Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə36/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   32   33   34   35   36   37   38   39   ...   133

 

111

edilməsi; 

3.

  əlaqələndirici  idarənin  seçilməsi  ilə  nəzarət  bloku 



bölmələrinin  funksiyalarının  mərhələli  şəkildə  müəyyən  edilməsi: 

birinci  mərhələdə  əlaqələndirici  qismində  lisenziyalaşdırma  

darəsı çıxış  edir.  kınci  mərhələdə bu rolu Ümumi- qtisadi  darə 

və  Prudensial  Nəzarət 

darəsi,  üçüncü  mərhələdə  isə  - 

Sağlamlaşdırma  darəsi  oynayır.  Əlaqələndirici  idarələrin  öz 

səlahiyyətləri  daxilində  qəbul  etdikləri  qərarlar  nəzarət 

orqanlarının bütün digər bölmələri üçün məcburidir. 

Beləliklə, bankların fəaliyyətinə nəzarətin təkmilləşdirilməsi 

üçün aşağıdakılar zəruridir: 

1)

  nəzarət prosesinin bir-biri ilə bağlı olan üç hissəyə bölün-



məsi:  makroiqtisadi  təhlil;  bütövlükdə  fəaliyyətin  monitorinqi; 

ayrı-ayrı banklara nəzarət; 

2)

  nəzarətin  ilk  növbədə  ictimaiyyətin  banklara  etimadının 



möhkəmləndirilməsinə,  sonuncuların  kütləvi  şəkildə  müflisləşmə-

sinin qarşısının alınmasına istiqamətləndirilməsi; 

3)

  problemli bankların erkən mərhələlərdə aşkar edilməsi; 



4)

  bankın həyat silsiləsinin müxtəlif mərhələlərinin təhlili; 

5)

  bankların borclarını ödəyə bilməmələrinin ilk əlamətləri-



ni  üzə  çıxarmağa  imkan  verən  yüklənməmiş  sənədlərin  istifadə 

olunması. 

Bütün bunlarla  yanaşı, bankların fəaliyyətinin tənzimlənmə-

sinin  inkişafı  üçün  beynəlxalq  təcrübədə  məlum  olan  əsas 

normalardan  (kapitalın  kifayət  qədər  olması,  likvidliyə  dair 

tələblər,  iri  kreditlərin  məhdudlaşdırılması  və  s.)  savayı  aşağıdakı 

tədbirlərin  həyata  keçirilməsi  zəruridir:  bankların  hamı  tərəfindən 

qəbul edilmiş dəyərləndirmə sistemlərinin  yaradılması; müntəzəm 

reytinq məlumatlarının mövcudluğu; bank mütəxəssislərinin icbari 

sertifıkasiyası;  bank  holdinq  şirkətlərinin  fəaliyyətinin  tənzimlən-

məsi;  yüksək  risklərə  məhdudiyyət  qoyulması;  banklar  tərəfındən 

məlunıatların tam şəkildə açıqlanmasına nəzarət. 

Bank  nəzarətinin  və  tənzimlənməsinin  təşkilinin  konkret 

üsulunun seçilməsi bir sıra amillərin məcmusu ilə təyin olunur ki, 




 

112

bu  amillərin  də  özünəməxsus  müxtəlifliyi  onların  hər  birinə 

təkrarolunmaz  milli  səciyyə  qazandırır.  Bir  mübahisəsiz    faktı 

qeyd etmək lazımdır ki, maliyyə bazarlarının bütün seqmentlərinin 

artan   inteqrasiyası şəraitində   nəzarət   funksiyalarının meqatə-

nzimləyicinin  əlində  cəmlənməsi  tendensiyası  özünü  daha  dolğun 

şə

kildə büruzə verir. 



Vaxtilə bir sıra inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr 

maliyyə bazarının meqatənzimləyicisini yaratmaqla maliyyə baza-

rının dövlət tənzimlənməsi sistemində islahatların aparılması yolu-

nu  seçmişdilər.  Onların  sırasına  Norveç  (1986),  Kanada  (1987), 

Danimarka (1988),  sveç (1991), Böyük Britaniya (1997), Yaponi-

ya  (1998),  Koreyan  (1998),  Avstraliya  (1998),  slandiya  (1999), 

Cənubi Afrika (1990), Macarıstan (1996), və Sinqapuru aid etmək  

Beləliklə, etiraf etmək olar ki, bir çox xarici ölkələrdə meqatən-

zimləyicilərin yaradılması və ya ən azı maliyyə bazarlarında fəaliyyət 

göstərən bir neçə tənzimləyici orqanın funksiyalarının birləşdirilməsi 

tendensiyası  kifayət  qədər  diqqətlə  izlənir.  Lakin  müxtəlif  ölkələrdə 

maliyyə  bazarlarının  meqatənzimləyicilərinin  yaradılması  prinsipləri 

bir-birindən  fərqlənir.  Meqatənzimləyicilərin  formalaşma  prinsipləri 

hətta  Avropa  Ittifaqı  çərçivəsində  də  fərqlənir.  Məsələn,  tam 

inteqrasiya  olunmuş  meqatənzimləyicilər  üç  ölkədə  mövcuddur,  iki 

dövlətdə  tənzimlənmə  əsasən  bir  institutda  mərkəzləşib,  bir  ölkədə 

konfederal  sistem,  altı  ölkədə  üç  idarədən  ibarət  tənzimlənmə 

strukturu  mövcuddur,  daha  ikisində  isə  mövcud  sistem  dəyişiklik 

prosesindədir.  Mərkəzi  bankların  iştirakına  gəlincə,  yeddi  dövlətdə 

bank  nəzarəti  mərkəzi  bankın  daxilindədir  və  ya  onunla  sıx 

ə

laqədədir,  beş  ölkədə  banklara  nəzarət  orqanının  mərkəzi  bankdan 



heç bir asılılığı  yoxdur, ikisində  əsasən müstəqildir, bir dövlətdə isə 

sistem yenidən nəzərdən keçirilməkdədir.  

Bununla yanaşı, qeyd etmək lazımdır ki, inkişaf etmiş ölkələ-

rin  heç  də  hamısı  öz  maliyyə  bazarlarının  meqatənzimləyicilərinin 

yaradılması  yolu  ilə  getməyiblər.  Məsələn,  ABŞ-da  maliyyə  sek-

torunun  seqmentlərinə  nəzarəti  müxtəlif  təşkilatlar  həyata  keçirir. 

Onlardan heç biri hökumət strukturuna daxil deyil, sığorta sahəsinin 



 

113

isə,  ümumiyyətlə,  federal  tənzimləyicisi  yoxdur.  Maliyyə  bazarı 

dünyanın  ən  çox  inkişaf  etmiş  bazarlarından  olan  ABŞ  maliyyə 

bazarının tənzimlənməsi istiqamətində islahatların gedişində (1999-

cu  ilin  ikinci  yarısında  qəbul  edilmiş  maliyyə  qanunvericiliyinin 

modernizasiyası  haqqında  qanun)  meqatənzimləyicinin  yaradılma-

sından imtina edib.  ABŞ funksional tənzimləmə prinsipinin inkişaf 

etdirilməsi  yolu  ilə  getmiş  və  maliyyə  bazarlarının  bir  neçə  idarə-

etmə orqanını qoruyub saxlamışdır. Sözügedən qanuna görə, ABŞ-

ın qiymətli  kağızlar bazarında fəaliyyət  göstərən  kredit təşkilatları-

nın lisenziyalaşdırılması və nəzarəti SEC tərəfindən həyata keçirilir. 

Qəbul olunmuş bir faktdır ki, bank işi etimada əsaslanır. Biz 

artıq müştərilərin bir çox hallarda ayrı-ayrı bankların və bütövlük-

də  bank  sisteminin  əmanətləri  qorumaq  qabililyyətinə  etimadını 

itirdiyinin  şahidi  olmuşuq.  Sərt  və  ciddi  bank  nəzarəti  özlüyündə 

maliyyə  sabitliyinin  təmin  olunması  üçün  kifayət  deyil.  Maliyyə 

qeyri-sabitliyinin  bank  sektorundan  kənarda  çox  sayda  digər  po-

tensial  mənbələri  var,  odur  ki,  nəzarətin  məqsədləri  böhranın 

qarşısının alınması üçün daha irəli getməlidirlər.  

 

Sərbəst mövzular  



 

 

1.



  Beynəlxalq bankçılığın mahiyyəti.  

2.

  Beynəlxalq bankların insitisuonal xidmət vahidləri.  



3.

  Dünya iqtisadiyyatında Transmilli Banklar (TMB).  

4.

  Beynəlxalq bankçılıq fəaliyyətində risk növləri.  



5.

  Beynəlxalq  bankçılıq  fəaliyyətində  yeni  kreditləşdirmə 

texnikaları 

6.

  Risk sərmayəsi, Sendikasyon kreditləri.  



7.

  nkişaf etmiş ölkələrin bank sistemləri arasında rəqabət.  

8.

  Xarici ticarətdə istifadə edilən hesablaşmaların formaları 



9.

  Rəsmi qaynaqlarla ticarəti kreditləşdirmə.  

10.

 Xarici  ticarətin  kreditləşdirilməsində  banklar  tərəfindən 



araşdırılan ölkə risk dəyərləndirilməsi.  

11.


 Xarici bankların Azərbaycan Bank Sistemində yeri.  


Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə