Microsoft Word bm8q Nuranu0259 Mahmudova docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/34
tarix11.06.2018
ölçüsü5,01 Kb.
#48110
1   ...   9   10   11   12   13   14   15   16   ...   34

37 
 
Türkmənistan  Rusiya-Qazaxıstan-Azərbaycan üçlüyünün  yürütdüyü  siyasətə  daha 
yaxın  olmuşdur.  Türkmənistanın  bu  ölkələrlə,  xüsusilə  də  Azərbaycanla  fikir 
ayrılığının səbəbi orta xəttin keçəcəyi sahələri müəyyən edə bilməməsidir. Bundan 
ə
lavə,  son  zamanlar  Azərbaycanla  mübahisəli  yataqlar  səbəbindən  mövcud  olan 
gərginlik Türkmənistanı getdikcə  rana yaxınlaşdırır [ 15, s. 13]. 
              Xəzər məsələsində Türkmənistanın  ranla oxşar mövqeyə malik olmasının 
səbəbi Azəri, Kəpəz, Çıraq və Günəşli yataqlarıdır. 1949-67-ci illərdə kəşf edilmiş 
və  Xəzərin  Azərbaycan  sektorunda  mövcud  olan  Neft  daşları,  Çıraq,  Azəri  və 
Kəpəz  yataqları  neft  və  qaz  ehtiyatları  baxımından  böyük  əhəmiyyət  daşıyır. 
Türkmənistan  bu  bölgələrdən  Azəri  və  Çıraq  yataqlarının  öz  sahəsində  olduğunu 
iddia  edir.  Azəri  və  Çıraq  yataqlarının  Xəzərin  Türkmənistan  sektorunda 
göstərilməsi  məsələsində  Azərbaycan  isə  birləşmiş  xətt  üsulu  ilə  Xəzərin  milli 
sektorlara bölünməsini göstərən SSR  Neft Sənayesi Nazirliyinə aid xəritələrdə və 
daha sonra isə Azərbaycan, Qazaxıstan və xarici təşkilatlar tərəfindən hazırlanmış 
bütün xəritələrdə Azəri və Çıraq yataqlarının Azərbaycan bölgəsində yerləşdiyinin 
göstərilməsini dəlil gətirmişdir [ 15, s. 13]. 
            Digər  tərəfdən,  Türkmənistan  Xəzər  probleminin  yalnız  beş  sahilyanı 
ölkənin  iştirakı  və  fikir  birliyi  ilə  həll  edilə  biləcəyini  göstərir  və  bu  problemin 
ikitərəfli  müqavilələrlə  həll  olunmasına  qarşı  çıxır.  Türkmənistan  kimi  ran  da 
Xəzərin  statusunu  müəyyənləşdirməklə  bağlı  ikitərəfli  müqavilələri  tanımadığını 
bildirərək  beş  sahilyanı  ölkənin  status  məsələsini  bərabər  həll  etməli  olduğunu 
bildirir.  Bu  səbəbdən,  Putinin  dəvəti  ilə  Xəzərin  statusu  məsələsində  ortaq  fikrə 
gəlmək məqsədilə MDB üzvü olan dörd sahilyanı dövlətin Soçidə keçirilməli olan 
görüşlə  bağlı  Türkmənistan  prezidenti  Səfərmurad  Niyazov  “ ransız  keçiriləcək 
heç  bir  görüşə  gəlmək  istəmədiyini”  bildirərək  getməmişdi.  Türkmənbaşı 
Aşqabadın  Xəzərin  statusu  məsələsindəki  mövqeyini  belə  açıqlamışdır:  “Xəzər 
BM qaydalarına müvafiq sahilyanı ölkələrin hər birinin 12 millik ərazi sularının və 
35  millik  xüsusi  iqtisadi  zonanın  olması  və  qalan  hissənin  isə  bütün  sərhədyanı 
ölkələrin ortaq istifadəsinə verilməsi şəklində bölüşdürülməlidir” [ 15, s. 13, 14]. 


