57
edən sənəd (vəsaitin məbləği 50 min ABŞ dolları ekvivalentindən
artıq olduqda).
Sənədlərin düzgün tərtib olunması yoxlanıldıqdan sonra
bank vəsaitləri rezidentdən qəbul edir və həmin sənədlərin
surətlərini özündə saxlayır. Vəsaitlərin respublikaya gətirilməsini
sübut edən gömrük sənədlərinin və valyuta qətirilən ölkənin
müvafig bank və ya digər kredit təşkilatı tərəfindən bu vəsaitin
nağd şəkildə verilməsini təsdiq edən sənədin əsli, həmin sənədləri
son icra edən bankda saxlanmalıdır. Əgər gömrük bəyannaməsi və
arayış tamamilə icra olunmursa bank bu sənədlərin əslində
müvafiq qeyd aparır və surətlərini özündə saxlayır.
Rezidentlərin hesablarından köçürmələr. Azərbaycan
Respublikasının rezidentlərinin hesablarından vəsaitlər aşağıdakı
istiqamətlərdə köçürülə bilər:
Respublika daxilində:
1.
respublikaya idxal olunan və respublika daxilində satılan
malların, həmçinin respublikada göstərilən və ya respublikaya
idxal olunan (rezidentlərin xeyrinə ölkə xaricində göstərilən)
xidmətlərin müqabilində digər rezidentlərin və ya qeyri-
rezidentlərin Azərbaycan Respublikasının ərazisində yerləşən
filiallarının, nümayəndəliklərinin, digər ayrıca bölmələrinin və ya
qeyri-rezident tərəfindən müvəkkil edilmiş hər hansı bir şəxsin
xeyrinə ünvanlanmış köçürmələr;
2.
Azərbaycan Respublikasının digər rezidentlərinin
nizamnamə kapitalında iştirak;
3.
qrant, ianə, sosial yardım və sponsorluq;
4.
kreditlərin və kredit faizlərinın ödənilməsi üçün;
5.
müvəkkil banklarda depozitlərin yerləşdirilməsi üçün;
6.
manata və ya digər valyutalara konvertasiya olunmaq
üçün;
7.
rezidentin respublika daxilində yerləşən filial və
nümayandəliklərinə, digər ayrıca bölmələrinə, tabelikdə olan
müəssisələrə ünvanlanmış və ya həmin müəssisələrdən baş
58
idarələrinə məqsədlənmiş köçürmələr (baş idarənin müvafiq
qərarı olduğu halda);
8.
təsisçilərə dividendlərin ödənilməsi üçün;
9.
rezidentin özünün digər müvəkkil banklarda olan valyuta
hesablarına köçürmələr;
Respublikadan kənara:
1) idxal müqaviləsi üzrə respublikaya gətirilən malların,
həmçinin respublikada göstərilən və ya respublikaya idxal olunan
xidmətlərin müqabilində köçürülən vəsaitlər. Bu hallarda ödəniş
aşağıdakı üsullarla aparıla bilər:
avans ödənişləri; Avans yolu ilə ödənişlər əməliyyatın
eyniləşdirilməsini təmin edən sənədlər (müqavilə, proforma–
invoys, ödəniş sənədləri, sifariş və sair sənədlər) əsasında aparılır.
mallar idxal edildikdən, işlər görüldükdən və ya xidmətlər
göstərildikdən sonra; göstərilən köçürmələr icra edilərkən, idxal
müqaviləsi və gömrük bəyannaməsinin əslində (üz tərəfində)
ödənişin həyata keçirilməsi barədə qeyd aparılır, qeydiyyat bankın
məsul işçisinin imzası, ştampı ilə təsdiq edilir və həmin sənədlərin
surətləri bankda saxlanılır. Ödəniş işlərin görülməsi, xidmətlərin
göstərilməsi ilə əlaqədar olduqda, banka, idxal gömrük
bəyannaməsinin əvəzinə işlərin görülməsi və ya xidmətin
göstərilməsini təsdiq edən sənəd təqdim olunmalıdır.
dxal müqavilələri üzrə malın dəyərini yalnız malı alan
təşkilat ödəyə bilər. dxal müqavilələrinin dəyərinin üçüncü şəxs
tərəfindən ödənilməsinə Azərbaycan Respublikası Mərkəzi
Bankının (bundan sonra – Mərkəzi Bank) fərdi icazəsi ilə yol
verilir. Müqavilədə mal göndərənə ödəniləcək vəsaitlərin üçüncü
şə
xsin bank hesabına ödənilməsi nəzərdə tutularsa, belə ödənişlər
icra edilə bilər;
Respublikaya idxal olunan mallar (işlər, xidmətlər) müdafiə
və milli təhlükəsizlik ehtiyacları üçün nəzərdə tutulduqda və bu
Qaydaların 2.2.2a yarımbəndində göstərilən köçürmələrin icrası
üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi
tapşırığı (qərarı, sərəncamı, müraciəti, dərkənarı) olduqda köçürmə
59
ə
məliyyatları idxal müqavilələri, gömrük bəyannamələri və
ödənişlərin, o cümlədən avans ödənişlərinin aparılmasını təsdiq
edən hər hansı digər sənəd tələb olunmadan icra edilməlidir. Bu
halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xüsusi
tapşırığını təsdiq edən sənədin surəti bankda saxlanılır.
1) Reeksport və vasitəçilik üzrə köçürmələr aşağıdakılardır;
Belə köçürmələr malı alan və ya xidmətlər göstərilən
ölkədən vəsaitlər daxil olunanadək icra edilərsə, bu halda
Qaydaların 2.2.2. bəndinin a yarımbəndində nəzərdə tutulmuş
avans ödənişi rejimi tətbiq olunur;
2) icra olunmamış ixrac müqavilələri üzrə geri qaytarılan
vəsaitlər;
3) rezidentlərin xaricdə yerləşən filial və nümayəndəlikləri-
nə, həmçinin törəmə və tabelikdə olan müəssisələrinə məqsədli
köçürmələr;
4) vergi qanunvericiliyinə riayət etmək şərti ilə, rezidentlərin
xarici təsisçilərinə dividendlərin ödənilməsi məqsədi ilə köçürmə-
ləri;
5) xarici banklardan cəlb edilmiş kreditlərin və kredit
faizlərinin ödənilməsinə yönəldilmiş köçürmələr; Bu hallarda
rezidentlər kredit müqaviləsini, həmin vəsaitin ölkə daxilində
istifadəsini və ya bu vəsaitlər hesabına alınmış malların və xid-
mətlərin idxal olunmasını təsdiq edən sənədlərin əslini banka
təqdim etməklə ödənişləri apara bilər. Köçürmə həyata
keçirildikdən sonra sənədlərin surətləri bankda saxlanılmalıdır.
Kredit ölkədən kənarda istifadə olunubsa, rezidentlər kredit
müqaviləsini və həmin vəsaitin ölkə xaricində istifadəsinə dair
sənədi banka təqdim edir. Əməliyyatın sağlam xarakter daşıması
bankda şübhə doğurmadıqda xarici banklardan cəlb edilmiş
kreditlərin və kredit faizlərinin ödənilməsinə yönəldilmiş
köçürmələr icra edilə bilər. Əməliyyat icra edildikdən sonra
təqdim edilmiş sənədlərin üzərində bankın qeydiyyatı aparılır və
surətləri bankda saxlanılır.
Dostları ilə paylaş: |