63
Azərbaycan respublikasi qeyri-rezidentlərinin xarici valyuta
ə
məliyyatları. Qeyri-rezidentlərin hesablarına daxilolmalar.
Azərbaycan Respublikasının qeyri-rezidentlərinin müvəkkil
banklardakı xarici valyuta hesablarına vəsaitlər sərbəst şəkildə
mədaxil edilə bilər:
Aşağıdakı mənbələrdən daxil olan vəsaitlərin mədaxil
edilməsi üçün xüsusi şərtlərə əməl edilməlidir:
1. Azərbaycan Respublikasının ərazisində mal satılmasından
və xidmət göstərilməsindən əldə edilmiş vəsaitlər;
Bu hallarda, Azərbaycan Respublikasının ərazisində xarici
valyuta ilə mallar satılması və xidmətlər göstərilməsi üçün
lisenziya tələb olunur. Əgər ölkə ərazisində satılmış malların və ya
göstərilmiş xidmətlərin müqabilində ödənilən vəsaitlər respublika
kənarından köçürülərsə, belə daxilolmalara yol verilir.
2. Azərbaycan Respublikasından ixrac edilən malların
(işlərin, xidmətlərin) müqabilində digər qeyri-rezidentlər
tərəfindən nağd ödənilmiş vəsaitlər;
Bu hallarda aşağıdakı tələblərə əməl edilməlidir:
1. müqavilədə ödənişin nağd hesablaşma yolu ilə aparılması
nəzərdə tutulmalıdır;
2. vəsaitlər yalnız malı alan qeyri-rezidentdən və ya həmin
qeyri-rezident tərəfindən müvafiq surətdə müvəkkil edilmiş fiziki
şə
xsdən qəbul edilə bilər;
3. qeyri-rezidentlər tərəfindən (qeyri-rezident tərəfindən
müvəkkil edilmiş fiziki şəxs olan nümayəndə) əvvəlcədən
respublikaya gətirilmiş xarici valyuta vəsaitləri gömrük
orqanlarında bəyan edilməlidir.
4. vəsaitlər ölkəyə gətirilməsi və gömrük orqanlarında bəyan
edilməsi tarixindən 10 gün müddətində qeyri-rezidentin kassasına
mədaxil edilməlidirr;
5. qeyri-rezidentlər vəsaitləri xəzinələrinə qəbul etdikdən
sonra 2 iş günü ərzində bankdakı hesabına mədaxil etməlidir.
Banklar vəsaitləri qəbul edərkən aşağıdakı sənədləri tələb
etməlidir: ixrac müqavilələrinin əsli; mədaxil-kassa orderinin
64
surəti;vəsaitlərin
nağd
şə
kildə
respublikaya
gətirilməsini
təsdiqləyən gömrük sənədləri; - qeyri-rezident tərəfindən müvəkkil
edilmiş fiziki şəxs olan nümayəndənin səlahiyyətlərini təsdiq edən
vəkalətnamə; - valyuta qətirilən ölkənin müvafig bank və ya digər
kredit təşkilatı tərəfindən bu vəsaitin ona nağd şəkildə verilməsini
təsdiq edən arayış (vəsaitin məbləği 50 min ABŞ dolları
ekvivalentindən artıq olduqda).
Sənədlərin düzgün tərtib olunması yoxlanıldıqdan sonra
bank vəsaitləri qeyri-rezidentdən qəbul edir və həmin sənədlərin
surətlərini özündə saxlayır. Vəsaitlərin respublikaya gətirilməsini
sübut edən gömrük sənədlərinin və valyuta qətirilən ölkənin
müvafig bank və ya digər kredit təşkilatı tərəfindən bu vəsaitin
nağd şəkildə verilməsini təsdiq edən sənədin əsli, həmin sənədləri
son icra edən bankda saxlanmalıdır. Əgər gömrük bəyannaməsi və
arayış tamamilə icra olunmursa bank bu sənədlərin əslində
müvafiq qeyd aparır və surətlərini özündə saxlayır.