38 
 
            Türkmənistan və  ranın Xəzərin şimalındakılara qarşı bir ittifaq yaratdıqları 
görünür.  2003-cü  ildə  Xəzərin  sektorunun  bölüşdürülməsi  ilə  bağlı  müqavilə 
imzalayan  iki  ölkə  beynəlxalq  hüququn  norma  və  prinsiplərinə  və  Beynəlxalq 
Dəniz  Hüququ  Konvensiyasına  uyğun  olaraq  dəniz  dibinin  bölüşdürülməsi 
məsələsində  razılaşdılar.  Lakin,  müqavilə  bu  prinsiplərin  nəyi  nəzərdə  tutduğunu 
müəyyən  etməməklə  yanaşı,  iki  ölkənin  hər  bir  xəzəryanı  dövlətin  Xəzərin  20 
faizinə  sahib  olmasının  vacibliyi  və  beş  bərabər  hissəyə  bölünməsinə  tərəfdar 
olduğu  təəsüratını  yaradır.  Beləliklə,  Xəzərdə  ran  və  Türkmənistan,  şimalda 
Rusiya, Azərbaycan və Qazaxıstanın gəldiyi razılığa qarşı mövqe tuturdu [ 15, s. 
14]. 
           Ümumiyyətlə,  Türkmənistanın  2000-ci  ilədək  mövqeyi  sərt  idisə,  artıq  bu 
mövqe sadə bir mərhələyə qədəm qoymuşdur. Əsasən dövlətin diqqəti mübahisəli 
hesab  olunan  yataqların  müzakirəsinə  yönəlmiş,  status  məsələsində  isə  yalnız 
ranın  mövqeyinin  müdafiə  olunması  əsas  yer  tuturdu.  Əvvəlki  illərə  nisbətən  öz 
mövqeyində  qarşılıqlı  anlaşmaya  üstünlük  verən  Türkmənistana  hələ 
V.Kalyujnının  bu  ölkəyə  səfəri  zamanı  S.Niyazov  getdikcə  dərindən  müzakirə 
olunan  Xəzərin  statusu  məsələsinin  sahilyanı  dövlətlərin  xüsusi  sammitinin 
müzakirəsinə çıxarılmasının vacibliyini vurğulamışdır [ 12, s. 91-92]. 
            Xəzər  regionunda  problemin  həlli  istiqamətində  ən  mühüm  addımlardan 
biri  də  Azərbaycan,  ran,  Qazaxıstan,  Rusiya  və  Türkmənistan  prezidentlərinin 
2007-ci  il  oktyabrın  16-da  keçirilmiş  Tehran  sammitidir  (Xəzəryanı  dövlət 
başçılarının 2-ci sammiti – N.M.). Xəzərin hüquqi statusu probleminin hələ də həll 
edilməməsi  və  ölkələrin  strateji  mövqelərinin  dəyişməməsinə  baxmayaraq,  əsas 
mövqeləri  əlaqələndirmək  mümkün  idi.  Ən  mühüm  məsələ  isə,  regionun  beş 
Xəzəryanı dövlətinin heç bir halda heç bir dövlətə ərazilərdən (Xəzərin sahəsindən 
– N.M.) təcavüzkar məqsədlə istifadə etmək və Xəzəryanı dövlətlərdən hər hansı 
birinə qarşı digər hərbi əməliyyatlar aparmasına imkan verməmək barədə öhdəlik 
götürməsi oldu. Sahilyanı dövlətlər bəyan etdilər ki, yalnız onlar Xəzər dənizində 
suveren  hüquqlara  malikdir  və  bu  hövzədə  gəmilər  müstəsna  olaraq  yalnız 
Xəzəryanı  dövlətlərin  bayraqları  altında  üzə  bilərlər.  Bu  da  öz  növbəsində  Xəzər 


