49
Yüz əzmi-möhnət cəfaynan,
Sanki Nuh tufanı gördüm.
Gümüş kəmər var belində,
Qızıl qotaz var telində.
Həmən Hindistan elində,
Sevdiyim cananı gördüm.
Cahangirə etdi nazı,
Şirin dili, xoş avazı,
Hindistan şahının qızı,
Ol Mələksumanı gördüm.
Mələksuma adını eşidəndə vəzir dedi:
– Oğul, səni görüm qanına bələnəsən. Sən hər yerdə belə
açıq-aşkar Mələksumanın adını çəksən, biz sağ başı gora apara
bilmərik.
Nəsə... Vəzir Cahangirə genə də öyüt-nəsiyyət verməyində
olsun, sizə kimnən danışım Yəmən şəhərində Heydər xannan.
Heydər xan eşitmişdi ki, İzzət şahın elə bir bajısı var ki, hələ
ruzikarın gözü belə gözəl görmüyüf. Qızın bu tərifini eşidənnən
sora Heydər xan yaman işdahlanmışdı. Öz-özünə söz verdi ki,
nə olur-olsun həmən gözəli yerin deşiyində də olsa gətirməlidi.
Oydu ki, qoşun sərkərdəsi Baxtiyar adında qəvi bir pəhlivanı
varıydı. Onu yanına çağırıf dedi:
– Bəxtiyar, doğrudu sən mənim qoşunumun başçısısan, özü
də güjdü pəhlivansan. Əmbə mən səni hələ düz əməlli sınama-
mışam. Onda sana əsil pəhlivan deyərəm ki, gedif Hindistan
padşahı Heydər şahın bajısı Mələksuma xanımı mana gətirsən.
Onda bilərəm nejə pəhlivan olduğunu. Get qoşunnan ürəyin
istiyən iyitdəri də götür, özgə nəyə ehtiyacın var söylə, əmbə
tezliknən o qızı mana yetirməlisən. İnan bir allaha ki, bu işi başa
varsan səni dünya malınnan sirab eliyəjəm.
50
Belə deyən kimi Baxtiyar pəhlivan əlini gözünün üstünə qoyuf
xanın dediklərinə əməl eləyəcəyinə möhkəm söz verdi. Odu ku,
böyük ehtiyat görüldü, güjdü qoşunnan Hindistana yol başdadılar.
Əlqərəz, gəlif mənzil başına çatdılar. Pəhlivan meydanına
doluşdular. İzzət bəyə xəvər göndərdilər ki, öz xoşunnan bajın
Mələksumanın başını bəzətdir, aparırıx Heydər xana. İşdi sözü-
müzü yerə salsan, onda zora əl atmalı olajıyıx.
İşi belə görən İzzət şah vəzir-vəkilini başına cəm elədi,
dünya görmüş adamlardan çağırdı bir qədər məşvərət elədi.
Ağıl-ağıldan üstün olar deyillər, hərənin ağzınnan bir fikir çıxdı.
Əmbə axırda hamı bir sözə gəldi ki, zora-zor işdətmək lazımdı.
Xoşduxnan Mələksumuyu bulara versək onda gərək hamı başına
papax əvəzinə ləçək örtsün. Məsləhət verənnərdən biri dedi:
- Şah sağ olsun, onnar vuranda qan çıxer, biz vuranda sumu
çıxajax. Qana-qan olmalıdı-vəssalam!
Nəsə qərara gəldilər ki, savaxdan qoşunun say-seçmələrin-
nən bu çağırılmamış qonaxların qarşısına çıxartmax lazımdı...
Sabah açıldı, üstünüzə xeyirli savaxlar açılsın, İzzət şah bir
dəstə döyüşçü göndərdi Bəxtiyar pəhlivanın üstünə. Axşamatan
vuruşdular, axşam həmən dəstədən bir nəfər də olsun salamat
qayıtmadı, Bəxtiyar hamısını qılıncdan keçirtdi. Beləjə bu dava
bir neçə gün uzanası oldu. Şəhərə haray düşdü, hamı işdən halı
oldu. Xavar gəlif vəzirə çatmışdı, əmbə Cahangirə deməmişdi.
Nəhayət, İzzət şahın qoşun sərkərdələri qırılıf tükəndi. Şah
naələş qalıf camahatı səfərbərriyə çağırdı.
Sizə kimnən deyim, Cahangirdən. Cahangir bu şəhərə
gələnnən bir nəfər cavan oğlannan möhkəm dostaşmışdı. Bir
axşam həmən oğlan gəlif Cahangirə dedi:
- Qardaş, məyər xəbərin yoxdu, Yəmən padşahının pəhli-
vanı neçə gündü kü gəlif İzzət şahın bajısını zornan aparmax
istiyir. Neçə gündü meydanda qırğındı. Bəxtiyar pəhlivan hər
gün İzzət şahın qoşununu qırıf-tökür. Daha sərkərdə, pəhlivan
51
qalmadı. Savah bir tədbir görülməsə şahın işi şuluxdu. Kişinin
başını aşağı eliyif Məlksuma xanımı zornan aparajaxlar.
Bu sözdəri eşidən Cahangir doluxsunmuş halda vəzirin
yanına gəlif əhvalatı biz bildiyimiz kimi ona danışdı. Əlavə
elədi ki, ey mənim əziz himayadarım, biz mənim atamın zərrin
mətahını gətirif heç-puç eliyirik, özümüzü qürbətliyə salmışıx.
Məgər bu işdən halı döyülmüsən. Mana deməlisən. Vəzir gördü
yox, desəm ki, bilirdim, onda yaxşı olmuyajax. Axırı Cahan-
girdən danıf dedi, oğul, sən dedin, mən də eşitdim, mənim bu
işdən heç xəvərım olmuyuf.
Cahangir dedi:
- Vəzir, bağlamalarımızın arasında mənim pəhlivan libasım
var, onnarı çıxart. Özün də get İzzət bəyin hüzuruna de ki, savax
meydan mənimdi. Mana bir yəhərri-yüyənni at, bir də döyüş
əməsilahı
1
hazırratsın.
Vəzir üz qoydu İzzət bəyin hüzuruna gəldi. Əhvalatı ona
danışdı. İzzət bəy Cahangirə bir döyüş atı, bir də döyüş əmə-
salahı göndərdi.
Bəxtiyara xavar göndərdilər ki, savax sənin meydanına
Misirdən gəlmiş bir bəzirganın balaca bir oğlu çıxajax.
Bəxtiyar fikirrəşdi ki, o ki, qaldı uşax-muşağa daha bizim
işimiz düzələn təhərdi.
Gejəni yatdılar, səhərrəriniz xeyirriknən açılsın hamılıxnan.
Elə ki, səhər açıldı, Cahangir döyüş livasını geyinif ata suvar
oldu, üz qoydu döyüş meydanına.
Bu işdən xavar tutan qoja-cavan, böyük-kiçik, arvad-uşax bir
söznən “məmə”-deyənnən “pəpə” deyənə kimi hamı meydana axışdı.
Bəxtiyar pəhlivan çadırdan baxıf gördü bir cavan oğlandı.
Onun qarşısına çıxmağı, öz-özünə ar elədi. Əmbə bir qədər
zəndnən fikir verənnən sora baxıf gördü ki, nə qədər döyüşdərdə
oluf, belə gözəl at oynadıf, qılınc qaldıran görmüyüf. Dedi, yox,
1
Əməsalah – silah-sursat, alət
Dostları ilə paylaş: |