Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə55/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   51   52   53   54   55   56   57   58   ...   133

 

171

meydana  gəlib,  amma  bu  sistemin  dağılmasından  sonra  da 

beynəlxalq  maliyyə  nizamının  təmin  edilməsi  vəzifəsini  davam 

etdirir.  Bu  gün  BPF-nin  180-ə  qədər  üzvü  var.  Sovet  ttifaqının 

dağılması  ilə  müstəqil  olan  Yuqoslaviyadan  ayrılan  ölkələrin  də 

üzvlüyə  qəbul  edilməsi  son  illərdə  BPF-nin  üzv  sayını  sürətlə 

artırıb.  BPF-ə  üzv  olan  ölkələri  eyni  zamanda  Dünya  Bankının 

üzvüdürlər.  BPF-nin  vəzifəsi  aşağıdakı  şəkildə  açıqlana  bilər. 

Beynəlxalq  maliyyə  nizamını  təmin  etmək  məqsədi  ilə  tədiyə 

balansı kəsirli olan «ölkələrə qısa müddətli kredit vermək, üzvlərin 

məzənnə  siyasətinə  «nəzarət  etmək»,  ölkələrin  daha  liberal  bir 

valyuta  və  xarici  ticarət  rejiminin  tətbiqini  təşviq  etmək,  onlara 

texniki  yardım  göstərmək  və  s.  BPF-nin  üzvlüyünə  qəbul  edilən 

hər  yeni  dövlət  üçün  «kvota»  müəyyən  edilir.  Kvota  bir  çox 

cəhətdən əhəmiyyətlidir. Belə ki, üzvlərin fonda verdikləri üzvlük 

haqları,  fonddakı  səsvermə  haqlarının    çəkisi,  fonddan  alınacaq 

kreditlər onların kvotasından asılıdır. Kvotalar üzv ölkələrin milli 

gəlir  və  beynəlxalq  ticarət  həcmləri  kimi  göstəricilərinə 

ə

saslanaraq müəyyən edilir. Ümumi kvotalar beş illik intervallarla 



fond tərəfindən nəzərdən keçirilir və dünya iqtisadiyyatının likvid 

ehtiyatlarına görə artırıla bilir. Üzvlər BPF-yə ilk girişlərində və ya 

kvotalarda bir artım olduqda, kvotaların 25%-mi qədər beynəlxalq 

ehtiyat valyutaları ilə (CDR), 75%-nə görə isə özlərinin milli pulu 

ilə  fonda  üzvlük  haqqı  verirlər.  Kvotanın  beynəlxalq  ehtiyat 

valyuta ilə ödənən bu 25%-lik qisminə  «ehtiyat hissə» adı verilir. 

Fondun ilk qurulduğu ildə bu hissə qızılla ödəndiyi üçün ona «qızıl 

hissə» deyilirdi. 

BPF-nin  əsas  funksiyalarından  biri,  yuxarıda  qeyd  edildiyi 

kimi,  tədiyə  balansı  kəsirlərini  örtmək  üçün  üzv  ölkələrə  kredit 

verməkdir.  Kreditlər,  ümumiyyətlə,  qısamüddətlidir.  Ancaq  son 

illərdə xarici ticarət balansı ilə  yanaşı makroiqtisadi siyasətə  görə 

də  məhdud  ölçülərdə  orta  müddətli  kreditlərin  verildiyi  müşahidə 

edilməkdədir.  BPF-nin  kredit  mexanizmi  ənənəvi  borc  vermə 

ə

məliyytlarından  fərqlidir.  Fonddan  borc  alınma  üzv  ölkələrin  öz 



milli pulu ilə istədidiyi bir milli valyutanın dəyişdiriləmsi, ya da öz 


 

172

milli  pulunun    qarşılığında  fonddan  istənilən  milli  pulun  alışı 

şə

klində  olur.  Fonddan  xarici  valyutalar  ilə  istənilən  CDR  almaq 



mümkündür.  

Yoxsul  ölkələrə  ortamüddətli  makroiqtisadi  tarazlığın  təmin 

edilməsini və struktur islahatları dəstəkləmək məqsədi ilə qurulan 

fond  hesabları  var.  Bunların  faiz  nisbətləri  olduqca  aşağı  (0,5%) 

olub, geri ödəmə müddəti 10 ilə qədər uzanır. 

BPF  məzənnə  siyasəti  və  bunlar  üzərindəki  nəzarəti  ilə 

ə

laqədar  bəzi  prinsiplər  mənimsəmiş  və  bunlar  1977-ci  ili  aprel 



ayından etibarən tətbiq edilməyə başlayıb. Bunlar aşağıdakılardır. 

1)  üzv  ölkələr  valyuta  birjasındakı  qısamüddətli  qeyri 

sabitliyi  (xüsusilə  spekulyativ  məqsədli)  qarşısını  alan  tədbirlər 

həyata keçirməlidir; 

2)  üzv  ölkələr  valyuta  birjasına  müdaxilə  edərkən 

Beynəlxalq  Valyuta  Sisteminə  və  müdaxilə  etdiyi  ölkə  pulunun 

mənfəətinə bacardıqca zərər verməməyə çalışmalıdır. 