39 
 
dənizinə  təcavüzkar  məqsədli  əlavə  regional  güclərin  daxil  olmasını  əngəlləyirdi    
[ 25, s. 27]. 
            Bu  sammitdə  ilk  dəfə  olaraq  Xəzər  dənizinin  hüquqi  statusuna  aid  bütün 
problemləri  əhatə  edən  siyasi  sənəd  qəbul  edildi.  Siyasi  sənəddə  ümumi 
istiqamətlər müəyyənləşdi, eyni zamanda, Xəzərin statusunun ümumi konsepsiyası 
qəbul olundu. Bundan əlavə, sammitdə dövlət başçılarının, xarici işlər nazirlərinin 
görüşünün  mütəmadi  keçirilməsi,  ayrı-ayrı  məsələlərin  müzakirəsi  üçün 
formatların  və  mexanizmlərin  müəyyənləşdirilməsi  ümumi  razılaşmalara  xidmət 
edəcək çox əhəmiyyətli vasitələrin həyata keçirilməsi razılaşdırıldı [ 6, s. 52]. 
            Qeyd  etmək  lazımdır  ki,  ən  effektiv  tənzimləmə  mexanizmi  sammit 
danışıqlarıdır,  daha  dəqiq  desək,  Xəzəryanı  dövlətlərinin  başçılarının  Sammitidir. 
18  noyabr  2010-cu  ildə  isə  Bakıda  Xəzəryanı  dövlət  başçılarının  3-cü  Sammiti 
keçirilimişdir. Bakı sammiti “Xəzər beşliyi” liderlərinin regional əməkdaşlığın bir 
çox  problemli  aspektlərinə  dair  mövqelərinin  koordinasiyası  və  Xəzər  dənizində 
birgə  fəaliyyətin  planlaşdırılması  ilə  bağlı  çətinlikləri  aradan  qaldırmağa  hazır 
olduğunu  nümayiş  etdirdi.  Sammitin  sonunda  dövlət  başçıları  Xəzər  dənizində 
təhlükəsizlik  üzrə  əməkdaşlıq  barədə  saziş  imzaladılar  və  birgə  bəyanat  verdilər. 
Bununla  yanaşı,  tərəflər  Xəzərin  hüquqi  statusu  ilə  bağlı  Konvensiya  layihəsinin 
tamamlanması  istiqamətində  işləri  sürətləndirmək  barədə  razılığa  gəldilər  və 
yüksək  səviyyəli  görüşlər  arasındakı  vaxt  intervalını  azaltmaq,  həmçinin  xarici 
işlər nazirlərinin müavinləri səviyyəsində xüsusi işçi qrupunun görüşlərinin sayının 
ildə  5  dəfəyədək  yüksəldilməsi  ilə  bağlı  istəklərini  ifadə  etdilər  [25,  s.  27]. 
Sammitlə bağlı III fəsildə daha ətraflı məlumat veriləcəkdir.  
             29  sentyabr  2014-cü  il  tarixində  isə  Xəzər  dənizinin  hüquqi  statusu, 
təhlükəsizlik,  bioloji  resurslar  və  ətraf  mühit  kimi  məsələləri  müzakirə  etmək 
məqsədilə  Xəzəryanı  dövlətlərin  başçıları  Həştərxanda  4-cü  Xəzər  Zirvəsində 
toplaşdılar. Çıxışlarında prezidentlər zirvə görüşünü Xəzərin hüquqi statusu ilə 
bağlı  18  illik  mübahisələrin  həlli  baxımından  mühüm  irəliləyiş  adlandırmışlar.                 
Vladimir  Putin  nitqində  qeyd  etmişdir:  "Biz  bütün  tərəflərin  uzunmüddətli 
maraqlarına cavab verən beştərəfli əməkdaşlığın prinsiplərini razılaşdırmışıq və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə