Microsoft Word bmt-1 az cavablariBenovse doc



Yüklə 0,73 Mb.
Pdf görüntüsü
səhifə10/30
tarix30.12.2017
ölçüsü0,73 Mb.
#18832
1   ...   6   7   8   9   10   11   12   13   ...   30

 

28 


apardı.  1679-cu  ildə  imzalanmış  Nimvegen  sülh  müqaviləsinə  əsasən  Fransa 

Belçika ərazisinin bir qismini aldı.   

XVII əsrin 80-ci illərində Avropada vəziyyət Fransanın əleyhinə dəyişdi. 

Birincisi,  Osmanlı  qoşunları  1683-cü  ildə  Vyananı  tuta  bilmədi  və  az 

sonra Dunayın arxasına çəkilməyə məcbur oldu.  

kincisi,  ngiltərə  və  Hollandiyanın  eyni  mövqedən  çıxış  etməsi  ilə 

ə

laqədar Fransanın maliyyə yardımına ehtiyac qalmadı.  



Üçüncüsü,  1686-cı  ildə  Papa  XI  nnokentinin  təşəbbüsü  ilə  bir  sıra 

dövlətlər (Avstriya,  spaniya,  sveç,  ngiltərə) Avropada Fransaya qarşı «Auqsburq 

liqasında» birləşdilər. 1688-1697-ci illərdə Fransa ilə «Auqsburq liqası» arasındakı 

müharibə  Fransanın  məğlubiyyəti  ilə  qurtardı.  1697-ci  il  (Risvik)  müqaviləsinə 

ə

sasən, Fransa işğal etdiyi ərazilərin çox hissəsini qaytardı.   



 

15.XVII əsrin ikinci yarısında Rusiyanın xarici siyasəti. 

 XVII  əsrin  ikinci  yarısında  Şərqi  Avropada  bütün  məsələlər  Rusiyanın 

iştirakı  ilə  həll  olunurdu.  Yəni  Rusiya  Avropanın  böyük  dövlətlərindən  birinə 

çevrilmişdi. XVII əsrdə Rusiyanın xarici siyasəti Ukrayna və Belarus torpaqlarının 

Rusiyaya  birləşdirilməsi,  Baltik  sahillərinə  çıxmaq,  Türkiyə  və  Krıma  qarşı 

mübarizə kimi vəzifələrin həllinə yönəlmişdi. Bu vəzifələr bir-biri ilə bağlı idi və 

bu  da  onların  həllini  çətinləşdirirdi.  XVII  əsrin  ikinci  yarısında  Polşada  mövcud 

böhran Rusiya üçün əlverişli şərait yaratmışdı. Ukrayna və Belarusda Polşaya qarşı 

milli-azadlıq  hərəkatı  onların  Rusiyaya  birləşdirilməsini  asanlaşdırdı.  Rusiya 

hökuməti  1653-cü  ilin  oktyabrında  Ukraynanın  Rusiya  ilə  birləşməsinə  razılıq 

verdi.  8  yanvar  1654-cü  ildə  Pereyaslavl  radasının  qərarı  ilə  Ukrayna  Rusiyaya 

birləşdirildi. Rusiya Belarus və Litvanı,  sveç isə Varşava və Krakovu ələ keçirdi. 

Rusiya Avstriya, Danimarka və Brandenburqla  sveçə qarşı koalisiya yaratdı.  sveç 

Rusiyanın  Baltikə  çıxmasına  mane  olurdu.  1661-ci  ildə  Rusiya  sveçlə  Kardis 

müqaviləsini bağlayıb Pribaltikada tutduğu yerlərdən imtina etdi. Türkiyə təhlükəsi 

Rusiya  və  Polşanı  1667-ci  ildə  Andrusovo  sülhünü  imzalamağa  məcbur  etdi. 

Smolensk və solsahil Ukraynası Rusiyaya verildi. Rusiyanın iştirakı olmadan Polşa 



 

29 


Türkiyə  ilə  müqavilə  bağlaya  bilməzdi.  1676-1681-ci  illərdə  Rusiya-Türkiyə 

müharibəsi  oldu.  Baxçasaray  müqaviləsinə  görə  Türkiyə  Ukraynanın  Rusiyaya 

keçməsini  tanıdı.  Türkiyə  ilə  düşmən  olan  Rusiya  Səfəvilər  dövləti  ilə 

yaxınlaşmağa  başlamışdı.  Hər  iki  ölkə  iqtisadi  əməkdaşlıqda  maraqlı  idi.  Bu 

dövrdə  Hindistan  tacirləri  tez-tez  Həştərxana  gəlirdilər,  Rusiyada  onlara  bəzi 

imtiyazlar verilmişdi. Lakin ölkələrin uzaqlığı və Asiyanın bu hissəsində əlverişsiz 

beynəlxalq  şərait  Rusiyaya  o  zaman  Hindistanla  daimi  əlaqələr  yaratmaq  imkanı 

vermirdi.  Çinlə  əlaqələrin  yaradılması, xüsusən  ruslar  Yeniseyin  yuxarılarında və 

Uzaq  Şərqdə  irəlilədikcə  Rusiyanın  torpaqları  Monqolustanın  və  Çinin 

sərhədlərinə doğru genişləndiyi vaxt daha müvəffəqiyyətli oldu. Rusiya hökuməti 

Çinlə  dinc  münasibətlər  yaradılmasına  inadla  çalışırdı.  1689-cu  ildə  Qolovinin 

səfirliyi Monqolustanın bitərəfliyi haqqında onunla müqavilə bağladı. Elə həmin il 

Çinlə də Nerçinsk müqaviləsi bağlandı. Bu müqaviləyə əsasən Amurboyunda hər 

iki  dövlət  arasında  şərti  sərhəd  müəyyənləşdirildi.  Rusiya  ilə  Çin  arasında  ticarət 

ə

laqələrinə razılıq verildi.   



 

16.XVIII  əsrin  birinci  yarısında  beynəlxalq  münasibətlər.  Fransanın  xarici 

siyasəti.  

 Fransa  kralı  XIV  Lüdovikin  təşəbbüsü  ilə  1701-ci  ildə  başlanmış 

“ spaniya  irsi”  uğrunda  müharibə  1714-cü  ilə  qədər  davam  etmişdi.  “ spaniya 

irsi”nə kral taxtı,  spaniyanın Latın Amerikasındakı müstəmləkələri və Avropadakı 

mülkləri  daxil  idi.  XIV  Lüdovik  özünü  “ spaniya  irsi”nin  varisi  hesab  edirdi. 

“ spaniya irsi”nə sahiblik Fransanın həm Avropada, həm də dünyada hegemonlu-

ğ

unu  təmin  edə  bilərdi.  spaniya  taxtına  həm  də  Avstriya  şahzadəsi  Karl  iddia 



edirdi, çünki o,  spaniya kralı III Filipin nəvəsi idi. Fransa  ngiltərə və Hollandiya 

ilə Avstriyaya qarşı ittifaq yaratmağa çalışırdı. XIV Lüdovikin məqsədi Fransanın 

ə

leyhinə koalisiya yaranmasının qarşısını almaq idi. Fransa  ngiltərə və Hollandi-



yanı inandırmağa çalışırdı ki,  spaniya taxtına bir sülalənin tək sahib olması Avro-

pada qüvvə tarazlığını poza bilər. Avstriya imperatoruna isə  XIV Lüdovik bildir-

mişdi  ki,  Avropada  sülhü  qorumaq  üçün  “ispan  irsi”  böyük  dövlətlər  arasında 



 

30 


bölünməlidir. 1698 və 1700-cü illərdə Fransa ilə  ngiltərə, Hollandiya və Avstriya 

arasında  spaniya  mülklərinin  bölüşdürülməsinə  dair  sazişlər  imzalanmışdı.  Bu 

sazişlər  spaniya kralı II Karldan gizli imzalanmışdı. 

1700-cü  ildə  spaniya  kralı  II  Karl  varisi  olmadığına  görə  taxtı  XIV 

Lüdovikin nəvəsi Filipə vəsiyyət etmişdi. Bu yolla kral ispan mülklərinin parçalan-

masının  qarşısını  almaq  fikrində  idi.  Amma  Filip  Fransa  və  spaniyanı  vahid 

dövlətdə birləşdirə bilməzdi. Lakin XIV Lüdovik nəvəsinin təcrübəsizliyini bəhanə 

gətirib hər iki dövləti özü idarə etməyə başlamışdı. Fransaya qarşı  ngiltərə, Hol-

landiya, Avstriya, Portuqaliya,  Brandenburq, Danimarka və Savoyya güclü koali-

siya  yaratdılar  və  1701-ci  ildə  müharibəyə  başladılar.  1713-cü  ildə  imzalanan 

Utrext müqaviləsinə əsasən V Filip  spaniya kralı kimi qaldı, lakin o və onun varis-

ləri  həm  də  Fransa  kralı  ola  bilməzdi.  Belçika  və  taliyadakı  spaniya  mülkləri 

Avstriyaya verildi. 

XV  Lüdovikin  dövründə  (1715-1774)  Fransanın  xarici  siyasəti  uğurlu 

olmadı.  Bir  sıra  müharibələrdə  Fransanın iştirakı  məcbur  deyildi.  Belə ki,  Fransa 

bu  müharibələr  nəticəsində  Kanadanı,  Luiziananı  və  Hindistandakı  mülklərini 

itirmişdi. 

XVIII  əsrin  əvvəlində  Rusiya  Fransa  ilə  yaxınlaşmağa  çalışırdı.  La-kin 

Fransa  müttəfiq  kimi  Türkiyə,  Polşa  və  sveçdən  ayrılmaq  istəmirdi,  ona  görə 

Rusiya  Fransanın  rəqibi  olan  Avstriya  ilə  yaxınlaşdı.  Fransanın  sveç  və 

Türkiyədən  Rusiyaya  qarşı  istifadə  etmək  cəhdləri  nəticəsiz  oldu.  Fransa  1733-

1735-ci  illərdə  “Polşa  irsi”  uğrunda  müharibədə  iştirak  etdi.  Bu  dövrdə  Polşanın 

daxili  çətinlikləri  ilə  əlaqədar  Rusiya,  Fransa  və  Avstriya  Polşaya  öz  təsirlərini 

artırmağa çalışırdılar. Lakin Fransa Leşinskinin Polşa taxtına çıxarılmasına nail ola 

bilmədi. Fransa kralı XV Lüdovik Avstriyaya qarşı mübarizə aparır və protestant 

knyazları  müdafiə edirdi.  Fransa  “Avstriya  irsi” uğrunda  müharibədə  Prussiyanın 

tərəfində  iştirak  etmişdi.  Yeddiillik  müharibə  ərəfəsində  Fransa  Avstriyanın 

müttəfiqi  oldu.  Bu  zaman  Fransa  Prussiyanın  güclənməsini  və  Avstriyanın 

zəifləməsini,  ngiltərəyə  qarşı  mübarizə  üçün  imkan  yarandığını  nəzərə  almışdı. 

Lakin  Fransa  öz  məqsədlərinə  nail  ola  bilmədi.  XV  Lüdovik  1743-cü  ildə  xarici 




Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə