327
qanunu qəbul edilməklə artan xarici marağı təmin etmək
məsələləri həll edilməlidir. Risk mərkəzli nəzarətdə nəzarət prosesi
hər bir bankın risk portfelinə uyğun olaraq müəyyən olunur.
Bir çox ölkələr kimi, Turkiyədə də bank sisteminin Basel
Ilyə keçidi ilə əlaqədar hazırlıq işləri görülməkdədir. Belə ki, 23
bank üzrə sərmayə yetərliliyinin minumum səviyyəsi nəzərdə
tutulan 8 faizdən yuxarı olmasını təmin edilmişdir. Planlaşmaya
ə
sasən 2005-2008-ci illər ərzində bank sektorunun məcmu
kapitalınm hər il 12% artınlması nəzərdə tutulmuş və 2008-ci ilin
sonuna 350 milyard dollara çatması gözlənilir. Əlavə olaraq, daxili
və xarici bazarlardakı rəqabət nəticəsində banklann sayının
azalması davam edəcəkdir və beynəlxalq arenada lazımi gücə
malik Türkiyə banklarının yaradılması üzrə iş apanlacaqdır.
Türkiyə iqtisadiyyatına etibarın artması, yeni razılaşmalann
gerçəkləşməsi nəticəsində xarici banklann məcmu varlığı 2005-ci
ilin əvvəlində 3,6% təşkil etdiyi halda, yaxın qısa müddətdə 20%-ə
çatacağı gözlənilir.
328
FƏ
S L X. ÇİN YUANI VƏ
Ç N XALQ
RESPUBL KASININ MƏ
RKƏ
Z BANKI
“Yuan” sözü “dəyirmi, yumru” mənasını daşıyır. Bu Tsin
sülaləsinin gümüşdən olan sikkələrinə verilən addır.
lk dəfə yuan 1835-ci ildən buraxılmışdır. Yuanla bərabər
diğər pul vahidi – lyan da dövriyyədə idi. 1933-ci ilə qədər
gömrük və digər vergilər lyan əsasında müəyyən edilirdilər. 1933-
cü ildə pul sisteminin birləşdirilməsi məqsədilə qanun qəbul
olundu. Buna baxmayaraq digər pullardan da istifadə olunmaqda
idi. Gümüş standardı faktiki olaraq 1935-ci ilə qədər güvvədə qal-
mışdır və Çin valyutasının kursu gümüşün dünya bazarlarındaki
qiymətindən asıllı idi. 1935-ci ildə aparılan pul islahatları nəticə-
sində gümüş yuanlar əskinas pullarla - fabi ilə əvəz olunmuşdu.
Gümüş standartdan imtina edilmiş və qızıl standarta kecid elan
edilmişdir. Həddindən artıq kağız pulların emissiya edilməsi və
dövriyyəyə buraxılması nəticədə inflasiya meydana gəlmişdir.
1948-ci ildə aparılan pul islahatlarına əsasən yeni əskinas
pullar – “qızıl yuan” buraxıldı. 1 dekabr 1948-ci ildə Çin Milli
Bankı yaradılmış və Bank dövriyyədə olan bütün digər pulları
çıxarmağa başladı. Çin Xalq Respublikasının yaranmasından sonra
pul dövriyyəsinə hökumət tərəfindən ciddi nəzarət edilirdi.
Ölkənin hər ərazisində yerli pulları yuanlara xüsusi məzənnəsi ilə
dəyişmək mümkün idi. 1969-cu ildə Çin Xalq Respublikasının pul
sisteminin latın adı – jeminbi (yənı “xalq pulu”) elan edilmişdir.
1974-cü ilə qədər yuanının məzənnəsi Britaniya funtu və
Honkonq dolları əsasında müəyyən edilirdi. 1974-ci ilin avqust
ayından isə məzənnə ABŞ dolları və digər valyutalara qarşı valyu-
ta səbəti əsasında müəyyən olunmağa başladı. Lakin Avropa ttifa-
qı, ABŞ və Yaponiyanən təsiri altında 21 iyul 2005-ci ildən yuanın
ABŞ dollarına qarşı sabit məzənnədən istifadə etməsi dayandırıl-
mışdır və milli valyutasının məzənnə dəyəri 2% artırılmışdır. Hal-
329
hazırda yuanın məzənnəsi çoxsaylı valyuta səbətinə əsasən müəy-
yənləşdirilir.
Çin Xalq Respublikasının mərkəzi bankı olan Çin Xalq
Bankı Çinin monetar siyasətə nəzarət edir və Çinin kontinental
hissəsində fəaliyyət göstərən maliyyə institutlarının fəaliyyətini
tənzimləyir. Çin Xalq Bankı Çin Bankı (kommersiya bankı) və ya
Çin Mərkəzi Bankı (Tayvanın mərkəzi bankı) ilə səhv salınmama-
lıdır.
Bank 1 dekabr 1948-ci il tarixində Huabey Bankı, Beyhay
Bankı və Xibey Fermer Bankının birləşməsi nəticəsində təsis
edilmişdir. lk əvvəl Şizəçuanda yerləşən Baş ofis, 1949-cu ildə
Pekinə köçmüşdür. 1949-1978-ci illərdə Çin Xalq Bankı Çin Xalq
Respublikasının yeganə bankı idi və o, mərkəzi və kommersiya
bankın funksiyasını yerinə yetirirdi.
1980-ci illərdə iqtisadi islahatların tərkib hissəsi olaraq Çin
Xalq Bankının kommersiya bankı funksiyaları müstəqil, lakin
dövlətə məxsus olan dörd bank arasında bölüşdürüldü və 1983-cü
ildə Dövlət Şurası Çin Xalq Bankının Çinin mərkəzi bankı olaraq
fəaliyyət göstərəcəyini elan etdi. Onun mərkəzi bank statusu
Səkkizinci Milli Xalq Qurultayının 18 mart 1995-ci il tarixində
keçirilən 3-cü clasında təsdiqlənmişdir. 1988-ci ildə Çin Xalq
Bankı əsaslı şəkildə yenidən formalaşdırılmışdır. Əyalət və yerli
filialların hamısı bağlanmış və əvəzində fəaliyyət hüdudları yerli
inzibati hüdudlara uyğun olmayan 9 regional filial açılmışdır.
2003-cü ilin mart ayında Onuncu Milli Xalq Qurultayının Birinci
clası Çin Xalq Bankının bank təsisatları, aktivlərin idarə olunması
ş
irkətləri, inam və investisiya şirkətləri və digər depozit maliyyə
institutları üzrə nəzarət funksiyalarını ayırmaqla Dövlət Şurasının
Təşkilati Struktur slahatı üzrə Qərarını təsdiqləmişdir. Nəticədə
maliyyə sektoruna nəzarət məqsədilə Çin Bank Nəzarət
Komissiyası yaradılmışdır. 2003-cü ilin 27 dekabr tarixində
Onuncu Milli Xalq Qurultayının Daimi Komitəsi Çin Xalq
Bankının ümumi maliyyə sabitliyi və maliyyə xidmətləri
təminatının qorunması üçün monetar siyasətin hazırlanması və