51
11.3. əmanətlər, investisiyalar, kreditlər və kapitalın hərəkəti
ilə bağlı başqa əməliyyatlar üzrə faizlərin, dividentlərin və digər
gəlirlərin Azərbaycan Respublikasına və Azərbaycan Respublika-
sından köçürülməsi;
11.4. Azərbaycan Respublikasına və Azərbaycan Respubli-
kasından qeyri-ticarət xarakterli köçürmələr, o cümlədən, əmək
haqqı, təqaüd, aliment və miras üzrə məbləülərin köçürülməsi, elə-
cə də digər bu kimi əməliyyatlar.
12. Kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatları:
12.1. birbaşa investisiyalar, yəni gəlir əldə etmək və
müəssisənin idarə edilməsində iştirak etmək hüququna malik
olmaq məqsədi ilə müəssisənin nizamnamə kapitalına qoyulan
sərmayə;
12.2. qiymətli kağızların əldə edilməsi;
12.3. torpaq və yerin təki də daxil olmaqla binalar, qurğular,
eləcə də yerləşdiyi ölkənin qanunvericiliyi ilə daşınmaz əmlaka aid
edilən digər əmlak üzərində mülkiyyət hüququnun, habelə
daşınmaz əmlak üzərində başqa hüquqların ödənilməsi üzrə
köçürmələr;
12.4. malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə
180 gündən artıq müddətə ödəniş möhlətinin verilməsi və
alınması;
12.5. müvəkkil banklar tərəfindən valyuta vəsaitlərinin 180
gündən artıq müddətə depozitə cəlb edilməsi;
12.6. cari valyuta əməliyyatları olmayan bütün digər valyuta
ə
məliyyatları.
13. "Müvəkkil banklar" - valyuta əməliyyatlarının aparılması
üçün Azərbaycan Respublikasının Mərkəzi bankının lisenziyasını
almış banklar və digər kredit təşkilatlarıdır.
Rezidentlər arasında milli valyuta ilə hesablaşmalar heç bir
məhdudiyyət qoyulmadan aparılır. Azərbaycan Respublikasında
qeyri-rezidentlər tərəfindən milli valyutanın əldə edilməsi və
ondan istifadə edilməsi qaydası Azərbaycan Respublikası Mərkəzi
bankı tərəfindən müəyyən edilir. Rezidentlər və qeyri-rezidentlər
52
tərəfindən milli valyutanın və milli valyutada ifadə edilmiş
qiymətli kağızların Azərbaycan Respublikasından çıxarılması və
göndərilməsi eləcə də Azərbaycan Respublikasına gətirilməsi və
göndərilməsi Azərbaycan Respublikası Mərkəzi bankının və
Azərbaycan Respublikası Nazirlər Kabinetinin birgə müəyyən
etdikləri qaydada həyata keçirilir.
3.5. F Z K ŞƏXSLƏR TƏRƏF NDƏN VALYUTA
SƏRVƏTLƏR N N AZƏRBAYCAN RESPUBL KASINA
GƏT R LMƏS VƏ AZƏRBAYCAN RESPUBL KASINDAN
ÇIXARILMASI QAYDALARI
Fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan
Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından
çıxarılması qaydaları «Valyuta tənzimi haqqında» Azərbaycan
Respublikası Qanununa və Azərbaycan Respublikasının Gömrük
Məcəlləsinə müvafiq olaraq hazırlanmış və fiziki şəxslər
tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına nağd
gətirilməsi və Azərbaycan Respublikasından nağd çıxarılması
qaydalarını müəyyən edir.
Fiziki şəxslər tərəfindən valyuta sərvətlərinin Azərbaycan
Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından
çıxarılması qaydaların məqsədləri üçün istifadə olunmuş "fiziki
şə
xs olan rezidentlər" (bundan sonra rezidentlər), "fiziki şəxs olan
qeyri-rezidentlər" (bundan sonra qeyri-rezidentlər), "müvəkkil
banklar", "valyuta sərvətləri", o cümlədən, "xarici valyuta", "xarici
valyutada qiymətli kağızlar" və "qiymətli metallar" anlayışları
"Valyuta tənzimi haqqında" Azərbaycan Respublikası Qanununda
şə
rh edildiyi kimi başa düşülür.
Rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbaycan
Respublikasına gətirilməsi və Azərbaycan Respublikasından çıxa-
rılması. Rezidentlər valyuta sərvətlərini gömrük orqanlarında bə-
53
yan etməklə məhdudiyyət qoyulmadan Azərbaycan Respublikası-
na nağd şəkildə gətirə bilərlər.
Rezidentlər tərəfindən Azərbaycan Respublikası ərazisinə
gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 (on min) ABŞ
dolları ekvivalentinədək olduqda onların gətirilməsi gömrük
orqanları tərəfindən "Şərnişin gömrük bəyannaməsi" (Əlavə № 1)
ilə, 10.000 (on min) ABŞ dolları ekvivalentindən yuxarı məbləğdə
olduqda isə "Sərnişin gömrük bəyannaməsi" və "Gömrük
vəsiqəsi" ilə rəsmiləşdirilir.
Rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd
şə
kildə gətirilmiş valyuta sərvətlərindən 50.000 (əlli min) ABŞ
dolları ekvivalentinədək məbləği gömrük orqanlarında bəyan
etməklə Azərbaycan Respublikasından nağd şəkildə çıxara bilərlər.
Rezidentlər tərəfindən Azərbaycan Respublikasına əvvəllər
nağd şəkildə gətirilmiş valyuta sərvətləri ölkə ərazisindən nağd
çıxarılarkən gömrük organlarına "Sərnişin gömrük bəyannaməsi"
(nağd gətirilmiş valyuta sərvətlərinin məbləği 10.000 (on min)
ABŞ dolları ekvivalentinədək olduqda) və "Sərnişin gömrük bə-
yannaməsi” və "Gömrük vəsiqəsi" (nağd gətirilmiş valyuta
sərvətlərinin məbləği 10.000 (on min) ABŞ dolları ekvivalentindən
çox olduqda) təqdim edilməlidir.
Rezidentlər Azərbaycan Respublikasına əvvəllər nağd
şə
kildə gətirilmiş 50.000 (əlli min) ABŞ dolları ekvivalentindən
artıg məbləğdə valyuta sərvətlərini valyuta gətirilən ölkənin bank
və ya digər kredit təşkilatı tərəfindən bu vəsaitlərin həmin
rezidentə nağd verilməsini təsdiq edən arayışı təqdim etməklə
Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi
qaydada
müvəkkil
banklar
vasitəsi
ilə
Azərbaycan
Respublikasından kənara köcürə bilərlər.
Rezidentlər əvvəllər Azərbaycan Respublikasına köçürülmüş
valyuta sərvətlərindən 50.000 (əlli min) ABŞ dolları
ekvivalentinədək məbləği müvəkkil banklar tərəfindən verilmiş
"Azərbaycan Respublikasına əvvəllər köçürülmüş xarici valyuta
sərvətlərinin verilməsi haqqında" bank arayışı əsasında, gömrük
Dostları ilə paylaş: |