72
valyuta əməliyyatları üzrə uçotun, hesabatın və sənədləşmələrin
forması və qaydalarını müəyyən edirlər.
Valyuta
nəzarətinin
məqsədi
valyuta
ə
məliyyatları
aparılarkən valyuta qanunveriliciyinə əməl olunmasını təmin
etməkdir. Valyuta nəzarətinin əsas istiqamətləri aşağıdakılardır:
1. aparılan valyuta əməliyyatlarının qüvvədə olan
qanunveriliciyə uyğunluğunu və bunun üçün lisenziya və
icazələrin olmasını müəyyən etmək;
2. dövlət qarşısında xarici valyuta üzrə və Azərbaycan
Respublikasının valyuta bazarında valyutanın satışı üzrə
öhdəliklərin rezidentlər tərəfindən yerinə yetirilməsi vəziyyətini
yoxlamaq;
3. xarici valyuta ilə ödənişlərin əsaslandırılmış olduğunu
yoxlamaq;
4. valyuta əməliyyatları, o cümlədən qeyri-rezidentlərin milli
valyuta ilə əməliyyatları üzrə uçot və hesabatın tamlığı, və
obyektivliyini yoxlamaq.
Valyuta nəzarəti orqanları öz səlahiyyətləri daxilində bütün
rezident və qeyri-rezidentlər tərəfindən Azərbaycan Res-
publikasında icrası məcburi hesab edilən normativ aktlar qəbul
edirlər. Valyuta nəzarəti orqanları və agentləri öz səlahiyyətləri
daxilində: Azərbaycan Respublikasında rezident və qeyri-rezi-
dentlər tərəfindən həyata keçirilən valyuta əməliyyatlarının
mövcud qanunvericiliyə, lisenziya və icazələrin şərtlərinə nə
dərəcədə uyğun gəlməsinə, həmçinin valyuta nəzarəti orqanlarının
aktlarının yerinə yetirlməsinə nəzarət edirlər; rezidentlərin və qey-
ri-rezidentlərin valyuta əməliyyətlarını yoxlayırlar; rezidentlərin və
qeyri-rezidentlərin valyuta əməliyyatları üzrə uçotun, hesabatın və
sənədləşmələrin forması və qaydalarını müəyyən edirlər.
2011-ci ildə daxili valyuta bazarında təklifin tələbi əsaslı şə-
kildə üstələdiyi şəraitdə Mərkəzi Bankın valyuta bazarında əməliy-
yatları “müdaxilə dəhlizi” çərçivəsində izafi valyuta təklifinin ste-
rilizasiyasına yönəldilmiş, valyuta bazarının şəffaflığının və likvid-
liyinin artırılması istiqamətində mühüm tədbirlər görülmüşdür.
73
Hesabat ilində valyuta bazarında şəffaflığın təmin edilməsi
məqsədilə banklararası valyuta əməliyyatları Blumberq əsasında
vahid elektronticarət platformasına keçirilmişdir. Əməliyyatların
yeni ticarət sisteminə keçidi sistem iştirakçılarına real rejimdə
USD/AZN valyuta məzənnələrinin dinamikasını, alqı-satqı
ə
məliyyatları üzrə həcmindekslərini və orta çəkili valyuta məzən-
nəsini,valyutaya olan tələb və təklifi real zaman rejimindəizləmək
imkanını vermişdir.
Azərbaycan Respublikasının müvəkkil bankları valyuta
nəzarəti agenti olaraq, səlahiyyətləri çərçivəsində Azərbaycan
Respublikasının rezident və qeyri-rezidentləri tərəfindən həyata
keçirilən valyuta əməliyyatlarının mövcud qanunvericiliyin, o
cümlədən Mərkəzi Bankın normativ xarakterli aktlarının
tələblərinə cavab verməsinə nəzarət edirlər. Bu Qaydalarla
rezident və qeyri-rezidentlər tərəfindən aparılan xarici valyuta
ə
məliyyatlarının sağlam xarakterini təsdiqləmək üçün nəzərdə
tutulmuş sənədlər minimum tələbləri müəyyən edir. Müvəkkil
banklar, daxili prosedur qaydalarına əsasən və öz mülahizələrinə
görə, zəruri hallarda müştərilərdən əməliyyatların sağlam
xarakterini təsdiqləyən əlavə sənədlər tələb edə bilər. Müvəkkil
banklar beynəlxalq təcrübəyə əsaslanaraq cinayətkarlıq yolu ilə
ə
ldə edilmiş gəlirlərin leqallaşdırılması üçün bank sistemindən
istifadə edilməsinin qanunvericiliyə müvafiq surətdə qarşısının
alınmasının ümumi mexanizmini və bu sahədə bankın siyasətinin
ə
sas istiqamətlərini müəyyən etməlidirlər.
Müvəkkil banklar cinayətkarlıq yolu ilə əldə edilmiş çirkli
pulların yuyulması məqsədləri ilə transmilli əməliyyatlardan istifadə
edilməsinin qanunvericiliyə müvafiq surətdə qarşısını almaq üçün
müştərilərinin əməliyyatlarının sağlam xarakterinə əmin olmalıdır.
Müvəkkil banklar xidmət etdiyi rezident və qeyri rezudent
müştərilərini bu Qaydalarin tələbləri ilə tanış etməli və onlara bu
sahədə hüquq pozuntusuna yol verilən şəxslərə qarşı qanunverici-
likdə nəzərdə tutulmuş məsuliyyət tədbirləri haqqında məlumat
verməlidirlər.
74
Sə rbə st mövzular
1.
Valyuta bazarinin funksiyalari və bazarin xarakteristikasi
2.
Valyuta interbank bazari
3.
Spot və müddətli təhvil valyuta bazari
4.
Azərbaycanda valyuta bazarinin tənzimlənməsi
5.
Azərbaycan respublikası rezidentlərinin xarici valyuta
ə
məliyyatları
6.
Azərbaycan respublikasi qeyri-rezidentlərinin xarici
valyuta əməliyyatlari
7.
Azərbaycan respublikasinda valyuta nəzarəti orqanlari və
onlarin agentləri müvəkkil banklarin valyuta nəzarət agenti
funksiyalari
75
5. QLOBAL MAL YYƏ MƏRKƏZLƏR
Beynəlxalq istehsalatda inkişaf etməkdə olan ölkələrin
vəziyyətinin
dəyişməsi
beynəlxalq
kapital
bazarlarının
fəaliyyətində onların rolunun böyüməsinə səbəb oldu. Əgər 70-ci
illərin əvvəlində 15 aparıcı beynəlxalq maliyyə mərkəzlərindən
yalnız üçü üçüncü dünya ölkələrində yerləşirdisə, artıq 80-ci illərin
ortalarında 31 beynəlxalq maliyyə mərkəzindən 10-u orada
yerləşdirilmidi. Onlar dünya təsərrüfatı miqyasında maliyyə
kapitalı vasitəsilə coğrafi sərhədlərin aradan qaldırılması ilə
ə
laqədar olaraq, həm şəxsi kapital bazarlarının, o cümlədən, “vergi
məkan”larının yaradılması əsasında yaranmışlar.
Fars körfəzi zonasında mövcud olan bazar bir qədər gənc
maliyyə mərkəzi kimi çıxış edirdi. Bu mərkəzin yaranması
xüsusiyyəti onun neft ixracı dövlətlərinin neft-dollar qalıqlarının
yenidən dövr edilməsi üçün avro-valyuta bazarının özünəməxsus
şə
kildə şaxələnməsindən ibarətdir. Fars körfəzi rayonunda yerləşən
mərkəz son zamanlara qədər beynəlxalq maliyyə sistemində
kreditor rolunda çıxış edir. Bu regionda 250-dən çox bankı olan və
ə
həmiyyətli dərəcədə şaxələnmiş bank müəssisələri şəbəkəsi
formalaşmışdır. Onların 30-dan çox hissəsi aktivlərinə görə ən iri
dünya miqyaslı banklar qrupuna daxildir.
Fond birjalarında qiymətləndirilən qiymətli kağızlar bazarı
inkişaf etməkdədir. 1993-cü ildə onların dünya miqyasında həcmi
təxminən 6-7% təşkil edirdi. Üçüncü dünya ölkələrinin ÜDM
baxımından bu bazar 1988-ci ildə 16%, 90-cı illərin əvvəlində isə
30% genişlənmişdi. Birja bazarının sıçrama xarakter daşıması bu
bazarda əcnəbilər tərəfindən səhmlərin alqısının çoxalmasından
asılı idi. Onlar, başlıca olaraq, bəzi ölkələrdə mərkəşləşmişdi.
nkişaf etməkdə olan ölkələrin ödəniş balansları, bir qayda
olaraq, BVF-nin standart sxemi üzrə tərtib olunur və burada
ölkənin müxtəlif əməliyyatlarının beynəlxalq ödəniş ilə bağlı
Dostları ilə paylaş: |