333
avqust ayında ran hökuməti ran Mərkəzi Bankını təsis edərək
Bank Melli ran-da olan mərkəzi bank öhdəliklərini alaraq ran
Mərkəzi Bankına vermişdir.
1979-cu ildə randa slam nqilabın baş verməsi ilə ran
Mərkəzi Bankının adı dəyişdirilərək “ ran slam Respublikası
Mərkəzi Bankı” qoyulmuşdur. Bu tarixdən etibarən randa
monetar və kredit siyasətləri ranın Pul və Bank Qanunu (1979),
Bankların
Milliləşdirilməsi
Qanunu
(1979),
Banklar
Administrasiyası Haqqında Qanun (1979) və Faizsiz Bankçılıq
Haqqında Qanun (1983) əsasında tərtib və icra olunur.
Artıq keçən əsrin ortalarından nəzəriyyə kimi ortaya çıxan
Faizsiz Bankçılıq 60-cı illərdə maliyyə
nstitutu kimi
formalaşmağa başlamışdır. Belə ki, ilk dəfə olaraq Misir alimi
prof. Nəccarın təlimatı əsasında elə həmin ölkədə 1963-66-cı
illərdə Faizsiz Bankçılığın sınaq modeli qurulmuşdur. Bu qurum
ilk dövrlərdə öz fəaliyyətini aşağıdakı istiqamətlər üzərində
cəmləşdirmişdir:
1.
Əmanət hesabları;
2.
Sərmayə hesabları (yəni, xeyir və ziyana ortaq olmaq
şə
rti ilə investisiya, birgə işə qoşulma);
3.
Zəkat və sosial-ictimai tədbirlərlə bağlı xeyriyyə hesabı.
Lakin, yuxarıda qeyd olunan bütün xidmətlərə baxmayaraq
bu qurum tam şəkildə müasir Faizsiz Bankçılığın bütün
ə
məliyyatlarını həyata keçirmirdi.
Sonrakı dövrlərdə Faizsiz Bankçılıq modeli artıq bütün dün-
yaya yayılaraq qlobal maliyyə sisteminin tərkib hissəsinə çevril-
mişdir. Bu təkamülü inkişafı qısaca olaraq belə sıralamaq olar.
Belə ki, 1975-ci ildə slam nkişaf Bankı qurulmuşdur. Bu
Bank slam ölkələrinin iqtisadi inkişafında vacib rol oynamaqla
yanaşı faizsiz bankçılıq prinsiplərinin tətbiqinin genişləndirilməsi
istiqamətində aparıcı nstituta çevrilmişdir.
1973-cü
ildə
isə
Pakistan
slam
Respublikasının
konstitusiyayasına düzəliş edilərək faizsiz iqtisadi sistemin
qurulması irəli sürülmüşdür. Bundan sonra isə 1979-cu ildə
334
Pakistan ərazisində fəaliyyət göstərən bütün banklar öz
ə
məliyyatlarını faizsiz maliyyə sisteminə uyğun aparmağa
başladılar. Amma, xarici ölkə vətəndaşlarına istisna olaraq ənənəvi
Bankların xidmətlərindən yararlanmağa da imkan verilir.
1983-cü ildən isə Malayziyada ölkə qanunvericiliyində
aparılan
təkmilləşdirmələr
nəticəsində
Faizsiz
Bankların
yaradılması üçün hüquqi baza formalaşdırılmışdır. Məhz bundan
sonra da bu ölkədə də çoxlu sayda islami banklar qurulmuşdur.
Türkiyə Cümhuriyyətində isə 1984-cü ildə “Özəl Maliyyə
Qurumları” ilə bağlı qanunun qəbulu ilə bu ölkədə də faizsiz bank
prinsiplərinə
ə
saslanan
maliyyə
qurumlarının
fəaliyyət
göstərilməsinə geniş imkan yaradılmışdır. Bu hadisədən sonra
1985-ci ildən bir-birinin ardınca Faysal Finans və Al-Baraka Türk
kimi özəl maliyyə qurumları fəaliyyətə başlamışdır.
randa 1983-ci ilin sentyabrın əvvəllərində bütün bank
sistemini əhatə edən slam Bank Qanunu qəbul olundu və 21 mart
1984 tarixindən etibarən qüvvəyə mindi. Həmin dövrdən
başlayaraq ran slam Respublikasında bütün bank sistemi
bütünlüklə faizsiz əməliyyatlar həyata keçirirlər.
randa Faizsiz Bankçılık sisteminin fəaliyyətinin əsasını
təşkil edən amilləri aşağıdakı şəkildə sıralamaq olar:
1. Ölkə iqtisadiyyatının inkişafı üçün pul və kreditin sağlam
bir şəkildə tədavülünü təşkil etməklə haqq və ədalət prinsiplərinə
uyğun pul-kredit sistemini formalaşdırıb inkişaf etdirilməsi;
2. Bu imkanlardan istifadə edərək ran slam Respublikası-
nın iqtisadiyyatının inkişaf etdirilməsi üzrə proqramların, strategi-
yaların və dövlət siyasətinin həyata keçirilməsi;
3. Konstitusiyanın 43-cü maddəsinin 2-ci və 9-cu bəndlərinin
icrası çərçivəsində malların sərbəst dövriyyəsini, ticarəti təmin
edərək investitsiyaları işə cəlb etməklə bir tərəfdən yeni iş
imkanları formalaşdırmaq digər tərəfdən dövlətin də dəstəyi ilə
faizsiz kreditvermə imkanların genişləndirilməsi;
4.Pulun likvidliyini qorumaq, hər cür ödəmələrin tarazlığını
gözləmək və ticarətin asanlaşdırılması;
335
5. Bank tərəfindən göstərilən bütün növ xidmətləri
qanunvericiliyin təkmilləşdirilməsi yolu ilə asanlaşdırilması və s.
Birləşmiş Ərəb Əmirliyində faizsiz bankçılıq sisteminin
tətbiqi hökumətin 12 mart 1975-ci il tarixli qanunu ilə qurulan
Dubay slam Bankının formalaşmasından götürür. Bu bankın
fəaliyyəti ilk dövrlərdə aşağıdakı başlıca prinsiplərə əsaslanırdı:
1.
Bankın fəaliyyətində ortaq olmaq üçün Birləşmiş Ərəb
Ə
mirliyinin vətəndaşı olmaq şərt deyil;
2.
Bank sərbəst şəkildə ölkə daxilində və xaricdə özünün şöbə
və nümayəndəliklərini aça bilər;
3.
Bankın xalis mənfəətinin ən azı 10 faizinə qədəri qanuni
yolla ehtiyat fonduna ayrılır və bu məbləğ şirkətin açıqlanmış
kapitalına bərabər olana qədər götürülməyə davam edilir;
4.Bank ölkədə bu növ fəaliyyətin tənzimlənməsini əhatə edən
qüvvədə olan qanunvericiliyin riayət olunmasına məsuliyyət
daşıyır.
1984-cü ildə ran məclisi ( slam Məsləhətçi Assambleya)
tərəfindən islam maliyyə hüququ qəbul olunub təcrübədə istifadə
edilməyə başlandı. Qəbul olunmuş qanunvericilik aktlarına əsasən
1985-ci ilin mart ayına ölkədə tamamilə bütün fəaliyyət göstərən
maliyyə institutlarının qəti islamlaşdırılması həyata keçirilmişdir.
Lakin təcrübədə bank tənzimləməsi və nəzarəti üzrə yeni
prinsiplərin və tələblərin tam real tətbiqi həqiqətdə beş ildən çox
müddət tələb etmiş və yalnız keçən əsrin 90-cı illərinin əvvəlində
başa çatdırılmışdır. Depozit və borc faizlərinin əlavə hesablanması
və tutulması təcrübəsi bank əməliyyat və investisiya fəaliyyətindən
tam sıxışdırılıb çıxarılmışdır. Bu gün ölkə bankları müştəri-
ə
manətçilərə tələb olunana qədər faizsiz depozitlər (cari hesablar),
faizsiz toplama hesablarını (əmanət depozitlərini) yaxud həmçinin
faizsiz uzun müddətli investisiya depozitlərini təklif edirlər. Tələb
olunana qədər depozitlərin və cari hesabların (current account
deposits) sahibləri çek kitabçalarından istifadə etmək (açılmış
hesab məbləğində) və çeklərlə hesablaşmalar aparmaq imkanını
ə
ldə edirlər. Toplama hesablarının və əmanət depozitlərinin
Dostları ilə paylaş: |