda bu dahi şəxsiyyətin büstünün təntənəli açılışı böyük tarixi hadisə ilə yanaşı 
əsl  mədəniyyət  bayramına  çevrildi.  Yerli  özfəaliyyət  kollektivlərinin  və  Şərur 
rayonunun  xalq  yallı  ansamblının  gözəl  çıxışları  həmin  tədbiri  daha  da 
rövnəqləndirmişdi. 
Son  15  il  ərzində  “Ümid”  körpüsü  üzərindən  təsviri  sənət  sahəsində  də 
yaddaqalan  və  məhsuldar  sərgilər  vasitəsilə  mübadilələr  olmuşdur.  Əsasən 
Naxçıvanın  fırça  ustaları,  sonralar  xalq  rəssamı,  Azərbaycan  Respublikasının 
əməkdar rəssamları kimi tanınan Hüseynqulu Əliyevin, Mircəlil Seyidovun, Şəmil 
Mustafayevin,  Telman  Abdinovun  Ülviyyə  Həmzəyevanın,  digər  gənc 
sənətkarların  bu  körpü  vasitəsilə  Ankarada,  İstanbulda,  İzmirdə,  Bursada,  Vanda, 
Qarsda,  İğdırda,  eləcə  də  Türkiyənin  başqa  şəhərlərində  fərdi  və  birgə  sərgiləri 
nümayiş etdirilmişdir. 


Yüklə 4,84 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə