102
olan ehtiyacın Amerika banklarından qarşılanmasıdır. Axırıncısı
isə «böyük birjalarının dəyişik ölkələri» pullarından ibarət olan
tələbin artması və bnun qarşılanma ehtiyacıdır.
Konsorsiumun qarşılaşdığı ən əhəmiyyətli problemlərdən
biri finans böhranı vəziyyətində vəsait tapmamalarıdır. Çünki bu
tip qrumular bir ölkəyə və ya bir mərkəz bankından asılı olaraq
fəaliyyət göstərirlər.
6. Off-Ş or bankçılığ ı. 1950-ci illərdən etibarən sürətli bir
genişləmə prosesinə girən dünya iqtisdiyyatı ilə birlikdə Qərb və
Şə
rq bloku ölkələri arasındakı münasibətlər gərginləşdi. Bu illərdə
SSR Hökuməti ABŞ-ın milli pul vahidi olan dolları Avropa pul
bazarına aparmış və nəticədə Avrobazar meydana gətirmişdi. Bu
dəyişləmələr nəticəsində də «Off-Şor» bankçılığı yaranmışdı. Belə
bankçılıq ölkə xaricində təmin edilən fondların yenə də ölkə
xaricində istifadə edilməsini qarşısına məqsəd qoyan bir bank
tipidir. «Off Şor» bankların göstərdikləri xidmətlər xarici pul
vahidi ilə aparılır. Xüsusi ilə «Off Şor» bankçılığı vergilərdən
yararlanmaq məqsədi ilə qurulur. llki sabit bir ödəmə xaricində
heç bir vergi və valyuta nəzarətinin olmadığı bir qrup ölkələr
arasında Hollandiya antilləri, Tayman adaları nümunə göstərilə
bilər. Hal-hazırda daha genişyayılan-ofşor banklardır. Onlarsız
praktiki olaraq heç bir TMB-nin əməliyyatları keçinə bilməz.
Prinsipcə offşor bankların təşkili məqsədləri offşor kompaniyalarla
eynidir. Onlardan ən əsası vergiqoymanı minimumlaşdırmaqdır.
Offşor bankların aşağıdakı xüsusiyyətləri vardır: bankın
qeydiyyata alındığı ölkənin rezidentləri ilə işləmək hüququ
yoxdur; qeydiyyata alınmaq üçün ödənilən nizamnamə kapitalının
tələb edilən həcmi digər ölkələrə nisbətən çox aşağıdır; bank
praktiki olaraq vergilərdən azaddır və ehtiyat saxlamaq və digər
bank normativlərinə qoyulan tələblər bir qayda olaraq ofşor
banklarında başqa ölkələrə nisbətən daha az ciddidir, ölkə
xaricində əməliyyatlara görə valyuta nəzarəti mövcud deyil.
Dünyada «offşor» zonaları içində ən tanınmış bölgə – Kayman
adalarıdır. Burada qeydiyyata alınmış bankların sayı 580-dır və
103
onların aktivlərinin dəyəri 500 milyard dollardır. Karib dənizinin
şə
rq hissəsində Sent-Vinsent adalarında 15 bank və 7 min
transnasional şirkət, Dominikada – 5800 şirkət, Naue adalarında
isə 3 min şirkət qeydiyyatdan keçmişdir. Halbuki, bu adada
yaşayanların sayı 2 mindir.
Dünya iqtisadiyyatında Men, Qernsi və Cersi adalarının,
Banam adasının, Sent-Kristofer və Nevis Federasiyasının,
Niderland Antil adalarının, Arubı ( taliya mafiyasının ənənəvi
sığınacağı), Kayman adasının, Britin Virginiya adaları, Panama
(ofşor biznesin beşiyi) və nəhayət, Kipr ofşor bankları daha böyük
ə
həmiyyət kəsb edir.
Yeri gəlmişkən, son zamanlar xüsusi sveçrə bankları kimi
tanınan ofşor biznes çox geniş inkişaf etmişdir.
Kayman adalarında 500-dən çox ofşor banklar və 1300
sığorta kompaniyası qeydə alınmışdır. Belə ki, dünyanın 50 iri
bankının 43-ünün burada bölmə və törəmə bankları var. Kayman
adalarında bankların bölmələrinin məcmu depozit qoyuluşunun
məbləği astronomik rəqəmə – 150 mlrd. dollara çatmışdır.
Honkonqda xarici bankların 1,5 mindən çox bölməsi fəaliyyət gös-
tərir.
Demək olar ki, ofşor banklar transmilli bankların daha bir
ə
sas təbəqəsini yaratmışdır. Müasir şəraitdə praktiki olaraq
dünyada heç bir transmilli kapitalın finans sxemi bunsuz keçinə
bilmir.
XXI əsrin əvvəllərində şaxələnmiş, çoxqatlı və çoxfunksiyalı
TMB sistemi formalaşmışdır. TMB sistemi transmilli kapitalın
ə
sas tələbatlarını ödəyir və dünya finans bazarlarının fəaliyyətinin
institutsional əsasını təşkil edir.
Lakin investorlar üçün cənnət sayılacaq məkan – Banam
adalarındır. Burada 36 ölkə mənşəli 418 bank, 580 investisya
fondları, 60 sığorta şirkətləri və 100 min transnasional şirkətlər
fəaliyyət göstərir. Bunların dövriyyəsi təqribən 350 milyard dollar
səviyyəsindədir.
104
Offşor bankçılıq üçün gərəkli olan struktural şərtləri
aşağıdakı kimi sıralamaq mümkündür:
1.
iqtisati və finans üstünlükləri;
2.
iqtisadi və siyasi sabitlik;
3.
texniki şərtlər;
4.
hüquqi şərtlər;
5.
bankçılıq sirrinin maksimum ölçüdə qorunması;
6.
digər səbəblər.
6.6. BEYNƏLXALQ BANKÇILIQDA NƏZARƏT
S STEMLƏR
Dünyada bank sferasına nəzarətə və bu sferanın tənzimlən-
məsinə ciddi ehtiyac ötən əsrin 20-30-cu illərində baş vermiş Bö-
yük depressiyadan sonra formalaşmağa başlamışdır. kinci Dünya
müharibəsindən sonra bank biznesinin beynəlmiləlləşdirilməsi və
kapitallaşmanın sürətləndirilməsi beynəlxalq bank nəzarəti qayda
və normalarının formalaşmasını şərtləndirdi. Bununla belə, bank
sferasında nəzarət səlahiyyətləri hər bir ölkədə qanunvericiliklə
müəyyən olunmuş institusional formalarda həyata keçirilir. Bu sis-
temlərin müxtəlif ölkələr üzrə fərqlərinə baxmayaraq, onların ha-
mısı aşağıdakı əsas məqsədlərin həyata keçirilməsinə istiqamətlə-
nib:
1. Pul və maliyyə sabitliyinin saxlanması. Bu da bankların
iflasına yol verilməməsi və aktiv və passivlərin səmərəli idarə edil-
məsinə yönəldilmiş bank tənzimlənməsi ilə bağlı tədbirlərin gö-
rülməsi deməkdir.
2. Bank sisteminin səmərəliliyinin təmin olunması. Bu isə
aktivlərin keyfiyyətinin artırılması və potensial risklərin azaldılma-
sı hesabına əldə olunur. Bank nəzarətinə həmçinin daxili bank
ə
məliyyatlarının və maliyyə vəziyyətinin qiymətləndirilməsi daxil-
dir ki, bu da bankların həyati əhəmiyyətli iqtisadi əməliyyatları və
Dostları ilə paylaş: |