Azərbaycan Respublikası qeyri-rezidentlərinin hesabların-
dan köçürmə lə r
Respublika daxilində :
1) respublikaya idxal olunan və respublika daxilində satılan
malların, həmçinin respublikada göstərilən və ya respublikaya
idxal olunan (Azərbaycan Respublikası ərazisində təsərrüfat
fəaliyyəti ilə məşqul olan qeyri-rezidentlərin xeyrinə ölkə
xaricində göstərilən) xidmətlərin müqabilində digər rezidentlərin
və ya qeyri-rezidentlərin Azərbaycan Respublikasının ərazisində
yerləşən filiallarının, nümayəndəliklərinin və ya qeyri-rezident
tərəfindən müvəkkil edilmiş hər hansı bir şəxsin xeyrinə
ünvanlanmış köçürmələr;
2) Azərbaycan Respublikasının rezidentlərinin nizamnamə
kapitalında iştirak;
3) qrant, ianə, sosial yardım və sponsorluq;
4) kreditlərin və kredit faizlərinın ödənilməsi üçün;
5) müvəkkil banklarda depozitlərin yerləşdirilməsi üçün;
65
6) manata və ya digər valyutalara konvertasiya olunmaq
üçün;
7) qeyri-rezidentin respublika daxilində yerləşən filial və nü-
mayandəliklərinə, digər ayrıca bölmələrinə, tabelikdə olan
müəssisələrinə ünvanlanmış və ya həmin müəssisələrdən baş
idarələrinə məqsədlənmiş köçürmələr (baş idarənin müvafiq qərarı
olduğu halda);
8) təsisçilərə dividendlərin ödənilməsi üçün;
9) qeyri-rezidentin özünün digər müvəkkil banklarda olan
valyuta hesablarına köçürmələr;
Respublikadan kənara:
1) idxal müqavilələri üzrə respublikaya ğətirilən malların
(işlərin, xidmətlərin) həmcinin respublikada ğöstərilən və ya idxal
olunan xidmətlərin müqabilində köcürülən vəsaitlər. Bu
ə
məliyyatlar aşağıda göstərildiyi kimi aparıla bilər:
- avans ödə niş lə ri; Avans yolu ilə ödənişlər əməliyyatın
eyniləşdirilməsini təmin edən sənədlər (müqavilə, proforma–
invoys, ödəniş sənədləri, sifariş və sair sənədlər) əsasında aparılır.
- mallar idxal edildikdən və ya xidmətlər göstərildikdən
sonra; idxal müqavilələrinin və gömrük bəyannaməsinin əslində
(üz tərəfində) ödənişin həyata keçirilməsi barədə qeyd aparılır,
qeydiyyat bankın məsul işçisinin imzası, ştampı ilə təsdiq edilir və
həmin sənədlərin surətləri bankda saxlanılır. Ödəniş işlərin
görülməsi, xidmətlərin göstərilməsi ilə əlaqədar olduqda, banka,
idxal gömrük bəyannaməsinin əvəzinə işin görülməsini, xidmətin
göstərilməsini təsdiq edən sənəd təqdim olunmalıdır.
dxal müqavilələri üzrə malın (işin, xidmətin) dəyərini yalnız
malı alan (iş görən, xidmət göstərən) təşkilat ödəyə bilər. dxal
müqavilələrinin dəyərinin üçüncü şəxs tərəfindən ödənilməsinə
Mərkəzi Bankın fərdi icazəsi ilə yol verilir. Müqavilədə mal
göndərənə (iş görənə, xidmət göstərənə) ödəniləcək vəsaitlərin
üçüncü şəxsin bank hesabına ödənilməsi nəzərdə tutularsa, belə
ödənişlər icra edilə bilər;
Dostları ilə paylaş: |