Bu  prinsiplərin  qəbul  edilməsinin  məqsədi  sabit  bir 

Beynəlxalq Valyuta Sisteminin inkişafına yardım etməkdir. Hədəf 

qısammüdətli  qeyri  sabitliyin  aradan  qaldırılması,  valyuta 

məzənnələrinin  orta  və  uzunmüddətli  tendensiyalarını  təcəssüm 

etdirmək  olub.  Bunlar  isə  texniki  tərəqqi,  faktor  artımının  və 

idarəetmənin məhsuldarlığı kimi real faktorlardan asılıdır. 

Fond nəzarət funksiyasını üzv ölkələrlə ayrı-ayrıqda dialoqa 

girərək,  məşvərət  iclası  çərçivəsində  yerinə  yetirir.  Bu  iclaslar 

ölkənin iqtisadi və maliyyə siyasətini təhlil etmək, tədiyə balansına 

nəzarət  etmək  və  məzənnə  siyasətinin  digər  ölkələr  üzərindəki 

təsirini dəyərləndirmək baxımından fonda  geniş imkanlar verir. 

Fondun  nəzarəti  üzvlər  arasında  uyğunlaşdırıcı  və 

nəzarətedici iqtisadi siyasətin tətbiq edilməsinə şərait yaradır. 

90-cı  illərin  ortalarından  BVF-nin  səyləri  daha  çox  üzv 

ölkələrin  maliyyə  sektorunun  vəziyyəti  ilə  əlaqədar  olan 

problemlərin  həllinə,  dünya  miqyaslı  maliyyə  böhranlarının 

nəticələrinin  aradan  qaldırılmasına  və  bu  məqsədlə  şəraitin 

yaradılmasına yönəldilmişdir. 



 

173

  BVF-nin rəhbər orqanı  darə Heyəti hesab olunur və burada 

hər bir iştirakçı ölkənin öz nümayəndəsi – başlıca olaraq, öz ölkə-

sində valyuta siyasətinə cavabdehlik daşıyan naziri və ya emissiya 

bankının prezidenti vardır.  darə Heyəti vacib əhəmiyyətli məsələ-

ləri, xüsusilə iştirak normasının müəyyən olunması və dəyişilməsi, 

emissiya qaydaları və həcmi, onun kursunun təyin olunması və b. 

məsələlərin həll olunması üçün səlahiyyətləndirilmişdir. 

  1974-cü  ildən  etibarən  beynəlxalq  valyuta  sisteminin 

fəaliyyətinə  hazırkı  nəzarət  və  onun  dəyişməkdə  olan  şərtlərə 

uyğunlaşdırılması  24  nəfərdən  ibarət  yeni  Müvəqqəti  Komitə 

( nterim Committee) tərəfindən həyata keçirilir. Komitə məsləhətçi 

orqan olmaqla formal olaraq qərarların qəbul edilməsi hüquqlarına 

malik  deyildir,  amma  faktiki  olaraq  BVF-də  aparıcı  rol  oynayır. 

Həmçinin  24  nəfərdən  ibarət  iki  qrup  da  vardır:  birinci  qrupa 

Afrika,  Asiya  və  Latın  Amerikası  kontinentlərini  təmsil  edən  hər 

biri  8  nəfərdən  ibarət  nümayəndə  daxildir  və  onlar  Müvəqqəti 

Komitənin  iclaslarından  əvvəl  görüşürlər.  kinci  qrupa  isə  inkişaf 

etmiş  ölkələrin  nümayəndələri  aid  edilir.  Sonuncu  qrup  Orta  və 

Şə

rqi Avropa ölkələrinə yardım göstərilməsini təmin edir. 



  BVF-nin  cari  təsərrüfat  rəhbərliyi  craçı  Direktorluq 

tərəfindən  həyata  keçirilir.  Məhz  burada  hansı  ölkələrin  və  hansı 

şə

rtlərlə  BVF-nin  kredit  alanları  olması  haqqında  qərarlar  qəbul 



edilir.  Eyni  zamanda,  BVF-nin  kredit  siyasətinin  əsasları  darə 

Heyəti  tərəfindən  işlənib  hazırlanır  (kredit  siyasəti,  müxtəlif  növ 

kreditlər,  kredit  almaq  üçün  ölkənin  əməl  etməli  olduğu 

kriteriyalar və s.). 

  BVF regionlarda öz şöbələrini təsis edir. Belə ki, Avropada 

onun iki şöbəsi vardır. Onların birinə inkişaf etmiş Avropa ölkələri 

daxildir.  kinci  şöbə  isə  1991-ci  ildən  sonra  bir  sıra  Şərqi  və 

Mərkəzi  Avropa  ölkələrinin  BVF-nə  daxil  olması  ilə  əlaqədar 

yaradılmışdır.  

Ölkənin BVF-də qəbul edilən qərarlara təsiri bilavasitə onun 

BVF-də  maliyyə  baxımından  iştirak  etməsindən  asılıdır.  Hər  bir 

üzv  250  əsas  səsə  və  ölkə  kvotası  üzrə  100  000  vahidinə  düşən 




Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə