Microsoft Word Broshyura A5 Designed doc


MAGİSTR HAZIRLIĞI ÜZRƏ YADDAŞ KİTABÇASI



Yüklə 402,68 Kb.
Pdf görüntüsü
səhifə4/12
tarix08.12.2017
ölçüsü402,68 Kb.
#14618
1   2   3   4   5   6   7   8   9   ...   12

MAGİSTR HAZIRLIĞI ÜZRƏ YADDAŞ KİTABÇASI

                         

 

13



 

zunun onun yüksək səviyyəli bir mütəxəssis kimi yetişməsində 

əhəmiyyətini qiymətləndirməlidir. 

Magistrlik dissertasiyası magistrantın bakalavr səviyyəsin-

də yerinə yetirdiyi buraxılış işinin davamına və daha dərindən 

tədqiq etdirilməsinə də həsr oluna bilər. Bu halda buraxılış işin-

də yerinə yetirilən mövzu təkrarlanmamalı  və daha dərin elmi 

və təcrübi tədqiqatların yerinə yetirilməsini nəzərdə tutmalıdır. 

Magistrantın elmi rəhbəri ilə birlikdə dissertasiya mövzusu 

onun  əvvəlcədən  əldə etdiyi bilik və  təcrübəyə, maraq göstər-

diyi aktual tədqiqat səhələrinə uyğun olaraq seçilməlidir. Ma-

gistrlik dissertasiyası mövzusunun seçilməsində sərbəstlik ma-

gistrantın fərdi elmi maraqlarının həyata keçirilməsində  və 

qarşıya qoyulan problemin həllində geniş imkanlar yaradır. 

Magistrant dissertasiya mövzusunu özü də təklif edə bilər. 

Bu halda tədqiqatın məqsədəuyğunluğu  əsaslandırılmalı, ka-

fedrada müzakirə edilməli və Magistratura və doktorantura şö-

bəsində təsdiq olunmalıdır. 

Elmi rəhbər magistrantın tədqiqat işini istiqamətləndirir və 

müxtəlif həll üsullarının seçilməsində köməklik göstərir. Lakin 

düzgün həll üsulu birbaşa magistrant tərəfindən seçilir. Magis-

trant yerinə yetirilən işin müəllifi kimi həll üsulunun düzgün 

seçilməsinə və əldə olunan nəticələrin doğruluğuna cavabdehlik 

daşıyır. 

 

9.

 

Magistrlik dissertasiyasının işçi planı 

Magistrlik dissertasiyası müstəqil elmi-tədqiqat işidir və 

onun yerinə yetirilməsi üçün plan tərtib olunmalıdır. İşin plan-

laşdırılması  işçi planın tərtib olunması ilə başlayır və  nəzərdə 

tutulan tədqiqatların yerinə yetirilməsi üçün yol xəritəsini mü-

əyyənləşdirir. Düzgün tərtib olunmuş plan seçilmiş mövzu üzrə 

tədqiqatların məhsuldar  şəkildə  təşkil olunmasına və vaxtında 

yerinə yetirilməsinə imkan verir. 



    

QAFQAZ UNİVERSİTETİ MAGİSTRATURA VƏ DOKTORANTURA ŞÖBƏSİ

 

14

 

Magistrlik dissertasiyasının işçi planı mövzu üzrə ədəbiy-

yatların öyrənilməsi və seçilməsi ilə paralel hazırlanır və elmi 

rəhbərlə razılaşdırılır. İşçi plan sərbəst formada tərtib edilir və 

mövzu üzrə aparılan tədqiqatlarda yaranan yeni müddəalara 

uyğun olaraq dəyişdirilir. 



 

 

 

10.

 

Mövzu üzrə məlumatların toplanması, 

analizi və ümumiləşdirilməsi 

Magistrlik dissertasiyasının işçi planında göstərilən möv-

zulara uyğun olan ədəbiyyatlar seçilir və onların siyahısı tərtib 

edilir. Tədqiqatın müvzusu ilə  əlaqədar olan bütün ədəbiyyat 

mənbələri öyrənilməlidir. Bu mənbələrə ölkəmizdə  və xaricdə 

nəşr edilən müxtəlif ədəbiyyat növləri aiddir.  

Biblioqrafik siyahının tərtib edilməsi üçün aşağıdakı mən-

bələr istifadə edilir:  

 

magistrlik dissertasiyasının mövzusu ilə əlaqədar olaraq 

məcburi və tövsiyə olunan ədəbiyyat siyahısı; 

 

Internet; 

 

Mövzu üzrə dissertasiya işləri. 

Əvvəlcə son 3-5 il ərzində nəşr edilmiş ədəbiyyatlar seçilir, 

çünki onlarda üzərində tədqiqat aparılan problem üzrə daha ak-

tual olan elmi nailiyyətlər və onların təcrübi əhəmiyyəti dərc 

edilmişdir. 10, 20, hətta 30 illik ədəbiyyatların istifadə olun-

ması bu sahədə çalışan alim və mütəxəssislərin tövsiyyələri 

nəzərə alınaraq istifadə oluna bilər. 

Tədqiq olunan mövzu üzrə ədəbiyyat mənbələri dərc edil-

miş  məqalə  və kitabların  ədəbiyyat siyahısından seçilə bilər. 

Elmi jurnallarda məqalələrin axtarışı hər il ərzində nəşr edilmiş 

jurnalın son nömrəsindən başlanmalıdır, belə ki, bu son nöm-

rədə bir il ərzində dərc edilmiş məqalələrin siyahısı verilir. 




MAGİSTR HAZIRLIĞI ÜZRƏ YADDAŞ KİTABÇASI

                         

 

15



 

Hal-hazırda Internetdə çoxlu sayda elektron mənbələr (ki-

tablar, məqalələr,  əsasnamələr, informasiya materialları  və di-

gər) yerləşdirilmişdir. Bu materialların araşdırılması, istifadə 

olunması və ədəbiyyat siyahısına daxil ediılməsi vacibdir. 

Elmi mövzuda yazılmış kitabla iş titul vərəqinin öyrənil-

məsi ilə başlayır və burada müəllif, nəşr ili, buraxılış yeri haq-

qında məlumat verilir və mündəricat göstərilir. Nəşr ili nəzərdə 

tutulan problem üzrə aparılan tədqiqatlar haqqında verilən in-

formasiyanın müasir dövrə aid olub-olmadığını göstərir. Kita-

bın mündəricatında onun məzmununun əsas müddəaları və təq-

dim olunmuş materialların ardıcıllığı gostərilir. 

Sonra girişlə tanış olmaq lazımdır ki, burada da mövzunun 

aktuallığı göstərilir və kitabın qısa məzmunu şərh edilir, mən-

bələr və  tədqiqat üsulları haqqında və problemin həllolunma 

dərəcəsi haqqında məlumat verilir.   

Xüsusi (elmi) ədəbiyyatın öyrənilməsində müxtəlif termin-

lərin, anlayışların mənasını dərindən oyrənmək məqsədi ilə lü-

ğətlər, ensiklopediyalar və  məlumat kitabları istifadə olunma-

lıdır.   

Elmi-tədqiqat və pedaqoji fəaliyyətin müvəffəqiyyətlə 

davam etdirilməsi üçün müxtəlif normativ sənədlərin (qanun-

ların, əsasnamələrin və s.) öyrənilməsi də vacibdir. 

Tədqiq olunan mövzu üzrə toplanan materiallar yekunlaş-

dırılaraq və ümumiləşdirilərək magistrlik disssertasiyasının 

strukturu, məzmunu və həcmi müəyyənləşdirilir.  

 

11.

 

Attestasiya 

Magistrantlar Fərdi iş planında nəzərdə tutulmuş bütün 

fəaliyyətlər yerinə yetirildikdən və kafedrada attestasiya olun-

duqdan sonra ikinci kursa keçirilirlər.  

Magistrantların attestasiyası hər semestr kafedrada aparılır 

və onun semestr ərzindəki fəaliyyəti müzakirə edilir. Magis-



    

QAFQAZ UNİVERSİTETİ MAGİSTRATURA VƏ DOKTORANTURA ŞÖBƏSİ

 

16

 

trantın elmi rəhbərinin təqdimatı  əsasında növbədən kənar at-

testasiyası təyin oluna bilər və attestasiyanın nəticəsinə əsasən 

müvafiq qərar qəbul oluna bilər. 

Tədris planının bütün şərtlərini yerinə yetirmiş tələbələr ye-

kun attestasiyaya buraxılırlar. Magistr proqramı üzrə  təhsildə 

tələbənin fəal müstəqil işinə daha çox üstünlük verilməlidir

.

 

Yekun attestasiya ixtisas fənləri üzrə imtahanlardan və ma-



gistrlik dissertasiyasının müdafiəsindən ibarətdir. 

Magistratura səviyyəsini bu və ya digər səbəbdən başa vur-

mayan şəxslərə Azərbaycan Respublikasının Nazirlər Kabineti 

tərəfindən müəyyən olunmuş qaydada arayış verilir.  

 

12.

 

Magistrantın sərbəst fəaliyyətinin təşkili 

Magistrantın sərbəst fəaliyyəti onun ümumi (nəzəri və təc-

rübi) və xüsusi biliklərə yiyələnməsinə istiqamətlənmiş əsas tə-

lim formasıdır. Magistrantın sərbəst fəaliyyətinin təşkili fənnin 

işçi proqramı və Fərdi iş planı əsasında müəyyənləşdirilir. 

Magistrantın müstəqil fəaliyyəti üçün nəzərdə tutulan 

proqramın məzmunu aşağıdakı  məsələlərin həll edilməsi ilə 

əlaqələndirilməlidir: 

 

aşağı kursda oxuyan tələbələrin elmi-tədqiqat işlərinə 

rəhbərlik etmək; 

 

aşağı kurslarda seminar məşğələlərinin və laboratoriya 



işlərinin keçirilməsinə köməklik göstərmək; 

 

eksperimental tədqiqat üsullarının və metodikasının 



mənimsənilməsi; 

 

perspektiv proqramlama vasitələrinin mənimsənilməsi; 

 

nəzərdə tutulan problemin həll olunması üçün informasiya 

axtarışının aparılması; 

 

tədqiqatların aparılması; 

 

tədqiqat nəticələrinin, layihələrin analiz edilməsi

yazılması və s. 



Yüklə 402,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə